Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
yanvarın 23-də
…Rusiya Federasiyasının Soçi şəhərinə işgüzar səfərə gəlmişdir. …və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə görüşmüş və qarşılıqlı fikir mübadiləsi aparmışlar. …və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Rusiyanın "Qazprom-eksport" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında təbii qazın alqı-satqısına dair müqaviləyə 5 nömrəli əlavə sazişin imzalanması mərasimində iştirak etmişlər. …, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə birgə görüşmüş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələləri müzakirə etmişlər. …, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair danışıqların yekunlarına əsasən Birgə Bəyanat qəbul etmişlər. …Rusiya Federasiyasına işgüzar səfərini başa vuraraq həmin gün axşam Bakıya qayıtmışdır.
yanvarın 24-də
…Kür çayının suyunun daşması nəticəsində baş vermiş hadisələrin təkrar olunmaması üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakıya gətirilmiş Niderland Krallığının "Damin" şirkətinin istehsal etdiyi "CSD-500" torpaqsoran qurğulara, Türkiyənin Tuzla şəhərində istehsal olunmuş yedək və təchizat gəmilərinə və tədqiqat katerinə baxış keçirmişdir.
yanvarın 25-də
…Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrəyə işgüzar səfərə gəlmişdir. …Davosda İsveçrə Konfederasiyasının Prezidenti xanım Eveline Vidner Şlümlə, İsrail Dövlətinin Prezidenti Şimon Pereslə, Avstriyanın "OMV AGE" şirkətinin baş icraçı direktoru Gerhard Roisslə və Amerika Birləşmiş Ştatlarının dövlət katibinin iqtisadiyyat, energetika və kənd təsərrüfatı məsələləri üzrə müavini Robert Hormatsla görüşmüşdür.
yanvarın 26-da
…Davosda "UBS Global" şirkətinin direktorlar şurasının sədri Kaspar Villigerlə, Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottingerlə, Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Klaus Şvabla, Gürcüstanın Baş naziri Nika Gilaurilə, Almaniyanın "Deutıche Bank"ının Mərkəzi və Şərqi Avropa ölkələri üzrə icraçı direktoru Peter Tilslə və idarə heyətinin üzvü Yürgen Figenlə, Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti Yakob Kellenbergerlə, Ukrayna Prezidenti Viktor Yanukoviçlə, RWE şirkətinin baş icraçı direktoru Yurgen Qrossmanla, Pakistan İslam Respublikasının Baş naziri Sayid Yusuf Raza Gilanilə, "Holcim Group" şirkətinin idarə heyətinin sədri Markus Akermanla, "Microsoft International" şirkətinin prezidenti, "Microsoft" Korporasiyasının vitse-prezidenti Jan Kurtua ilə və "Edisson" şirkətinin baş icraçı direktoru Bruno Leskörlə görüşmüşdür.
yanvarın 27-də
…Davosda Böyük Britaniyanın York Hersoqu, şahzadə Endryu ilə görüşmüşdür.
Maraqlıdır ki, bu qadağa Azərbaycanın avtomobil bazarına necə təsir göstərəcək? NBA Konstaltinq şirkətinin rəhbəri Nüsrət İbrahimov hesab edir ki, köhnə avtomobillərin ölkəyə gətirilməsinə qadağa qoyulması müsbət addımdır: "Köhnə avtomobillərin ölkəyə idxalına qadağa qoyulmasının müəyyən müsbət tərəfləri var. İstismar müddətini başa vurmaqda olan avtomobillərin yığışdırılması şəhərlərin, xüsusən paytaxtın görkəminə, ekoloji təmizliyinə səbəb olacaq. Eyni zamanda yol qəzalarının bir növ azalmasına gətirib çıxaracaq. Amma bu addımdan köhnə avtomobillərin alqı-satqısı ilə məşğul olan şəxslər zərər çəkəcəklər. Bir qrup şəxs var ki, fəaliyyətini bu sahə üzərində qururdu. Öz ailələrini bu məşğuliyyətdən əldə etdikləri qazanc vasitəsilə dolandırırdılar". N.İbrahimov işlənmiş avtomobillərin gətirilməsinə tətbiq olunan qadağanın təkrar bazarda alqı-satqı əməliyyatlarının azalmasına səbəb olacağını bildirdi: "Çünki alqı-satqı əməliyyatlarının təxminən 23-25 faizi təkrar avtomobil bazarının payına düşür. Həm də nəzərə alınmalıdır ki, bu bazarda Rusiya istehsalı olan avtomobillərin sayı 12-13 mindən artıqdır. Demək, ucuz maşınlar kateqoriyası üzrə əqdlərin sayının müəyyən qədər azalması gözləniləndir. Amma bu prosesin avtomobillərin qiymətinə kəskin təsir göstərəcəyi inandırıcı deyil. Köhnə avtomobillər yığışdırılsa, təzə avtomobillərə tələbat artacaq. Belə olan halda yalnız təzə avtomobillərin qiyməti cüzi arta bilər". "Əmlak bazarı iştirakçıları" İctimai Birliyinin icraçı direktoru Ramil Osmanov köhnə avtomobillərin idxalına qadağa qoyulmasını məqsədəuyğun sayır: "Son vaxtlar maliyyə böhranı ilə əlaqədar xarici ölkələrdə, xüsusilə Avropada işlənmiş avtomobillər 30-35 faiz ucuzlaşıb. Bu isə həmin avtomobillərin Azərbaycana gətirilməsi ehtimalını artırıb. Bunun qarşısının alınmasından ötrü işlənmiş avtomobillərin idxalına məhdudiyyətlər qoyulması düzgün addımdır. Bu addım ekoloji təmizlik, yolların istismarı, tıxacların azaldılması və iqtisadi baxımdan da səmərə verə bilər". R.Osmanov köhnə nəqliyyat vasitələrinin istismarına da qadağa qoyulmasını təklif edir: "Hazırda paytaxtda 800 mindən artıq avtomobil var. Həmin avtomobillərin 650 minə qədəri şəxsi avtomobillərdir. Əhalinin böyük əksəriyyətinin alıcılıq qabiliyyəti aşağı olduğu üçün köhnə avtomobillərin işlədilməsinə üstünlük verilir. Problemi elə həll etmək lazımdır ki, əhali arasında narazılıq yaranmasın. Paytaxtda aparılan araşdırmalar göstərir ki, istismar olunan avtomobillərin böyük bir hissəsi 1996-cı ilə qədər istehsal olunanlardır. Buna görə də birdən-birə bütün avtomobillərin istismarına qadağa qoymaq düzgün olmazdı. Qadağaya 1990-cı ilə qədər olan istehsaldan başlamaq lazımdır. Növbəti mərhələlərdə 1993, 1995 və daha sonrakı illərin istehsalı olan maşınların istismarına qadağa qoyulması daha məqbul variantdır. Belə olan halda həmin avtomobillərin sahiblərinə müəyyən qədər kompensasiya ödənilməsi mümkündür".
1946-cı ildə anadan olmuşam. Hazırda yaşa görə təqaüd alıram. İşlədiyim illərdə (1969-1974) Naftalan Şəhər Sovetində İdman Komitəsinin sədri vəzifəsində çalışmışam. Həmin illər dövlət qulluqçusu statusu kimi mənə sayıla bilərmi, eləcə də qulluq stajıma əsasən mənə pensiya təyin olunması mümkündürmü?
İbrahimxəlil QURBANOV, Naftalan şəhəri.
- Sualınıza cavab olaraq bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 01.09.2005-ci il tarixli, 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" qanuna əsasən, pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə dövlət qulluqçularının vəzifələrinin "İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı"nda şəhər sovetinin nəzdində idman komitələri nəzərdə tutulmadığından dövlət qulluğuna edilən güzəştlər sizə şamil edilə bilməz.