Rəsmi

Azərbaycan
Respublikasının
Prezidenti İlham Əliyev

yanvarın 23-də

…Rusiya Federasiyasının Soçi şəhərinə işgüzar səfərə gəlmişdir.
…və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə görüşmüş və qarşılıqlı fikir mübadiləsi aparmışlar.
…və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Rusiyanın "Qazprom-eksport" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında təbii qazın alqı-satqısına dair müqaviləyə 5 nömrəli əlavə sazişin imzalanması mərasimində iştirak etmişlər.
…, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə birgə görüşmüş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələləri müzakirə etmişlər.
…, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair danışıqların yekunlarına əsasən Birgə Bəyanat qəbul etmişlər.
…Rusiya Federasiyasına işgüzar səfərini başa vuraraq həmin gün axşam Bakıya qayıtmışdır.

yanvarın 24-də

…Kür çayının suyunun daşması nəticəsində baş vermiş hadisələrin təkrar olunmaması üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakıya gətirilmiş Niderland Krallığının "Damin" şirkətinin istehsal etdiyi "CSD-500" torpaqsoran qurğulara, Türkiyənin Tuzla şəhərində istehsal olunmuş yedək və təchizat gəmilərinə və tədqiqat katerinə baxış keçirmişdir.

yanvarın 25-də

…Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrəyə işgüzar səfərə gəlmişdir.
…Davosda İsveçrə Konfederasiyasının Prezidenti xanım Eveline Vidner Şlümlə, İsrail Dövlətinin Prezidenti Şimon Pereslə, Avstriyanın "OMV AGE" şirkətinin baş icraçı direktoru Gerhard Roisslə və Amerika Birləşmiş Ştatlarının dövlət katibinin iqtisadiyyat, energetika və kənd təsərrüfatı məsələləri üzrə müavini Robert Hormatsla görüşmüşdür.

yanvarın 26-da

…Davosda "UBS Global" şirkətinin direktorlar şurasının sədri Kaspar Villigerlə, Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottingerlə, Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Klaus Şvabla, Gürcüstanın Baş naziri Nika Gilaurilə, Almaniyanın "Deutıche Bank"ının Mərkəzi və Şərqi Avropa ölkələri üzrə icraçı direktoru Peter Tilslə və idarə heyətinin üzvü Yürgen Figenlə, Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti Yakob Kellenbergerlə, Ukrayna Prezidenti Viktor Yanukoviçlə, RWE şirkətinin baş icraçı direktoru Yurgen Qrossmanla, Pakistan İslam Respublikasının Baş naziri Sayid Yusuf Raza Gilanilə, "Holcim Group" şirkətinin idarə heyətinin sədri Markus Akermanla, "Microsoft International" şirkətinin prezidenti, "Microsoft" Korporasiyasının vitse-prezidenti Jan Kurtua ilə və "Edisson" şirkətinin baş icraçı direktoru Bruno Leskörlə görüşmüşdür.

yanvarın 27-də

…Davosda Böyük Britaniyanın York Hersoqu, şahzadə Endryu ilə görüşmüşdür.

Bakı-Tbilisi-Ərzurumun fəaliyyəti dayandırıla bilər

13.04.09 - 10:14377 baxılıb

İqtisadçı İlham Şabanın fikrincə, Türkiyənin hökumət orqanlarının Ermənistanla planlaşdırılan iqtisadi-siyasi münasibətləri Azərbaycan tərəfindən cavabsız qalmayacaq və bu, özünü daha çox iqtisadi sahələrdə büruzə verəcək. Türkiyə ilə Ermənistan arasında tranzit əlaqələrin olması və türk biznesmenlərinin bu ölkəyə sərmayə qoyması ağır durumda olan düşmən ölkəni ayağa qaldırmaq deməkdir. İqtisadçının fikrincə, sərhədlərin açılmasından sonra İstanbuldan İrəvana avtobus və hava reysləri müntəzəm işə düşəcək, Türkiyə ilə Ermənistan ortaq layihələrdə təmsil olunacaq. Artıq Türkiyənin hökumət üzvləri də etiraf edirlər ki, Ermənistandan elektrik enerjisi alınacaq, bunun əvəzində rəsmi Ankara Yaxın Şərq qaz kəməri layihəsində İrəvana yer verəcək. Tərəflər sənaye sahələrində birgə əməkdaşlığı da planlaşdırır. Hər iki ölkə tərəfindən birgə hökumət komissiyalarının yaradılması Ermənistanın türk kapitalını ölkəyə "sovurması"na səbəb olacaq. Türkiyə Avropa Birliyinə daxil olmaq üçün bu təşkilatın tələbləri sırasında olan Qars-Gümrü dəmir yolunun istifadəyə verilməsinə də çalışacaq.
İ.Şabanın fikrincə, Türkiyənin sərhədləri Ermənistanın üzünə açmasına adekvat olaraq Azərbaycan bölgədə siyasi-iqtisadi vəziyyəti tamamilə dəyişməyə məcbur olacaq. Qardaş ölkənin iqtisadi təhlükəsizliyinin təmin olunmasında xüsusi rol oynayan Azərbaycan neft-qaz və sənaye sahələri ilə bağlı layihələri dayandırmaq məcburiyyətində qalacaq. Türkiyənin yanacaq təchizatının 40 faizindən çoxunu təmin edən Azərbaycan güzəştləri ləğv etmək zorunda qalacaq. Türkiyə İran və Rusiyadan qaz alsa da, Azərbaycan daha etibarlı və sərfəli tərəfdaş sayılır. Rusiya və İran qazın hər 1000 kubmetrini Türkiyəyə 280-340 dollara satır. Azərbaycan isə qazı dünyada analoqu olmayan tariflə, ən ucuz qiymətə - 120 dollara satır. Respublikamız qardaş ölkəyə hər min kubmetrdə 200 dollar güzəştə gedir. Bu isə ildə təxminən 1 milyard dollar deməkdir. Bura qazın Bakı-Tbilisi-Ərzurum kəməri ilə üçüncü ölkəyə ixracına görə tranzit haqlarını da nəzərə aldıqda məbləğ bir qədər də böyüyür. Bundan başqa, Bakı-Tbilisi-Ceyhan neft kəməri ilə nəql olunan yanacağa görə Türkiyə hər ay təxminən 30 milyon dollara qədər tranzit haqqı alır. Çəkilişi nəzərdə tutulan NABUCCO qaz kəməri ilə ildə Türkiyəyə əlavə olaraq 5 milyard kubmetrə yaxın qaz verilməsi planlaşıdırılır ki, bu da rəsmi Ankaranın öz enerji təhlükəsizliyini, demək olar ki, tamamilə Azərbaycan qazı ilə təmin etməsi deməkdir. Belə vəziyyətdə Bakı-Tbilisi-Ərzurum kəmərinin rentabelliyi aşağı salınacaq və qaz ixracı siyasəti dəyişdiriləcək. Respublikamız qazı Rusiyanın "Qazprom" şirkətinə 300 dollardan satmaqla daha çox divident əldə edə bilər.
Türkiyənin səhv hərəkəti neftin başqa marşruta, Bakı-Novorossiysk kəməri ilə ixracına da səbəb ola bilər. Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin də trayektoriyasının dəyişərək Rusiyanın müəllifi olduğu Şimal-Cənub dəhlizi ilə əvəzlənə biləcəyi istisna oluna bilməz. Türkiyədə ən nəhəng neft emalı müəssisəsi olan Ceyhan neftayırma zavodu və digər emal müəssisələrinin tikintisi də təxirə salına bilər. Bundan başqa, Türkiyə sənayesinin onurğa sütunu olan "Tekfen" və "Petkim" kimi müəssisələrdə böyük pay sahibi olan Dövlət Neft Şirkəti sərmayə qoyuluşunu dayandırmaq barədə düşünməyə məcbur olacaq.
İqtisadçı Əli Məsimov isə hesab edir ki, Türkiyənin ölkəmizin maraqlarına zidd addım atması bütövlükdə bütün iqtisadi sahələrə zərər vuracaq. Türkiyə bu gün Azərbaycanın xarici ticarət dövriyyəsində birinci yeri tutur. İki ölkə arasında ticarət dövriyyəsinin həcmi 2 milyard dolları ötüb. Bu halda sərmayə qoyuluşları da məhdudlaşdırıla bilər. Bu vəziyyət ölkəmizdə çalışan türk iş adamları üçün də yaxşı nəticə vəd etmir. Bu gün türk iş adamları digər sərmayədarlardan fərqli olaraq ölkəmizdə daha geniş və güzəştli şərtlərlə bütün iqtisadi bölmələrdə yüksək paya malikdirlər. AKP iqtidarının səhv addımı bütün türk investorlarının da perspektivlərinə zərbə vura bilər. Əli Məsimov bildirir ki, Türkiyənin indiki hökuməti yanlış qərar qəbul etməklə öz ölkəsinin türk respublikaları içərisində nüfuzunu və etibarını da aşağı sala bilər.
ELBRUS.

çap üçün verisya

Axtarish sistemi

  


« February 2012
Mo Tu We Th Fr Sa Su
 12345
6789101112
13141516171819
20212223242526
272829 
Advokat

1946-cı ildə anadan olmuşam. Hazırda yaşa görə təqaüd alıram. İşlədiyim illərdə (1969-1974) Naftalan Şəhər Sovetində İdman Komitəsinin sədri vəzifəsində çalışmışam. Həmin illər dövlət qulluqçusu statusu kimi mənə sayıla bilərmi, eləcə də qulluq stajıma əsasən mənə pensiya təyin olunması mümkündürmü?

İbrahimxəlil QURBANOV,
Naftalan şəhəri.


- Sualınıza cavab olaraq bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 01.09.2005-ci il tarixli, 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" qanuna əsasən, pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə dövlət qulluqçularının vəzifələrinin "İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı"nda şəhər sovetinin nəzdində idman komitələri nəzərdə tutulmadığından dövlət qulluğuna edilən güzəştlər sizə şamil edilə bilməz.


© 2006-2012
Müəllif hüquqları Ulfet Qazeti-nə məxsusdur.
Dizayn NUR D şirkəti tərəfindən hazırlanıb.