Rəsmi

Azərbaycan
Respublikasının
Prezidenti İlham Əliyev

yanvarın 23-də

…Rusiya Federasiyasının Soçi şəhərinə işgüzar səfərə gəlmişdir.
…və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə görüşmüş və qarşılıqlı fikir mübadiləsi aparmışlar.
…və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Rusiyanın "Qazprom-eksport" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında təbii qazın alqı-satqısına dair müqaviləyə 5 nömrəli əlavə sazişin imzalanması mərasimində iştirak etmişlər.
…, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə birgə görüşmüş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələləri müzakirə etmişlər.
…, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair danışıqların yekunlarına əsasən Birgə Bəyanat qəbul etmişlər.
…Rusiya Federasiyasına işgüzar səfərini başa vuraraq həmin gün axşam Bakıya qayıtmışdır.

yanvarın 24-də

…Kür çayının suyunun daşması nəticəsində baş vermiş hadisələrin təkrar olunmaması üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakıya gətirilmiş Niderland Krallığının "Damin" şirkətinin istehsal etdiyi "CSD-500" torpaqsoran qurğulara, Türkiyənin Tuzla şəhərində istehsal olunmuş yedək və təchizat gəmilərinə və tədqiqat katerinə baxış keçirmişdir.

yanvarın 25-də

…Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrəyə işgüzar səfərə gəlmişdir.
…Davosda İsveçrə Konfederasiyasının Prezidenti xanım Eveline Vidner Şlümlə, İsrail Dövlətinin Prezidenti Şimon Pereslə, Avstriyanın "OMV AGE" şirkətinin baş icraçı direktoru Gerhard Roisslə və Amerika Birləşmiş Ştatlarının dövlət katibinin iqtisadiyyat, energetika və kənd təsərrüfatı məsələləri üzrə müavini Robert Hormatsla görüşmüşdür.

yanvarın 26-da

…Davosda "UBS Global" şirkətinin direktorlar şurasının sədri Kaspar Villigerlə, Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottingerlə, Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Klaus Şvabla, Gürcüstanın Baş naziri Nika Gilaurilə, Almaniyanın "Deutıche Bank"ının Mərkəzi və Şərqi Avropa ölkələri üzrə icraçı direktoru Peter Tilslə və idarə heyətinin üzvü Yürgen Figenlə, Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti Yakob Kellenbergerlə, Ukrayna Prezidenti Viktor Yanukoviçlə, RWE şirkətinin baş icraçı direktoru Yurgen Qrossmanla, Pakistan İslam Respublikasının Baş naziri Sayid Yusuf Raza Gilanilə, "Holcim Group" şirkətinin idarə heyətinin sədri Markus Akermanla, "Microsoft International" şirkətinin prezidenti, "Microsoft" Korporasiyasının vitse-prezidenti Jan Kurtua ilə və "Edisson" şirkətinin baş icraçı direktoru Bruno Leskörlə görüşmüşdür.

yanvarın 27-də

…Davosda Böyük Britaniyanın York Hersoqu, şahzadə Endryu ilə görüşmüşdür.

İşbazlar unun süni artım kampaniyasına start veriblər

25.05.09 - 10:13265 baxılıb

Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşı Hikmət Kərimovun sözlərinə görə, hazırda bazarda satılın taxıl və un dəyər vergisi tətbiq olunmamışdan əvvəl gətirilib: "Bazarlarda olan məhsulun yalnız bir faizi yeni idxal olunub. Ona görə də burada hansısa qiymət artımından danışmaq doğru deyil".
Nazirliyin əməkdaşı bildirib ki, süni qiymət artımı yaratmağa çalışanlar bu yolla bazara təsir etmək istəyirlər: "Əgər bazarlarda süni qiymət artımı müşahidə olunarsa, onun qarşısı mütləq alınmalıdır. Əks halda bu heç də yaxşı olmayan nəticələrə gətirib çıxara bilər".
Hazırda ölkədə 200 min tondan çox taxıl ehtiyatının olduğunu deyən qurum əməkdaşı bu il 3 milyon tona yaxın taxıl istehsal ediləcəyini söylədi: "Bir neçə ay ərzində yerli taxılımız istehsal olunacaq. Sahibkarlar yerli məhsullardan istifadə etməlidirlər".
H.Kərimov bəzi sahibkarların yerli məhsulların keyfiyyətsizliyi ilə bağlı irəli sürdüyü iddiaya da münasibətini açıqladı. Qeyd etdi ki, məhsulun keyfiyyətini yoxlamaq üçün bütün lazımi şərait olsa da hələ bu məsələ ilə bağlı hansısa bir sahibkar onlara müraciət etməyib.
Azərbaycan Fermerlər İttifaqının sədri Sadıq Murtuzayev isə ƏDV-nin yenidən tətbiqindən dərhal sonra unun bahalaşmasını ölkədə taxıl ehtiyatının olmadığı ilə izah etdi: "Yerlərdə müşahidələrin aparılmasına ehtiyac var. Nə qədər taxıl qalıb və ya ümumiyyətlə, taxıl varmı? Bunu fermerlərdən soruşmaq lazımdı? Bu suala birmənalı cavab belə olacaq: köhnə taxıldan əsər-əlamət qalmayıb".
S.Murtuzayev vurğuladı ki, daxili istehsalın artması idxalın həcmini azaltmayıb: "Azərbaycan hələ də Rusiya və Qazaxıstandan un idxal edir. Bir faktı qeyd edim ki, 2008-ci ildə ƏDV-nin tətbiqinin dayandırılması ilə ölkəyə gətirilən buğdanın miqdarı azalsa da, unun həcmi kəskin artıb".
Qurum səlahiyyətlisi hazırda da un və un məhsullarının əsasən sahibkarlar tərəfindən ölkəyə gətirildiyini qeyd etdi: "Bunun da səbəbi yerli məhsulla müqayisədə idxal məhsulunun ucuzluğu idi. Hökumət 18 faiz ƏDV-ni ona görə bərpa etdi ki, idxal məhsulu baha olsun və yerli fermerlərin məhsulu daha yaxşı satılsın".
S.Murtuzayev deyir ki, unun bahalaşması çörəyin də qiymətini artıracaq. O, ƏDV-nin tətbiqinin ölkəyə gətirilən taxılın xərcinin, qiymətinin bir o qədər bahalaşmasına gətirib çıxaracağını bildirdi: "Yerli istehsal məhsulunun qiymətində dəyişiklik baş verməsə belə, süni şəkildə artımlar olacaq. Hər şeyə Azərbaycan reallığı ilə yanaşmaq lazımdır".
Builki istehsalın əhalinin tələbatını üstələyəcəyi məsələsinə münasibət bildirən S.Murtuzayev qeyd etdi ki, indidən bunu proqnozlaşdırmaq çətindir: "Bilirsən, torpaq istehsalçıları vergidən azad olunduqları üçün dəqiq statistika aparılmır. Taxılla bağlı dəqiq məlumatlar verilmir. Olduqca şişirdilmiş rəqəmlərdən söhbət gedir".
Tacirlər Birliyinin sədri Sevgim Rəhmanov isə unun qiymətinin bahalaşdırılmasını özbaşınalıq, cinayət kimi dəyərləndirdi: "Ölkəyə taxıl idxalının həcmi azalıb. Bəzi sahibkarlar qiymətləri qaldırmaqla hökumətə təsir etmək istəyirlər ki, əlavə dəyər vergisini yenidən ləğv etsin".
S.Rəhmanovun fikrincə, qiyməti bahalaşdırılan unun idxal tarixi araşdırılmalıdır: "Çörəkbişirmə sexlərində, mağazalarda monitorinq keçirməyin mənası yoxdur. Bu subyektlər qiymətləri artırmasalar da, çəkini azaltmaqla bahalaşmaya gedirlər. Ona görə də bu məsələdə dövlətin öz nəzarət mexanizmlərini gücləndirməsinə ehtiyac var".
Gülər KƏRİMLİ.

çap üçün verisya

Axtarish sistemi

  


« February 2012
Mo Tu We Th Fr Sa Su
 12345
6789101112
13141516171819
20212223242526
272829 
Advokat

1946-cı ildə anadan olmuşam. Hazırda yaşa görə təqaüd alıram. İşlədiyim illərdə (1969-1974) Naftalan Şəhər Sovetində İdman Komitəsinin sədri vəzifəsində çalışmışam. Həmin illər dövlət qulluqçusu statusu kimi mənə sayıla bilərmi, eləcə də qulluq stajıma əsasən mənə pensiya təyin olunması mümkündürmü?

İbrahimxəlil QURBANOV,
Naftalan şəhəri.


- Sualınıza cavab olaraq bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 01.09.2005-ci il tarixli, 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" qanuna əsasən, pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə dövlət qulluqçularının vəzifələrinin "İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı"nda şəhər sovetinin nəzdində idman komitələri nəzərdə tutulmadığından dövlət qulluğuna edilən güzəştlər sizə şamil edilə bilməz.


© 2006-2012
Müəllif hüquqları Ulfet Qazeti-nə məxsusdur.
Dizayn NUR D şirkəti tərəfindən hazırlanıb.