Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
yanvarın 23-də
…Rusiya Federasiyasının Soçi şəhərinə işgüzar səfərə gəlmişdir. …və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə görüşmüş və qarşılıqlı fikir mübadiləsi aparmışlar. …və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Rusiyanın "Qazprom-eksport" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında təbii qazın alqı-satqısına dair müqaviləyə 5 nömrəli əlavə sazişin imzalanması mərasimində iştirak etmişlər. …, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə birgə görüşmüş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələləri müzakirə etmişlər. …, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair danışıqların yekunlarına əsasən Birgə Bəyanat qəbul etmişlər. …Rusiya Federasiyasına işgüzar səfərini başa vuraraq həmin gün axşam Bakıya qayıtmışdır.
yanvarın 24-də
…Kür çayının suyunun daşması nəticəsində baş vermiş hadisələrin təkrar olunmaması üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakıya gətirilmiş Niderland Krallığının "Damin" şirkətinin istehsal etdiyi "CSD-500" torpaqsoran qurğulara, Türkiyənin Tuzla şəhərində istehsal olunmuş yedək və təchizat gəmilərinə və tədqiqat katerinə baxış keçirmişdir.
yanvarın 25-də
…Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrəyə işgüzar səfərə gəlmişdir. …Davosda İsveçrə Konfederasiyasının Prezidenti xanım Eveline Vidner Şlümlə, İsrail Dövlətinin Prezidenti Şimon Pereslə, Avstriyanın "OMV AGE" şirkətinin baş icraçı direktoru Gerhard Roisslə və Amerika Birləşmiş Ştatlarının dövlət katibinin iqtisadiyyat, energetika və kənd təsərrüfatı məsələləri üzrə müavini Robert Hormatsla görüşmüşdür.
yanvarın 26-da
…Davosda "UBS Global" şirkətinin direktorlar şurasının sədri Kaspar Villigerlə, Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottingerlə, Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Klaus Şvabla, Gürcüstanın Baş naziri Nika Gilaurilə, Almaniyanın "Deutıche Bank"ının Mərkəzi və Şərqi Avropa ölkələri üzrə icraçı direktoru Peter Tilslə və idarə heyətinin üzvü Yürgen Figenlə, Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti Yakob Kellenbergerlə, Ukrayna Prezidenti Viktor Yanukoviçlə, RWE şirkətinin baş icraçı direktoru Yurgen Qrossmanla, Pakistan İslam Respublikasının Baş naziri Sayid Yusuf Raza Gilanilə, "Holcim Group" şirkətinin idarə heyətinin sədri Markus Akermanla, "Microsoft International" şirkətinin prezidenti, "Microsoft" Korporasiyasının vitse-prezidenti Jan Kurtua ilə və "Edisson" şirkətinin baş icraçı direktoru Bruno Leskörlə görüşmüşdür.
yanvarın 27-də
…Davosda Böyük Britaniyanın York Hersoqu, şahzadə Endryu ilə görüşmüşdür.
- Əli müəllim, 2009-cu ilin üç ayı ərzində qeyri-neft sektorunda təxminən 15 faizlik artım qeydə alınıb. Bunu hökumətin uğuru kimi qiymətləndirmək olarmı? - Mən həmişə qeyd etmişəm ki, Azərbaycanda qeyri-neft sektoru inkişaf etdirilməlidir. Bunun üçün xeyli dərəcədə ehtiyat mənbələr var. Artıq bu istiqamətdə bir sıra addımlar atılıb. Həmin addımların nəticələri özünü son illərdə göstərməkdədir. Davamlı olaraq ölkədə qeyri-neft sektorunun inkişaf etdiyini görərik. Əvvəllər Azərbaycanda qeyri-neft sektorunun artım tempi ÜDM-in ümumi artım tempindən geri qalırdı. Artıq bu problem də həllini tapıb. Bu ildən başlayaraq qeyri-neft sektorunun artımı ÜDM-in ümumi artımını nəzərəçarpacaq dərəcədə üstələyib. Xaricə yalnız xammal, kənd təsərrüfatı malları ixrac etməklə kifayətlənmək olmaz. Azərbaycanın qeyri-neft sektoruna aid sənayesinin çox böyük potensialı var. Biz bu potensialdan istifadə etməliyik. Əgər bunu bacarsaq həm ixrac artar, həm də daxili bazarımızı təmin edə bilərik. Buna görə də böhran dövründə xaricə mal ixrac edən müəssisələrin problemlərinin həllinə yardımçı olmalıyıq. Yardımlar həm maliyyə, həm təşkilati, həm də digər formalarda göstərilməlidir. - Nazirlər Kabinetinin 2009-cu ilin birinci rübünün yekunlarına həsr olunmuş iclasında məlum oldu ki, dünya maliyyə böhranına baxmayaraq, Azərbaycan iqtisadiyyatı dinamik inkişafını davam etdirir. İqtisadiyyatımızın belə dayanıqlı olmasını nə ilə izah edərdiniz? - Cari ilin birinci rübünün yekunlarını MDB-nin göstəriciləri ilə müqayisə etsək, demək olar ki, vəziyyətimiz çox yaxşıdır. Çünki bu il MDB-nin əksər ölkələrində iqtisadi artım iqtisadi tənəzzüllə əvəz olunub. Hesablamalara görə, ilin ilk iki ayında MDB-də ümumi daxili məhsulun həcmi orta hesabla 10 faiz aşağı düşüb. Bu göstərici bəzi MDB respublikalarında 16 faizə çatıb, bəzilərində isə 30 faizi keçib. Belə bir durumda Azərbaycanın birinci rübdə 4,1 faizlik iqtisadi artım əldə etməsi, əlbəttə ki, çox müsbət göstəricidir. Bu onu göstərir ki, dünyadakı maliyyə böhranı başqa ölkələrlə müqayisədə Azərbaycana çox az təsir göstərib. Birinci rübdə əldə etdiyimiz 4,1 faizlik iqtisadi artım dünya üzrə qeydə alınan orta iqtisadi artımdan da çoxdur. Amma əvvəlki illərin nisbəti ilə götürsək, əlbəttə ki, dünyadakı maliyyə böhranı bizə də təsir edib. Böhran olmasaydı, bu il əldə etdiyimiz iqtisadi göstəricilər daha yaxşı ola bilərdi. Artıq bir şey məlumdur ki, yaxın vaxtlarda neftin qiyməti keçən ilki kimi 147 dollar səviyyəsinə çatmayacaq. Proqnozlara görə, yaxın müddətdə neftin qiyməti 40-50 dollar səviyyəsində qalacaq. Eyni zamanda yaxın müddətdə xaricdən aşağı faizli kreditlərin cəlb edilməsi imkanları da az olacaq. Ona görə də əsas diqqəti daxili mənbələrə yönəltməliyik. Yəni daxili mənbələrdən istifadə etməklə iqtisadiyyatımızın inkişafına nail olmalıyıq. Mənim fikrimcə, Azərbaycandakı sosial-iqtisadi problemlərin həllinin sürətləndirilməsi üçün iqtisadi artım səviyyəsi illik 8 faizdən aşağı düşməməlidir. Bunun üçün bütün imkanlar mövcuddur. - Dünyadakı iqtisadi durumu, Azərbaycan iqtisadiyyatının birinci rübdəki göstəricilərini əsas tutaraq hansı proqnozları vermək olar? - Bu il üçün hansısa iqtisadi proqnoz vermək çox çətindir. Çünki dünya iqtisadi sistemindəki sabitlik pozulub, böhran davam edir, neftin qiyməti sabit deyil. Buna baxmayaraq, Azərbaycanda bu il də iqtisadi artım davam edəcək. Beynəlxalq Valyuta Fondunun proqnozlarına görə, 2009-cu ildə Azərbaycanda iqtisadi artım 10,3 faiz təşkil edəcək. Avropa Yenidənqurma və İnkişaf Bankının hesablamalarına görə isə bu il Azərbaycanın iqtisadi artımı təxminən 8 faiz olacaq. Bu o deməkdir ki, bu il ölkəmizdə iqtisadi artım dünyanın başqa ölkələri ilə müqayisədə xeyli çox olacaq. Eyni zamanda biz digər MDB respublikalarının iqtisadi artım göstəricilərini də xeyli qabaqlayacağıq. Məncə, bu il Azərbaycanın iqtisadi artımı 8 faiz həndəvərində olacaq. Dünyadakı maliyyə böhranının fonunda bu, kifayət qədər böyük göstəricidir. - Artıq demək olarmı ki, dünyadakı maliyyə böhranının psixoloji mərhələsi geridə qalıb? - Bu barədə qəti fikir söyləmək çox çətindir. Böhranın nə vaxt başa çatacağı hələ də sual altındadır. Hesab edirəm ki, yaxın 10 il ərzində bu böhranın başlama səbəbi, xarakteristikası, mahiyyəti ilə bağlı çoxsaylı tədqiqatlar aparılacaq. Yəni bu böhranın məzmunu hələ də açılmayıb. Böhranın görünən tərəfi görünməyən tərəfindən bir neçə dəfə kiçikdir. Getdikcə aysberqin görünməyən tərəfləri də üzə çıxacaq. Yəni dünya iqtisadi siyasətində buraxılan səhvlər, transmilli korporasiyaların yalnız öz maraqlarını düşünmələri, dünya miqyaslı korrupsiyanın artması, spekulyativ münasibətlərin çoxalması böhranın həm coğrafiyasını genişləndirdi, həm də bu böhrandan çıxmağı çətinləşdirdi. Hazırda dünya ölkələrində böhrana qarşı atılan addımlar yalnız narkomana əlavə doza verib sakitləşdirməkdən başqa bir şey deyil. Son vaxtlar böhranın aradan qaldırılması ilə bağlı atılan addımların əsl nəticələri payızda bilinəcək. Verilən kreditlərin qaytarılması problemə çevrilərsə, böhran daha da dərinləşəcək. Dünyanın bir sıra ölkələrində, o cümlədən Rusiyada belə bir təhlükə mövcuddur. Ona görə bizim hökumət də bu istiqamətdə səylərini artırmalıdır. Elə etməliyik ki, verilmiş kreditlərin qaytarılması ilə bağlı meydana çıxan problemlər payızda bank sistemimizə ciddi təsir göstərməsin. - Bank sistemindən söhbət düşmüşkən, qısamüddətli fasilədən sonra Azərbaycan vətəndaşlarının banklardakı əmanətlərinin həcmi artmağa başlayıb. Prosesin davamlı olacağını söyləmək olarmı? - Burada qeyri-adi bir şey yoxdur. Çünki iqtisadiyyat inkişaf edir, əhalinin pul gəlirləri artır. Pul vəsaiti artdıqca onun necə yerləşdirilməsi məsələsi gündəmə gəlir. Əhali görür ki, əldə etdiyi vəsaitlərin bir hissəsini manatla, bir hissəsini dollar, bir hissəsini də digər valyutalarla banklara qoyduqda itkilərdən sığortalanır. Digər tərəfdən, burada əhalinin banklara etimadı da böyük rol oynayır. Böhranla əlaqədar dünyanın əksər bankları ciddi problemlərlə üzləşsə də, bizim banklar vəziyyətdən uğurla çıxa bildilər. Bununla da sübut olundu ki, Azərbaycan bankları digər respublikaların banklarına nisbətən daha dayanıqlıdır. Buna görə də əhali pullarını banklarda yerləşdirir. Məncə, bu proses il ərzində də davam edəcək. Ola bilsin ki, dövriyyə vəsaitlərinin çatışmazlığı ucbatından bəzi vətəndaşlar banklardakı əmanətlərini çıxartsınlar. Amma bu o demək deyil ki, əhalinin banklardakı əmanətləri azalacaq. Gülər KƏRİMLİ.
1946-cı ildə anadan olmuşam. Hazırda yaşa görə təqaüd alıram. İşlədiyim illərdə (1969-1974) Naftalan Şəhər Sovetində İdman Komitəsinin sədri vəzifəsində çalışmışam. Həmin illər dövlət qulluqçusu statusu kimi mənə sayıla bilərmi, eləcə də qulluq stajıma əsasən mənə pensiya təyin olunması mümkündürmü?
İbrahimxəlil QURBANOV, Naftalan şəhəri.
- Sualınıza cavab olaraq bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 01.09.2005-ci il tarixli, 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" qanuna əsasən, pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə dövlət qulluqçularının vəzifələrinin "İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı"nda şəhər sovetinin nəzdində idman komitələri nəzərdə tutulmadığından dövlət qulluğuna edilən güzəştlər sizə şamil edilə bilməz.