Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
yanvarın 23-də
…Rusiya Federasiyasının Soçi şəhərinə işgüzar səfərə gəlmişdir. …və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə görüşmüş və qarşılıqlı fikir mübadiləsi aparmışlar. …və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Rusiyanın "Qazprom-eksport" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında təbii qazın alqı-satqısına dair müqaviləyə 5 nömrəli əlavə sazişin imzalanması mərasimində iştirak etmişlər. …, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə birgə görüşmüş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələləri müzakirə etmişlər. …, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair danışıqların yekunlarına əsasən Birgə Bəyanat qəbul etmişlər. …Rusiya Federasiyasına işgüzar səfərini başa vuraraq həmin gün axşam Bakıya qayıtmışdır.
yanvarın 24-də
…Kür çayının suyunun daşması nəticəsində baş vermiş hadisələrin təkrar olunmaması üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakıya gətirilmiş Niderland Krallığının "Damin" şirkətinin istehsal etdiyi "CSD-500" torpaqsoran qurğulara, Türkiyənin Tuzla şəhərində istehsal olunmuş yedək və təchizat gəmilərinə və tədqiqat katerinə baxış keçirmişdir.
yanvarın 25-də
…Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrəyə işgüzar səfərə gəlmişdir. …Davosda İsveçrə Konfederasiyasının Prezidenti xanım Eveline Vidner Şlümlə, İsrail Dövlətinin Prezidenti Şimon Pereslə, Avstriyanın "OMV AGE" şirkətinin baş icraçı direktoru Gerhard Roisslə və Amerika Birləşmiş Ştatlarının dövlət katibinin iqtisadiyyat, energetika və kənd təsərrüfatı məsələləri üzrə müavini Robert Hormatsla görüşmüşdür.
yanvarın 26-da
…Davosda "UBS Global" şirkətinin direktorlar şurasının sədri Kaspar Villigerlə, Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottingerlə, Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Klaus Şvabla, Gürcüstanın Baş naziri Nika Gilaurilə, Almaniyanın "Deutıche Bank"ının Mərkəzi və Şərqi Avropa ölkələri üzrə icraçı direktoru Peter Tilslə və idarə heyətinin üzvü Yürgen Figenlə, Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti Yakob Kellenbergerlə, Ukrayna Prezidenti Viktor Yanukoviçlə, RWE şirkətinin baş icraçı direktoru Yurgen Qrossmanla, Pakistan İslam Respublikasının Baş naziri Sayid Yusuf Raza Gilanilə, "Holcim Group" şirkətinin idarə heyətinin sədri Markus Akermanla, "Microsoft International" şirkətinin prezidenti, "Microsoft" Korporasiyasının vitse-prezidenti Jan Kurtua ilə və "Edisson" şirkətinin baş icraçı direktoru Bruno Leskörlə görüşmüşdür.
yanvarın 27-də
…Davosda Böyük Britaniyanın York Hersoqu, şahzadə Endryu ilə görüşmüşdür.
Amerikanın dövlət başçısı Şərq-Qərb enerji dəhlizinin yaradılmasında Azərbaycanın verdiyi töhfəni vurğulayaraq qlobal enerji təhlükəsizliyinin güclənməsində və enerji ehtiyatlarının işlənilməsində ABŞ-la Azərbaycan arasında möhkəm dost və tərəfdaşlıq münasibətlərinin davamlı olacağını bəyan edib. Eləcə də Böyük Britaniyanın Baş naziri Qordon Braun Birləşmiş Krallığın Azərbaycanın tərəfdaşı olmasından iftixar hissi keçirdiyini vurğulayaraq Britaniya və Azərbaycan şirkətləri arasında sıx əməkdaşlığın bundan sonra daha da inkişaf edəcəyini bildirib. ABŞ Prezidentinin Avrasiya enerji məsələləri üzrə xüsusi nümayəndəsi Riçard Morninqstar isə Azərbaycanın Orta Asiya ölkələri ilə birlikdə Avropanın mühüm qaz təchizatçısına çevrildiyini bəyan edib. Onun fikrincə, Azərbaycan hazırda dünyada enerji daşıyıcılarının hasilatı və nəqlinin tanınmış mərkəzlərindən biridir. Ölkə öz tələbatlarını tam həcmdə ödəməklə yanaşı, Avropanın enerji təhlükəsizliyində də mühüm rol oynayır. Şərqlə Qərbi birləşdirən enerji və nəqliyyat dəhlizində müstəsna rol oynayan Azərbaycan strateji tərəfdaşlığın, beynəlxalq inteqrasiyanın və enerji təhlükəsizliyinin həqiqi təminatçısıdır. "NABUCCO" layihəsinin rəhbəri Reynhard Miçek isə bildirib ki, Azərbaycan "Şahdəniz" layihəsinin ikinci fazasının işlənməsinə dair qərar qəbul etdikdən sonra Avropada daha böyük qaz təminatçısına çevriləcək. Layihənin ikinci fazası çərçivəsində Azərbaycan qazı ilkin mərhələdə İtaliya və Yunanıstana nəql olunacaq. R.Miçek deyib ki, İtaliyanın "Edison" və Yunanıstanın "Depo" şirkətləri Azərbaycan qazının nəqli üçün boru kəmərinin tikintisi üzrə lazımi işlərə başlayıb. 2012-ci ilin sonunadək Adriatik dənizinin dibi ilə Yunanıstan və İtaliyanı birləşdirəcək kəmərin inşası planlaşdırılır. Yanacağın İtaliyaya ixracına da məhz 2012-ci ildə başlanılacaq. Yanacağın İtaliyadan başqa ölkələrə də ixracı nəzərdə tutulur. Proqnozlara görə, Azərbaycan 2012-ci ildə "Şahdəniz" yatağından 18 milyard kubmetr qaz çıxaracaq ki, bunun da böyük hissəsi Avropaya nəql olunacaq. Ölkəmiz Yunanıstana ildə 3,6 milyard, İtaliyaya isə 8 milyard kubmetr qaz nəql edə biləcək. Sonrakı 15 il ərzində bu rəqəmin 22 milyard kubmetrə çatması gözlənilir. Azərbaycan 2015-2020-ci illərdə qaz kəmərləri vasitəsilə Avropaya ildə 20 milyard kubmetrdən çox qaz nəql edəcək. Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyev bildirib ki, respublikamızdan qaz almaq istəyən dövlətlərin sayı çoxalıb və onların təklifləri nəzərdən keçirilir. N. Əliyev "Şahdəniz" strukturunun işlənməsi layihəsinin ikinci fazası işə düşdükdən sonra Bakı-Tiflis-Ərzurum kəməri ilə nəql olunan yanacağın həcminin artacağını bildirib. Bu kəmərlə təkcə Gürcüstan və Türkiyə deyil, digər dövlətlər də qaz ala biləcək. Buna görə də Yunanıstan, İtaliya, Bolqarıstan, Rumıniya və digər ölkələr Azərbaycan qazını əldə etmək üçün hökumətlə danışıqlara başlayıb. Nazirin fikrincə, qaz ehtiyatlarının həcmi 2-5 trilyon civarında proqnozlaşdırılan Azərbaycanın təkcə "Şahdəniz" yatağından 1 trilyon 300 milyard kubmetr qaz hasil etməsi güman olunur. Digər perspektiv yataqlarda - "Bahar", "İnam", "Alov", "Ümid" kimi qaz bloklarında ehtiyatların həcmi 2-3 trilyon kubmetr proqnozlaşdırılır. Bu isə respublikamızın bir neçə ildən sonra ildə 20-30 milyard kubmetr qaz ixrac edəcəyindən xəbər verir.
1946-cı ildə anadan olmuşam. Hazırda yaşa görə təqaüd alıram. İşlədiyim illərdə (1969-1974) Naftalan Şəhər Sovetində İdman Komitəsinin sədri vəzifəsində çalışmışam. Həmin illər dövlət qulluqçusu statusu kimi mənə sayıla bilərmi, eləcə də qulluq stajıma əsasən mənə pensiya təyin olunması mümkündürmü?
İbrahimxəlil QURBANOV, Naftalan şəhəri.
- Sualınıza cavab olaraq bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 01.09.2005-ci il tarixli, 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" qanuna əsasən, pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə dövlət qulluqçularının vəzifələrinin "İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı"nda şəhər sovetinin nəzdində idman komitələri nəzərdə tutulmadığından dövlət qulluğuna edilən güzəştlər sizə şamil edilə bilməz.