Rəsmi

Azərbaycan
Respublikasının
Prezidenti İlham Əliyev

yanvarın 23-də

…Rusiya Federasiyasının Soçi şəhərinə işgüzar səfərə gəlmişdir.
…və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə görüşmüş və qarşılıqlı fikir mübadiləsi aparmışlar.
…və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Rusiyanın "Qazprom-eksport" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında təbii qazın alqı-satqısına dair müqaviləyə 5 nömrəli əlavə sazişin imzalanması mərasimində iştirak etmişlər.
…, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə birgə görüşmüş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələləri müzakirə etmişlər.
…, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair danışıqların yekunlarına əsasən Birgə Bəyanat qəbul etmişlər.
…Rusiya Federasiyasına işgüzar səfərini başa vuraraq həmin gün axşam Bakıya qayıtmışdır.

yanvarın 24-də

…Kür çayının suyunun daşması nəticəsində baş vermiş hadisələrin təkrar olunmaması üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakıya gətirilmiş Niderland Krallığının "Damin" şirkətinin istehsal etdiyi "CSD-500" torpaqsoran qurğulara, Türkiyənin Tuzla şəhərində istehsal olunmuş yedək və təchizat gəmilərinə və tədqiqat katerinə baxış keçirmişdir.

yanvarın 25-də

…Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrəyə işgüzar səfərə gəlmişdir.
…Davosda İsveçrə Konfederasiyasının Prezidenti xanım Eveline Vidner Şlümlə, İsrail Dövlətinin Prezidenti Şimon Pereslə, Avstriyanın "OMV AGE" şirkətinin baş icraçı direktoru Gerhard Roisslə və Amerika Birləşmiş Ştatlarının dövlət katibinin iqtisadiyyat, energetika və kənd təsərrüfatı məsələləri üzrə müavini Robert Hormatsla görüşmüşdür.

yanvarın 26-da

…Davosda "UBS Global" şirkətinin direktorlar şurasının sədri Kaspar Villigerlə, Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottingerlə, Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Klaus Şvabla, Gürcüstanın Baş naziri Nika Gilaurilə, Almaniyanın "Deutıche Bank"ının Mərkəzi və Şərqi Avropa ölkələri üzrə icraçı direktoru Peter Tilslə və idarə heyətinin üzvü Yürgen Figenlə, Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti Yakob Kellenbergerlə, Ukrayna Prezidenti Viktor Yanukoviçlə, RWE şirkətinin baş icraçı direktoru Yurgen Qrossmanla, Pakistan İslam Respublikasının Baş naziri Sayid Yusuf Raza Gilanilə, "Holcim Group" şirkətinin idarə heyətinin sədri Markus Akermanla, "Microsoft International" şirkətinin prezidenti, "Microsoft" Korporasiyasının vitse-prezidenti Jan Kurtua ilə və "Edisson" şirkətinin baş icraçı direktoru Bruno Leskörlə görüşmüşdür.

yanvarın 27-də

…Davosda Böyük Britaniyanın York Hersoqu, şahzadə Endryu ilə görüşmüşdür.

“Böyük təcrübəyə malik kadr potensialımız var”

23.02.09 - 13:20443 baxılıb

Ə.Ağasıyev iclas iştirakçılarının diqqətini fevral ayının 6-da dövlət başçısının imzaladığı "Azərbaycan Respublikasında kurortların 2009-2018-ci illərdə inkişafı üzrə Dövlət Proqramı"na yönəltdi. Dedi ki, bu proqram respublikamızda dünya standartlarına cavab verən kurortlar şəbəkəsi yaradılmasını nəzərdə tutur. Proqramın reallaşması çox da uzaq gələcəyə hesablanmayıb. Bizim gözlənilən rəqabətə hazırlaşmağımız üçün çox az vaxtımız qalır. Yeniləşməyi, xidmətin səviyyəsini qaldırmağı bacarmasaq, təxminən 200 hektara yaxın ərazidə uzun illərdən bəri fəaliyyət göstərən sağlamlıq müəssisələrimizdən əl çəkmək məcburiyyətində qalacağıq. Cəmiyyətin rəhbəri bu çətin vəzifənin öhdəsindən gəlməyin lokomotivi kimi işə münasibətin 180 dərəcə dəyişməsini göstərdi: “Düz bir il əvvəl "Kurort" Səhmdar Cəmiyyətinə yeni prezident təyin edilsə də, kadrların heç biri vəzifəsindən uzaqlaşdırılmadı. Amma məndən qabaq dinlənilən hesabat çıxışlarından da göründüyü kimi, şərait hiss ediləcək qədər yaxşılaşıb. Deməli, böyük təcrübəyə malik kadr potensialımız var. Sadəcə, bu potensialın üzə çıxmasına istək lazımdır”.
Ə.Ağasıyev çıxışını nikbin notlarla yekunlaşdırdı: “Biz cəmi bir il ərzində işimizdə dönüş yarada bildik. Bunu müalicəyə gələn insanlar da təsdiq edirlər. Xadimədən tumuş baş həkimə qədər hamımız ancaq xidməti yüksəltmək barədə fikirləşsək, müasir kurort şəbəkəsi qurmaq istəyimizə çatmaq çətin olmayacaq”.
2008-ci ildə yaradılmış dönüş "Bilgəh", "Abşeron", "Günəşli" sanatoriyalarının baş həkimlərinin, "Xidmət İş" Hİ Federasiyasının, "Kurort" SC-nin məsul işçilərinin hesabat xarakterli çıxışlarında da aydın görünürdü. Çıxışlarda bildirildi ki, 2008-ci ildə "Bilgəh", "Şıx" və "Xəzər" sanatoriyalarında yeni müalicə otaqları təşkil olunmuşdur. Sağlamlıq ocaqları üçün 50 ədəd yeni tibb avadanlığı alınmış və istifadəyə verilmişdir. Müasir tələblərə cavab verən və yeni tibbi avadanlıqlarla təchiz edilmiş sanator-diaqnostik mərkəz yaradılmışdır.
Qidalanmanın təşkilində xeyli irəliləyiş qeydə alınır. Belə ki, alınan ərzaq məhsullarının keyfiyyəti, xörəklərin çeşidi və işçilərin xidmət mədəniyyətinin aparılması daim diqqət mərkəzində saxlanılmışdır. "Bilgəh", "Qaranquş", "Abşeron", "Şıx" və "Günəşli" sanatoriyalarının yeməkxanalarında müxtəlif istilik və ventilyasiya sistemləri qurulmuş və ya bərpa edilmişdir. "Bilgəh" sanatoriyasında yüksək səviyyədə xidmət göstərilən imkanı verən yeni yemək zalı təşkil edilmişdir. Burada "Şvet stolu"nun tətbiqi üçün avadanlıqlar quraşdırılmışdır. Mədəni-kütləvi işlər gücləndirilmişdir. Sağlamlıq ocaqlarında müasir tələblərə cavab verən 58 çarpayı və 8 çarpayılıq lüks tipli kotec istifadəyə verilmiş, üç ədəd yeni tipli istilik qazanı quraşdırılmış, 4 ədəd istilik qazanı əsaslı təmir olunmuş, 4735 metr istilik və su xətti çəkilmişdir.
Sağlamlıq ocaqlarında yeməkxanalar əsaslı təmir olunmuş, istiliklə və kondisionerlərlə təmin edilmişdirlər.
18 su quyusu təmir olunub, 8 ədəd yeni quyu qazılıb, 2 ədəd böyük həcmli çən quraşdırılıb, 1100 metr elektrokabel və 1450 metr qaz borusu çəkilib, "Günəşli", "Bilgəh" və "Naftalan" sanatoriyalarında abadlıq və yenidənqurma işləri aparılıb.
Cari ildə 139 ədəd televizor, 69 soyuducu, 1980 ədəd müxtəlif növ mebel, 34 elektrik avadanlığı, 85 kondisioner, 28 mühərrik təmir olunub və 36 ədəd antena qurulub. Bununla yanaşı, 42 ton yataq dəsti yuyulub, 1500 kubmetr zibil daşınıb, 40000 kubmetr sahədə dezinfeksiya , dezinseksiya və deratizasiya işləri aparılıb.
"Günəşli" sanatoriyasının işçiləri əsaslı təmir edilmiş və müasir avadanlıqla təmin olunmuş inzibati binaya köçürülmüşlər.
Cəmiyyət xidməti təşkilatlara olan borclardan 3,8 milyon manatı əvəzləşmə yolu ilə ləğv etmişdir. Vergi borcları üzrə 640 min manatadək azalma aparılmış, Dövlət Sosial Müdafiə Fonduna olan borcların 300 min manata qədərinin silinməsi üçün lazımi işlər görülmüşdür. Bunun da nəticəsində Cəmiyyətin bütün sağlamlıq ocaqlarının və təsərrüfatların bank hesablarının fəaliyyəti bərpa edilmiş və vergi idarələri ilə hesablaşmalarda yaranmış çətinliklər aradan qaldırılmışdır.
Qeyd etmək lazımdır ki, görülmüş işlərin sayəsində əhalinin sanator-kurort sisteminə inamı və axını güclənmişdir. Beləliklə, sağlamlıq ocaqlarına gələn xəstələrin sayı xeyli artmış və qaiblərin sayı 4,4 dəfə azalmışdır.
2008-ci ildə Cəmiyyət sağlamlıq ocaqlarının və təsərrüfatların fəaliyyətinə dair 44 sərəncam vermiş (2007-ci ildə-17 sərəncam), İdarə Heyətində Cəmiyyətin fəaliyyətində çox vacib olan 15 məsələyə baxılmışdır.
Kollegiya iclasında "Xidmət İş" Hİ Federasiyasının prezidenti İlyas Əliyev çıxış edərək Azərbaycan kurort məkanında mövcud olan vəziyyətdən, bu məkanda layiqli yer tutmaq üçün həmkarlar ittifaqının müalicə-sağlamlıq ocaqlarının qarşısında duran vəzifələrdən danışdı. Bir sıra təkliflər irəli sürdü və tövsiyələr verdi. Kollegiya deyilənləri nəzərə alaraq "Kurort" SC-nin müəssisələrinin fəaliyyətini gələcəkdə daha da yaxşılaşdırmaq məqsədi ilə mühüm qərarlar qəbul etdi.
Sonda 2008-ci ildə əldə etdikləri nailiyyətlərə, göstərdikləri təşəbbüskarlığa görə Cəmiyyətin on yeddi işçisinə pul mükafatı, qiymətli hədiyyələr təqdim edildi. Dörd nəfərə isə, əmək kitabçasına yazılmaqla, təşəkkür elan olundu.

B.SAFAOĞLU.

çap üçün verisya

Axtarish sistemi

  


« February 2012
Mo Tu We Th Fr Sa Su
 12345
6789101112
13141516171819
20212223242526
272829 
Advokat

1946-cı ildə anadan olmuşam. Hazırda yaşa görə təqaüd alıram. İşlədiyim illərdə (1969-1974) Naftalan Şəhər Sovetində İdman Komitəsinin sədri vəzifəsində çalışmışam. Həmin illər dövlət qulluqçusu statusu kimi mənə sayıla bilərmi, eləcə də qulluq stajıma əsasən mənə pensiya təyin olunması mümkündürmü?

İbrahimxəlil QURBANOV,
Naftalan şəhəri.


- Sualınıza cavab olaraq bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 01.09.2005-ci il tarixli, 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" qanuna əsasən, pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə dövlət qulluqçularının vəzifələrinin "İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı"nda şəhər sovetinin nəzdində idman komitələri nəzərdə tutulmadığından dövlət qulluğuna edilən güzəştlər sizə şamil edilə bilməz.


© 2006-2012
Müəllif hüquqları Ulfet Qazeti-nə məxsusdur.
Dizayn NUR D şirkəti tərəfindən hazırlanıb.