Rəsmi

Azərbaycan
Respublikasının
Prezidenti İlham Əliyev

yanvarın 23-də

…Rusiya Federasiyasının Soçi şəhərinə işgüzar səfərə gəlmişdir.
…və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə görüşmüş və qarşılıqlı fikir mübadiləsi aparmışlar.
…və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Rusiyanın "Qazprom-eksport" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında təbii qazın alqı-satqısına dair müqaviləyə 5 nömrəli əlavə sazişin imzalanması mərasimində iştirak etmişlər.
…, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə birgə görüşmüş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələləri müzakirə etmişlər.
…, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair danışıqların yekunlarına əsasən Birgə Bəyanat qəbul etmişlər.
…Rusiya Federasiyasına işgüzar səfərini başa vuraraq həmin gün axşam Bakıya qayıtmışdır.

yanvarın 24-də

…Kür çayının suyunun daşması nəticəsində baş vermiş hadisələrin təkrar olunmaması üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakıya gətirilmiş Niderland Krallığının "Damin" şirkətinin istehsal etdiyi "CSD-500" torpaqsoran qurğulara, Türkiyənin Tuzla şəhərində istehsal olunmuş yedək və təchizat gəmilərinə və tədqiqat katerinə baxış keçirmişdir.

yanvarın 25-də

…Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrəyə işgüzar səfərə gəlmişdir.
…Davosda İsveçrə Konfederasiyasının Prezidenti xanım Eveline Vidner Şlümlə, İsrail Dövlətinin Prezidenti Şimon Pereslə, Avstriyanın "OMV AGE" şirkətinin baş icraçı direktoru Gerhard Roisslə və Amerika Birləşmiş Ştatlarının dövlət katibinin iqtisadiyyat, energetika və kənd təsərrüfatı məsələləri üzrə müavini Robert Hormatsla görüşmüşdür.

yanvarın 26-da

…Davosda "UBS Global" şirkətinin direktorlar şurasının sədri Kaspar Villigerlə, Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottingerlə, Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Klaus Şvabla, Gürcüstanın Baş naziri Nika Gilaurilə, Almaniyanın "Deutıche Bank"ının Mərkəzi və Şərqi Avropa ölkələri üzrə icraçı direktoru Peter Tilslə və idarə heyətinin üzvü Yürgen Figenlə, Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti Yakob Kellenbergerlə, Ukrayna Prezidenti Viktor Yanukoviçlə, RWE şirkətinin baş icraçı direktoru Yurgen Qrossmanla, Pakistan İslam Respublikasının Baş naziri Sayid Yusuf Raza Gilanilə, "Holcim Group" şirkətinin idarə heyətinin sədri Markus Akermanla, "Microsoft International" şirkətinin prezidenti, "Microsoft" Korporasiyasının vitse-prezidenti Jan Kurtua ilə və "Edisson" şirkətinin baş icraçı direktoru Bruno Leskörlə görüşmüşdür.

yanvarın 27-də

…Davosda Böyük Britaniyanın York Hersoqu, şahzadə Endryu ilə görüşmüşdür.

Bazarlarda vaxtı keçmiş ərzaq məhsulları artır

23.02.09 - 13:23371 baxılıb

Məsələyə münasibət bildirən Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri Zirəddin Kazımov belə hallara qarşı mütəmadi olaraq tədbirlər görüldüyünü bildirir: "Vaxtaşırı olaraq Gigiyena və Epidemiologiya Mərkəzi istehsal müəssisələrində yoxlamalar aparır. Həmin yoxlamalar zamanı istehsal müəssisəsinin müasir tələblərə uyğunluğu, istehsal edilən məhsulların keyfiyyəti araşdırılır. Neqativ hallar aşkarlandıqda müvafiq tədbirlər görülür. Bu tədbirlərə müəssisə sahibinin cərimələnməsi, son tədbir kimi müəssisənin bağlanması da daxildir. Qurumun tabeliyində olan rayon yerli şöbələrinin qidalanma bölmələri vasitəsilə hər ay yoxlamalar aparılır".
Z.Kazımovun sözlərinə görə, keyfiyyətsiz ərzaq məhsullarının satılmasına qarşı mübarizə tədbirləri çərçivəsində ötən il 147 müəssisənin fəaliyyəti müvəqqəti dayandırılıb: "Sanitar gigiyenik normaların pozulmasına yol verdiklərinə görə 274 sahibkar inzibati qaydada cərimələnib. Müxtəlif çeşidli siqaret, toyuq və mal əti satışdan çıxarılıb. Ukraynanın istehsalı olan "Baby" nişanlı uşaq qidası həmçinin digər vaxtı keçmiş məhsullar aşkarlanaraq bazardan yığışdırılıb. Əgər ərzaq məhsullarının istifadə müddətinin artırılmasına rast gəlinirsə, o halda sahibkar cərimələnir. Ərzaq məhsullarının istifadə müddətinin artırılmasına müstəsna hallarda yol verilir. Yalnız laboratoriyada yoxlanılıb müvafiq rəy verildikdən sonra ərzaq məhsulunun satışı 6 ay müddətinədək uzadıla bilər".
Z.Kazımovun sözlərinə görə, keyfiyyətsiz məhsullar daha çox gizli sexlərdə hazırlanır: "Gigiyenik sertifikatı olmayan müəssisələrdə heç bir tələbə cavab verməyən məhsullar istehsal edilir. Gigiyena və Epidemiologiya Mərkəzi belə yerlərin aşkarlanması istiqamətində də araşdırmalar aparır. Kortəbii istehsal sahələri aşkarlandıqda bu barədə müvafiq ölçü götürülməsi üçün hüquq-mühafizə orqanlarına məlumat verilir. Gigiyenik tələblərə uyğun olmayan məhsullar istehsal edən müəssisələr İnzibati Xətalar Məcəlləsinin tələblərinə uyğun olaraq cərimələnir. Cərimələrin minimum məbləği 50 manatdan 200 manatadək olur".

"Vaxtı keçmiş təhlükəli malların son taleyinin necə olacağını həll edəcək qanuni mexanizm yoxdur"

Şöbə müdiri vaxtaşırı olaraq satışda olan ərzaq məhsullarından nümunələr götürülərək müayinə olunduğunu bildirir: "Ticarət şəbəkələrinə tərəfimizdən dəfələrlə xəbərdarlıq edilib ki, məhsulların saxlanılma şəraitinə ciddi əməl etsinlər. Bəzən məhsulların ev şəraitində düzgün istifadə edilməsi də zəhərlənməyə səbəb ola bilər. Bundan başqa, gigiyenik sertifikatı olmayan konservləşdirilmiş məhsullarının alınmaması məsləhətdir. Bu mənada əhali özü də aldıqları ərzaq məhsullarının keyfiyyətinə diqqət yetirməlidir".
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov da istifadə müddəti bitən ərzaq məhsullarının satışının artdığını təsdiqləyir: "Bununla yanaşı, əksər hallarda saxlanılma qaydalarına riayət edilməyən mallar əhaliyə satılır. Düzgün markalanmayan məhsulların,qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilən və heç bir yoxlamadan keçməyən ərzaqların satışı artır. Problemin əsas səbəblərindən biri odur ki, Azərbaycan hökumətinin istehlakçı siyasəti yoxdur".
E.Hüseynovun qənaətinə görə, vaxtıkeçmiş təhlükəli malların son taleyinin necə olacağını həll edəcək qanuni mexanizm yoxdur: "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" Qanun 1995-ci ildə qəbul edilib. Bundan sonra həmin qanuna 6 dəfə əlavə və dəyişikliklər olsa da, istehlakçıların xeyrinə olan maddələr çıxarılıb. 2000-ci ildə "Yeyinti məhsulları haqqında" Qanun qəbul edilsə də, həmin qanunun bugünədək işlək mexanizmi yoxdur. Digər tərəfdən, əgər satıcı vaxtı keçmiş məhsulu məhv edərsə, ona görə vergi ödəməlidir. Bu səbəbdən həmin şəxslər vergidən yayınmaq üçün məhsulu satmağa cəhd edir.
Ekspertin qənaətinə görə, bəzi dövlət orqanlarının effektsiz iş mexanizmi belə məhsulların əhaliyə satılmasına rəvac verir: "Dəfələrlə açıqlanıb ki, əhaliyə keyfiyyətsiz məhsullar satılır, zəhərlənmələr olur. Amma bir dəfə də olsa, keyfiyyətsiz məhsulların adı, satıldıqları yerlər haqqında dəqiq məlumat verilmir. Çünki bir qədər araşdırma aparılsa məlum olacaq ki, həmin məhsullara keyfiyyət sertifaktı verilib. Bütün bu problemlər o zaman həllini tapır ki, müstəqil laboratoriyalar yaradılsın və gigiyenik sertifikatlaşdırma orqanı dövlət monopoliyasından azad olsun. Digər tərəfdən nə qədər ki məmur bizneslə məşğul olur, qanunları öz biznesinin xeyrinə dəyişir, bu vəziyyət davam edəcək".
Müstəqil laboratoriyaların yaradılmamasının səbəblərini E.Hüseynov onun verəcəyi ekspertiza rəyinin hüquqi əsasının olmaması ilə izah edir: "Məhkəmələr həmin sənədləri əsas kimi qəbul etmir. Bir sözlə, Azərbaycanda ekspertiza mafiyası var. Həmin mafiyalar istədikləri formada vəziyyəti öz xeyrinə dəyişə bilir. Azərbaycanda ekspertiza dünya ekspertizasının arxasınca sürünür. Azərbaycanda milyonlarla dollar xərclənərək ekspertiza avadanlıqları alınıb. Amma bir dəfə də olsun hansısa məhsulun keyfiyyətsizliyi barədə rəy verilməyib".

Qeyd edək ki, təkcə salemenaloz bakteriyasından Amerikada bir ildə 550 nəfər dünyasını dəyişib. Bu səbəbdən dünyasını dəyişən hər bir ailəyə verilən kompensasiyanın miqdarı isə 50 min dollardan artıq olub. Bu da dövlət orqanlarını məcbur edir ki, öz işlərinə ciddi yanaşıb ərzaq məhsullarının keyfiyyətinə nəzarət etsin. Digər tərəfdən istənilən məhsul barədə müstəqil laboratoriyaların verdikləri rəylər də əsaslı sayılır. Bəlkə Azərbaycanda da ənənələri dəyişmək vaxtı çatıb?!

çap üçün verisya

Axtarish sistemi

  


« February 2012
Mo Tu We Th Fr Sa Su
 12345
6789101112
13141516171819
20212223242526
272829 
Advokat

1946-cı ildə anadan olmuşam. Hazırda yaşa görə təqaüd alıram. İşlədiyim illərdə (1969-1974) Naftalan Şəhər Sovetində İdman Komitəsinin sədri vəzifəsində çalışmışam. Həmin illər dövlət qulluqçusu statusu kimi mənə sayıla bilərmi, eləcə də qulluq stajıma əsasən mənə pensiya təyin olunması mümkündürmü?

İbrahimxəlil QURBANOV,
Naftalan şəhəri.


- Sualınıza cavab olaraq bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 01.09.2005-ci il tarixli, 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" qanuna əsasən, pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə dövlət qulluqçularının vəzifələrinin "İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı"nda şəhər sovetinin nəzdində idman komitələri nəzərdə tutulmadığından dövlət qulluğuna edilən güzəştlər sizə şamil edilə bilməz.


© 2006-2012
Müəllif hüquqları Ulfet Qazeti-nə məxsusdur.
Dizayn NUR D şirkəti tərəfindən hazırlanıb.