Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
yanvarın 23-də
…Rusiya Federasiyasının Soçi şəhərinə işgüzar səfərə gəlmişdir. …və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə görüşmüş və qarşılıqlı fikir mübadiləsi aparmışlar. …və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Rusiyanın "Qazprom-eksport" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında təbii qazın alqı-satqısına dair müqaviləyə 5 nömrəli əlavə sazişin imzalanması mərasimində iştirak etmişlər. …, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə birgə görüşmüş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələləri müzakirə etmişlər. …, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair danışıqların yekunlarına əsasən Birgə Bəyanat qəbul etmişlər. …Rusiya Federasiyasına işgüzar səfərini başa vuraraq həmin gün axşam Bakıya qayıtmışdır.
yanvarın 24-də
…Kür çayının suyunun daşması nəticəsində baş vermiş hadisələrin təkrar olunmaması üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakıya gətirilmiş Niderland Krallığının "Damin" şirkətinin istehsal etdiyi "CSD-500" torpaqsoran qurğulara, Türkiyənin Tuzla şəhərində istehsal olunmuş yedək və təchizat gəmilərinə və tədqiqat katerinə baxış keçirmişdir.
yanvarın 25-də
…Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrəyə işgüzar səfərə gəlmişdir. …Davosda İsveçrə Konfederasiyasının Prezidenti xanım Eveline Vidner Şlümlə, İsrail Dövlətinin Prezidenti Şimon Pereslə, Avstriyanın "OMV AGE" şirkətinin baş icraçı direktoru Gerhard Roisslə və Amerika Birləşmiş Ştatlarının dövlət katibinin iqtisadiyyat, energetika və kənd təsərrüfatı məsələləri üzrə müavini Robert Hormatsla görüşmüşdür.
yanvarın 26-da
…Davosda "UBS Global" şirkətinin direktorlar şurasının sədri Kaspar Villigerlə, Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottingerlə, Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Klaus Şvabla, Gürcüstanın Baş naziri Nika Gilaurilə, Almaniyanın "Deutıche Bank"ının Mərkəzi və Şərqi Avropa ölkələri üzrə icraçı direktoru Peter Tilslə və idarə heyətinin üzvü Yürgen Figenlə, Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti Yakob Kellenbergerlə, Ukrayna Prezidenti Viktor Yanukoviçlə, RWE şirkətinin baş icraçı direktoru Yurgen Qrossmanla, Pakistan İslam Respublikasının Baş naziri Sayid Yusuf Raza Gilanilə, "Holcim Group" şirkətinin idarə heyətinin sədri Markus Akermanla, "Microsoft International" şirkətinin prezidenti, "Microsoft" Korporasiyasının vitse-prezidenti Jan Kurtua ilə və "Edisson" şirkətinin baş icraçı direktoru Bruno Leskörlə görüşmüşdür.
yanvarın 27-də
…Davosda Böyük Britaniyanın York Hersoqu, şahzadə Endryu ilə görüşmüşdür.
Onun sözlərinə görə, maliyyə intizamının gücləndirilməsi üçün təkcə Maliyyə Nazirliyinin səlahiyyətlərinin artırılması yetərli deyil və parlament orqanı kimi Hesablama Palatasının da fəaliyyətinin genişləndirilməsinə ehtiyac var. Digər zəruri tədbir isə büdcə xərclərindən istifadədə qənaət prinsipinin tətbiq edilməsdir. Qlobal maliyyə böhranı və neftin dünya bazarında qiymətinin aşağı düşməsi dövlət büdcəsinin gəlirlər hissəsinin formalaşmasında müəyyən problemlər yaradıb. Vahid Əhmədovla da bu məsələlər ətrafında söhbət etdik. - Maliyyə nəzarətinin gücləndirilməsi istiqamətində hansı tədbirlər həyata keçirilə bilər? - Antiböhran tədbirləri həyata keçirən istənilən ölkədə maliyyə intizamının gücləndirilməsi əsas vəzifələrdən biridir. Qlobal maliyyə böhranı və eləcə də neftin bazar qiymətinin azalması nəticəsində dövlət gəlirlərinin azalması bu vacibliyi daha da artırıb. Bəzi qurumlarda büdcə xərclərinin təyinatdankənar istifadə edilməsi faktları ortaya çıxır. Bunun qarşısı alınmalıdır. Hazırda ən çox müzakirə edilən məsələlər sırasında dövlət büdcəsinin xərclərinə sekvestr (ixtisar) tətbiq edilməsidir. Azərbaycan Respublikasının “Büdcə sistemi haqqında” Qanununa görə, dövlət büdcəsinin gəlirlərinin artımında problem olduğu halda hökumətin təklifi ilə Milli Məclis dövlət büdcəsinə sekvestr tətbiq edilməsi məsələsini müzakirəyə çıxara bilər. - Hökumət 2009-cu ilin dövlət büdcəsinin investisiya xərclərində müəyyən ixtisarlar edib... - Bəli, Nazirlər Kabinetinin məlum qərarı ilə investisiya xərclərinin istiqamətləri təsdiq edilərkən 1,5 milyard manat vəsait rezerv kimi saxlanılıb. 2009-cu ilin dövlət büdcəsinin gəlirlər hissəsinin formalaşmasında problemlər yaranarsa, o zaman həmin xərclərə sekvestr tətbiq ediləcək. - Maliyyə-büdcə sektorunda canlanma yaratmaq üçün hansı tədbirlərin həyata keçirilməsi məqsədəuyğundur? -Təbii ki, birinci növbədə 2009-cu ilin dövlət büdcəsinə əlavə və dəyişikliklər edilməlidir. Dəfələrlə məsələ qaldırılıb ki, 2009-cu ilin dövlət büdcəsində 1 barel neftin qiymətinin 70 dollar proqnozlaşdırılması büdcənin gəlirlər hissəsinin formalaşmasında müəyyən problem yaradır. Eyni zamanda qlobal maliyyə böhranının neqativ təsirləri nəticəsində qeyri-neft sektorunda müşahidə edilən durğunluq 2009-cu ildən həmin sektordan dövlət büdcəsinə ödəmələrin ümumi həcminə mənfi təsir göstərir. Buna görə də təklif edilir ki, bu ilin mayında dövlət büdcəsinə əlavə və dəyişikliklər edilsin və büdcədə 1 barel neftin qiyməti 50 dollar nəzərə alınsın. Bu, cari ilin dövlət büdcəsinin konservativ büdcəyə çevrilməsinə imkan verə bilər. Neftin büdcədəki qiymətində edilən dəyişikliklərə uyğun olaraq dövlət büdcəsinin xərclər hissəsində ixtisarlar aparılmalıdır. - Büdcədə sosial xərclərin ixtisar edilməsi mümkündürmü? - Xeyr! “Büdcə sistemi haqqında” Qanuna əsasən, sosial müdafiə xərclərinə ixtisar tətbiq edilə bilməz. Sosial müdafiə xərclərinin əsas hissəsini əməkhaqqı, təqaüdlər və birbaşa müavinətlər təşkil edir. Ona görə də bu sahədə dəyişikliklər real görünmür. Xərc ixtisarları yalnız hələlik vacib hesab edilməyən investisiya layihələri üzrə tətbiq edilə bilər. Gülər KƏRİMLİ.
1946-cı ildə anadan olmuşam. Hazırda yaşa görə təqaüd alıram. İşlədiyim illərdə (1969-1974) Naftalan Şəhər Sovetində İdman Komitəsinin sədri vəzifəsində çalışmışam. Həmin illər dövlət qulluqçusu statusu kimi mənə sayıla bilərmi, eləcə də qulluq stajıma əsasən mənə pensiya təyin olunması mümkündürmü?
İbrahimxəlil QURBANOV, Naftalan şəhəri.
- Sualınıza cavab olaraq bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 01.09.2005-ci il tarixli, 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" qanuna əsasən, pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə dövlət qulluqçularının vəzifələrinin "İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı"nda şəhər sovetinin nəzdində idman komitələri nəzərdə tutulmadığından dövlət qulluğuna edilən güzəştlər sizə şamil edilə bilməz.