Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
yanvarın 23-də
…Rusiya Federasiyasının Soçi şəhərinə işgüzar səfərə gəlmişdir. …və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə görüşmüş və qarşılıqlı fikir mübadiləsi aparmışlar. …və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Rusiyanın "Qazprom-eksport" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında təbii qazın alqı-satqısına dair müqaviləyə 5 nömrəli əlavə sazişin imzalanması mərasimində iştirak etmişlər. …, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə birgə görüşmüş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələləri müzakirə etmişlər. …, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair danışıqların yekunlarına əsasən Birgə Bəyanat qəbul etmişlər. …Rusiya Federasiyasına işgüzar səfərini başa vuraraq həmin gün axşam Bakıya qayıtmışdır.
yanvarın 24-də
…Kür çayının suyunun daşması nəticəsində baş vermiş hadisələrin təkrar olunmaması üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakıya gətirilmiş Niderland Krallığının "Damin" şirkətinin istehsal etdiyi "CSD-500" torpaqsoran qurğulara, Türkiyənin Tuzla şəhərində istehsal olunmuş yedək və təchizat gəmilərinə və tədqiqat katerinə baxış keçirmişdir.
yanvarın 25-də
…Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrəyə işgüzar səfərə gəlmişdir. …Davosda İsveçrə Konfederasiyasının Prezidenti xanım Eveline Vidner Şlümlə, İsrail Dövlətinin Prezidenti Şimon Pereslə, Avstriyanın "OMV AGE" şirkətinin baş icraçı direktoru Gerhard Roisslə və Amerika Birləşmiş Ştatlarının dövlət katibinin iqtisadiyyat, energetika və kənd təsərrüfatı məsələləri üzrə müavini Robert Hormatsla görüşmüşdür.
yanvarın 26-da
…Davosda "UBS Global" şirkətinin direktorlar şurasının sədri Kaspar Villigerlə, Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottingerlə, Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Klaus Şvabla, Gürcüstanın Baş naziri Nika Gilaurilə, Almaniyanın "Deutıche Bank"ının Mərkəzi və Şərqi Avropa ölkələri üzrə icraçı direktoru Peter Tilslə və idarə heyətinin üzvü Yürgen Figenlə, Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti Yakob Kellenbergerlə, Ukrayna Prezidenti Viktor Yanukoviçlə, RWE şirkətinin baş icraçı direktoru Yurgen Qrossmanla, Pakistan İslam Respublikasının Baş naziri Sayid Yusuf Raza Gilanilə, "Holcim Group" şirkətinin idarə heyətinin sədri Markus Akermanla, "Microsoft International" şirkətinin prezidenti, "Microsoft" Korporasiyasının vitse-prezidenti Jan Kurtua ilə və "Edisson" şirkətinin baş icraçı direktoru Bruno Leskörlə görüşmüşdür.
yanvarın 27-də
…Davosda Böyük Britaniyanın York Hersoqu, şahzadə Endryu ilə görüşmüşdür.
Komitənin sədri Kərəm Həsənov bildirib ki, həm dövlət əmlakının idarə edilməsi, həm də özəlləşdirmə ilə bağlı 20-yə yaxın yeni sənədin layihəsi üzərində işlər yekunlaşmaq üzrədir. DƏİDK bununla yanaşı, Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi ilə birgə özəlləşdirmə paylarının dövriyyə müddətinin artırılmasını nəzərdə tutan yeni səmərəli təkliflər hazırlayıb. Komitə özəlləşdirmədə istifadə olunan çeklərin leqallaşdırılmasını istəyir. Yəni "qara bazara" çıxarılan çeklərin birbaşa investisiya fondlarına yönəldilməsi məqsədəuyğun sayılır. Mütəxəssislərin fikrincə, bu prosesin həyata keçirilməsi həm də vətəndaşların çeklərinin səhmlərə yerləşdirilməsinə təkan vermiş ola bilər. Xatırladaq ki, 2009-cu ilin ötən 4 ayı üzrə həyata keçirilmiş tədbirlər nəticəsində 250-dən çox kiçik və orta müəssisənin özəlləşdirilməsi bu prosesin əvvəlki dövrlərlə müqayisədə daha intensiv xarakter aldığını göstərir. Bundan başqa, özəlləşdirmənin bu dövründə 82 müəssisəyə yatırılmış 430 milyon manatdan çox investisiya dövlətsizləşdirmədə xarici və yerli sərmayəçilərin marağının artmasını təsdiqləyir. Ümumiyyətlə, mayın 1-dək həyata keçirilmiş özəlləşdirmə auksionları nəticəsində dövriyyədən çıxarılmış çeklərin sayı 24 milyon ədədə çatıb ki, bunu da çox mühüm göstərici kimi səciyyələndirmək olar. Eləcə də dövriyyədən çıxarılmış opsionların sayının 10 milyon ədədi keçməsi əcnəbi investorların özəlləşdirməyə xüsusi həvəs göstərmələrinə işarədir. Onu da qeyd edək ki, ümumilikdə özəlləşdirmə prosesi başlayandan indiyədək çeklərin təxminən 60-70 faizi dövriyyədən çıxarılıb. Özəlləşdirmədə əhalinin əlində olan çeklərin xeyli hissəsi istifadə olunmamış qalır. Əmlak Komitəsində hesab edirlər ki, 2009-cu ildə çeklərin böyük bir faizi dövriyyədən silinə bilər. Yəni bu müddətdə 30 faizlik çek kütləsini dövriyyədən çıxarmaq planlaşdırılır. Qarşıdakı mərhələdə bir sıra strateji müəssisələr hərraca çıxarılacaq ki, bu da çek kütləsinin böyük bir hissəsinin səhmə çevrilməsinə səbəb olacaq. Özəlləşdirmə neft-kimya və iri sənaye müəssisələrini, rabitə və enerji sektorunu əhatə edəcək. Həmin müəssisələrin özəlləşməyə çıxarılması isə çeklərin qiymətinin xeyli bahalaşması ilə nəticələnəcək. Hətta neft kompleksinə aid bir neçə müəssisə dövlətsizləşdirilsə, özəlləşdirmə payının 200-500 manat arasında satılacağı istisna olunmur. Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsindən bildirilib ki, çeklərin dövriyyəsinin artması həm də qiymətli kağızlar bazarının canlanmasına təsir göstərəcək. Əhali çeklərini mütəşəkkil çek bazarına yönəltməklə səhmdarların rolunun güclənməsinə stimul verə bilər. Komitədən bildiriblər ki, ölkə başçısının özəlləşdirmə çeklərinin dövriyyə müddətinin artırılması barədə sərəncamının əsas müddəalarından biri də özəlləşmədə əhalinin fəallığını artırmaq və onların iştirakını təmin etmək məqsədi ilə çek-investisiya fondlarının yaradılmasına diqqətin artırılmasından ibarətdir. Bu məqsədlə müvafiq qurumlar qarşısında bir sıra vəzifələr qoyulub. Əmlak Komitəsində hesab edirlər ki, çek bazarının formalaşması istiqamətində əsas strukturlardan biri olan çek-investisiya fondlarının yaradılması əhalinin özəlləşdirmədə iştirakının lazımınca təmin edilməsinə ciddi təsir göstərən faktor olacaq. Qeyri-leqal çek alverinin fəaliyyət göstərməsi məhdudlaşacaq və investisiya fondlarının fəaliyyəti nəticəsində "qara bazar"da çek alverinin qarşısı alınacaq. Çek-investisiya fondları özəlləşdirmə paylarının dəyərinin artmasında başlıca rol oynaya bilər.
1946-cı ildə anadan olmuşam. Hazırda yaşa görə təqaüd alıram. İşlədiyim illərdə (1969-1974) Naftalan Şəhər Sovetində İdman Komitəsinin sədri vəzifəsində çalışmışam. Həmin illər dövlət qulluqçusu statusu kimi mənə sayıla bilərmi, eləcə də qulluq stajıma əsasən mənə pensiya təyin olunması mümkündürmü?
İbrahimxəlil QURBANOV, Naftalan şəhəri.
- Sualınıza cavab olaraq bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 01.09.2005-ci il tarixli, 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" qanuna əsasən, pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə dövlət qulluqçularının vəzifələrinin "İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı"nda şəhər sovetinin nəzdində idman komitələri nəzərdə tutulmadığından dövlət qulluğuna edilən güzəştlər sizə şamil edilə bilməz.