Rəsmi

Azərbaycan
Respublikasının
Prezidenti İlham Əliyev

yanvarın 23-də

…Rusiya Federasiyasının Soçi şəhərinə işgüzar səfərə gəlmişdir.
…və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə görüşmüş və qarşılıqlı fikir mübadiləsi aparmışlar.
…və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Rusiyanın "Qazprom-eksport" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında təbii qazın alqı-satqısına dair müqaviləyə 5 nömrəli əlavə sazişin imzalanması mərasimində iştirak etmişlər.
…, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə birgə görüşmüş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələləri müzakirə etmişlər.
…, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair danışıqların yekunlarına əsasən Birgə Bəyanat qəbul etmişlər.
…Rusiya Federasiyasına işgüzar səfərini başa vuraraq həmin gün axşam Bakıya qayıtmışdır.

yanvarın 24-də

…Kür çayının suyunun daşması nəticəsində baş vermiş hadisələrin təkrar olunmaması üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakıya gətirilmiş Niderland Krallığının "Damin" şirkətinin istehsal etdiyi "CSD-500" torpaqsoran qurğulara, Türkiyənin Tuzla şəhərində istehsal olunmuş yedək və təchizat gəmilərinə və tədqiqat katerinə baxış keçirmişdir.

yanvarın 25-də

…Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrəyə işgüzar səfərə gəlmişdir.
…Davosda İsveçrə Konfederasiyasının Prezidenti xanım Eveline Vidner Şlümlə, İsrail Dövlətinin Prezidenti Şimon Pereslə, Avstriyanın "OMV AGE" şirkətinin baş icraçı direktoru Gerhard Roisslə və Amerika Birləşmiş Ştatlarının dövlət katibinin iqtisadiyyat, energetika və kənd təsərrüfatı məsələləri üzrə müavini Robert Hormatsla görüşmüşdür.

yanvarın 26-da

…Davosda "UBS Global" şirkətinin direktorlar şurasının sədri Kaspar Villigerlə, Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottingerlə, Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Klaus Şvabla, Gürcüstanın Baş naziri Nika Gilaurilə, Almaniyanın "Deutıche Bank"ının Mərkəzi və Şərqi Avropa ölkələri üzrə icraçı direktoru Peter Tilslə və idarə heyətinin üzvü Yürgen Figenlə, Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti Yakob Kellenbergerlə, Ukrayna Prezidenti Viktor Yanukoviçlə, RWE şirkətinin baş icraçı direktoru Yurgen Qrossmanla, Pakistan İslam Respublikasının Baş naziri Sayid Yusuf Raza Gilanilə, "Holcim Group" şirkətinin idarə heyətinin sədri Markus Akermanla, "Microsoft International" şirkətinin prezidenti, "Microsoft" Korporasiyasının vitse-prezidenti Jan Kurtua ilə və "Edisson" şirkətinin baş icraçı direktoru Bruno Leskörlə görüşmüşdür.

yanvarın 27-də

…Davosda Böyük Britaniyanın York Hersoqu, şahzadə Endryu ilə görüşmüşdür.

Azərbaycan Ermənistanın Beynəlxalq Arbitraj Məhkəməsində cavab verməsini tələb edir

27.04.09 - 11:03527 baxılıb

Milli Məclisin deputatı Nazim Məmmədovun bildirdiyinə görə, yaxın günlərdə hasilat işlərinə start veriləcək. Onun qeyd etdiyinə görə, "R.V. Investment" şirkəti ilə Böyük Britaniyanın "Anqlo Asian" şirkətinin birgə təsis etdiyi Azərbaycan Beynəlxalq Mədən Əməliyyatı Şirkəti həmin zonada hasilata başlamaq barədə fikrini bəyan edib. Şirkət hökumətlə qızıl yataqlarının istismarına dair 30 illik müqavilə bağlayıb. ABMƏŞ-in Gədəbəyi qızıl sənayesinin ən perspektivli zonaları hesab edir. Şirkət bundan başqa Naxçıvanda da hasilata başlamağı nəzərdə tutur.
Milli Geologiya Xidmətindən isə bildiriblər ki, Azərbaycan qızıl ehtiyatlarına görə ən zəngin ölkələrdən hesab olunur. Proqnozlaşdırılan ehtiyatların həcminə görə ən zəngin qızıl sənayesi zonaları Naxçıvan, Kəlbəcər və Gədəbəy hesab olunur. Naxçıvandakı ən perspektivli filiz zonası hesab olunan Çovdar yatağını geoloqlar hətta Azərbaycanın Alyaskası adlandırırlar. Bu yataqla bərabər Xalxal, Söyüdlü, Vejnəli, Zod, Qızılbulaq kimi yataqlar qızıl ehtiyatları ilə zəngindir. Ümumiyyətlə, respublikamızda 6 istehsal sahəsi qızılla zəngin zonalar sayılır. Azərbaycan Beynəlxalq Mədən Əməliyyatı Şirkəti məhz bu məqsədlə Naxçıvan, Gədəbəy, Gəncə, Kəlbəcər, Daşkəsən, Tovuz bölgələrində geoloji kəşfiyyatı həyata keçirməkdədir. Milli Geologiya Xidmətinin ekspedisiya qrupunun apardığı araşdırmalar nəticəsində isə Kiçik Qafqazın şimal-şərq hissəsində də zəngin qızıl filizlərinin olması müəyyən edilib.
Milli Geologiya Xidmətindən verilən xəbərə görə, Azərbaycan Beynəlxalq Mədən Əməliyyatı Şirkəti ilə yanaşı, digər əcnəbi investorlar da respublikamıza böyük maraq göstərir. Xarici sərmayəçilərin artıq qızıl yataqlarının hasilatı ilə bağlı müraciətləri son bir ildə xeyli artıb. Fransa, Türkiyə, Kanada, İsrail, ABŞ, Hindistan və Böyük Britaniya investorlar Azərbaycan hökumətinə hasilatın bölgüsünə dair saziş imzalamaq barədə təkliflərlə çıxış edirlər. Xidmətin proqnozlarına görə, yaxın 7-8 il ərzində Azərbaycan qızıl istehsalının həcminə görə ən zəngin ölkələrdən birinə çevriləcək. Proqnozlara görə, bir neçə il ərzində qızıl sənayesinə 1 milyard dollardan çox investisiya yatırılacaq. Azərbaycan qızıl sənayesinin inkişafına görə regionda aparıcı dövlətə çevriləcək.
Mütəxəssislərin fikrincə, dünya bazarında ötən ildən başlayaraq qızılın bahalaşması isə ölkəmizdə bu sənaye sahəsinin inkişafını zəruri edir. İndi çox əlverişli şərait yaranıb. Ekspertlərin hesablamalarına görə, Azərbaycandakı yataqlarda qızıl ehtiyatları daha sərfəlidir. Belə ki, yataqlardakı qızıl ehtiyatlarının normasını araşdıran mütəxəssislər bir ton filizdə xeyli qızıl ehtiyatının olmasını bildirirlər. Proqnozlara görə, Azərbaycandakı 1 ton filizdə olan qızıl ehtiyatı dünyadakı normalardan da yüksəkdir. Belə ki, 1 unsiya qızıl əldə etmək üçün dünya ölkələrində təxminən 20 ton torpaq sahəsində emal işləri aparmaq lazım gəlirsə, Azərbaycanda 12-15 ton torpağı emal etməklə 1 unsiya qızıl almaq mümkündür.
Eksprertlərin fikrincə, dünya birjalarında son iki ildə qızılın qiymətinin 150 faizdən çox yüksəlməsi xarici sərmayəçilərin Azərbaycana marağının artmasında xüsusilə rol oynayıb. Əvvəllər qızılın bir unsiyasının əldə olunmasında gəlirlilik 20-25 faiz təşkil edirdisə, hazırda bu rəqəm 100 faizdən də artıqdır. Qızıl sənayesinə marağın artması da bununla bağlıdır. Artıq ABŞ-ın Nyu-York Metal Birjasının mütəxəssisləri ölkəmizə gələrək Azərbaycanda zəngin qızıl ehtiyatları ilə maraqlanırlar.
Milli Geologiya Xidməti ölkəmizin ən zəngin qızıl yataqlarına malik olan Kəlbəcərin Zod yatağında hasilat işlərinin aparılmasının çətin olduğunu da bəyan edib. İşğalçı Ermənistanın Kəlbəcər rayonu və bitişik ərazilərdəki ən zəngin qızıl yataqlarını zəbt edərək qanunsuz hasilata başlayıb. Ermənilər bir neçə ildir ki, bu ərazilərdə geoloji işlərə başlayıb və Zod, Qızılbulaq, Söyüdlü və Vejnəli kimi yataqları istimar edirlər. "Zəngəzur Mis-Molibden və Qızıl Şirkəti" Hindistan, Kanada, Fransa və digər ölkələrin investorlarını Kəlbəcərdəki Zod yatağına cəlb etməklə 17 tondan artıq qızıl sərvətlərini mənimsəyiblər. Bu şirkət hesabatlarında guya Ermənistana məxsus ərazilərdə fəaliyyət göstərdiyini və yalnız mis, molibden, koks və digər minerallar hasil etməklə məşğul olduğunu göstərməyə çalışır. Ancaq faktlar onu göstərir ki, bu şirkət Azərbaycanın işğal olunmuş rayonlarında da həmin sərvətləri istismar edir, eləcə də qızıl yataqlarında hasilat işləri ilə məşğuldur. Mütəxəssislər bildirirlər ki, Ermənistanın dövlət büdcəsinin formalaşmasında əsas vergi ödəyiciləri sırasında ilk beşlikdə dayanan “Zəngəzur Mis-Molibden və Qızıl Şirkəti”nin təkcə mis və molibdenlə bu həcmdə gəlir əldə etməsi inandırıcı deyil. Çünki həmin mineralların hasilatı ilə qazanc əldə edib büdcəyə 500 milyon dollara yaxın vergi ödəmək mümkün deyil. Belə çıxır ki, bu şirkət il ərzində 2 milyard dollardan çox mənfəət əldə edir. Bu onu göstərir ki, erməni şirkətləri hər il Azərbaycanın tonlarla qızılını mənimsəyərək yüz milyonlarla dollar qazanır.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən verilən məlumata görə, ermənilərin bu cür qəsbkarlıq əməlləri barədə kifayət qədər tutarlı faktlar var və məsələ ilə bağlı Azərbaycan hökuməti öz mülkiyyət hüquqlarının təmin olunması üçün beynəlxalq hüquq qurumlarına, o cümlədən Beynəlxalq Arbitraj Məhkəməsinə müraciət edib. Respublikamız beynəlxalq təşkilatlardan Ermənistana beynəlxalq konvensiyaların tələblərini pozaraq ölkəmizə məxsus mülkiyyəti zəbt etdiyinə görə beynəlxalq sanksiya tətbiq edilməsini tələb edir.

ELBRUS.

çap üçün verisya

Axtarish sistemi

  


« February 2012
Mo Tu We Th Fr Sa Su
 12345
6789101112
13141516171819
20212223242526
272829 
Advokat

1946-cı ildə anadan olmuşam. Hazırda yaşa görə təqaüd alıram. İşlədiyim illərdə (1969-1974) Naftalan Şəhər Sovetində İdman Komitəsinin sədri vəzifəsində çalışmışam. Həmin illər dövlət qulluqçusu statusu kimi mənə sayıla bilərmi, eləcə də qulluq stajıma əsasən mənə pensiya təyin olunması mümkündürmü?

İbrahimxəlil QURBANOV,
Naftalan şəhəri.


- Sualınıza cavab olaraq bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 01.09.2005-ci il tarixli, 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" qanuna əsasən, pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə dövlət qulluqçularının vəzifələrinin "İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı"nda şəhər sovetinin nəzdində idman komitələri nəzərdə tutulmadığından dövlət qulluğuna edilən güzəştlər sizə şamil edilə bilməz.


© 2006-2012
Müəllif hüquqları Ulfet Qazeti-nə məxsusdur.
Dizayn NUR D şirkəti tərəfindən hazırlanıb.