Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
yanvarın 23-də
…Rusiya Federasiyasının Soçi şəhərinə işgüzar səfərə gəlmişdir. …və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə görüşmüş və qarşılıqlı fikir mübadiləsi aparmışlar. …və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Rusiyanın "Qazprom-eksport" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında təbii qazın alqı-satqısına dair müqaviləyə 5 nömrəli əlavə sazişin imzalanması mərasimində iştirak etmişlər. …, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə birgə görüşmüş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələləri müzakirə etmişlər. …, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair danışıqların yekunlarına əsasən Birgə Bəyanat qəbul etmişlər. …Rusiya Federasiyasına işgüzar səfərini başa vuraraq həmin gün axşam Bakıya qayıtmışdır.
yanvarın 24-də
…Kür çayının suyunun daşması nəticəsində baş vermiş hadisələrin təkrar olunmaması üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakıya gətirilmiş Niderland Krallığının "Damin" şirkətinin istehsal etdiyi "CSD-500" torpaqsoran qurğulara, Türkiyənin Tuzla şəhərində istehsal olunmuş yedək və təchizat gəmilərinə və tədqiqat katerinə baxış keçirmişdir.
yanvarın 25-də
…Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrəyə işgüzar səfərə gəlmişdir. …Davosda İsveçrə Konfederasiyasının Prezidenti xanım Eveline Vidner Şlümlə, İsrail Dövlətinin Prezidenti Şimon Pereslə, Avstriyanın "OMV AGE" şirkətinin baş icraçı direktoru Gerhard Roisslə və Amerika Birləşmiş Ştatlarının dövlət katibinin iqtisadiyyat, energetika və kənd təsərrüfatı məsələləri üzrə müavini Robert Hormatsla görüşmüşdür.
yanvarın 26-da
…Davosda "UBS Global" şirkətinin direktorlar şurasının sədri Kaspar Villigerlə, Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottingerlə, Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Klaus Şvabla, Gürcüstanın Baş naziri Nika Gilaurilə, Almaniyanın "Deutıche Bank"ının Mərkəzi və Şərqi Avropa ölkələri üzrə icraçı direktoru Peter Tilslə və idarə heyətinin üzvü Yürgen Figenlə, Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti Yakob Kellenbergerlə, Ukrayna Prezidenti Viktor Yanukoviçlə, RWE şirkətinin baş icraçı direktoru Yurgen Qrossmanla, Pakistan İslam Respublikasının Baş naziri Sayid Yusuf Raza Gilanilə, "Holcim Group" şirkətinin idarə heyətinin sədri Markus Akermanla, "Microsoft International" şirkətinin prezidenti, "Microsoft" Korporasiyasının vitse-prezidenti Jan Kurtua ilə və "Edisson" şirkətinin baş icraçı direktoru Bruno Leskörlə görüşmüşdür.
yanvarın 27-də
…Davosda Böyük Britaniyanın York Hersoqu, şahzadə Endryu ilə görüşmüşdür.
ABŞ Prezidenti Barak Obama sammitin çox məhsuldar keçdiyini bildirib: "Keçmişdən dərs götürürək mövcud vəziyyətdən azad olmaq üçün dönüş addımı atıldı. "Böyük İyirmilik"in sammitində nəzərəçarpacaq uğurlu nəticələrin əldə edilməyəcəyi ilə bağlı bir sıra kütləvi informasiya vasitələrində müxtəlif fikirlər səsləndirilirdi. Lakin sammit iştirakçılarının gəldiyi fikir birliyi bunun əksini göstərdi və dünyanın buna qadir olduğunu bir daha təsdiq etdi. Danışıqlar çox ciddi və fikir ayrılığı ilə davam etsə də, sonda razılığa nail olduq". Meksika Prezidenti Felipe Kalderon isə bildirib ki, beynəlxalq maliyyə institutlarında köklü islahatlar aparılmalı, onların kapitallaşma vəsaitləri artırılmalıdır: "Bu məsələ ilk növbədə Amerika İnkişaf Bankı, Dünya Bankı və Beynəlxalq Valyuta Fonduna şamil olunmalıdır. Qlobal maliyyə böhranının nəticələrinin aradan qaldırılması üçün Latın Amerikası ölkələrinin 100 milyard dollara qədər ehtiyacı var". Kuba liderinin fikrincə, "G-20" sammiti dünya iqtisadiyyatı üçün böyük önəm kəsb edəcək addımlar ata biləcək: "Amma dünya ictimaiyyəti bu toplantıya yetərincə diqqət ayırmır. İqtisadiyyatdan danışılanda, bütün dünya üçün əhəmiyyət kəsb edən hadisələr baş verəndə bu olaylara diqqət göstərənləri barmaqla saymaq olar. Bu sammit barədə qəzetlərimizdə ciddi şərhlər axtarsam da, tapa bilmədim. Məncə, başqa dövlətlərdə də eyni vəziyyət müşahidə olunur". Hindistanın baş naziri Manmohan Sinqh dünyanın aparıcı dövlətlərinin kapitallarını inkişaf etməkdə olan ölkələrin bazarlarından çıxarmasını ciddi narahatlıq doğuran təmayül hesab edir. Onun dediyinə görə, qüdrətli dövlətlər bunun əksini etməli, inkişaf edən, amma qlobal maliyyə böhranı nəticəsində ağır problemlərlə qarşılaşmış ölkələrə yardım etməlidir. Fransa Prezidenti Nikolya Sarkozi əmindir ki, Beynəlxalq Valyuta Fondunun ehtiyatları artırılmalı, habelə investisiya və fondları üzərində nəzarət gücləndirilməlidir: "İndi dünyadakı maliyyə-iqtisadi böhran həddən ziyadə ağır olduğundan nəticəsiz sammitlər keçirmək imkanlarımız yoxdur. Dünya iqtisadiyyatına inamı bərpa etmək üçün səylərimizi birləşdirməli, gərəkli qərarlar qəbul etməliyik". Rusiya rəsmiləri hesab edirlər ki, dünya iqtisadi böhranı maliyyə böhranından başlayıb və böhrandan çıxmaq və gələcəkdə belə böhranların qarşısını almaq üçün ilk növbədə maliyyə sistemini nizamlamaq lazımdır. Moskvaya görə, dünyadakı ehtiyat valyutaları sistemi kökündən dəyişilməlidir: "Bizim bəzi tərəfdaşlarımızın zənnincə, dünya ehtiyat valyutaları sistemində hər şey öz qaydasındadır, onların fikrincə, dünya valyutalarını, o cümlədən dolları bir qədər möhkəmləndirməklə yaranmış maliyyə böhranını aradan qaldırmaq mümkün olacaq. Biz başqa cür düşünürük". Lakin sammit çərçivəsində müxtəlif fikir və təkliflərin səsləndirilməsinə baxmayaraq, liderlər razılığa gəliblər. Dünya maliyyə böhranı ilə mübarizə aparmaq məqsədi ilə 6 istiqamət müəyyənləşdirilib. Beynəlxalq valyuta fondunun ehtiyatlarının artırılması, böhrandan daha çox ziyan görən ölkələrə yardım ayrılması, vergi kələkləri ilə mübarizə, maliyyə bazarına nəzarəti gücləndirmək, bankların işinin nizamlanması nəzərdə tutulub. "Böyük iyirmilər" yarım il ərzində həyata keiçiriləcək tədbirlərə 5 trilyon dollar vəsait xərcləyəcəklər. Həmin vəsaitin yalnız 20 faizi Beynəlxalq Valyuta Fonduna ayrılacaq. Sammit iştirakçıları bu qərarların dünya iqtisadiyyatının inkişaf tempinin sürətləndirilməsinə, tənəzzülün qarşısının alınmasına və iş yerlərinin qorunub saxlanılmasına yardım edəcəyini hesab edirlər. Məlumat üçün bildirək ki, antiböhran iclasındakı uğurlu nəticələr dərhal dünya birjalarına öz təsirini göstərib. Dünyanın aparıcı indeksləri ötən günü uğurla başa vurublar. London müzakirələrindən sonra İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı "Vergi cənnətləri" kimi qəbul edilən ölkələr haqqında iki siyahı açıqlayıb. Birinci qara siyahıya Kosta-Riko, Malaziya, Filippin və Uruqvay kimi dövlətlər daxil edilib. Həmin dövlətlər vergilərin ödənilməsi barədə məlumat verməkdən yayınırlar və bu sahədə heç bir öhdəlik götürmürlər. Digər siyahıda isə Monako, Lüksemburq, Lixtenşteyn, Belçika kimi Avropa ölkələri yer alıb. İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının qənaətincə, bu ölkələr isə vergi barədə müəyyən öhdəliklər götürsələr də, buna lazımi səviyyədə əməl etmirlər. "Böyük iyirmilər"in sammitində vergi sahəsində işbirliyi etməyən ölkələrə qarşı sərt addımlar atılacağı da qərara alınıb. Sammitin ən bahalı və vacib qərarı isə iqtisadi sistemin bərpasına yönəlib. Sammitdə həmçinin, etiraf edilib ki, dövlətlər tarixdə iqtisadiyyata ən böyük yatırımlar edəcək. Hazırda dövlətlər görünməmiş vergi genişlənməsi dövrünü yaşayırlar. Beynəlxalq Valyuta Fondu və Dunya Bankının vəsaitlərinin genişləndirilməsi də çox vacibdir. Buna və dünya ticarətinin həvəsləndirilməsinə isə əlavə vəsaitlərin ayrılacağı nəzərdə tutulub. Məlumat üçün bildirək, liderlərin növbəti toplantısı iyulun 9-da baş tutacaq. Maraqlıdır, sammit yerli iqtisadçılar tərəfindən necə qiymətləndirilib? Məsələyə münasibət bildirən iqtisadçı Vüqar Bayramov "Ülfət" qəzetinə açıqlamasında dedi ki, sammit qlobal böhranın həm inkişaf etmiş, həm də inkişaf etməkdə olan ölkələrə təsirini azaltmaqda böyük təsir qüvvəsinə malikdir: "London sammitinə son şans kimi deyil, sadəcə, vacib bir faktor kimi baxmaq daha doğrudur. Nəzərə almaq lazımdır ki, dünyanın ən böyük iyirmiliyinin liderləri ötən ilin noyabr ayında Vaşinqton şəhərində də bir araya gəliblər. Lakin Vaşinqton şəhərində qlobal maliyyə böhranına qarşı hər hansı bir konsepsiya irəli sürülmədi. Qlobal maliyyə böhranının aradan qaldırılması ilə bağlı Vaşinqtonda dünyanın aparıcı liderləri ortaq məxrəcə gələ bilmədilər. Çünki qlobal maliyyə böhranının aradan qaldırılması istiqamətində irəli sürülən təkliflərdə qütbləşmə var idi . London sammitində artıq həmin ölkələr daha çox əməkdaşlıq ruhu nümayiş etdirdilər. Hələ ötən ilin noyabr ayında dünyanın aparıcı ölkələrinin liderləri qlobal maliyyə böhranının uzunmüddətli olub-olmayacağı barədə düşünürdülər, 2009-cu ilin əvvələrində onun aradan qaldırılacağı ilə bağlı proqnozlar verilirdi. Bu gün isə artıq hamı başa düşür ki, dünya qlobal maliyyə böhranına qarşı birgə mübarizə aparmasa, nəinki yaxın aylarda, hətta yaxın illərdə də qlobal krizisin qarşısını almaq mümkün olmayacaq. London sammiti nikbin əhvali-ruhiyyə ilə başa çatdı. Amma demək olmaz ki, toplantıdan dərhal sonra qlobal böhranın fəsadları aradan qaldırılacaq. Çünki fəsadları aradan qaldırmaqdan ötrü sammitdə qəbul edilən qərarların icrası üçün zaman tələb olunur. Böhranın aradan qaldırılması məqsədi ilə xərclənəcək vəsaitlərin ayrılması qlobal səviyyədə olmalıdır. Düşünürəm ki, 2010-cu ildə qlobal iqtisadi artıma nail olunacaq". Gülər KƏrimli.
1946-cı ildə anadan olmuşam. Hazırda yaşa görə təqaüd alıram. İşlədiyim illərdə (1969-1974) Naftalan Şəhər Sovetində İdman Komitəsinin sədri vəzifəsində çalışmışam. Həmin illər dövlət qulluqçusu statusu kimi mənə sayıla bilərmi, eləcə də qulluq stajıma əsasən mənə pensiya təyin olunması mümkündürmü?
İbrahimxəlil QURBANOV, Naftalan şəhəri.
- Sualınıza cavab olaraq bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 01.09.2005-ci il tarixli, 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" qanuna əsasən, pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə dövlət qulluqçularının vəzifələrinin "İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı"nda şəhər sovetinin nəzdində idman komitələri nəzərdə tutulmadığından dövlət qulluğuna edilən güzəştlər sizə şamil edilə bilməz.