Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
yanvarın 23-də
…Rusiya Federasiyasının Soçi şəhərinə işgüzar səfərə gəlmişdir. …və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə görüşmüş və qarşılıqlı fikir mübadiləsi aparmışlar. …və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Rusiyanın "Qazprom-eksport" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında təbii qazın alqı-satqısına dair müqaviləyə 5 nömrəli əlavə sazişin imzalanması mərasimində iştirak etmişlər. …, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə birgə görüşmüş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələləri müzakirə etmişlər. …, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair danışıqların yekunlarına əsasən Birgə Bəyanat qəbul etmişlər. …Rusiya Federasiyasına işgüzar səfərini başa vuraraq həmin gün axşam Bakıya qayıtmışdır.
yanvarın 24-də
…Kür çayının suyunun daşması nəticəsində baş vermiş hadisələrin təkrar olunmaması üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakıya gətirilmiş Niderland Krallığının "Damin" şirkətinin istehsal etdiyi "CSD-500" torpaqsoran qurğulara, Türkiyənin Tuzla şəhərində istehsal olunmuş yedək və təchizat gəmilərinə və tədqiqat katerinə baxış keçirmişdir.
yanvarın 25-də
…Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrəyə işgüzar səfərə gəlmişdir. …Davosda İsveçrə Konfederasiyasının Prezidenti xanım Eveline Vidner Şlümlə, İsrail Dövlətinin Prezidenti Şimon Pereslə, Avstriyanın "OMV AGE" şirkətinin baş icraçı direktoru Gerhard Roisslə və Amerika Birləşmiş Ştatlarının dövlət katibinin iqtisadiyyat, energetika və kənd təsərrüfatı məsələləri üzrə müavini Robert Hormatsla görüşmüşdür.
yanvarın 26-da
…Davosda "UBS Global" şirkətinin direktorlar şurasının sədri Kaspar Villigerlə, Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottingerlə, Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Klaus Şvabla, Gürcüstanın Baş naziri Nika Gilaurilə, Almaniyanın "Deutıche Bank"ının Mərkəzi və Şərqi Avropa ölkələri üzrə icraçı direktoru Peter Tilslə və idarə heyətinin üzvü Yürgen Figenlə, Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti Yakob Kellenbergerlə, Ukrayna Prezidenti Viktor Yanukoviçlə, RWE şirkətinin baş icraçı direktoru Yurgen Qrossmanla, Pakistan İslam Respublikasının Baş naziri Sayid Yusuf Raza Gilanilə, "Holcim Group" şirkətinin idarə heyətinin sədri Markus Akermanla, "Microsoft International" şirkətinin prezidenti, "Microsoft" Korporasiyasının vitse-prezidenti Jan Kurtua ilə və "Edisson" şirkətinin baş icraçı direktoru Bruno Leskörlə görüşmüşdür.
yanvarın 27-də
…Davosda Böyük Britaniyanın York Hersoqu, şahzadə Endryu ilə görüşmüşdür.
Məsələyə münasibət bildirən “ Konsaltinq” Şirkətinin rəhbəri Nüsrət İbrahimovun qənaətinə görə, hər bir qiymət enməsindən sonra qiymət qalxması təbiidir: "Həmişə bu tendensiya özünü göstərib. Amma Azərbaycanda əmlak bazarında yaxın aylarda bahalaşma müşahidə olunmayacaq. Sadəcə, qiymətlərin bir qədər sabitləşməsi gözlənilir. Martın sonunda, aprelin əvvəllərində qiymətlər bir qədər stabilləşəcək. Çünki tikinti bazarında təklif portfelinin həcmi getdikcə azalır. Tikintinin həcmi azalarsa, ilin 2-ci yarısında tələb təkliflə uzlaşacaq. Bundan sonra ilin sonunadək qiymətlərin dəyişməyəcəyi qənaətindəyik. Amma ilin sonunadək daşınmaz əmlak bazarında qiymət artımı gözləmirik. Bir sözlə, 2009-cu ilin sonunadək, 2005-2006-cı illərdə olduğu kimi, nəzərəçarpacaq qiymət artımı olmayacaq. Qiymətlərin artması barədə yayılan məlumatlar isə ucuzlaşmanı nisbətən sabitləşdirmək məqsədi daşıyır". Ekspert yaxın vaxtlarda tikinti şirkətlərinin fəaliyyətində də ciddi aktivliyin yaranmayacağını bildirir: "Hazırda ölkəmizdə tikinti şirkətlərinin fəaliyyəti çox zəifləyib. Bu da maliyyə problemləri ilə bağlıdır. Əgər bu problem həllini tapmasa, tikinti şirkətlərinin fəaliyyəitini bərpa edəcəyindən danışa bilmərik. Bu il tikinti şirkətlərinin əhalidən qaynaqlanan maliyyə mənbəyinin əvvəlki illərdə olduğu kimi yenidən bərpa olunacağı gözlənilmir. Əsas ümidlər bankların kredit verməsinə qalır. Bankların kredit verməsi isə hələlik sual altındadır. Buna görə də bu il tikinti şirkətləri böhran yaşayacaq. Ola bilər ki, 2010-2011 ci illərdə tikinti şirkətləri fəaliyyətini müəyyən qədər aktivləşdirsin. Bu da maliyyə böhranının qarşısının alınmasından sonra mümkün ola bilər". N.İbrahimov cari ilin ilk ayında daşınmaz əmlakın qiymətində ucuzlaşmanın davam etdiyini bildirdi: "Qiymətlər ucuzlaşsa da, alqı-satqıda cüzi aktivlik olub. Bu özünü daha çox təkrar mənzil bazarında göstərib. Torpaq bazarında isə durğunluq hökm sürür. İlkin bazarda güzəşt kampaniyalarına baxmayaraq, aktivlik müşahidə edilmir. Təkrar bazarda aktivliyin artması isə müxtəlif səbəblərlə bağlıdır. Əksəriyyət hesab edir ki, qiymətlər enib və alıcılar üçün məqam yetişib. Ona görə də aktivlik müəyyən qədər artıb".
1946-cı ildə anadan olmuşam. Hazırda yaşa görə təqaüd alıram. İşlədiyim illərdə (1969-1974) Naftalan Şəhər Sovetində İdman Komitəsinin sədri vəzifəsində çalışmışam. Həmin illər dövlət qulluqçusu statusu kimi mənə sayıla bilərmi, eləcə də qulluq stajıma əsasən mənə pensiya təyin olunması mümkündürmü?
İbrahimxəlil QURBANOV, Naftalan şəhəri.
- Sualınıza cavab olaraq bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 01.09.2005-ci il tarixli, 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" qanuna əsasən, pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə dövlət qulluqçularının vəzifələrinin "İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı"nda şəhər sovetinin nəzdində idman komitələri nəzərdə tutulmadığından dövlət qulluğuna edilən güzəştlər sizə şamil edilə bilməz.