Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
yanvarın 23-də
…Rusiya Federasiyasının Soçi şəhərinə işgüzar səfərə gəlmişdir. …və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə görüşmüş və qarşılıqlı fikir mübadiləsi aparmışlar. …və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Rusiyanın "Qazprom-eksport" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında təbii qazın alqı-satqısına dair müqaviləyə 5 nömrəli əlavə sazişin imzalanması mərasimində iştirak etmişlər. …, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə birgə görüşmüş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələləri müzakirə etmişlər. …, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair danışıqların yekunlarına əsasən Birgə Bəyanat qəbul etmişlər. …Rusiya Federasiyasına işgüzar səfərini başa vuraraq həmin gün axşam Bakıya qayıtmışdır.
yanvarın 24-də
…Kür çayının suyunun daşması nəticəsində baş vermiş hadisələrin təkrar olunmaması üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakıya gətirilmiş Niderland Krallığının "Damin" şirkətinin istehsal etdiyi "CSD-500" torpaqsoran qurğulara, Türkiyənin Tuzla şəhərində istehsal olunmuş yedək və təchizat gəmilərinə və tədqiqat katerinə baxış keçirmişdir.
yanvarın 25-də
…Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrəyə işgüzar səfərə gəlmişdir. …Davosda İsveçrə Konfederasiyasının Prezidenti xanım Eveline Vidner Şlümlə, İsrail Dövlətinin Prezidenti Şimon Pereslə, Avstriyanın "OMV AGE" şirkətinin baş icraçı direktoru Gerhard Roisslə və Amerika Birləşmiş Ştatlarının dövlət katibinin iqtisadiyyat, energetika və kənd təsərrüfatı məsələləri üzrə müavini Robert Hormatsla görüşmüşdür.
yanvarın 26-da
…Davosda "UBS Global" şirkətinin direktorlar şurasının sədri Kaspar Villigerlə, Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottingerlə, Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Klaus Şvabla, Gürcüstanın Baş naziri Nika Gilaurilə, Almaniyanın "Deutıche Bank"ının Mərkəzi və Şərqi Avropa ölkələri üzrə icraçı direktoru Peter Tilslə və idarə heyətinin üzvü Yürgen Figenlə, Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti Yakob Kellenbergerlə, Ukrayna Prezidenti Viktor Yanukoviçlə, RWE şirkətinin baş icraçı direktoru Yurgen Qrossmanla, Pakistan İslam Respublikasının Baş naziri Sayid Yusuf Raza Gilanilə, "Holcim Group" şirkətinin idarə heyətinin sədri Markus Akermanla, "Microsoft International" şirkətinin prezidenti, "Microsoft" Korporasiyasının vitse-prezidenti Jan Kurtua ilə və "Edisson" şirkətinin baş icraçı direktoru Bruno Leskörlə görüşmüşdür.
yanvarın 27-də
…Davosda Böyük Britaniyanın York Hersoqu, şahzadə Endryu ilə görüşmüşdür.
Əsasən infrastruktur və investisiya layihələrinin təsnifatı üzrə xərclərə yenidən baxılacaq. Həmin sahələrdə həyata keçiriləcək tədbirlər planının bir sıra istiqamətlərində xərclər azaldılacaq. Yəni hökumət 2009-cu ildə investisiya sektorları üzrə layihələrin bəzilərini təxirə salmaq niyyətindədir. Z.Səmədzadənin fikrincə, 2009-cu ildə investisiya xərclərində əsas bölmələr infrastruktur, nəqliyyat, rabitə, su təsərrüfatı, yol tikintisi, məktəb və xəstəxanaların yenidən qurulması və digər bölmələr üzrə quruculuq işlərinin aparılması ilə bağlıdır. Bu il investisiya bölməsinə 6 milyard manatdan artıq vəsait xərclənməsi nəzərdə tutulub. Hökumət 4 milyard 717 milyon 999 min 600 manat vəsaitin müvafiq təşkilatlar arasında bölüşdürülməsini müəyyənləşdirməklə yanaşı, ehtiyat kimi saxlanılan 1,5 milyard manatın ilin ortalarından etibarən aidiyyəti sahələrə ayrılmasını nəzərdə tutur. Çox güman ki, bu il investisiya bölmələrində "qayçılanacaq" layihələr də məhz ehtiyat kimi saxlanılan 1,5 milyard manatlıq vəsait olacaq. Komitə sədri bildirib ki, büdcəyə dəyişiklik edilməsinə səbəb dünya maliyyə böhranı ilə bağlıdır və hökumət böhranla əlaqədar büdcənin investisiya bölməsindəki bəzi layihələrin icrasını müvəqqəti də olsa dayandırmaq məcburiyyətindədir. Həmin layihələr təxirə salınsa da, sonrakı illərdə icra olunacaq. Söhbət əsasən nəqliyyat, tikinti və infrastrukturdan gedir. Maliyyə Nazirliyində isə hesab edirlər ki, büdcədəki bəzi layihələrin təxirə salınması o demək deyil ki, infrastrukturla bağlı mühüm işlər dayandırılacaq. Nazirliyin məlumatına görə, 2009-cu il başlayandan indiyədək dövlətin investisiya xərcləri, eləcə də özəl təşkilatların maliyyə mənbələri hesabına bütün sahələrdə tikinti və quruculuq işləri davam etməkdədir. Bu il respublikamızda 500-dən artıq investisiya layihəsinin maliyyələşdirilməsi nəzərdə tutulurdu, dəyişiklikdən sonra onların müəyyən qisminə fasilə veriləcək. Yol tikintisi, özəl bölmənin inkişafı, mühüm infrastruktur obyektlərinin inşası davamlı olacaq. Büdcəyə dəyişiklik olsa da, qeyri-neft sektorunun ən aparıcı sahələrindən olan nəqliyyat və tikinti bölmələrində iri layihələr həyata keçiriləcək. Nəqliyyat sektorunda 48 layihənin icrası nəzərdə tutulub. Bu sahəyə dövlətin 958 milyon 706 min 800 manat vəsait xərcləməsi planlaşdırılır. Bu il nəqliyyat sektorunda iritutumlu layihələr, xüsusilə də körpü və keçidlərin tikintisi, yol çəkilişi, avtomobil yollarının bərpası ən böyük maliyyətutumlu layihələrdən olacaq. Məsələn, Heydər Əliyev prospektində yenidənqurma işlərinin davam etdirilməsinə 40 milyon 691 min 400 manat, həmin prospektdə, Keşlə Dəmir Yolu Stansiyası yaxınlığında körpünün yenidən qurulmasına 27 milyon 44 min 900 manat, "Ramstore dairəsi" yaxınlığındakı körpünün tikintisinin davam etdirilməsinə 34 milyon 307 min manat əlavə vəsaitin ayrılması nəzərdə tutulur. Bundan başqa, Zığ şosesi ilə Azadlıq prospektinin kəsişməsinin yenidən qurulmasına 20 milyon 275 manat ayrılacaq. Eyni zamanda bölgələrdə yeni yolların inşası davam etdiriləcək. MN-in məlumatına görə, 2009-cu ildə iri sənaye müəssisələrinin yaradılması da iri maliyyətutumlu layihələr sırasında olacaq. Təkcə Bakı Məişət Tullantıları Emalı Zavodunun tikintisinə 123 milyon manat ayrılacaq. Yeni istehsal və emal müəssisələrinin, təhsil, mədəniyyət, səhiyyə, infrastruktur və digər obyektlərin inşası və yenidən qurulması ilə bağlı layihələrə 1 milyard manatdan artıq investisiya sərf olunacaq. Su və kanalizasiya sistemlərinin təkmilləşdirilməsi, mədəniyyət və turizm sektoru, idman-sağlamlıq komplekslərinin yaradılması, rabitə və informasiya texnologiyaları, əhalinin sosial müdafiəsi ilə bağlı tikinti obyektləri də nəzərə alınmaqla həmin bölmələrə 1,5 milyard manatdan çox sərmayə yatırılacaq.
1946-cı ildə anadan olmuşam. Hazırda yaşa görə təqaüd alıram. İşlədiyim illərdə (1969-1974) Naftalan Şəhər Sovetində İdman Komitəsinin sədri vəzifəsində çalışmışam. Həmin illər dövlət qulluqçusu statusu kimi mənə sayıla bilərmi, eləcə də qulluq stajıma əsasən mənə pensiya təyin olunması mümkündürmü?
İbrahimxəlil QURBANOV, Naftalan şəhəri.
- Sualınıza cavab olaraq bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 01.09.2005-ci il tarixli, 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" qanuna əsasən, pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə dövlət qulluqçularının vəzifələrinin "İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı"nda şəhər sovetinin nəzdində idman komitələri nəzərdə tutulmadığından dövlət qulluğuna edilən güzəştlər sizə şamil edilə bilməz.