Rəsmi

Azərbaycan
Respublikasının
Prezidenti İlham Əliyev

yanvarın 23-də

…Rusiya Federasiyasının Soçi şəhərinə işgüzar səfərə gəlmişdir.
…və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə görüşmüş və qarşılıqlı fikir mübadiləsi aparmışlar.
…və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Rusiyanın "Qazprom-eksport" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında təbii qazın alqı-satqısına dair müqaviləyə 5 nömrəli əlavə sazişin imzalanması mərasimində iştirak etmişlər.
…, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə birgə görüşmüş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələləri müzakirə etmişlər.
…, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair danışıqların yekunlarına əsasən Birgə Bəyanat qəbul etmişlər.
…Rusiya Federasiyasına işgüzar səfərini başa vuraraq həmin gün axşam Bakıya qayıtmışdır.

yanvarın 24-də

…Kür çayının suyunun daşması nəticəsində baş vermiş hadisələrin təkrar olunmaması üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakıya gətirilmiş Niderland Krallığının "Damin" şirkətinin istehsal etdiyi "CSD-500" torpaqsoran qurğulara, Türkiyənin Tuzla şəhərində istehsal olunmuş yedək və təchizat gəmilərinə və tədqiqat katerinə baxış keçirmişdir.

yanvarın 25-də

…Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrəyə işgüzar səfərə gəlmişdir.
…Davosda İsveçrə Konfederasiyasının Prezidenti xanım Eveline Vidner Şlümlə, İsrail Dövlətinin Prezidenti Şimon Pereslə, Avstriyanın "OMV AGE" şirkətinin baş icraçı direktoru Gerhard Roisslə və Amerika Birləşmiş Ştatlarının dövlət katibinin iqtisadiyyat, energetika və kənd təsərrüfatı məsələləri üzrə müavini Robert Hormatsla görüşmüşdür.

yanvarın 26-da

…Davosda "UBS Global" şirkətinin direktorlar şurasının sədri Kaspar Villigerlə, Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottingerlə, Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Klaus Şvabla, Gürcüstanın Baş naziri Nika Gilaurilə, Almaniyanın "Deutıche Bank"ının Mərkəzi və Şərqi Avropa ölkələri üzrə icraçı direktoru Peter Tilslə və idarə heyətinin üzvü Yürgen Figenlə, Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti Yakob Kellenbergerlə, Ukrayna Prezidenti Viktor Yanukoviçlə, RWE şirkətinin baş icraçı direktoru Yurgen Qrossmanla, Pakistan İslam Respublikasının Baş naziri Sayid Yusuf Raza Gilanilə, "Holcim Group" şirkətinin idarə heyətinin sədri Markus Akermanla, "Microsoft International" şirkətinin prezidenti, "Microsoft" Korporasiyasının vitse-prezidenti Jan Kurtua ilə və "Edisson" şirkətinin baş icraçı direktoru Bruno Leskörlə görüşmüşdür.

yanvarın 27-də

…Davosda Böyük Britaniyanın York Hersoqu, şahzadə Endryu ilə görüşmüşdür.

Dörd aydan sonra Amerika iqtisadiyyatı “özünə gələ bilər"

12.05.09 - 15:03662 baxılıb

Amerika iqtisadiyyatının dirçəlməsi nəinki bu ölkədə, həmçinin bütün dünyada iqtisadiyyatın dirçəlməsinə təsir edəcək. Çünki iqtisadçılar əmindirlər ki, super dövlətdən müsbət siqnallar gələrsə, böhranın başa çatacağına inam da güclənər. Amma, təbii ki, hökumətlərin ölkə daxilində antiböhran proqramlarını həyata keçirməsi də əsas və vacib şərtdir. Azərbaycanda da qlobal krizisdən azad olmaq məqsədi ilə bir sıra tədbirlər həyata keçirilir. Amma buna baxmayaraq, krizis bütün ölkələrdən olduğu kimi, Azərbaycandan da yan keçmək istəmir.
Maliyyə böhranının Azərbaycan iqtisadiyyatına təsirləri barədə Demokratik İnkişaf və İqtisadi Əməkdaşlıq Təşkilatının sədri, iqtisad elmləri namizədi İlham Hüseynli danışdı.

"Müvafiq strukturlar əhalini böhranın tezliklə bitəcəyinə inandırmaqdansa, onları gözlənilən fəsadlara hazırlamaq daha düzgün olardı"

- Bəzi ekspertlər maliyyə böhranının ölkəmizə təsirinin olmadığını deyirlər…
- Məsələ ondadır ki, qlobal maliyyə böhranı bütün dünya iqtisadiyyatına təsir edib. Super dövlət Amerika, Avropa və Asiya ölkələri də onun təsirindən əziyyət çəkirlər. Əgər söhbət normal iqtisadi proseslərdən, bazar iqtisadiyyatına söykənmiş iqtisadiyyatdan gedirsə, böhranın təsiri orada müşahidə edilməlidir. Azərbaycanda da azad bazar iqtisadiyyatı mövcuddur. Buradan məntiqi nəticə çıxarmaq olar ki, böhran Azərbaycan iqtisadiyyatına müəyyən mənada təsir edib. Necə ola bilər ki, dünyada baş verən böhran ölkəmizin iqtisadiyyatına təsir etməsin? Dünyanın müxtəlif ölkələrində böhran özünü müxtəlif formada göstərir. ABŞ-da, Türkiyədə böhran çətin vəziyyətə düşən insanları özünəqəsdə meyilləndirib. Qlobal böhranın təsirindən insanlar kreditlə aldıqları mənzillərinin geri alınmasına dözə bilmirlər, bankların kredit borcları qarşısında aciz qalırlar. Azərbaycanda isə vəziyyət bir qədər fərqlidir. Həyata keçirilən tədbirlər nəticəsində qlobal kriz ölkəmizdə kulminasiya nöqtəsinə yüksələ bilmir. Bəzi müvafiq strukturlar da krizis barədə əhaliyə məlumat verməkdən çəkinir. Bəlkə də həmin qurumlar bu barədə əhaliyə məlumat verməməklə onları gərgin psixoloji sarsıntıdan qorumaq istəyir. Amma düşünürəm ki, insanları informasiya blokadasında saxlamaqdansa, böhranın gözlənilən fəsadlarına hazırlamaq daha düzgün olardı. Başqa sözlə, əhalini böhranın tezliklə bitəcəyi, bunun üçün dövlətimizin lazımi tədbirlər həyata keçirdiyi barədə ətraflı məlumatlandırmaqla optimistləşdirmək daha məqsədəuyğundur. Xüsusilə də hökumətin antiböhran konsepsiyası işləməsi sahibkarların gələcəyə inamını daha da artırar. İnsanları qənaətcil olmağa hazırlamaq, böhrana uyğun davranmağı tövsiyə etmək, bir sözlə, xalqla açıq dialoqa getmək daha düzgün addım olardı.
"Tikinti bazarında alqı-satqı əməliyyatları olmadığından şirkətlər banklara borclarını ödəməkdə çətinlik çəkir"

- Sizcə, son göstəricilərə görə, böhran daha çox hansı sektorlara təsir edib?
- Hesab edirəm ki, böhranın təsir etmədiyi sahə yoxdur. Təbii ki, bank və tikinti sektoru siyahıya liderlik edir.
- Bəzi bankların illik faizləri artıq 30-u keçib. Kredit şərtləri sərtləşdirilib. Bütün bunlar nə ilə əlaqədardır?
- Qeyd etdiyim kimi, maliyyə böhranının ciddi təsir etdiyi sektorlardan biri bank sektorudur. Əvvəla, banklar xaricdən alınmış 1,3 milyard dollarlıq kreditin geri qaytarılmasına məhkumdur. Digər tərəfdənsə, böhranla əlaqədar əhalinin banklara əmanət yatırmasının tempi zəifləyib. Bu da əhalinin zaman-zaman banklarla üzləşdiyi problemlərdən qaynaqlanır. Banklara əmanət yatırılmamasında bu amilin də rolu böyükdür. İstehlak kreditlərinin alınmasında ciddi problemlər bu gün də mövcuddur. Bankların kreditlərindən ən çox yararlanan tikinti şirkətləri idi. Bu proseslər bir-birilə zəncirvari şəkildə bağlıdır. Tikinti bazarında alqı-satqı əməliyyatları olmadığından şirkətlər banklara borclarını ödəməkdə çətinlik çəkir. Dolayısı ilə yenidən banklara zərbə dəyir. İstehlak kreditlərinin verilməsinin dayandırılması da onlara mənfi təsir göstərir. Banklar kreditləşmə siyasətini apara bilmir. Ona görə də çıxış yolunu kredit faizlərinin artırılmasında görürlər. Vaxtilə illik 17-25 faiz arasında kredit verən banklar indi 30-36 faizlə kredit verməkdə maraqlıdır. Ancaq fikrimcə, bankların kredit faizlərini bu həddə qədər artırması normal hal deyil. Məlumdur ki, iqtisadiyyatda hər şey tələb-təklif üzərində qurulur. Azərbaycan əhalisinin də normal faizlərlə verilən kreditlərə tələbi böyükdür. Sadəcə, təkliflər qaneedici deyil. Çünki bankların ciddi pul qıtlığı var. Banklar daxili mənbələr hesabına kreditləşmə apara bilmir. Hazırda çox az sayda bank istehlak kreditlərinin verilməsini bərpa edə bilib. İqtisadiyyatın inkişafından danışırıqsa, kreditləşmə məsələsində dövlət də maliyyə sektoruna yardımçı olmalıdır. Yalnız bundan sonra yaranan rəqabət nəticəsində banklar müştərilərə normal faizlərlə kredit təklif edə bilər.

"Kommunal xərclərin azaldılması böhrandan çıxış yolu deyil"

- Vergiləri azaltmaq böhrandan çıxış yolu ola bilərmi?
- Orta sahibkarlığın inkişaf etmədiyi ölkələrin iqtisadiyyatı dayanıqlı və proqresiv ola bilməz. Azərbaycanda da kiçik və orta sahibkarlıq yüksək səviyyədə inkişaf etməyib. Düşünürəm ki, antiböhran konsepsiyasının əsasında orta və kiçik sahibkarlığın inkişafı dayanmamalıdır. Onlara faizsiz kreditlər verilməli, antiinhisar tədbirlərin gerçək məzmun kəsb etməsi, inhisarçılığa qarşı mübarizənin gücləndirilməsi önəmlidir. Bütün bunlar konsepsiyanın ana xətti olmalıdır. Vergi güzəştləri edilməlidir. Onsuz da böhranın təsiri nəticəsində vergi ödəyicilərinin gəlirləri azalır. Ciddi maliyyə böhranı ilə rastlaşdıqdan sonra dövlətə vergi ödəmələri də təbii olaraq azalacaq. Hesab edirəm ki, indiki məqamda sahibkarlığın inkişaf etdirilməsi və onların təşəbbüslərinə dəstək göstərilməsi, dövlət müdaxiləsi nəticəsində qeyri-qanuni, kənar təsirlərdən qorunması iqtisadiyyatın inkişafına təkan verə bilər.
- Bəzi iqtisadçılar kommunal xərcləri azaltmağı təklif edirlər. Bunun problemə hər hansı müsbət təsiri ola bilərmi?
- Azərbaycanın aztəminatlı əhalisinin vəziyyətini düzəltmək üçün bu addımı atmaq olar. Onsuz da kommunal xərclərin, xüsusilə elektrik enerjisinin qiymətləri orta statistik vətəndaşın yaşam tərzinə uyğun deyil. Türkmənistan, Qazaxıstan və Qırğızıstanla müqayisədə fərq böyükdür. Sosial müdafiəyə ehtiyacı olan təbəqə isə çoxdur. Ancaq bu, çıxış yolu deyil. Böyük zavodlar, tikinti şirkətləri maliyyə böhranı nəticəsində işlərini ya dayandırırlar, ya da azaldırlar. ABŞ-da və Rusiyada dövlət dövriyyəyə pul buraxmaqla vəziyyətdən çıxış yolu axtarır.

çap üçün verisya

Axtarish sistemi

  


« February 2012
Mo Tu We Th Fr Sa Su
 12345
6789101112
13141516171819
20212223242526
272829 
Advokat

1946-cı ildə anadan olmuşam. Hazırda yaşa görə təqaüd alıram. İşlədiyim illərdə (1969-1974) Naftalan Şəhər Sovetində İdman Komitəsinin sədri vəzifəsində çalışmışam. Həmin illər dövlət qulluqçusu statusu kimi mənə sayıla bilərmi, eləcə də qulluq stajıma əsasən mənə pensiya təyin olunması mümkündürmü?

İbrahimxəlil QURBANOV,
Naftalan şəhəri.


- Sualınıza cavab olaraq bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 01.09.2005-ci il tarixli, 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" qanuna əsasən, pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə dövlət qulluqçularının vəzifələrinin "İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı"nda şəhər sovetinin nəzdində idman komitələri nəzərdə tutulmadığından dövlət qulluğuna edilən güzəştlər sizə şamil edilə bilməz.


© 2006-2012
Müəllif hüquqları Ulfet Qazeti-nə məxsusdur.
Dizayn NUR D şirkəti tərəfindən hazırlanıb.