Rəsmi

Azərbaycan
Respublikasının
Prezidenti İlham Əliyev

yanvarın 23-də

…Rusiya Federasiyasının Soçi şəhərinə işgüzar səfərə gəlmişdir.
…və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə görüşmüş və qarşılıqlı fikir mübadiləsi aparmışlar.
…və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Rusiyanın "Qazprom-eksport" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında təbii qazın alqı-satqısına dair müqaviləyə 5 nömrəli əlavə sazişin imzalanması mərasimində iştirak etmişlər.
…, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə birgə görüşmüş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələləri müzakirə etmişlər.
…, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair danışıqların yekunlarına əsasən Birgə Bəyanat qəbul etmişlər.
…Rusiya Federasiyasına işgüzar səfərini başa vuraraq həmin gün axşam Bakıya qayıtmışdır.

yanvarın 24-də

…Kür çayının suyunun daşması nəticəsində baş vermiş hadisələrin təkrar olunmaması üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakıya gətirilmiş Niderland Krallığının "Damin" şirkətinin istehsal etdiyi "CSD-500" torpaqsoran qurğulara, Türkiyənin Tuzla şəhərində istehsal olunmuş yedək və təchizat gəmilərinə və tədqiqat katerinə baxış keçirmişdir.

yanvarın 25-də

…Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrəyə işgüzar səfərə gəlmişdir.
…Davosda İsveçrə Konfederasiyasının Prezidenti xanım Eveline Vidner Şlümlə, İsrail Dövlətinin Prezidenti Şimon Pereslə, Avstriyanın "OMV AGE" şirkətinin baş icraçı direktoru Gerhard Roisslə və Amerika Birləşmiş Ştatlarının dövlət katibinin iqtisadiyyat, energetika və kənd təsərrüfatı məsələləri üzrə müavini Robert Hormatsla görüşmüşdür.

yanvarın 26-da

…Davosda "UBS Global" şirkətinin direktorlar şurasının sədri Kaspar Villigerlə, Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottingerlə, Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Klaus Şvabla, Gürcüstanın Baş naziri Nika Gilaurilə, Almaniyanın "Deutıche Bank"ının Mərkəzi və Şərqi Avropa ölkələri üzrə icraçı direktoru Peter Tilslə və idarə heyətinin üzvü Yürgen Figenlə, Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti Yakob Kellenbergerlə, Ukrayna Prezidenti Viktor Yanukoviçlə, RWE şirkətinin baş icraçı direktoru Yurgen Qrossmanla, Pakistan İslam Respublikasının Baş naziri Sayid Yusuf Raza Gilanilə, "Holcim Group" şirkətinin idarə heyətinin sədri Markus Akermanla, "Microsoft International" şirkətinin prezidenti, "Microsoft" Korporasiyasının vitse-prezidenti Jan Kurtua ilə və "Edisson" şirkətinin baş icraçı direktoru Bruno Leskörlə görüşmüşdür.

yanvarın 27-də

…Davosda Böyük Britaniyanın York Hersoqu, şahzadə Endryu ilə görüşmüşdür.

Davos İqtisadi Forumunda dünya maliyyə böhranından çıxış yolları tapılmadı

09.02.09 - 12:45321 baxılıb

Maraqlıdır, belə olan halda Davos İqtisadi Forumunun əhəmiyyəti nə oldu?
İqtisadçı ekspert Vüqar Bayramovun qənaətinə görə, forum çərçivəsində keçirilən görüşləri və aparılan müzakirələri müsbət dəyərləndirmək lazımdır: "Bu il Davos İqtisadi Forumu əvvəlkilərdən tamamilə fərqlənirdi. Çünki budəfəki forum qlobal maliyyə böhranının baş verdiyi dövrə təsadüf edir. Bu mötəbər tədbirdə müzakirəyə çıxarılan məsələlər qlobal nöqteyi-nəzərdən daha aktual idi. Həm də nəzərə almaq lazımdır ki, Davos Forumu yeganə iqtisadi sammitdir ki, dünyanın aparıcı ölkələrinin prezidentlərini, hökumət başçılarını və nüfuzlu maliyyə institutlarının, şirkətlərinin rəhbərlərini bir araya yığır. Bununla da forum bir növ konkret ölkələr və şirkətlər arasında müəyyən əlaqələrin yaranmasına xidmət etmiş olur. Əgər əvvəlki forumlarda dövlət başçıları şirkət rəhbərləri ilə görüşüb investisiyaları öz ölkələrinə cəlb etmək barədə danışıqlar aparırdılarsa, budəfəki forumda dünyanın aparıcı şirkətlərinin müflisləşmədən xilas olması üçün həll yolları axtarılırdı. Təbii ki, bu forumda hansısa qərar qəbul edilmədi. Səsləndirilən bəyanatlar adətən tövsiyə xarakterli olur. Lakin bu forumda aparılan müzakirələrin ümumi qlobal iqtisadi sistemə təsir etməyəcəyini öncədən söyləmək düzgün olmaz".
Davos İqtisadi Forumunun qlobal maliyyə böhranının qarşısını almaq iqtidarında olmadığını deyən iqtisadçı-mütəxəssis forum çərçivəsində keçirilən müzakirələrdə müflisləşməkdə olan aparıcı şirkətlərə müəyyən yardımların edilməsi ilə bağlı razılığa gəlindiyini vurğuladı: " Kanada hökuməti "Ceneral Motors"a 5 milyard Kanada dollarına yaxın uzunmüddətli kredit verməsi ilə bağlı qərar qəbul etdi. Ona görə ki, "Ceneral Motors"un müflisləşməsi bu şirkətin Kanadada fəaliyyət göstərən zavodlarında çalışan 650 min yerli işçinin ixtisar edilməsinə səbəb olacaqdı. Bununla Davos Forumu bir daha göstərdi ki, bu böhran tək bir ölkənin deyil, bütün dünyanın problemidir. Forumda aparılan müzakirələr nəticəsində bir daha aydınlaşdı ki, dünya iqtisadi böhranının aradan qaldırılması üçün də bütün dünya ölkələri fəaliyyətlərini birləşdirməlidirlər".
Forumu Azərbaycanla bağlı bir sıra regional layihələrin müzakirə edilməsi baxımından yüksək dəyərləndirən ekspert həmin layihələrdən bəzilərinin yaxın vaxtlarda həyata keçirilməsinin mümkün olacağını söylədi: "Davos İqtisadi Forumu həm də siyasi tədbir kimi əhəmiyyətli oldu. Bu istiqamətdə aparılan müzakirələr və əldə olunan razılaşmaların qısa müddətdə qlobal siyasi, iqtisadi dəyişikliklər yaradacağını düşünmək sadəlövhlük olardı. Amma bu dəyişikliklərin baş verməsi üçün Davos İqtisadi Forumu bir vasitə ola bilər. Xüsusən orada əldə edilən razılaşmalardan istifadə olunsa, maliyyə böhranının təsirlərini azaltmaq mümkün olar".

çap üçün verisya

Axtarish sistemi

  


« February 2012
Mo Tu We Th Fr Sa Su
 12345
6789101112
13141516171819
20212223242526
272829 
Advokat

1946-cı ildə anadan olmuşam. Hazırda yaşa görə təqaüd alıram. İşlədiyim illərdə (1969-1974) Naftalan Şəhər Sovetində İdman Komitəsinin sədri vəzifəsində çalışmışam. Həmin illər dövlət qulluqçusu statusu kimi mənə sayıla bilərmi, eləcə də qulluq stajıma əsasən mənə pensiya təyin olunması mümkündürmü?

İbrahimxəlil QURBANOV,
Naftalan şəhəri.


- Sualınıza cavab olaraq bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 01.09.2005-ci il tarixli, 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" qanuna əsasən, pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə dövlət qulluqçularının vəzifələrinin "İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı"nda şəhər sovetinin nəzdində idman komitələri nəzərdə tutulmadığından dövlət qulluğuna edilən güzəştlər sizə şamil edilə bilməz.


© 2006-2012
Müəllif hüquqları Ulfet Qazeti-nə məxsusdur.
Dizayn NUR D şirkəti tərəfindən hazırlanıb.