Rəsmi

Azərbaycan
Respublikasının
Prezidenti İlham Əliyev

yanvarın 23-də

…Rusiya Federasiyasının Soçi şəhərinə işgüzar səfərə gəlmişdir.
…və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə görüşmüş və qarşılıqlı fikir mübadiləsi aparmışlar.
…və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Rusiyanın "Qazprom-eksport" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında təbii qazın alqı-satqısına dair müqaviləyə 5 nömrəli əlavə sazişin imzalanması mərasimində iştirak etmişlər.
…, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə birgə görüşmüş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələləri müzakirə etmişlər.
…, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair danışıqların yekunlarına əsasən Birgə Bəyanat qəbul etmişlər.
…Rusiya Federasiyasına işgüzar səfərini başa vuraraq həmin gün axşam Bakıya qayıtmışdır.

yanvarın 24-də

…Kür çayının suyunun daşması nəticəsində baş vermiş hadisələrin təkrar olunmaması üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakıya gətirilmiş Niderland Krallığının "Damin" şirkətinin istehsal etdiyi "CSD-500" torpaqsoran qurğulara, Türkiyənin Tuzla şəhərində istehsal olunmuş yedək və təchizat gəmilərinə və tədqiqat katerinə baxış keçirmişdir.

yanvarın 25-də

…Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrəyə işgüzar səfərə gəlmişdir.
…Davosda İsveçrə Konfederasiyasının Prezidenti xanım Eveline Vidner Şlümlə, İsrail Dövlətinin Prezidenti Şimon Pereslə, Avstriyanın "OMV AGE" şirkətinin baş icraçı direktoru Gerhard Roisslə və Amerika Birləşmiş Ştatlarının dövlət katibinin iqtisadiyyat, energetika və kənd təsərrüfatı məsələləri üzrə müavini Robert Hormatsla görüşmüşdür.

yanvarın 26-da

…Davosda "UBS Global" şirkətinin direktorlar şurasının sədri Kaspar Villigerlə, Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottingerlə, Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Klaus Şvabla, Gürcüstanın Baş naziri Nika Gilaurilə, Almaniyanın "Deutıche Bank"ının Mərkəzi və Şərqi Avropa ölkələri üzrə icraçı direktoru Peter Tilslə və idarə heyətinin üzvü Yürgen Figenlə, Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti Yakob Kellenbergerlə, Ukrayna Prezidenti Viktor Yanukoviçlə, RWE şirkətinin baş icraçı direktoru Yurgen Qrossmanla, Pakistan İslam Respublikasının Baş naziri Sayid Yusuf Raza Gilanilə, "Holcim Group" şirkətinin idarə heyətinin sədri Markus Akermanla, "Microsoft International" şirkətinin prezidenti, "Microsoft" Korporasiyasının vitse-prezidenti Jan Kurtua ilə və "Edisson" şirkətinin baş icraçı direktoru Bruno Leskörlə görüşmüşdür.

yanvarın 27-də

…Davosda Böyük Britaniyanın York Hersoqu, şahzadə Endryu ilə görüşmüşdür.

İqtisadi İnkişaf Nazirliyi yeni sosial-iqtisadi ssenarilər hazırlayıb

04.05.09 - 13:00363 baxılıb

Nazirlik bununla yanaşı, dünya iqtisadiyyatındakı böhranın təsirlərini minimuma endirmək məqsədi ilə bir sıra sosial-iqtisadi ssenarilər hazırlayacaq. Nazir Şahin Mustafayev bildirib ki, bir neçə gün əvvəl dövlət başçısı İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2009-cu ilin birinci rübünün sosial-iqtisadi yekunlarına həsr olunmuş iclasında qarşıya qoyulan tapşırıqlara uyğun olaraq bir sıra tədbirlər planı hazırlanıb həyata keçiriləcək. İİN-də keçirilən kollegiya iclasında nazir deyib ki, bu tədbirlər ümumilikdə respublikada iqtisadi inkişafı sürətləndirməyə xidmət edəcək.
İİN qarşıdakı müddətdə nəzərdə tutulan sosial-iqtisadi ssenarilərin makroiqtisadi sabitliyin davamlı şəkildə qorunmasına və inkişaf tempini sürətləndirməyə xidmət edəcəyini bəyan edir. Bununla yanaşı, maliyyə sisteminin möhkəmliyini qoruyub saxlamaq diqqətçəkən məsələlərdən biri olacaq. Qeyri-neft sektoru yaxın illər üçün iqtisadiyyatın aparıcı sahəsi olmaqla ümumi daxili məhsul istehsalında və əhalinin məşğulluğunda aparıcı yeri tutacaq. Qeyri-neft sektorunda prioritetlərdən biri sənaye şəhərciyinin yaradılması və xüsusi iqtisadi zonaların fəaliyyətə başlamasıdır. İnformasiya və innovasiya texnologiyasının tətbiq edilməsi yeni sənaye siyasətinin tərkib hissəsi olacaq.
2009-2011-ci illərdə makroiqtisadi siyasətin əsas məqsədi əldə edilmiş makroiqtisadi sabitliyin qorunması və sosial-iqtisadi inkişafın dəstəklənməsindən ibarət olacaq. Makroiqtisadi sabitliyin gələcəkdə də təmin edilməsi məqsədi ilə adekvat fiskal və monetar siyasət tədbirləri reallaşdırılacaq, bu sahədə siyasətin koordinasiyası gücləndiriləcək. Təbii ki, bu siyasət bazar infrastrukturunun və əlverişli investisiya mühitinin formalaşdırılması, kiçik və orta sahibkarlığın daha da inkişaf etdirilməsi, azad və ədalətli rəqabət mühitinin təmin edilməsi nəticəsində reallaşacaq.
İİN antiböhran tədbirlərinin əsas seqmentlərinin öz səmərəsini verəcəyinə inandığını bildirir. Bu müddətdə sərmayə proqramlarının həyata keçirilməsi ilə yanaşı, şirkətlərə birbaşa maliyyə yardımlarının göstərilməsi, kiçik və orta sahibkarlığa dövlət dəstəyinin gücləndirilməsi, vergi güzəştlərinin tətbiq edilməsi, sahibkarlara güzəştli kreditlərin verilməsinin artırılması, ixracyönümlü müəssisələrin dəstəklənməsi, banklara real maliyyə əməliyyatları aparmaq üçün imkanların yaradılması nəzərdə tutulur.

ELTAC.

çap üçün verisya

Axtarish sistemi

  


« February 2012
Mo Tu We Th Fr Sa Su
 12345
6789101112
13141516171819
20212223242526
272829 
Advokat

1946-cı ildə anadan olmuşam. Hazırda yaşa görə təqaüd alıram. İşlədiyim illərdə (1969-1974) Naftalan Şəhər Sovetində İdman Komitəsinin sədri vəzifəsində çalışmışam. Həmin illər dövlət qulluqçusu statusu kimi mənə sayıla bilərmi, eləcə də qulluq stajıma əsasən mənə pensiya təyin olunması mümkündürmü?

İbrahimxəlil QURBANOV,
Naftalan şəhəri.


- Sualınıza cavab olaraq bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 01.09.2005-ci il tarixli, 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" qanuna əsasən, pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə dövlət qulluqçularının vəzifələrinin "İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı"nda şəhər sovetinin nəzdində idman komitələri nəzərdə tutulmadığından dövlət qulluğuna edilən güzəştlər sizə şamil edilə bilməz.


© 2006-2012
Müəllif hüquqları Ulfet Qazeti-nə məxsusdur.
Dizayn NUR D şirkəti tərəfindən hazırlanıb.