Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
yanvarın 23-də
…Rusiya Federasiyasının Soçi şəhərinə işgüzar səfərə gəlmişdir. …və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə görüşmüş və qarşılıqlı fikir mübadiləsi aparmışlar. …və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Rusiyanın "Qazprom-eksport" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında təbii qazın alqı-satqısına dair müqaviləyə 5 nömrəli əlavə sazişin imzalanması mərasimində iştirak etmişlər. …, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə birgə görüşmüş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələləri müzakirə etmişlər. …, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair danışıqların yekunlarına əsasən Birgə Bəyanat qəbul etmişlər. …Rusiya Federasiyasına işgüzar səfərini başa vuraraq həmin gün axşam Bakıya qayıtmışdır.
yanvarın 24-də
…Kür çayının suyunun daşması nəticəsində baş vermiş hadisələrin təkrar olunmaması üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakıya gətirilmiş Niderland Krallığının "Damin" şirkətinin istehsal etdiyi "CSD-500" torpaqsoran qurğulara, Türkiyənin Tuzla şəhərində istehsal olunmuş yedək və təchizat gəmilərinə və tədqiqat katerinə baxış keçirmişdir.
yanvarın 25-də
…Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrəyə işgüzar səfərə gəlmişdir. …Davosda İsveçrə Konfederasiyasının Prezidenti xanım Eveline Vidner Şlümlə, İsrail Dövlətinin Prezidenti Şimon Pereslə, Avstriyanın "OMV AGE" şirkətinin baş icraçı direktoru Gerhard Roisslə və Amerika Birləşmiş Ştatlarının dövlət katibinin iqtisadiyyat, energetika və kənd təsərrüfatı məsələləri üzrə müavini Robert Hormatsla görüşmüşdür.
yanvarın 26-da
…Davosda "UBS Global" şirkətinin direktorlar şurasının sədri Kaspar Villigerlə, Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottingerlə, Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Klaus Şvabla, Gürcüstanın Baş naziri Nika Gilaurilə, Almaniyanın "Deutıche Bank"ının Mərkəzi və Şərqi Avropa ölkələri üzrə icraçı direktoru Peter Tilslə və idarə heyətinin üzvü Yürgen Figenlə, Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti Yakob Kellenbergerlə, Ukrayna Prezidenti Viktor Yanukoviçlə, RWE şirkətinin baş icraçı direktoru Yurgen Qrossmanla, Pakistan İslam Respublikasının Baş naziri Sayid Yusuf Raza Gilanilə, "Holcim Group" şirkətinin idarə heyətinin sədri Markus Akermanla, "Microsoft International" şirkətinin prezidenti, "Microsoft" Korporasiyasının vitse-prezidenti Jan Kurtua ilə və "Edisson" şirkətinin baş icraçı direktoru Bruno Leskörlə görüşmüşdür.
yanvarın 27-də
…Davosda Böyük Britaniyanın York Hersoqu, şahzadə Endryu ilə görüşmüşdür.
Artıq Azərbaycanla qonşu olan ölkələrdə - Rusiyada, Gürcüstanda, həmçinin Belarusda xüsusi iqtisadi zonalar yaradılıb. İqtisadçılar bunun həmin ölkələrin inkişafına böyük təsir göstərdiyini deyirlər. Məlumat üçün bildirək ki, hazırda dünyada 700-ə qədər iqtisadi zona mövcuddur. Onların da təxminən 85 faizi dünya okeanına çıxışı olan dəniz limanları və hava limanlarına yaxın ərazilərdə yaradılıb. Çünki belə zonaların yaradılmasının şərtlərindən biri də onların dünya okeanına yaxınlığı ilə əlaqələndirilir. Əgər azad iqtisadi zonalarda investorlar üçün gömrük, vergi və başqa sahələrdə güzəştlər vəd edən azad mühit yaradılarsa, xüsusi iqtisadi zonalarda həmin güzəştlər tətbiq edilmir. Ölkəmizdə də azad iqtisadi zonaların yaradılması təklifləri hələ ötən əsrin sonlarında səsləndirilsə də, əməli iş üzə çıxmadı. Daha sonra isə müvafiq strukturlar azad deyil, xüsusi iqtisadi zonaların yaradılmasını daha məqsədəuyğun hesab etdilər. Parlamentdə də hüquqi bazanın formalaşdırılması üçün "Xüsusi iqtisadi zonalar haqqında" Qanun layihəsi hazırlanıb. Hətta qanun layihəsinin ikinci oxunuşda müzakirəsi də keçirilib. Amma, hələ ki, xüsusi iqtisadi zonaların yaradılması istiqamətində nəzərəçarpacaq işlər görülmür. Bu isə hüquqi bazanın olmaması ilə əlaqələndirilir. İqtisadçı millət vəkili Əli Məsimlinin sözlərinə görə, "Xüsusi iqtisadi zonalar haqqında" Qanun layihəsi hazırlanıb. Bu, sözügedən qanunun qəbulundan sonra onun gələcəkdə daha yaxşı işləməsi ilə nəticələnəcək: "Bu qanuna çox böyük ehtiyac var. Lakin bu məsələdə tələskənliyə yol vermək olmaz". İqtisadçı əlavə etdi ki, təxminən 1993-cü ilin əvvəllərində xüsusi iqtisadi zonalarla bağlı bir qanun layihəsi hazırlanıb: "Lakin həmin qanun layihəsi müzakirələrə çıxarılıb qəbul olunsaydı, sonradan çox peşimançılıq çəkəcəkdik". Ə.Məsimlinin fikrincə, hazırda yalnız Bakı və Bakıətrafı bölgələrdə, Abşeronda xüsusi iqtisadi zonaların yaradılması düzgün olar. Digər, xüsusilə Qarabağətrafı bölgələrdə belə iqtisadi zonaların yaradılmasına indiki halda heç cür getmək olmaz. Milli Məclisin İqtisadi Siyasət Daimi Komissiyasının sədri Ziyad Səmədzadənin sözlərinə görə, birinci oxunuş müzakirələri zamanı millət vəkilləri tərəfindən xeyli irad və təkliflər səsləndirilib: "Bütün bunları nəzərə alaraq qanun layihəsində 61 əlavə və dəyişiklik edilib. ABŞ-ın USAİD təşkilatında qanun layihəsi ilə əlaqədar olaraq müzakirələr aparılıb. Müzakirələr zamanı səsləndirilən təkliflərin bir qismi ikinci oxunuşda nəzərə alınıb. Ancaq Azərbaycanın milli maraqlarına uyğun gəlməyən bir sıra fikirlər qəbul edilməyib". Komissiya sədri xüsusi iqtisadi zonalarla azad iqtisadi zonaların eyniləşdirilməsinin düzgün olmadığını bildirdi: "Xüsusi iqtisadi zonaların əsas şərti onun yerləşdiyi ərazinin müvafiq infrastrukturunun olmasıdır". Z.Səmədzadənin sözlərinə görə, qanun layihəsi ilə bağlı yaxın vaxtlarda əlaqədar təşkilatların, o cümlədən İqtisadi İnkişaf Nazirliyinin rəsmiləri ilə görüş keçirilməsi gözlənilir: “Dünyada iqtisadi, maliyyə böhranının yaşandığı şəraitdə Azərbaycan da bu problemdən yayınmaq üçün sürətli addımlar atır və öz milli maraqlarını qorumaq istiqamətində əhəmiyyətli işlər görür. Bu gün belə qanunun qəbulunun nəzərdə tutulması da bir daha onu göstərir ki, Azərbaycan düzgün yoldadır".
1946-cı ildə anadan olmuşam. Hazırda yaşa görə təqaüd alıram. İşlədiyim illərdə (1969-1974) Naftalan Şəhər Sovetində İdman Komitəsinin sədri vəzifəsində çalışmışam. Həmin illər dövlət qulluqçusu statusu kimi mənə sayıla bilərmi, eləcə də qulluq stajıma əsasən mənə pensiya təyin olunması mümkündürmü?
İbrahimxəlil QURBANOV, Naftalan şəhəri.
- Sualınıza cavab olaraq bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 01.09.2005-ci il tarixli, 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" qanuna əsasən, pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə dövlət qulluqçularının vəzifələrinin "İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı"nda şəhər sovetinin nəzdində idman komitələri nəzərdə tutulmadığından dövlət qulluğuna edilən güzəştlər sizə şamil edilə bilməz.