Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
yanvarın 23-də
…Rusiya Federasiyasının Soçi şəhərinə işgüzar səfərə gəlmişdir. …və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə görüşmüş və qarşılıqlı fikir mübadiləsi aparmışlar. …və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Rusiyanın "Qazprom-eksport" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında təbii qazın alqı-satqısına dair müqaviləyə 5 nömrəli əlavə sazişin imzalanması mərasimində iştirak etmişlər. …, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə birgə görüşmüş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələləri müzakirə etmişlər. …, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair danışıqların yekunlarına əsasən Birgə Bəyanat qəbul etmişlər. …Rusiya Federasiyasına işgüzar səfərini başa vuraraq həmin gün axşam Bakıya qayıtmışdır.
yanvarın 24-də
…Kür çayının suyunun daşması nəticəsində baş vermiş hadisələrin təkrar olunmaması üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakıya gətirilmiş Niderland Krallığının "Damin" şirkətinin istehsal etdiyi "CSD-500" torpaqsoran qurğulara, Türkiyənin Tuzla şəhərində istehsal olunmuş yedək və təchizat gəmilərinə və tədqiqat katerinə baxış keçirmişdir.
yanvarın 25-də
…Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrəyə işgüzar səfərə gəlmişdir. …Davosda İsveçrə Konfederasiyasının Prezidenti xanım Eveline Vidner Şlümlə, İsrail Dövlətinin Prezidenti Şimon Pereslə, Avstriyanın "OMV AGE" şirkətinin baş icraçı direktoru Gerhard Roisslə və Amerika Birləşmiş Ştatlarının dövlət katibinin iqtisadiyyat, energetika və kənd təsərrüfatı məsələləri üzrə müavini Robert Hormatsla görüşmüşdür.
yanvarın 26-da
…Davosda "UBS Global" şirkətinin direktorlar şurasının sədri Kaspar Villigerlə, Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottingerlə, Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Klaus Şvabla, Gürcüstanın Baş naziri Nika Gilaurilə, Almaniyanın "Deutıche Bank"ının Mərkəzi və Şərqi Avropa ölkələri üzrə icraçı direktoru Peter Tilslə və idarə heyətinin üzvü Yürgen Figenlə, Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti Yakob Kellenbergerlə, Ukrayna Prezidenti Viktor Yanukoviçlə, RWE şirkətinin baş icraçı direktoru Yurgen Qrossmanla, Pakistan İslam Respublikasının Baş naziri Sayid Yusuf Raza Gilanilə, "Holcim Group" şirkətinin idarə heyətinin sədri Markus Akermanla, "Microsoft International" şirkətinin prezidenti, "Microsoft" Korporasiyasının vitse-prezidenti Jan Kurtua ilə və "Edisson" şirkətinin baş icraçı direktoru Bruno Leskörlə görüşmüşdür.
yanvarın 27-də
…Davosda Böyük Britaniyanın York Hersoqu, şahzadə Endryu ilə görüşmüşdür.
-Məlum olduğu kimi, Dünya Bankı dünya ölkələrinin iqtisadi vəziyyətinə dair ötən ilin sonunda hazırladığı hesabatını bir neçə gün əvvəl dəyişib, hesabatda bütün ölkələrdəki iqtisadi göstəricilər bir neçə dəfə azaldılıb. Azərbaycanla bağlı vəziyyət necədir? -Biz ötən il dünya maliyyə böhranını nəzərə almışdıq, amma neft və digər xammalların dəyişikliyi barədə pessimist proqnozlar düşünmürdük. Eləcə də böhranın iqtisadi tempə bu qədər təsir edəcəyini fikirləşmirdik. Son bir ayda isə vəziyyət o qədər dəyişdi ki, bazarın konyukturasının belə mürəkkəb olduğu situasiyada proqnoz göstəricilərin də dəyişməsi zəruriliyi meydana çıxdı. Bütün dövlətlərdə iqtisadi geriləmə gedir və 2009-cu ildə inkişaf tempi çox aşağı olacaq. Buna görə də biz yeni ssenarilər hazırladıq. Azərbaycanla bağlı vəziyyətə gəldikdə, biz bu ölkədə inkişafın yüksək olacağını proqnozlaşdırırıq. 2009-cu ildə, bütün dünya dövlətlərində olduğu kimi, Azərbaycanda da milli məhsulun artım tempi bir qədər azalacaq. Əvvəlki proqnozlarda biz Azərbaycanda iqtisadi tempi 12-15 faiz dəyərləndirirdik. Hazırkı ssenaridə isə bu göstərici 10 faizdən çox deyil. Bu, çox böyük rəqəmdir. Ən inkişaf etmiş dövlətlərdə bu rəqəmin 2-3 faizdən çox olacağını gözləmirik. Azərbaycanda sabit və dayanıqlı iqtisadi sistemin qeydə alınacağı şübhəsizdir. Dünya maliyyə böhranı digər ölkələrlə müqayisədə Azərbaycana minimum səviyyədə təsir edəcək. -Belə çıxır ki, ölkəmizdə iqtisadi fəallıq da bir qədər aşağı düşəcək... -Bunu gözləmək olar. Amma Azərbaycanda iqtisadi fəallıq normal davam edəcək. Müəssisələrdə çoxlu ixtisarların olacağını düşünmürəm. Çünki sizin ölkəniz dünya maliyyə sisteminə o qədər də transformasiya olunmayıb. Azərbaycanın zəif inkişaf etmiş maliyyə bazarı, yerli bankların "isti" kapital axınından aşağı asılılığı və çox güclü beynəlxalq ehtiyatlı mövqeyi böhranın təsirinin qarşısını alıb. Böhranın ilk əlamətləri üzə çıxan zamandan güclü iqtisadi vəziyyətdə olması və hazırda qlobal maliyyə sisteminə məhdud inteqrasiya olunması səbəbindən Azərbaycanın cari iqtisadi siyasəti ilə böhranın qısamüddətli təsirinə nisbi davamlı olacağı gözlənir. Amma maliyyə sistemində təhlükələr hələ də səngiməyib. -Hansı sahələr daha çox risklərlə üzləşə bilər? -Məncə, bu il Azərbaycanın bank sistemi üçün mürəkkəb dövr olacaq. Hazırda bir sıra ölkənin bank sistemində ciddi likvidlik problemləri mövcuddur. Banklar böhrana güclü tərəfləri ilə daxil olmalıdır. Azərbaycanda depozit və kreditlərin müxtəlif valyutada olması, portfellərin sağlamlığı müşahidə olunur. Bu, Milli Bankın yeritdiyi güclü siyasətin nəticəsidir. Amma banklar öz üzərlərində hələ işləməlidir və problemlərin yeni həlli yollarını tapmalıdır. İndiki şəraitdə bankların lazımi maliyyə vəsaitləri olmalıdır və bu istiqamətdə hökumətlə aparılan dialoq davam etdirilməlidir. Bundan başqa, bank sektoruna diqqət artırılmalıdır. Banklar normal kreditləşmə apara bilmirlər. Eləcə də sığorta sistemində mənfi tendensiyalar hiss olunur. - Cənab Katsu, DB neftin qiymətləri ilə bağlı proqnozlarını da aşağı salıb, neftin qiymətinin ucuzlaşması hansı problemlər yarada bilər? -Neftin qiymətinin ucuzlaşması bütün tədarükçü ölkələrin iqtisadi həyatına təsir edib. Biz bu il birjalarda yüksək neft qiymətləri indeksinin baş verəcəyini gözləmirik. 2009-cu il üçün neftin qiyməti 45-50 dollar proqnozlaşdırılır. Biz ötən ilin noyabrında açıqladığımız məruzədə 2009-cu ildə neftin qiyməti üzrə proqnozu 70 dollar müəyyənləşdirmişdik. Amma son proseslər göstərir ki, qiymətlərin həmin həddə çatması uzun müddət mümkün deyil. Dünyada neftə olan tələbatın səviyyəsi düşməkdə davam edir, bu isə öz növbəsində ixracatçı ölkələr üzrə iqtisadi artım proqnozlarının azalmasını ortaya çıxarır. Gələn il neftin qiyməti üzrə proqnoz deməyə tələsmirik, çünki bu, çox mürəkkəb məsələdir. Ən yaxşı halda bunu 60 dollar səviyyəsində qeyd etmək olar. Büdcəsini neft əsasında formalaşdıran ölkələr üçün, o cümlədən də Azərbaycan üçün indiki şəraitdə büdcə təsnifatında korrektələrə ehtiyac var. Neftin qiymətinin yaxın müddət üçün sabitləşəcəyini düşünmək taktiki baxımdan səhvdir. Büdcə gəlirlərini əsasən neft əsasında formalaşdıran Azərbaycan hökuməti də xərcləri azaltmalıdır. Məncə, xərclərin strukturuna yenidən baxmaq gərəkdir. Biz büdcədə investisiya layihələrinin tamamilə "qayçılanmasını" da məsləhət görmürük, sadəcə, bəzi sahələrdə xərcləri azaltmaq problem yaratmaz. Hökumət bu amili nəzərə alaraq qeyri-neft sektorunun inkişafına xüsusi diqqət yetirməlidir, bu sahəyə kifayət qədər vəsait yönəldilməsinə ehtiyac var. Bu siyasət yeni iş yerlərinin yaradılması, biznes mühiti, rəqabət qabiliyyəti və dövlətin maliyyə idarəetməsi ilə bağlı tədbirlərini gücləndirə bilər. Onu da deyim ki, böhran müəyyən müsbət imkanlar da yaradır. Qeyri-neft sektoru inkişaf etdirilsə yeni iş yerləri yaradılması da geniş xarakter alacaq. -Dünya Bankı yeni proqnozlarında inflyasiyanın da azalacağını güman edir... -Bu, sözsüz ki, bizim proqnozlarımızda əsas metedoloji alətlərdən biridir. İnflyasiya bütün dünya sistemini əhatə etməkdədir. Azərbaycanda da son aylar qiymət enişləri nəzərə çarpır. Biz ötən ilin sonlarında Azərbaycanda 25-30 faizlik qiymət əmsalı olacağını zənn edirdik. Amma son statistikada bu rəqəmin 8 faizdən də çox azaldığını gördük. Hesab edirəm ki, bu il Azərbaycanda inflyasiyanın illik tempi xeyli azalacaq. Hətta birrəqəmli inflyasiya da qeydə alına bilər.
1946-cı ildə anadan olmuşam. Hazırda yaşa görə təqaüd alıram. İşlədiyim illərdə (1969-1974) Naftalan Şəhər Sovetində İdman Komitəsinin sədri vəzifəsində çalışmışam. Həmin illər dövlət qulluqçusu statusu kimi mənə sayıla bilərmi, eləcə də qulluq stajıma əsasən mənə pensiya təyin olunması mümkündürmü?
İbrahimxəlil QURBANOV, Naftalan şəhəri.
- Sualınıza cavab olaraq bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 01.09.2005-ci il tarixli, 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" qanuna əsasən, pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə dövlət qulluqçularının vəzifələrinin "İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı"nda şəhər sovetinin nəzdində idman komitələri nəzərdə tutulmadığından dövlət qulluğuna edilən güzəştlər sizə şamil edilə bilməz.