Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
yanvarın 23-də
…Rusiya Federasiyasının Soçi şəhərinə işgüzar səfərə gəlmişdir. …və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə görüşmüş və qarşılıqlı fikir mübadiləsi aparmışlar. …və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Rusiyanın "Qazprom-eksport" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında təbii qazın alqı-satqısına dair müqaviləyə 5 nömrəli əlavə sazişin imzalanması mərasimində iştirak etmişlər. …, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə birgə görüşmüş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələləri müzakirə etmişlər. …, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair danışıqların yekunlarına əsasən Birgə Bəyanat qəbul etmişlər. …Rusiya Federasiyasına işgüzar səfərini başa vuraraq həmin gün axşam Bakıya qayıtmışdır.
yanvarın 24-də
…Kür çayının suyunun daşması nəticəsində baş vermiş hadisələrin təkrar olunmaması üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakıya gətirilmiş Niderland Krallığının "Damin" şirkətinin istehsal etdiyi "CSD-500" torpaqsoran qurğulara, Türkiyənin Tuzla şəhərində istehsal olunmuş yedək və təchizat gəmilərinə və tədqiqat katerinə baxış keçirmişdir.
yanvarın 25-də
…Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrəyə işgüzar səfərə gəlmişdir. …Davosda İsveçrə Konfederasiyasının Prezidenti xanım Eveline Vidner Şlümlə, İsrail Dövlətinin Prezidenti Şimon Pereslə, Avstriyanın "OMV AGE" şirkətinin baş icraçı direktoru Gerhard Roisslə və Amerika Birləşmiş Ştatlarının dövlət katibinin iqtisadiyyat, energetika və kənd təsərrüfatı məsələləri üzrə müavini Robert Hormatsla görüşmüşdür.
yanvarın 26-da
…Davosda "UBS Global" şirkətinin direktorlar şurasının sədri Kaspar Villigerlə, Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottingerlə, Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Klaus Şvabla, Gürcüstanın Baş naziri Nika Gilaurilə, Almaniyanın "Deutıche Bank"ının Mərkəzi və Şərqi Avropa ölkələri üzrə icraçı direktoru Peter Tilslə və idarə heyətinin üzvü Yürgen Figenlə, Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti Yakob Kellenbergerlə, Ukrayna Prezidenti Viktor Yanukoviçlə, RWE şirkətinin baş icraçı direktoru Yurgen Qrossmanla, Pakistan İslam Respublikasının Baş naziri Sayid Yusuf Raza Gilanilə, "Holcim Group" şirkətinin idarə heyətinin sədri Markus Akermanla, "Microsoft International" şirkətinin prezidenti, "Microsoft" Korporasiyasının vitse-prezidenti Jan Kurtua ilə və "Edisson" şirkətinin baş icraçı direktoru Bruno Leskörlə görüşmüşdür.
yanvarın 27-də
…Davosda Böyük Britaniyanın York Hersoqu, şahzadə Endryu ilə görüşmüşdür.
Problemin qarşısını almaq üçün yerli istehsalın stimullaşdırılması önəmlidir. Xüsusilə də kənd təsərrüfatı inkişaf etdirilməlidir. Aparılan araşdırmalar bu sahədəki göstəricilərin o qədər də ürəkaçan olmadığını müəyyən edib. Belə ki, hazırda Azərbaycanda adambaşına ayda cəmi 5 manatlıq ərzaq məhsulu istehsal olunur. Bu isə çox azdır. Ona görə də yerli istehsalın inkişaf etdirilməsi üçün çox ciddi sistemli tədbirlərin həyata keçirilməsi vacibdir. Bundan əlavə, bank sisteminin sağlamlığının təmin edilməsinə diqqət artırılmalı, böhranın sadə vətəndaşlara təsiri də minimuma endirilməlidir. Ə.Məsimli həmçinin qeyd etdi ki, Azərbaycan azsaylı ölkələrdən biridir ki, böhran nəticəsində iqtisadiyyatı dağılmayıb: "Yəni ölkə iqtisadiyyatı hələ də böhranın təsirinə duruş gətirə bilir. Aparılan təhlillər zamanı məlum olub ki, 2008-ci ilin iqtisadi göstəriciləri əvvəlcədən müəyyənləşdirilən proqnozlara uyğun gəlməsə də, hökumət, demək olar ki, bütün sosial öhdəliklərini yerinə yetirib. Digər tərəfdən, bu cür böhranlar zamanı nəticələr itirilən pullarla hesablanır. Burada söhbət böyük şirkətlərin, bankların itkilərindən gedir. Budəfəki böhran zamanı ən böyük itki inam itkisi olub. Böhran başlayandan sonra bir çox ölkədə insanların inamı sarsıldı və sosial narazılıqlar siyasi xarakterli narazılıqlara gətirib çıxardı. Nəticədə vətəndaşlarla hökumətlər arasında toqquşmalar baş verdi. Amma Azərbaycanda bu proseslər müşahidə edilmir. Hökumət kifayət qədər böyükhəcmli təhlükəsizlik yastığından istifadə edərək uğurlu manevrlər edir. Digər tərəfdən, Azərbaycanın xarici borclarının az olması da böhran dövründə bizə yardımçı olur". Millət vəkilinin qənaətincə, digər üstünlük Azərbaycanın maliyyə bazarının dünya maliyyə bazarlarına inteqrasiya etməməsidir: "Obyektivlik naminə hökumətin, xüsusilə də Mərkəzi Bankın böhran dövründəki siyasətini alqışlamaq lazımdır. Mərkəzi Bank kifayət qədər mühafizəkar siyasət yürütməklə Azərbaycan iqtisadiyyatını dağıntılardan sığortalayır". Lakin əldə edilən uğurlu nəiticələrlə yanaşı, böhranın bir sıra sahələrə təsiri qaçılmazdır. Millət vəkili 2007-ci ilin sonlarında parlamentdə təsdiqlənən proqnozlarla 2008-ci ilin iqtisadi göstəricilərini müqayisə etməklə hesablamalar aparıb. Məsələn, ilin əvvəlində Ümumi Daxili Məhsulun (ÜDM) 21 faizlik artımı proqnozlaşdırılıb. Amma ÜDM-in artımı böhranla əlaqədar cəmi 11 faiz olub. Bu o deməkdir ki, böhranın təsirindən proqnoz göstəricilərini yerinə yetirməməklə ən azı 3-3,6 milyard dollar əlavə dəyər itirilib. Nəzərə almaq lazımdır ki, Azərbaycanın neft sənayesinin təxminən 85 faizi dünya iqtisadiyyatı ilə sıx inteqrasiyadadır. Müxtəlif hesablamalara görə, neftin 1 barelinin qiymətinin 1 dollar ucuzlaşması nəticəsində Azərbaycanın gəlirləri 220-250 milyon azalır: "Məsələn, ilin əvvəlində sənayedə 27 faizlik artım proqnozlaşdırılıb. Amma ilin sonunda sənayedə cəmi 7 faizlik artım qeydə alınıb. Yəni böhran nəticəsində sənayedə nəzərdə tutduğumuz inkişafa nail ola bilməmişik. Böhran ötən il Azərbaycanda nəzərdə tutulan əməkhaqqı artımı üzrə proqnozların yerinə yetirilməsinə də mənfi təsir göstərib. Belə ki, ilin əvvəlində proqnozlaşdırılan göstəricilərə nail olunmayıb. Düzdür, ötən il əməkhaqqı artıb, amma böhranla əlaqədar hər bir əməkhaqqı alan şəxsin artımı nəzərdə tutulandan təxminən12 manat az olub". Lakin bir neçə il əvvəllə müqayisədə Azərbaycan iqtisadiyyatında əldə edilən uğurları danmaq olmaz: "Son illər bizim quşçuluq sənayemiz xeyli inkişaf edib. Bir neçə il əvvəl Azərbaycan quşçuluq məhsullarının əksəriyyətini xaricdən alırdı. Bu da bazarlarda keyfiyyətsiz quş ətinin çoxalmasına şərait yaradırdı. Bir neçə ildir ki, bunun qarşısı alınıb. Bu sahədə inkişaf o səviyyəyə yüksəlib ki, bizim yerli broyler fabriklərinin malları xarici şirkətlərin məhsullarını Azərbaycan bazarından sıxışdırıb çıxara bildi. Ölkənin tələbatının 70 faizindən çoxu yerli quşçuluq fabriklərinin məhsulları hesabına təmin olunur. Əgər hökumət bu sahəyə dəstəyi bir qədər də artırsa, biz nəinki öz tələbatımızı tamamilə ödəyər, hətta xaricə də quşçuluq məhsullarını ixrac edə bilərik. Buna görə də hökumət böhran dövründə bu cür perspektivli sahələri köməksiz buraxmamalıdır. Xüsusilə də ölkəyə xaricdən ərzaq gətirən şirkətlərlə rəqabətə girə biləcək məhsul istehsal edən sahibkarlara dəstək artırılmalıdır". Böhranın gətirdiyi bəlalardan biri də milli valyutaların devalvasiyası ilə əlaqədardır. Bu proses artıq keçmiş SSRİ-nin bir neçə respublikasında yaşanıb. Bəzi iqtisadçılar Azərbaycan manatının da gec-tez devalvasiya olunacağını proqnozlaşdırırlar. Amma Mərkəzi Bank hökumətin bu addımı atmayacağını vəd edir. Ə.Məsimli söyləyir ki, Azərbaycan artıq manatın daha liberal idarə olunması kursuna keçib. Xatırladaq ki, ötən il manat dollara nisbətən 5 faiz, avroya nisbətən isə 9 faiz möhkəmlənib. Əslində bu bizə o qədər də sərf etmirdi. Çünki milli valyutanın möhkəmlənməsi yerli istehsalçıların ziyanınadır. Bu prosesin bir neçə il davam etməsi yerli istehsalı iflic edə bilərdi. Amma bu ildən Mərkəzi Bank manatın daha liberal idarə olunmasına keçib. İlin əvvəlindən başlayaraq manat dollara nisbətən cüzi də olsa ucuzlaşır. İlin ilk aylarında manatın dollara nisbətən ucuzlaşması 0,5 faiz təşkil edib: "Bunun özü elə devalvasiyadır. Amma hökumət bu siyasəti çox ehtiyatla həyata keçirir. Mən bu siyasəti dəstəkləyirəm. Hesab edirəm ki, hökumətin bu siyasəti milli iqtisadiyyatın dirçəlməsinə, ixracın dəstəklənməsinə, qeyri-neft sektorunda fəallığın artmasına gətirib çıxaracaq. Bu siyasət il ərzində davam etdirilməlidir. Məncə, manatın il ərzində təxminən 1 faiz ucuzlaşması Azərbaycanın xeyrinə olacaq". Məlumdur ki, hökumət böhranın təsirinin kompensasiya edilməsinin bir yolunu da tikinti sektorunun canlandırılmasında görür. Bunun üçün ipoteka kreditlərinin bərpa olunacağı barədə məlumatlar verilir. Amma bu proses hələ də bərpa olunmayıb. Azərbaycanda ipoteka kreditlərinin verilməsi uğurlu addım ola bilər. Çünki Azərbaycanın dövlət büdcəsindən ipoteka kreditlərinin verilməsi üçün nəzərdə tutulan vəsaitin miqdarı çox azdır: "Mən həmişə demişəm ki, 15-20 milyon dollarlıq ipoteka bazarı heç bir təhlükə yarada bilməz. 15-20 milyon dollar tikinti sektoru üçün çox azdır. Yəni bu qədər vəsait heç vaxt Azərbaycanda ipoteka böhranı yarada bilməz". Gülər KƏRİMLİ.
1946-cı ildə anadan olmuşam. Hazırda yaşa görə təqaüd alıram. İşlədiyim illərdə (1969-1974) Naftalan Şəhər Sovetində İdman Komitəsinin sədri vəzifəsində çalışmışam. Həmin illər dövlət qulluqçusu statusu kimi mənə sayıla bilərmi, eləcə də qulluq stajıma əsasən mənə pensiya təyin olunması mümkündürmü?
İbrahimxəlil QURBANOV, Naftalan şəhəri.
- Sualınıza cavab olaraq bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 01.09.2005-ci il tarixli, 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" qanuna əsasən, pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə dövlət qulluqçularının vəzifələrinin "İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı"nda şəhər sovetinin nəzdində idman komitələri nəzərdə tutulmadığından dövlət qulluğuna edilən güzəştlər sizə şamil edilə bilməz.