Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
yanvarın 23-də
…Rusiya Federasiyasının Soçi şəhərinə işgüzar səfərə gəlmişdir. …və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə görüşmüş və qarşılıqlı fikir mübadiləsi aparmışlar. …və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Rusiyanın "Qazprom-eksport" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında təbii qazın alqı-satqısına dair müqaviləyə 5 nömrəli əlavə sazişin imzalanması mərasimində iştirak etmişlər. …, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə birgə görüşmüş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələləri müzakirə etmişlər. …, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair danışıqların yekunlarına əsasən Birgə Bəyanat qəbul etmişlər. …Rusiya Federasiyasına işgüzar səfərini başa vuraraq həmin gün axşam Bakıya qayıtmışdır.
yanvarın 24-də
…Kür çayının suyunun daşması nəticəsində baş vermiş hadisələrin təkrar olunmaması üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakıya gətirilmiş Niderland Krallığının "Damin" şirkətinin istehsal etdiyi "CSD-500" torpaqsoran qurğulara, Türkiyənin Tuzla şəhərində istehsal olunmuş yedək və təchizat gəmilərinə və tədqiqat katerinə baxış keçirmişdir.
yanvarın 25-də
…Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrəyə işgüzar səfərə gəlmişdir. …Davosda İsveçrə Konfederasiyasının Prezidenti xanım Eveline Vidner Şlümlə, İsrail Dövlətinin Prezidenti Şimon Pereslə, Avstriyanın "OMV AGE" şirkətinin baş icraçı direktoru Gerhard Roisslə və Amerika Birləşmiş Ştatlarının dövlət katibinin iqtisadiyyat, energetika və kənd təsərrüfatı məsələləri üzrə müavini Robert Hormatsla görüşmüşdür.
yanvarın 26-da
…Davosda "UBS Global" şirkətinin direktorlar şurasının sədri Kaspar Villigerlə, Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottingerlə, Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Klaus Şvabla, Gürcüstanın Baş naziri Nika Gilaurilə, Almaniyanın "Deutıche Bank"ının Mərkəzi və Şərqi Avropa ölkələri üzrə icraçı direktoru Peter Tilslə və idarə heyətinin üzvü Yürgen Figenlə, Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti Yakob Kellenbergerlə, Ukrayna Prezidenti Viktor Yanukoviçlə, RWE şirkətinin baş icraçı direktoru Yurgen Qrossmanla, Pakistan İslam Respublikasının Baş naziri Sayid Yusuf Raza Gilanilə, "Holcim Group" şirkətinin idarə heyətinin sədri Markus Akermanla, "Microsoft International" şirkətinin prezidenti, "Microsoft" Korporasiyasının vitse-prezidenti Jan Kurtua ilə və "Edisson" şirkətinin baş icraçı direktoru Bruno Leskörlə görüşmüşdür.
yanvarın 27-də
…Davosda Böyük Britaniyanın York Hersoqu, şahzadə Endryu ilə görüşmüşdür.
İqtisadi İnkişaf Nazirliyinin regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının əlaqələndirilməsi, monitorinqi və icrası üzrə katibliyinin rəhbəri Sahib Məmmədovun fikrincə, yeni Dövlət Proqramı Azərbaycanda dinamik inkişafın sürətlənməsində, makroiqtisadi sabitliyin möhkəmlənməsində və bölgələrin bərabər şəkildə inkişaf etməsində mühüm rol oynayacaq. S.Məmmədov bildirib ki, yeni Dövlət Proqramının ana xətti qeyri-neft sektorunda istehsal olunan məhsulun iqtisadiyyatda və ümumi daxili məhsulda bir neçə dəfə artımına nail olmaqdan ibarətdir. Təbii ki, bu məqsədlə yeni sənəd kənd təsərrüfatı, emal və yeyinti sənayesi, nəqliyyat, tikinti, infrastruktur, rabitə, turizm ilə bağlı sahələri əhatə edən layihələrlə zəngin olacaq. Bunun üçün hökumət bütün rayon və ucqar yaşayış məntəqələrində infrastruktur-kommunal sektorun davamlılığını təmin etməyə çalışacaq. Ən ucqar kəndlərdə bütün sosial və kommunal xidmət növlərinin yaradılmasını başa çatdırmaq, rayonlarda iqtisadi fəallığı artırmaq üçün digər tədbirlərlə bağlı kompleks islahatları həyata keçirmək nəzərdə tutulur. 2009-2013-cü illərdə elektrik enerjisi, qazlaşdırma sahələrinə, içməli su təminatı, meliorasiya və suvarma bölmələrinə böyük diqqət ayrılacaq, bir çox infrastruktur proqramlar həyata keçiriləcək. Bir sözlə, Azərbaycanın bütün bölgələrində, kənd və qəsəbələrində bu iqtisadi hədəflərin reallaşması nəticəsində tamamilə yeni mənzərə yaranacaq. 2009-2013-cü illəri əhatə edən proqramın spesifik xüsusiyyətlərindən biri hər bir kənd və qəsəbə üzrə ayrıca tədbirlər planını reallaşdırmaqdan ibarət olacaq. Yəni hər kəndin spesifik xüsusiyyəti və əhalisinin təklifləri nəzərə alınaraq ayrıca texniki-iqtisadi layihəsi hazırlanacaq. Məlumat üçün deyim ki, yeni beşillik proqram hazırlanarkən bölgələrdən çoxsaylı təkliflər gəlib. Növbəti beş ildə bütün rayonların qazlaşdırılması, fasiləsiz elektrik enerjisi, keyfiyyətli su xidmətləri ilə əhatə olunması, bütün məhəllədaxili yolların əsaslı şəkildə yenidən qurulması, qəsəbələrdə yeni müəssisələrin, ticarət mərkəzlərinin, xidmət obyektlərinin yaradılması üzrə tədbirlər görüləcək. Rayonlardakı məktəblərin, xəstəxanaların, digər səhiyyə obyektlərinin bərpası, rabitə və nəqliyyat xidmətlərinin əhatəli şəkildə təmin olunması proqramın başlıca istiqamətlərini təşkil edəcək. 2013-cü ilədək vətəndaşların sosial xidmətlərdən əhatəli şəkildə istifadə etməsi üçün yeni səhiyyə müəssisələrinin, stasionar və diaqnostika mərkəzlərinin inşası, rabitə müəssisələrinin modernləşdirilməsi, məktəblərin ən yeni avadanlıqlarla təmin edilməsi, onların istilik təchizatının yaxşılaşdırılması nəzərdə tutulur. Yeni proqramı bir növ regionların deyil, kəndlərin inkişaf proqramı da adlandırmaq olar. 2009-2013-cü illərə dair Dövlət Proqramını səciyyələndirən əsas xüsusiyyətlərdən biri işğal olunmuş rayonlarda sosial-iqtisadi layihələrin həyata keçirilməsidir. Yuxarı Qarabağ və Kəlbəcər-Laçın iqtisadi rayonlarına daxil olan ərazilərdə sosialyönümlü obyektlərin inşa edilməsi, kommunal və infrastruktur şəbəkələrinin yaradılması nəzərdə tutulur. Həmin rayonlar işğaldan azad edildikdən sonra burada sosial-iqtisadi inkişafla bağlı xüsusi proqram hazırlanıb həyata keçiriləcək. Proqramların əsas mahiyyəti məcburi köçkünlərin yaşayış səviyyəsinin yaxşılaşdırılması, məktəb, səhiyyə, xəstəxana və digər sosial obyektlərin tikintisi, vətəndaşların yeni iş yerləri ilə təmin edilməsindən ibarətdir. Yeni müəssisələrin yaradılmasının miqyasının genişləndirilməsi üçün sahibkarların maliyyə təminatının yaxşılaşdırılması, onlara güzəştli vergi-gömrük tarifləri tətbiq edilməsi, yeni yaradılan müəssisələrin ən müasir avadanlıqlarla təmin edilməsi və digər tədbirlər də proqramın başlıca istiqamətlərini təşkil edəcək. Regionların inkişafı ilə bağlı yeni layihələrin maliyyə mənbələrinə gəlincə, hökumət yaxın illərdə ölkənin valyuta sərvətlərinin bir neçə dəfə artacağını və bu vəsaitlərin həmin iqtisadi tədbirləri həyata keçirməyə imkan verəcəyini proqnozlaşdırır. Yeni proqramın reallaşması məşğulluq səviyyəsinin daha da artırılmasına, nəinki rayonlarda, hətta kəndlərdə də yeni müəssisələrin yaradılmasına və əhalinin rifah halının yaxşılaşdırılmasına hesablanıb. ELTAC.
1946-cı ildə anadan olmuşam. Hazırda yaşa görə təqaüd alıram. İşlədiyim illərdə (1969-1974) Naftalan Şəhər Sovetində İdman Komitəsinin sədri vəzifəsində çalışmışam. Həmin illər dövlət qulluqçusu statusu kimi mənə sayıla bilərmi, eləcə də qulluq stajıma əsasən mənə pensiya təyin olunması mümkündürmü?
İbrahimxəlil QURBANOV, Naftalan şəhəri.
- Sualınıza cavab olaraq bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 01.09.2005-ci il tarixli, 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" qanuna əsasən, pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə dövlət qulluqçularının vəzifələrinin "İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı"nda şəhər sovetinin nəzdində idman komitələri nəzərdə tutulmadığından dövlət qulluğuna edilən güzəştlər sizə şamil edilə bilməz.