Rəsmi

Azərbaycan
Respublikasının
Prezidenti İlham Əliyev

yanvarın 23-də

…Rusiya Federasiyasının Soçi şəhərinə işgüzar səfərə gəlmişdir.
…və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə görüşmüş və qarşılıqlı fikir mübadiləsi aparmışlar.
…və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Rusiyanın "Qazprom-eksport" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında təbii qazın alqı-satqısına dair müqaviləyə 5 nömrəli əlavə sazişin imzalanması mərasimində iştirak etmişlər.
…, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə birgə görüşmüş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələləri müzakirə etmişlər.
…, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair danışıqların yekunlarına əsasən Birgə Bəyanat qəbul etmişlər.
…Rusiya Federasiyasına işgüzar səfərini başa vuraraq həmin gün axşam Bakıya qayıtmışdır.

yanvarın 24-də

…Kür çayının suyunun daşması nəticəsində baş vermiş hadisələrin təkrar olunmaması üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakıya gətirilmiş Niderland Krallığının "Damin" şirkətinin istehsal etdiyi "CSD-500" torpaqsoran qurğulara, Türkiyənin Tuzla şəhərində istehsal olunmuş yedək və təchizat gəmilərinə və tədqiqat katerinə baxış keçirmişdir.

yanvarın 25-də

…Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrəyə işgüzar səfərə gəlmişdir.
…Davosda İsveçrə Konfederasiyasının Prezidenti xanım Eveline Vidner Şlümlə, İsrail Dövlətinin Prezidenti Şimon Pereslə, Avstriyanın "OMV AGE" şirkətinin baş icraçı direktoru Gerhard Roisslə və Amerika Birləşmiş Ştatlarının dövlət katibinin iqtisadiyyat, energetika və kənd təsərrüfatı məsələləri üzrə müavini Robert Hormatsla görüşmüşdür.

yanvarın 26-da

…Davosda "UBS Global" şirkətinin direktorlar şurasının sədri Kaspar Villigerlə, Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottingerlə, Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Klaus Şvabla, Gürcüstanın Baş naziri Nika Gilaurilə, Almaniyanın "Deutıche Bank"ının Mərkəzi və Şərqi Avropa ölkələri üzrə icraçı direktoru Peter Tilslə və idarə heyətinin üzvü Yürgen Figenlə, Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti Yakob Kellenbergerlə, Ukrayna Prezidenti Viktor Yanukoviçlə, RWE şirkətinin baş icraçı direktoru Yurgen Qrossmanla, Pakistan İslam Respublikasının Baş naziri Sayid Yusuf Raza Gilanilə, "Holcim Group" şirkətinin idarə heyətinin sədri Markus Akermanla, "Microsoft International" şirkətinin prezidenti, "Microsoft" Korporasiyasının vitse-prezidenti Jan Kurtua ilə və "Edisson" şirkətinin baş icraçı direktoru Bruno Leskörlə görüşmüşdür.

yanvarın 27-də

…Davosda Böyük Britaniyanın York Hersoqu, şahzadə Endryu ilə görüşmüşdür.

Əmək bazarında yerli işçilərin üstünlük qazanması üçün dövlət rüsumları artırıla bilər

13.03.09 - 19:19458 baxılıb

Onlar ehtimal edirlər ki, bölgələrin sosial-iqtisadi inkişafı sahəsində görülən işlər nəticəsində kənd və rayonların infrastrukturu kifayət qədər inkişaf edib. Bu səbəbdən də vaxtilə paytaxta işləməyə gələnlər indi bölgələrdə fermer təsərrüfatları yaradırlar. Bu isə ölkənin ərzaq təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynamaqla yanaşı, daxili miqrasiya problemini də tənzimləyir. Qlobal maliyyə böhranı dönəmində əhalinin məşğulluq problemi də aktual məsələlərdən birinə çevrilir. Çünki iqtisadi böhranın nəticəsi olaraq bir sıra ölkələrdə işçi qüvvələrinin ixtisarı, eləcə də iri şirkətlərin bağlanması səbəbindən işçilərin məcburi məzuniyyətə göndərilməsi halları müşahidə edilməkdədir. Bu sahədə təsir Azərbaycandan da yan keçə bilməzdi. Bir sıra şirkətlərdə işçilərin ödənişsiz məzuniyyətə göndərilməsi faktları qeydə alınıb. Belə olan halda dövlətin qabaqlayıcı tədbir kimi əhalinin məşğulluğunu artırmaq siyasəti işə salınmalıdır. Artıq Azərbaycanda bununla bağlı bir sıra tədbirlərə start verilib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Baş Məşğulluq İdarəsinin rəisi Anar Bədəlbəylinin sözlərinə görə, əhalinin məşğulluğunu təmin etmək məqsədi ilə qarşıda duran məsələlərdən biri yeni iş yerlərinin yaradılması, mövcud iş yerlərinin aşkar edilməsi və vətəndaşların müvafiq işlə təmin edilməsinə nail olmaqdan ibarətdir. Məhz bu istiqamətdə nazirlik tərəfindən bir sıra proqramların reallaşdırılması nəzərdə tutulur. Həyata keçirilən tədbirlər nəticəsində 2008-ci ildə 31144 nəfər müvafiq işlə təmin edilib. 2007-ci illə müqayisədə məşğulluq orqanlarına müraciət edənlərin sayı 7,3 faiz az olsa da, aktiv məşğulluq tədbirləri yüksək səviyyədə həyata keçirilib.
Aktiv məşğulluq tədbirlərindən biri kimi 2008-ci ildə məşğulluq xidməti orqanları tərəfindən ölkənin 56 rayon və şəhərində 58 əmək yarmarkası keçirilib. Bu yarmarkalarda 3341 müəssisə və təşkilat 29419 boş iş yeri təqdim edib. Belə aktiv məşğulluq tədbirləri vasitəsilə 9475 nəfər müvafiq işlə təmin olunub ki, onların da 50 faizi gənclərdir. Bununla yanaşı, gənclərin məşğulluğunu və əmək inteqrasiyasını gücləndirmək məqsədi ilə Bakı, Gəncə, Mingəçevir və Lənkəran şəhərlərində fəaliyyət göstərən ali təhsil müəssisələrində tələbə-məzun yarmarkaları keçirilib. Həmin tədbirlərdə müəllim və tələbələrə əmək bazarı haqqında geniş məlumat verilib. İşəgötürənlər üçün ümumilikdə peşəkar kadr seçmək imkanı yaradılıb. Bu tədbirlərdə 311 müəssisə tərəfindən 1733 vakant iş yeri təqdim edilib ki, nəticədə 433 nəfər münasib işlə təmin edilib.
Qurum nümayəndəsinin sözlərinə görə, belə tədbirlər keçirilən zaman ilk növbədə ali təhsilli gənclərin əmək bazarındakı mövcud durumla, işəgötürənlərin isə müəyyən olunmuş potensialla tanış edilməsinə şərait yaradılıb. Bu işlər mütəmadi olaraq davam etdiriləcək və bir sıra ali təhsil müəssisələri prosedura cəlb olunacaq.
Qeyd edək ki, məşğulluq xidməti orqanları tərəfindən aktiv məşğulluq tədbiri kimi peşə hazırlığına xüsusi önəm verilir. Peşə hazırlığı işinin uğurla həyata keçirilməsində əsas amillərdən biri də 2007-ci ildə Bakı şəhərində, 2008-ci ildə isə Göyçayda regional-peşə tədrisi mərkəzlərinin yaradılması ilə bağlıdır. Fəaliyyətə başladığı dövrdən bu tədris müəssisələrində 2 mindən artıq vətəndaş peşə kurslarını bitirib. Əmək bazarındakı tələbat nəzərə alınaraq əvvəllər bu tədris mərkəzlərində tədris olunmayan plastik qapı-pəncərə quraşdırıcısı, videooperator, bənna, traktorçu-maşinist kimi peşələrin tədrisi məqsədi ilə lazımi avadanlıqlar alınıb. Nəticədə 2008-ci ildə 3393 nəfər işaxtaran vətəndaş peşə hazırlığı kurslarına cəlb olunub ki, bu da 2007-ci illə müqayisədə 29,4 faiz çoxdur. Penitensiar sistemdə 80 məhkumu müxtəlif peşə kurslarına cəlb etmək mümkün olub. 2009-cu ildə isə bu kateqoriyadan olan 800 nəfərin peşə kurslarına cəlb olunması barədə müvafiq orqanlarla razılıq əldə edilib.
Gənclərin əmək bazarına inteqrasiyasını və onların peşə seçimini təmin etmək məqsədi ilə 2008-ci ildə ilk dəfə olaraq Bakı şəhərində peşə yönümü işinin birbaşa orta məktəblərdə aparılmasına başlanılıb. Bununla əlaqədar olaraq Nizami, Səbayel və Əzizbəyov rayonlarının icra hakimiyyətlərinin rəsmiləri və təhsil müəssisələrinin rəhbərləri ilə birgə sistematik tədbir keçirilib. Bakı şəhərinin 300-ə qədər ümumtəhsil məktəbi müvafiq əyani vasitələrlə təmin edilib. Belə tədbirlər məşğulluq xidməti orqanlarına müraciət edən vətəndaşların çoxunun heç bir peşə sahibi olmaması nəzərə alınaraq həyata keçirilir.
Məlumdur ki, məşğulluq xidməti işinin uğurla həyata keçirilməsi işəgötürənlərlə qurulan münasibətlərdən çox asılıdır. Ona görə də bir sıra beynəlxalq təşkilatların iştirakı ilə 300-ə qədər iri müəssisənin nümayəndələri Əmək Məcəlləsi, məşğulluq və miqrasiya məsələləri üzrə qəbul edilmiş normativ-hüquqi aktlarla tanış edilib. Məşğulluq xidməti orqanları vakansiya yığımında keyfiyyət və kəmiyyət baxımından müsbət nəticələr əldə edib: "Bu da öz növbəsində işaxtaranların işlə təmin olunmasına müsbət təsirini göstərib. Məşğulluq xidməti orqanlarının işinin müasir tələblər səviyyəsində qurulması üçün beynəlxalq təcrübənin əldə edilməsi məqsədi ilə xidmət əməkdaşları mütəmadi olaraq Qərb ölkələrində təcrübə mübadiləsi aparırlar".
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirilyinin Miqrasiya İdarəsindən aldığımız məlumata əsasən, hazırda Azərbaycanda 4367 əcnəbi çalışır. Əcnəbilərin Azərbaycana axını qlobal maliyyə böhranı ilə deyil, ölkədə həyata keçirilən irimiqyaslı layihələrlə əlaqələndirilir. Həmçinin qurumdan bildirildi ki, azərbaycanlıların iddialı olduqları iş yerlərində xarici ölkə vətəndaşlarının işləməsinə icazə verilməyə bilər. Bununla əlaqədar ölkədə əmək miqrasiyasının tənzimlənməsi, bu sahədəki qanunvericiliyin icra mexanizminin təkmilləşdirilməsi istiqamətində lazımi tədbirlər görülməkdədir. Artıq qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində aparılan işlərin bir qismi yekunlaşıb. Hazırda fərdi icazə üçün dövlət rüsumunun artırılması məqsədi ilə bir sıra tədbirlər görülür ki, işəgötürənlər yerli işçilərə daha çox üstünlük versinlər. Həmçinin müvafiq icazə almadan qeyri-leqal köməkçi miqrantları işə cəlb edən işəgötürənlərə qarşı sərt tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur.
Gülər KƏRİMLİ.

çap üçün verisya

Axtarish sistemi

  


« February 2012
Mo Tu We Th Fr Sa Su
 12345
6789101112
13141516171819
20212223242526
272829 
Advokat

1946-cı ildə anadan olmuşam. Hazırda yaşa görə təqaüd alıram. İşlədiyim illərdə (1969-1974) Naftalan Şəhər Sovetində İdman Komitəsinin sədri vəzifəsində çalışmışam. Həmin illər dövlət qulluqçusu statusu kimi mənə sayıla bilərmi, eləcə də qulluq stajıma əsasən mənə pensiya təyin olunması mümkündürmü?

İbrahimxəlil QURBANOV,
Naftalan şəhəri.


- Sualınıza cavab olaraq bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 01.09.2005-ci il tarixli, 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" qanuna əsasən, pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə dövlət qulluqçularının vəzifələrinin "İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı"nda şəhər sovetinin nəzdində idman komitələri nəzərdə tutulmadığından dövlət qulluğuna edilən güzəştlər sizə şamil edilə bilməz.


© 2006-2012
Müəllif hüquqları Ulfet Qazeti-nə məxsusdur.
Dizayn NUR D şirkəti tərəfindən hazırlanıb.