Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
yanvarın 23-də
…Rusiya Federasiyasının Soçi şəhərinə işgüzar səfərə gəlmişdir. …və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə görüşmüş və qarşılıqlı fikir mübadiləsi aparmışlar. …və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Rusiyanın "Qazprom-eksport" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında təbii qazın alqı-satqısına dair müqaviləyə 5 nömrəli əlavə sazişin imzalanması mərasimində iştirak etmişlər. …, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə birgə görüşmüş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələləri müzakirə etmişlər. …, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair danışıqların yekunlarına əsasən Birgə Bəyanat qəbul etmişlər. …Rusiya Federasiyasına işgüzar səfərini başa vuraraq həmin gün axşam Bakıya qayıtmışdır.
yanvarın 24-də
…Kür çayının suyunun daşması nəticəsində baş vermiş hadisələrin təkrar olunmaması üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakıya gətirilmiş Niderland Krallığının "Damin" şirkətinin istehsal etdiyi "CSD-500" torpaqsoran qurğulara, Türkiyənin Tuzla şəhərində istehsal olunmuş yedək və təchizat gəmilərinə və tədqiqat katerinə baxış keçirmişdir.
yanvarın 25-də
…Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrəyə işgüzar səfərə gəlmişdir. …Davosda İsveçrə Konfederasiyasının Prezidenti xanım Eveline Vidner Şlümlə, İsrail Dövlətinin Prezidenti Şimon Pereslə, Avstriyanın "OMV AGE" şirkətinin baş icraçı direktoru Gerhard Roisslə və Amerika Birləşmiş Ştatlarının dövlət katibinin iqtisadiyyat, energetika və kənd təsərrüfatı məsələləri üzrə müavini Robert Hormatsla görüşmüşdür.
yanvarın 26-da
…Davosda "UBS Global" şirkətinin direktorlar şurasının sədri Kaspar Villigerlə, Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottingerlə, Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Klaus Şvabla, Gürcüstanın Baş naziri Nika Gilaurilə, Almaniyanın "Deutıche Bank"ının Mərkəzi və Şərqi Avropa ölkələri üzrə icraçı direktoru Peter Tilslə və idarə heyətinin üzvü Yürgen Figenlə, Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti Yakob Kellenbergerlə, Ukrayna Prezidenti Viktor Yanukoviçlə, RWE şirkətinin baş icraçı direktoru Yurgen Qrossmanla, Pakistan İslam Respublikasının Baş naziri Sayid Yusuf Raza Gilanilə, "Holcim Group" şirkətinin idarə heyətinin sədri Markus Akermanla, "Microsoft International" şirkətinin prezidenti, "Microsoft" Korporasiyasının vitse-prezidenti Jan Kurtua ilə və "Edisson" şirkətinin baş icraçı direktoru Bruno Leskörlə görüşmüşdür.
yanvarın 27-də
…Davosda Böyük Britaniyanın York Hersoqu, şahzadə Endryu ilə görüşmüşdür.
Bundan başqa, şirkətin analitiklərinin məruzəsində bildirilir ki, neft qiymətlərinin cüzi dərəcədə bərpa olunmağa başladığı bir vaxtda, kredit riskləri təhlükəsilə əlaqədar, olaraq qızılın qiyməti yaxın vaxtlarda azalacaq. Belə ki, 2009-2010-cu illərdə qiymətli metalın bir unsiyasının qiyməti 700 dollar həddində proqnozlaşdırılır. Bu ilin 1-ci rübündə isə qiymət orta hesabla 800 dollar təşkil edəcək. Bu məsələyə münasibət bildirən iqtisadçı ekspert Sabit Bağırov bildirdi ki, qızılın dünya bazarında son həftələr bahalaşması qiymətli kağızlar, dollar və avroya etimadı azalan investorların daha təhlükəsiz və gəlirli aktivlər əldə etmək istəyi ilə bağlıdır: "Son vaxtlar dünya bazarında valyuta məzənnələrinin qeyri-sabitliyi və proqnozlaşdırmanın çətinləşməsi investorların qızıla üstünlük verməsi ilə nəticələnib. Belə görünür ki, konsaltinq şirkətlərindən biri olan "Merrill Lynch"in 2009-cu ildə qızılın tədricən bahalaşması və mart ayında 1030 dollara, iyunda isə 1150 dollara çatması ilə bağlı proqnozu özünü doğrultmaqdadır. Eyni zamanda aparıcı ölkələrdə iqtisadi böhrana qarşı görülən tədbirlər nəticəsində maliyyə bazarlarında yarana biləcək qeyri-müəyyənlik qızılın bahalaşması prosesini sürətləndirə bilər". Dolların məzənnəsinin stabilləşməsinə gəlincə, iqtisadçı-ekspert qeyd etdi ki, hazırda investorların bir hissəsi öz vəsaitlərini fond bazarlarından çıxararaq dollara yönəldir: "Bu da dolların qısamüddətli möhkəmlənməsinə səbəb olur". Müsahibimiz fond bazarlarında səhmlərin ucuzlaşmasının da dollara olan tələbatı və onun məzənnəsini artırdığını dedi: "Avropa iqtisadiyyatının ABŞ iqtisadiyyatı ilə müqayisədə heç də yaxşı vəziyyətdə olmaması, avronun hələ də dünya miqyasında ehtiyat valyutaya çevrilməməsi vəziyyəti daha da pisləşdirir. ABŞ-ın yeni rəhbərliyinin iqtisadi böhranla mübarizə çərçivəsində hazırladığı tədbirlər planının həyata keçirilməsi bəzi səbəblərə görə, dolların ucuzlaşmasına gətirib çıxara bilər. Yəni ABŞ-ın yeni Prezidenti və administrasiyası tərəfindən hazırlanan iqtisadiyyatın bərpası üzrə tədbirlər planı yalnız ucuz dollar şəraitində effekt verə bilər. Çünki həmin plan yerli istehsala genişmiqyaslı dəstəyi nəzərdə tutur. Möhkəm dollar isə ilk növbədə idxalı artırmaqla yerli istehsalçılara zərbə vurur. Bu səbəbdən artıq fevral-mart aylarında dolların avroya qarşı ucuzlaşması ehtimalı böyükdür. Bu amilləri nəzərə alsaq, deyə bilərik ki, ABŞ rəhbərliyi özü dolların kəskin bahalaşmasında maraqlı deyil. Belə olan təqdirdə hazırda dollara sərmayə yatıran investorlar da qızıl bazarına çıxa bilər ki, bu da qızılın qiymətini daha da yüksəldəcək”. Neftin ucuzlaşması ilə bağlı beynəlxalq maliyyə institutlarının proqnozlarına gəlincə, S.Bağırov maliyyə böhranı şəraitində bu strateji məhsulun qiymətinin yaxın vaxtlar ərzində artıb-azalacağını planlaşdırmağın çətin olduğunu dedi. Neftin ucuzlaşması şəraitində neft məhsullarının - benzin, mavi yanacaq və digər enerjidaşıyıcılarının qiymətinin aşağı düşməsini vacib hesab edən iqtisadçı-mütəxəssis aşağıdakıları qeyd etdi: "Bu məsələ gündəmə gələndə bəzi hökumət rəsmiləri bunu qeyri-mümkün hesab etdi. Lakin bu, məsələnin bir daha gündəmə gəlməməsi anlamını vermir. İndiki qiymətlər müqabilində hökumət enerjidaşıyıcılarının heç olmasa 20-30 faiz ucuzlaşmasına qərar verə bilər". Gülər KƏrimli.
1946-cı ildə anadan olmuşam. Hazırda yaşa görə təqaüd alıram. İşlədiyim illərdə (1969-1974) Naftalan Şəhər Sovetində İdman Komitəsinin sədri vəzifəsində çalışmışam. Həmin illər dövlət qulluqçusu statusu kimi mənə sayıla bilərmi, eləcə də qulluq stajıma əsasən mənə pensiya təyin olunması mümkündürmü?
İbrahimxəlil QURBANOV, Naftalan şəhəri.
- Sualınıza cavab olaraq bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 01.09.2005-ci il tarixli, 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" qanuna əsasən, pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə dövlət qulluqçularının vəzifələrinin "İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı"nda şəhər sovetinin nəzdində idman komitələri nəzərdə tutulmadığından dövlət qulluğuna edilən güzəştlər sizə şamil edilə bilməz.