Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
yanvarın 23-də
…Rusiya Federasiyasının Soçi şəhərinə işgüzar səfərə gəlmişdir. …və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə görüşmüş və qarşılıqlı fikir mübadiləsi aparmışlar. …və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Rusiyanın "Qazprom-eksport" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında təbii qazın alqı-satqısına dair müqaviləyə 5 nömrəli əlavə sazişin imzalanması mərasimində iştirak etmişlər. …, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə birgə görüşmüş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələləri müzakirə etmişlər. …, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair danışıqların yekunlarına əsasən Birgə Bəyanat qəbul etmişlər. …Rusiya Federasiyasına işgüzar səfərini başa vuraraq həmin gün axşam Bakıya qayıtmışdır.
yanvarın 24-də
…Kür çayının suyunun daşması nəticəsində baş vermiş hadisələrin təkrar olunmaması üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakıya gətirilmiş Niderland Krallığının "Damin" şirkətinin istehsal etdiyi "CSD-500" torpaqsoran qurğulara, Türkiyənin Tuzla şəhərində istehsal olunmuş yedək və təchizat gəmilərinə və tədqiqat katerinə baxış keçirmişdir.
yanvarın 25-də
…Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrəyə işgüzar səfərə gəlmişdir. …Davosda İsveçrə Konfederasiyasının Prezidenti xanım Eveline Vidner Şlümlə, İsrail Dövlətinin Prezidenti Şimon Pereslə, Avstriyanın "OMV AGE" şirkətinin baş icraçı direktoru Gerhard Roisslə və Amerika Birləşmiş Ştatlarının dövlət katibinin iqtisadiyyat, energetika və kənd təsərrüfatı məsələləri üzrə müavini Robert Hormatsla görüşmüşdür.
yanvarın 26-da
…Davosda "UBS Global" şirkətinin direktorlar şurasının sədri Kaspar Villigerlə, Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottingerlə, Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Klaus Şvabla, Gürcüstanın Baş naziri Nika Gilaurilə, Almaniyanın "Deutıche Bank"ının Mərkəzi və Şərqi Avropa ölkələri üzrə icraçı direktoru Peter Tilslə və idarə heyətinin üzvü Yürgen Figenlə, Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti Yakob Kellenbergerlə, Ukrayna Prezidenti Viktor Yanukoviçlə, RWE şirkətinin baş icraçı direktoru Yurgen Qrossmanla, Pakistan İslam Respublikasının Baş naziri Sayid Yusuf Raza Gilanilə, "Holcim Group" şirkətinin idarə heyətinin sədri Markus Akermanla, "Microsoft International" şirkətinin prezidenti, "Microsoft" Korporasiyasının vitse-prezidenti Jan Kurtua ilə və "Edisson" şirkətinin baş icraçı direktoru Bruno Leskörlə görüşmüşdür.
yanvarın 27-də
…Davosda Böyük Britaniyanın York Hersoqu, şahzadə Endryu ilə görüşmüşdür.
Bunu "Baku Stil Kompani"də keçirilən mətbuat konfransında şirkətin yeni təyin edilən baş meneceri Aksel Borovski bildirdi. "Baku Stil Kompani"nin Qafqaz regionunda birinci müasir poladəritmə müəssisəsi olduğunu xatırladan baş menecer şirkətin uzun müddətdir yaşadığı çətin vəziyyətin artıq arxada qaldığını dedi: "Şirkətdə keyfiyyət göstəricilərinə görə Almaniya, ABŞ, Fransa, İtaliya və başqa qabaqcıl ölkələrdə istifadə edilən, alternativ enerji təchizatı ilə təmin olunmuş qövslü elektrik sobası, soba çalov, müasir fasiləsiz tökmə maşını quraşdırılıb. Poladəritmə prosesində əsas güc aqreqatların işi kompyuterlə idarə olunur. En kəsiyi 120x120 və 150x150 mm., uzunluğu 12 min mm. olan müxtəlif markalı polad pəstahlar, 10-32 mm. diametrində 6 min-12 min mm. uzunluğunda armaturlar istehsal edilir. Şirkət daxili bazarın armatura olan tələbatının çox hissəsini təmin edir, Rusiya, Gürcüstan, Türkmənistan və İrana məhsul ixrac etmək təcrübəsinə malikdir. Şirkətin istehsal etdiyi məhsullar Bakı-Ceyhan neft kəmərinin, həmçinin bir sıra sənaye obyektlərinin, yaşayış və ictimai binaların tikintisində istifadə olunur. Müəssisə istehsala başladığı gündən dünyanın 114 ölkəsində ofisi olan İsveçrənin SGS şirkətinin, indi isə BSİ (Britaniya Standartlar İnstitutu) şirkətinin keyfiyyət üzrə zəmanəti ilə fəaliyyət göstərir. Şirkətin məhsullarına Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin uyğunluq sertifikatı verilib. Zavodun məhsulları Moskva, Astana, Təbriz və Bakıda keçirilən beynəlxalq sərgilərdə nümayiş etdirilib və hər dəfə keyfiyyətə görə diplom və sertifikatlarla təltif edilib". A.Borovski bu yaxınlarda zavodda təmir işlərinin də getdiyini qeyd etdi: "Metal tullantısı qıtlığı çəkən şirkət yaxın günlərdə tullantı metallarını almağa başlayacaq. Lakin şirkət tullantı metallarını hər bir kəsdən deyil, səlahiyyətli dillerlərdən almağı planlaşdırır. Tullantıların alınmasına gələn aydan start veriləcək. Dövlətin yardımı və icazəsi ilə tullantıların alınmasına nail olmaq istəyirik. Çünki hazırda ərazilərin tullantı metallarından təmizlənməsi vacib proseslərlərdən biridir və dövlət də bunda maraqlıdır. Aprelin 20-dən etibarən şirkətdə 22 ton armatur istehsal edilməsi proqnozlaşdırılır. Bu planların reallığa çevrilməsi üçün hazırda Dövlət Neft Şirkəti ilə danışıqlar aparılır. Xəzər dənizində olan tullantıları almaq üçün razılıq əldə etməyə çalışırıq". Tariflərə gəlincə, A.Borovski bir ton metalı 120 dollara, çuqunu isə, əlavə dəyər vergisi də daxil olmaqla, 130 dollara alacaq. Hazır məhsul 535 dollara satılacaq. A.Borovski onu da qeyd etdi ki, hazırda müəssisədə 1800-ə qədər işçi çalışır. Lakin istehsal gücü artdıqca yeni işçilərin də cəlb edilməsinə ehtiyac yaranacaq. Məlumat üçün bildirək ki, şirkət böhranla əlaqədar işçilərini məzuniyyətə göndərib. Amma bir sıra qurumlardan fərqli olaraq, "Baku Stil Kompani"nin bütün işçiləri ödənişli məzuniyyətə buraxalıb.
1946-cı ildə anadan olmuşam. Hazırda yaşa görə təqaüd alıram. İşlədiyim illərdə (1969-1974) Naftalan Şəhər Sovetində İdman Komitəsinin sədri vəzifəsində çalışmışam. Həmin illər dövlət qulluqçusu statusu kimi mənə sayıla bilərmi, eləcə də qulluq stajıma əsasən mənə pensiya təyin olunması mümkündürmü?
İbrahimxəlil QURBANOV, Naftalan şəhəri.
- Sualınıza cavab olaraq bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 01.09.2005-ci il tarixli, 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" qanuna əsasən, pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə dövlət qulluqçularının vəzifələrinin "İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı"nda şəhər sovetinin nəzdində idman komitələri nəzərdə tutulmadığından dövlət qulluğuna edilən güzəştlər sizə şamil edilə bilməz.