Rəsmi

Azərbaycan
Respublikasının
Prezidenti İlham Əliyev

yanvarın 23-də

…Rusiya Federasiyasının Soçi şəhərinə işgüzar səfərə gəlmişdir.
…və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə görüşmüş və qarşılıqlı fikir mübadiləsi aparmışlar.
…və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Rusiyanın "Qazprom-eksport" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında təbii qazın alqı-satqısına dair müqaviləyə 5 nömrəli əlavə sazişin imzalanması mərasimində iştirak etmişlər.
…, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə birgə görüşmüş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələləri müzakirə etmişlər.
…, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair danışıqların yekunlarına əsasən Birgə Bəyanat qəbul etmişlər.
…Rusiya Federasiyasına işgüzar səfərini başa vuraraq həmin gün axşam Bakıya qayıtmışdır.

yanvarın 24-də

…Kür çayının suyunun daşması nəticəsində baş vermiş hadisələrin təkrar olunmaması üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakıya gətirilmiş Niderland Krallığının "Damin" şirkətinin istehsal etdiyi "CSD-500" torpaqsoran qurğulara, Türkiyənin Tuzla şəhərində istehsal olunmuş yedək və təchizat gəmilərinə və tədqiqat katerinə baxış keçirmişdir.

yanvarın 25-də

…Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrəyə işgüzar səfərə gəlmişdir.
…Davosda İsveçrə Konfederasiyasının Prezidenti xanım Eveline Vidner Şlümlə, İsrail Dövlətinin Prezidenti Şimon Pereslə, Avstriyanın "OMV AGE" şirkətinin baş icraçı direktoru Gerhard Roisslə və Amerika Birləşmiş Ştatlarının dövlət katibinin iqtisadiyyat, energetika və kənd təsərrüfatı məsələləri üzrə müavini Robert Hormatsla görüşmüşdür.

yanvarın 26-da

…Davosda "UBS Global" şirkətinin direktorlar şurasının sədri Kaspar Villigerlə, Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottingerlə, Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Klaus Şvabla, Gürcüstanın Baş naziri Nika Gilaurilə, Almaniyanın "Deutıche Bank"ının Mərkəzi və Şərqi Avropa ölkələri üzrə icraçı direktoru Peter Tilslə və idarə heyətinin üzvü Yürgen Figenlə, Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti Yakob Kellenbergerlə, Ukrayna Prezidenti Viktor Yanukoviçlə, RWE şirkətinin baş icraçı direktoru Yurgen Qrossmanla, Pakistan İslam Respublikasının Baş naziri Sayid Yusuf Raza Gilanilə, "Holcim Group" şirkətinin idarə heyətinin sədri Markus Akermanla, "Microsoft International" şirkətinin prezidenti, "Microsoft" Korporasiyasının vitse-prezidenti Jan Kurtua ilə və "Edisson" şirkətinin baş icraçı direktoru Bruno Leskörlə görüşmüşdür.

yanvarın 27-də

…Davosda Böyük Britaniyanın York Hersoqu, şahzadə Endryu ilə görüşmüşdür.

Dövlət Neft Şirkəti Antiböhran Proqramının icrasına başlayıb

06.04.09 - 13:53360 baxılıb

Belə ki, DNŞ gəlirlərin azalmasını nəzərə alaraq bir sıra strukturlarda xərclər smetasını yarıbayarı azaltmağa qərar verib. Aprel ayından başlayaraq şirkətin bütün strukturlarındakı maliyyə vəsaitlərinin uçotu yenidən müəyyənləşib, neft sisteminə aid müəssisələrin xərcləri "qayçılanıb". Ümumiyyətlə, bir çox neft müəssisələrində işçilərin ixtisarı da nəzərdə tutulur. Çox güman ki, funksional baxımdan bir-birinin fəaliyyətini təkrarlayan idarə və müəssisələrin birləşdirilməsi, yaxud bəzilərinin strukturlarında ləğvetmələrin həyata keçirilməsi baş verəcək. DNŞ, ümumiyyətlə, böhranın neft sənayesinə təsirlərinin qarşısını almaq üçün kompleks tədbirlər görmək istəyir ki, bu hədəflər də yeni hazırlanmış Antiböhran Proqramında nəzərdə tutulub.
Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev bildirib ki, DNŞ rəhbərliyinin 26 fevral 2009-cu il tarixli əmrlə Antiböhran Proqramı təsdiq edilib. Bu sənədin icrası üçün idarə və müəssisələrə tapşırıqlar verilib, onlara bu istiqamətdə müvafiq işləri həyata keçirmək tövsiyə olunub. R.Abdullayevin qənaətinə görə, bu tədbirlər neft sənayesinə mənfi təsirlərin qarşısını almış olacaq. Dünyada neftin ucuzlaşması ilə əlaqədar yarana biləcək problemləri aradan qaldırmaq üçün Antiböhran Proqramının mühüm əhəmiyyəti ola bilər. Onun fikrincə, DNŞ proqramdakı elementləri həyata keçirmək üçün şirkətin bütün istehsal və xidmət sahələrində xərclərə nəzarətin artırılmasını, bir sıra sahələrdə məsrəflərin azaldılmasını və ümumilikdə neft-qaz bölməsi sistemində idarəetmə ilə bağlı lazımsız xərclərin aradan qaldırılmasını və digər tədbirləri planlaşdırır.
DNŞ prezidenti ölkə rəhbərliyinin həyata keçirdiyi iqtisadi siyasət nəticəsində Azərbaycanın dünya iqtisadi böhranının az təsir etdiyi dövlətlər sırasında olduğunu vurğulayıb. Onun fikrincə, buna baxmayaraq, qloballaşma, azad bazar iqtisadiyyatı, sıx beynəlxalq iqtisadi münasibətlər şəraitində Dövlət Neft Şirkətinin də mümkün neqativ hallarla üzləşə bilmək ehtimalları var. O, DNŞ-nin yarana biləcək əlverişsiz şəraitə hazırlığını yüksəltmək, ümumdünya maliyyə və iqtisadi böhranı ilə əlaqədar idarəetmə sistemini daha da təkmilləşdirmək və şirkətin normal fəaliyyətini təhlükə altına ala biləcək tendensiyalara qarşı tədbirlərin səmərəliliyini artırmaq baxımından bu sənədin mükəmməl proqram ola biləcəyini vurğulayıb.
Rövnəq Abdullayevin fikrincə, Antiböhran Proqramının həyata keçirilməsi üçün DNŞ bir sıra işləri yerinə yetirməlidir. Belə ki, Şirkətin tərkibində fəaliyyət göstərən idarə və müəssisə rəhbərləri böhranın yarada biləcəyi mümkün neqativ hallardan qorunmaq üçün müvafiq tapşırıqları həyata keçirməlidirlər. Mövcud şəraitdə DNŞ-nin əsas fəaliyyət sahələri üzrə məsrəflərin və xüsusilə qeyri-istehsal sahələrinə ayrılan xərclərin maksimum azaldılması, idarəetmənin təkmilləşdirilməsi, xərclərin optimallaşdırılması istiqamətində struktur dəyişikliklərin aparılması, debitor və kreditor borcların restrukturizasiyası, personalın say tərkibinin müəssisə və təşkilatların zəruri tələbatına uyğunlaşdırılması, vakant ştatların müəssisə və təşkilatlardakı sərbəstləşmiş işçilər hesabına təmin edilməsi kimi tədbirlər vacib məsələlər sırasındadır.

çap üçün verisya

Axtarish sistemi

  


« February 2012
Mo Tu We Th Fr Sa Su
 12345
6789101112
13141516171819
20212223242526
272829 
Advokat

1946-cı ildə anadan olmuşam. Hazırda yaşa görə təqaüd alıram. İşlədiyim illərdə (1969-1974) Naftalan Şəhər Sovetində İdman Komitəsinin sədri vəzifəsində çalışmışam. Həmin illər dövlət qulluqçusu statusu kimi mənə sayıla bilərmi, eləcə də qulluq stajıma əsasən mənə pensiya təyin olunması mümkündürmü?

İbrahimxəlil QURBANOV,
Naftalan şəhəri.


- Sualınıza cavab olaraq bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 01.09.2005-ci il tarixli, 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" qanuna əsasən, pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə dövlət qulluqçularının vəzifələrinin "İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı"nda şəhər sovetinin nəzdində idman komitələri nəzərdə tutulmadığından dövlət qulluğuna edilən güzəştlər sizə şamil edilə bilməz.


© 2006-2012
Müəllif hüquqları Ulfet Qazeti-nə məxsusdur.
Dizayn NUR D şirkəti tərəfindən hazırlanıb.