Rəsmi

Azərbaycan
Respublikasının
Prezidenti İlham Əliyev

yanvarın 23-də

…Rusiya Federasiyasının Soçi şəhərinə işgüzar səfərə gəlmişdir.
…və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə görüşmüş və qarşılıqlı fikir mübadiləsi aparmışlar.
…və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Rusiyanın "Qazprom-eksport" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında təbii qazın alqı-satqısına dair müqaviləyə 5 nömrəli əlavə sazişin imzalanması mərasimində iştirak etmişlər.
…, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə birgə görüşmüş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələləri müzakirə etmişlər.
…, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair danışıqların yekunlarına əsasən Birgə Bəyanat qəbul etmişlər.
…Rusiya Federasiyasına işgüzar səfərini başa vuraraq həmin gün axşam Bakıya qayıtmışdır.

yanvarın 24-də

…Kür çayının suyunun daşması nəticəsində baş vermiş hadisələrin təkrar olunmaması üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakıya gətirilmiş Niderland Krallığının "Damin" şirkətinin istehsal etdiyi "CSD-500" torpaqsoran qurğulara, Türkiyənin Tuzla şəhərində istehsal olunmuş yedək və təchizat gəmilərinə və tədqiqat katerinə baxış keçirmişdir.

yanvarın 25-də

…Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrəyə işgüzar səfərə gəlmişdir.
…Davosda İsveçrə Konfederasiyasının Prezidenti xanım Eveline Vidner Şlümlə, İsrail Dövlətinin Prezidenti Şimon Pereslə, Avstriyanın "OMV AGE" şirkətinin baş icraçı direktoru Gerhard Roisslə və Amerika Birləşmiş Ştatlarının dövlət katibinin iqtisadiyyat, energetika və kənd təsərrüfatı məsələləri üzrə müavini Robert Hormatsla görüşmüşdür.

yanvarın 26-da

…Davosda "UBS Global" şirkətinin direktorlar şurasının sədri Kaspar Villigerlə, Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottingerlə, Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Klaus Şvabla, Gürcüstanın Baş naziri Nika Gilaurilə, Almaniyanın "Deutıche Bank"ının Mərkəzi və Şərqi Avropa ölkələri üzrə icraçı direktoru Peter Tilslə və idarə heyətinin üzvü Yürgen Figenlə, Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti Yakob Kellenbergerlə, Ukrayna Prezidenti Viktor Yanukoviçlə, RWE şirkətinin baş icraçı direktoru Yurgen Qrossmanla, Pakistan İslam Respublikasının Baş naziri Sayid Yusuf Raza Gilanilə, "Holcim Group" şirkətinin idarə heyətinin sədri Markus Akermanla, "Microsoft International" şirkətinin prezidenti, "Microsoft" Korporasiyasının vitse-prezidenti Jan Kurtua ilə və "Edisson" şirkətinin baş icraçı direktoru Bruno Leskörlə görüşmüşdür.

yanvarın 27-də

…Davosda Böyük Britaniyanın York Hersoqu, şahzadə Endryu ilə görüşmüşdür.

MDB dövlətlərinin Sankt-Peterburq sammiti

08.06.09 - 12:42319 baxılıb

Ənənəvi olaraq hər il keçirilən və "Rus Davosu" adlandırılan sammitdə Birliyə daxil olan ölkələrin tanınmış şirkətlərinin və banklarının da iştirakı planlaşdırılır. Ümumiyyətlə, həm də Beynəlxalq İqtisadi Forum adını qazanmış Sankt-Peterburq sammitində qlobal məsələlər, xüsusilə də beynəlxalq maliyyə böhranı, enerji təhlükəsizliyi, bəzi ölkələrdə yaranmış ərzaq qıtlığı problemi, iqlim dəyişiklikləri və digər istiqamətlər üzrə müzakirələrin aparılması nəzərdə tutulur. Xatırladaq ki, sonuncu dəfə bu cür qeyri-formal sammit ötən ilin iyun ayının 6-da keçirilib.
Bir çox ekspertlər Sankt-Peterburq forumunu hətta aprel ayında Londonda keçirilmiş "Böyük İyirmilik"in sammitinin davamı kimi də qiymətləndirir. Onların qənaətinə görə, MDB-də maliyyə və valyuta böhranlarının davam etməsi, iqtisadi geriləmə hallarının müşahidə olunması bu gün başlıca qlobal problemlərdəndir və bununla bağlı əhatəli kompleks tədbirlər görülməlidir. MDB dövlətlərinin birgə iqtisadi inkişaf strategiyası həm də Avropa və Asiya ölkələrinin böhrandan çıxması üçün mühüm rol oynaya bilər. MDB regionu dövlətləri ərzaq təhlükəsizliyi, nəqliyyat-kommunikasiya və enerji resurslarının diversifikasiyasında strateji mövqeyə malik olduğundan Avropa ölkələri bu qurumun təklif etdiyi antiböhran paketinin reallaşmasına dəstək göstərməlidir. Bəzi ekspertlərin fikrincə, böyük dövlətlərin maraqları böhrana qarşı konseptual iqtisadi mexanizmlərin hazırlanaraq həyata keçirilməsinə mane olur. Buna görə də Rusiyanın və MDB-nin inkişaf etmiş digər dövlətlərinin böhranla mübarizəyə dair birgə təklif etdikləri müddəalar Avropa İttifaqı və beynəlxalq maliyyə institutları tərəfindən qəbul olunmalıdır.
MDB İcraiyyə Komitəsinin birinci müavini Vladimir Qarkun bildirib ki, Birlik çərçivəsində daxili bazarın maksimum dərəcədə qorunması, bank vəsaitlərinin perspektivli biznes-layihələrin sərmayələşdirilməsinə yönləndilməsi, hətta MDB-yə üzv ölkələrin sərhədlərindən xaricə kapital ixracının qarşısının alınması və sair təklifləri nəzərdə tutan proqramın hazırlanması gərəkdir. Bu proqram həmçinin dünya bazarlarında baş verən spekulyasiyaların ləğvini, maliyyə bazarlarına nəzarətin gücləndirilməsini, maliyyə inamının bərpa olunması üçün bankların likvid fəaliyyətinin artırılmasını, beynəlxalq ticarətin stimullaşdırılmasını, ticarətdə mövcud olan proteksionizm siyasətinin qarşısının alınmasını və digər istiqamətləri də özündə əks etdirir. V.Qarkun MDB daxilində iqtisadi canlanma yaratmaq üçün iri banklar tərəfindən maliyyə axınlarının gücləndirilməsi ilə bağlı qərarın qəbul edilməsini də vacib saydığını diqqətə çatdırıb. O həmçinin Birlik daxilində vergidən yayınma hallarına qarşı birgə mübarizə tədbirlərinin həyata keçirilməsini də zəruri sayır. V.Qarkun deyib ki, böhranın doğurduğu neqativ hallara qarşı Birlik dövlətləri tərəfindən birgə addımların atılması məqsədəuyğundur. MDB dövlətləri dünya iqtisadi-maliyyə böhranının öyrənilməsi və onun arxada qoyulması ilə bağlı müvafiq təkliflərin hazırlanması ilə məşğul olmalıdır. MDB İcraiyyə Komitəsinin birinci müavini həmin təkliflərin Sankt-Peterburq sammitində müzakirəyə çıxarılacağını istsina etməyib.
Rusiyanın "Qazprom" şirkətinin sədri Aleksey Miller isə sammitqabağı rus KİV-lərinə açıqlamasında bildirib ki, MDB ölkələrinin qaz və neft marşrutlarının birləşdirilməsi üçün ciddi addımların atılması gərəkdir. Bu layihələri gerçəkləşdirmək üçün regionun zəngin enerji təchizatçıları olan dövlətlərin dəstəyinə ehtiyac var. Onun fikrincə, Azərbaycan və Türkmənistanın enerji marşrutlarının diversifikasiyası ilə bağlı yürütdüyü siyasət bu cür enerji dəhlizlərinin yaradılmasına imkan verir.
Sankt-Peterburq sammitində MDB-nin gələcək inkişafı və fəaliyyətinin təkmilləşdirilməsi, Birlik ölkələrinin miqrasiya siyasəti kimi strateji əhəmiyyət kəsb edən məsələlərin də müzakirəsi nəzərdə tutulur. Ümumiyyətlə, MDB-nin effektiv çoxtərəfli əməkdaşlıq formatına çevrilməsi üçün səylərin artırılması sammitin strateji məqsədlərindən biridir.

çap üçün verisya

Axtarish sistemi

  


« February 2012
Mo Tu We Th Fr Sa Su
 12345
6789101112
13141516171819
20212223242526
272829 
Advokat

1946-cı ildə anadan olmuşam. Hazırda yaşa görə təqaüd alıram. İşlədiyim illərdə (1969-1974) Naftalan Şəhər Sovetində İdman Komitəsinin sədri vəzifəsində çalışmışam. Həmin illər dövlət qulluqçusu statusu kimi mənə sayıla bilərmi, eləcə də qulluq stajıma əsasən mənə pensiya təyin olunması mümkündürmü?

İbrahimxəlil QURBANOV,
Naftalan şəhəri.


- Sualınıza cavab olaraq bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 01.09.2005-ci il tarixli, 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" qanuna əsasən, pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə dövlət qulluqçularının vəzifələrinin "İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı"nda şəhər sovetinin nəzdində idman komitələri nəzərdə tutulmadığından dövlət qulluğuna edilən güzəştlər sizə şamil edilə bilməz.


© 2006-2012
Müəllif hüquqları Ulfet Qazeti-nə məxsusdur.
Dizayn NUR D şirkəti tərəfindən hazırlanıb.