Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
yanvarın 23-də
…Rusiya Federasiyasının Soçi şəhərinə işgüzar səfərə gəlmişdir. …və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə görüşmüş və qarşılıqlı fikir mübadiləsi aparmışlar. …və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Rusiyanın "Qazprom-eksport" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında təbii qazın alqı-satqısına dair müqaviləyə 5 nömrəli əlavə sazişin imzalanması mərasimində iştirak etmişlər. …, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə birgə görüşmüş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələləri müzakirə etmişlər. …, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair danışıqların yekunlarına əsasən Birgə Bəyanat qəbul etmişlər. …Rusiya Federasiyasına işgüzar səfərini başa vuraraq həmin gün axşam Bakıya qayıtmışdır.
yanvarın 24-də
…Kür çayının suyunun daşması nəticəsində baş vermiş hadisələrin təkrar olunmaması üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakıya gətirilmiş Niderland Krallığının "Damin" şirkətinin istehsal etdiyi "CSD-500" torpaqsoran qurğulara, Türkiyənin Tuzla şəhərində istehsal olunmuş yedək və təchizat gəmilərinə və tədqiqat katerinə baxış keçirmişdir.
yanvarın 25-də
…Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrəyə işgüzar səfərə gəlmişdir. …Davosda İsveçrə Konfederasiyasının Prezidenti xanım Eveline Vidner Şlümlə, İsrail Dövlətinin Prezidenti Şimon Pereslə, Avstriyanın "OMV AGE" şirkətinin baş icraçı direktoru Gerhard Roisslə və Amerika Birləşmiş Ştatlarının dövlət katibinin iqtisadiyyat, energetika və kənd təsərrüfatı məsələləri üzrə müavini Robert Hormatsla görüşmüşdür.
yanvarın 26-da
…Davosda "UBS Global" şirkətinin direktorlar şurasının sədri Kaspar Villigerlə, Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottingerlə, Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Klaus Şvabla, Gürcüstanın Baş naziri Nika Gilaurilə, Almaniyanın "Deutıche Bank"ının Mərkəzi və Şərqi Avropa ölkələri üzrə icraçı direktoru Peter Tilslə və idarə heyətinin üzvü Yürgen Figenlə, Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti Yakob Kellenbergerlə, Ukrayna Prezidenti Viktor Yanukoviçlə, RWE şirkətinin baş icraçı direktoru Yurgen Qrossmanla, Pakistan İslam Respublikasının Baş naziri Sayid Yusuf Raza Gilanilə, "Holcim Group" şirkətinin idarə heyətinin sədri Markus Akermanla, "Microsoft International" şirkətinin prezidenti, "Microsoft" Korporasiyasının vitse-prezidenti Jan Kurtua ilə və "Edisson" şirkətinin baş icraçı direktoru Bruno Leskörlə görüşmüşdür.
yanvarın 27-də
…Davosda Böyük Britaniyanın York Hersoqu, şahzadə Endryu ilə görüşmüşdür.
HSBC bankının hesabatına Gürcüstan, Ermənistan, Moldova, Qırğızıstan və Tacikistan daxil edilməyib
Azərbaycan 2050-ci ildə iqtisadiyyatının həcminə görə dünyada 65-ci ölkə olacaq. Bu barədə Böyük Britaniyanın HSBC bankının "2050-ci ildə dünyanın ən böyük 100 iqtisadiyyatı" adlı proqnozunda bildirilir. HSBC-nin proqnozuna əsasən, hesabatda 2010-2050-ci illərin göstəriciləri müqayisə edilir. Azərbaycanda Ümum Milli Məhsulun (ÜMM) həcmi 2010-cu ildəki 20 mlrd. dollardan 2050-ci ildə 168 mlrd. dollara, gəlirin adambaşına həcmi isə 2,3 min dollardan 14,5 min dollara çatacaq.
İqtisadi Tədqiqatlar Mərkəzi hökumətə yeni ssenarilər təklif edir
Əhalinin sovet dövründən qalmış əmanətlərinin qaytarılması üçün Milli Məclisdə yaradılmış işçi qrup fəaliyyətini artırıb və bir sıra yeni təklifləri nəzərdən keçirir. Parlamentin İqtisadi Siyasət Komitəsinin üzvü Vahid Əhmədovun fikrincə, səmərəli təkliflər daxil olsa komitə onların bir çoxunu nəzərə ala bilər. Artıq müxtəlif iqtisadi qurumların da nümayəndələri, hökumət əmanətlərin qaytarılması mexanizmlərinin yollarına dair təkliflər hazırlayıb. İqtisadi Tədqiqatlar Mərkəzinin əmanətlərin qaytarılması ilə bağlı təklifləri bir sıra yeniliklərlə diqqəti cəlb edir.
Mərkəzi Bank gələn il bankların kreditlərə tətbiq etdiyi faiz dərəcələrini aşağı salmaq niyyətindədir.
Ölkənin baş bankiri Elman Rüstəmov bildirib ki, bank faizlərinin aşağı salınması və kapitalın ucuzlaşması qeyri-neft sektorunun inkişafı və onun şaxələndirilməsi üçün vacibdir. Bundan ilk növbədə yerli kiçik və orta müəssisələr faydalana bilər. Onun sözlərinə görə, kapitalın əsas mənbəyinin bank kreditləri olduğundan inflyasiyanı stimullaşdırmamaqla və iqtisadi sabitliyi qorumaq şərtilə bank faizlərini aşağı salmaq vacibdir. Kreditlərin aşağı salınması hansı müsbət dəyişikliklərə səbəb ola bilər?
Dünya Bankı hesab edir ki, yeni ildən vəziyyət düzələcək
Dünya Bankının hesablamalarına görə, dünya maliyyə böhranının təsiri nəticəsində bu il miqrantların göndərdikləri pullar 15 faizədək azalıb. Açıqlamada bildirilir ki, 2007-2008-ci illər ərzində bu prosesdə sürətlə artım müşahidə edilirdi. Məsələn, 2008-ci ildə inkişaf etməkdə olan ölkələrə ümumilikdə 328 milyard dollar pul göndərilib. Xaricdə işləyənlərin ən çox pul göndərdiyi ölkələr Hindistan, Çin və Meksikadır. Ötən il təkcə bu ölkələrə xaricdən 120 milyard dollar daxil olub. Bəzi ölkələr isə xaricdən gələn pullardan asılıdır. Məsələn, Tacikistanda yaşayış xərclərinin az qala yarısı xaricdə işləyənlərin qazancından asılıdır.
Əli Məsimli: "Azərbaycanın bunun üçün kifayət qədər potensialı var"
Nazirlər Kabinetində ilin 9 ayının sosial-iqtisadi yekunları ilə bağlı müşavirədə Prezident İlham Əliyev növbəti dövr üçün ölkənin inkişaf hədəflərini açıqladı. Bu hədəflərə əsasən 10 il ərzində Azərbaycanda Ümumi Daxili Məhsul iki dəfə artırılmalı, daha böyük həcmdə məhsul ixracına nail olunmalı, kənd təsərrüfatının potensialından tam yararlanmaq üçün yeni emal müəssisələri yaradılmalıdır. Digər bir hədəf isə Azərbaycan şirkətlərinin xarici ölkələrə investisiya qoymasına nail olmaq, korrupsiyaya qarşı mübarizəni daha da gücləndirməkdir. Bəs, görəsən, Azərbaycanın bu hədəflərə çatmaq üçün potensialı varmı? Mövzu ilə bağlı suallarımızı Milli Məclisin İqtisadi Siyasət Komitəsinin üzvü, millət vəkili Əli Məsimliyə ünvanladıq.
Milli Məclisin komitələrində 2012-ci il və sonrakı üç ilin dövlət büdcəsi və icmal büdcənin layihələrini müzakirəsi davam etdirilməkdədir.
Eyni zamanda ölkəmizin qarşıdakı 3 ilə dair sosial-iqtisadi inkişaf proqnozları ilə bağlı makroiqtisadi göstəriciləri də nəzərdən keçirilib. Büdcə layihəsi ilə bağlı ilkin rəqəmlər onu göstərir ki, gələn ilin dövlət büdcəsi respublikamızın inkişaf strategiyasını əks etdirməklə mühüm iqtisadi və sosial prioritetlərin reallaşmasına əhəmiyyətli dərəcədə baza yaradır. Büdcə layihəsi ölkəmizin sosial, iqtisadi, investisiya bölmələrində əhatəli və davamlı layihələrin həyata keçirilməsini nəzərdə tutan güclü maliyyə resurslarına söykənir.
Ada turizmi böyük gəlir gətirir. Məsələn, İtaliya, Yunanıstan, Türkiyə adalarının turizm gəlirləri böyük rəqəmlərlə ölçülür. Bu adalara turist axını ildən-ilə artır. Xəzər adalarının da turizm imkanları az deyil. Dənizin Azərbaycan sektorunda irili-xırdalı 100-ə qədər daimi, müvəqqəti, sualtı, suüstü adalar mövcuddur. Bu adaların böyük əksəriyyəti materikdən 10-110 km-dək məsafədə yerləşir və onların ümumi sahəsi 70kv.km-dir. Vulkan mənşəli yeni adalar yaranır, müəyyən vaxtdan sonra onların əksəriyyətini Xəzərin dalğaları yuyub aparır. Hesab edilir ki, dənizdə palçıq vulkanlarının yaratdığı adalar turistlər üçün cəzbedici ola bilər.
"The Daily News Egypt": “Azərbaycan son 20 ildə yüksək inkişaf yolu keçib”
Misirin nüfuzlu "İnternational Herald Tribune" qəzetinin regional nəşri olan "The Daily News Egypt" qəzetində ölkəmizdəki inkişaf meyilləri yüksək qiymətləndirilib. "Azərbaycanın müstəqilliyi: nailiyyətlər və perspektivlər" adlı məqalədə ötən əsrin sonlarından bu günədək Azərbaycanın həyata keçirdiyi enerji siyasəti barədə təfərrüatlı məlumatlar verilir, düşünülmüş neft strategiyasını həyata keçirən Azərbaycanın regionun ən qüdrətli ölkəyə çevrilməsi qeyd olunur. Nəşr qeyd edir ki, ölkəmiz sürətli inkişaf yolu keçərək keçid iqtisadiyyatını arxada qoyub və yeni mərhələyə qədəm qoyub.
Əli Məsimli: "Mövcud böhran bir müddət davam etsə də, dağıdıcı təsiri 2008-ci ildəki qədər olmayacaq"
Son bir həftə ərzində avro dollara nisbətən dəyərini 10 faizə yaxın itirib. Avronun məzənnəsindəki kəskin azalmaları avrozonada müşahidə edilən böhranın dərinləşməsi ilə əlaqələndirirlər. Yunanıstan, İspaniya və Portuqaliya kimi ölkələrdə bəlli vəziyyət qalır. Proqnozlara inansaq, AB yaxın gələcəkdə bu problemlərin öhdəsindən gələ bilməyəcək. Odur ki, beynəlxalq maliyyə qurumları AB-nin dağıla biləcəyi ilə bağlı narahatlıqlarını ifadə edirlər. Vəziyyət investorları narahat etməyə başlamışdır. Onlar aktivlərini digər daha davamlı valyutalara, o cümlədən ABŞ dollarına keçirməyə tələsirlər.
"Təhsil krediti" haqqında qanun layihəsi parlamentin gündəliyinə daxil edilib
Hökumət ali təhsil müəssisələrinin ödənişli bölmələrinə daxil olan tələbələrə xoş sürpriz vəd etmək niyyətindədir. Belə ki, təhsil haqlarının ödənilməsinin asanlaşdırılması üçün yeni mexanizmin tətbiq olunması nəzərdə tutulur. Gələn ildən etibarən təhsil haqlarını ödəyə bilməyən tələbələrə uzunmüddətli kreditlərin verilməsi mümkün ola bilər.
Nüsrət İbrahimov: "Əgər binanı tikən şirkət işi tamamlaya bilmirsə, o halda şərtlər hazırlanaraq bina hərraca çıxarılmalıdır"
Bir neçə il öncə paytaxtda sürətlə inkişaf edən tikinti sektorunda birdən-birə zəifləmələr başlanıldı. Bir-birinin ardınca təməli qoyulan hündürmərtəbəli yaşayış binalarının sayı getdikcə azaldı. Halbuki ilk vaxtlar alıcı kütləsinin çoxluğu səbəbindən tikinti şirkətləri binanı elə vətəndaşların vəsaiti hesabına davam etdirirdi. Hələ tikinti başa çatmamış binada olan bütün mənzillər satılırdı. Hətta elə hallar olurdu ki, bir mənzil bir neçə nəfərə satılırdı.
İqtisadi İnkişaf Nazirliyi (İİN) gələn ildən etibarən bölgələrdə xüsusi iqtisadi zonaların (XİZ) təşkili ilə bağlı işlərə başlayacaq.
XİZ-ların yaradılmasında məqsəd xüsusi hüquqi rejimin və müasir texnologiyaların tətbiqi əsasında rəqabətqabiliyyətli yeni istehsal və xidmət sahələrinin təşkilindən ibarətdir. Azərbaycan hökuməti bu cür iqtisadi vasitələrlə ölkəmizdə sahibkarlığın və iqtisadiyyatın inkişafını sürətləndirmək istəyindədir. İİN-dən verilən məlumata görə, XİZ-lərin təşkili məqsədi ilə xüsusi işçi qrupu yaradılıb. Respublikamızda bu cür iqtisadi layihələrin həyata keçirilməsi üçün əlverişli iqtisadi və geocoğrafi mühit mövcuddur.
Gələn ilin büdcə layihəsi indikindən ən azı 2 milyard manat çox olacaq
Maliyyə Nazirliyi (MN) 2012-ci il və sonrakı 3 il üzrə dövlət büdcəsinin layihəsini hazırlayaraq Nazirlər Kabinetinə təqdim edib. Nazirliyin mətbuat xidmətinin rəhbəri Mais Piriyevin sözlərinə görə, 2012-ci il dövlət büdcəsi dinamik inkişafı əks etdirən makroiqtisadi göstəricilərə əsaslanır və bir sıra pozitiv meyilləri özündə əks etdirir. Gələn ilin büdcə zərfində proqnoz göstəricilər indiki büdcə zərfi ilə müqayisədə bir qədər yüksəkdir.
Günter Ottinger: "Biz əsas qaz mənbəyi kimi "Şahdəniz"ə göz dikirdik. Amma "Ümid" və "Abşeron" yataqlarının kəşfi bu fikri dəyişdi"
Azərbaycanın yeni nəhəng qaz blokunun - "Abşeron" yatağının kəşf olunması Avropa İttifaqı (Aİ) tərəfindən böyük iqtisadi hadisə kimi qarşılanıb. Avropa İttifaqının energetika məsələləri üzrə komissarı Günter Ottinger bildirib ki, yeni qaz bloku Azərbaycanın Avropaya qaz nəqlini genişləndirməsi və "Cənub dəhlizi"nin çəkilişinin sürətlənməsi üçün əlverişli zəmin yaradır. Aİ-nin energetika məsələləri üzrə komissarı deyib ki, "Cənub dəhlizi"nə dair strateji qərarlar 2011-ci ilin sonunadək qəbul olunacaq.
1946-cı ildə anadan olmuşam. Hazırda yaşa görə təqaüd alıram. İşlədiyim illərdə (1969-1974) Naftalan Şəhər Sovetində İdman Komitəsinin sədri vəzifəsində çalışmışam. Həmin illər dövlət qulluqçusu statusu kimi mənə sayıla bilərmi, eləcə də qulluq stajıma əsasən mənə pensiya təyin olunması mümkündürmü?
İbrahimxəlil QURBANOV, Naftalan şəhəri.
- Sualınıza cavab olaraq bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 01.09.2005-ci il tarixli, 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" qanuna əsasən, pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə dövlət qulluqçularının vəzifələrinin "İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı"nda şəhər sovetinin nəzdində idman komitələri nəzərdə tutulmadığından dövlət qulluğuna edilən güzəştlər sizə şamil edilə bilməz.