Rəsmi

Azərbaycan
Respublikasının
Prezidenti İlham Əliyev

yanvarın 23-də

…Rusiya Federasiyasının Soçi şəhərinə işgüzar səfərə gəlmişdir.
…və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə görüşmüş və qarşılıqlı fikir mübadiləsi aparmışlar.
…və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Rusiyanın "Qazprom-eksport" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında təbii qazın alqı-satqısına dair müqaviləyə 5 nömrəli əlavə sazişin imzalanması mərasimində iştirak etmişlər.
…, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə birgə görüşmüş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələləri müzakirə etmişlər.
…, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair danışıqların yekunlarına əsasən Birgə Bəyanat qəbul etmişlər.
…Rusiya Federasiyasına işgüzar səfərini başa vuraraq həmin gün axşam Bakıya qayıtmışdır.

yanvarın 24-də

…Kür çayının suyunun daşması nəticəsində baş vermiş hadisələrin təkrar olunmaması üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakıya gətirilmiş Niderland Krallığının "Damin" şirkətinin istehsal etdiyi "CSD-500" torpaqsoran qurğulara, Türkiyənin Tuzla şəhərində istehsal olunmuş yedək və təchizat gəmilərinə və tədqiqat katerinə baxış keçirmişdir.

yanvarın 25-də

…Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrəyə işgüzar səfərə gəlmişdir.
…Davosda İsveçrə Konfederasiyasının Prezidenti xanım Eveline Vidner Şlümlə, İsrail Dövlətinin Prezidenti Şimon Pereslə, Avstriyanın "OMV AGE" şirkətinin baş icraçı direktoru Gerhard Roisslə və Amerika Birləşmiş Ştatlarının dövlət katibinin iqtisadiyyat, energetika və kənd təsərrüfatı məsələləri üzrə müavini Robert Hormatsla görüşmüşdür.

yanvarın 26-da

…Davosda "UBS Global" şirkətinin direktorlar şurasının sədri Kaspar Villigerlə, Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottingerlə, Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Klaus Şvabla, Gürcüstanın Baş naziri Nika Gilaurilə, Almaniyanın "Deutıche Bank"ının Mərkəzi və Şərqi Avropa ölkələri üzrə icraçı direktoru Peter Tilslə və idarə heyətinin üzvü Yürgen Figenlə, Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti Yakob Kellenbergerlə, Ukrayna Prezidenti Viktor Yanukoviçlə, RWE şirkətinin baş icraçı direktoru Yurgen Qrossmanla, Pakistan İslam Respublikasının Baş naziri Sayid Yusuf Raza Gilanilə, "Holcim Group" şirkətinin idarə heyətinin sədri Markus Akermanla, "Microsoft International" şirkətinin prezidenti, "Microsoft" Korporasiyasının vitse-prezidenti Jan Kurtua ilə və "Edisson" şirkətinin baş icraçı direktoru Bruno Leskörlə görüşmüşdür.

yanvarın 27-də

…Davosda Böyük Britaniyanın York Hersoqu, şahzadə Endryu ilə görüşmüşdür.

Bahalaşmanın əsas dalğası tikinti materialları bazarına təsir etməkdədir

16.06.09 - 13:40422 baxılıb

Son 5 ayda qiymətlərin dinamikasında yenidən qalxma tendensiyası müşahidə olunmaqdadır. Bu, əsasən tikinti materialları bazarında və geyim, məişət mallarının satışında özünü göstərir. Eləcə də xidmət sektorunda qiymətlərdə artım hiss olunur. Bir sıra bölmələrdə qiymətlər hətta 2008-ci ilin analoji dövründəki tarifləri də ötüb.
Bahalaşmanın əsas dalğası tikinti materialları bazarına təsir etməkdədir. Ötən ayın ikinci yarısından başlayaraq bir çox tikinti materiallarının bahalaşması qeydə alınıb. Bu bazarda ümumi qiymət artımı may ayı üzrə 6 faiz, mayın son 10 günündə isə 9 faizə bərabər olub. Bu bazarda 20-yə yaxın müxtəlif çeşiddə malın qiyməti artıb. Ən çox bahalaşma tavan üçün istifadə olunan və taxta materiallarda qeydə alınıb. Alçipan bu dövrdə 22 faiz bahalaşıb. Taxta isə 12-13 faiz qiymət artımına məruz qalıb. Əgər mayın ilk günlərində 1 kubmetr taxtanın qiyməti 155 manat təşkil edirdisə, hazırda bu rəqəm 175-180 manat civarındadır. Eləcə də taxta diktlər 3 faizə yaxın, armatur 9 faiz bahalaşıb. Bahalaşmaya məruz qalan tikinti materialları içərisində şifer (2,6 faiz), dam örtüyü (23,3 faiz ), izolyasiya (4,3 faiz ), mismar (17,6 faiz) yapışqanlar (25 faiz), kafel-metlax yapışdırıcısını və bir sıra malları qeyd etmək olar.
Mütəxəssislərin qeyd etdiyinə görə, bahalaşma dünya iqtisadiyyatına xarakterik hal deyil və Azərbaycan bazarı üçün səciyyəvi xüsusiyyət daşıyır. "Əmlak bazarı iştirakçıları" İctimai Birliyinin əməkdaşı Ramil Osmanovun bildirdiyinə görə, Avropa və Amerikada, Asiyada istər ərzaq mallarının, istərsə də tikinti və məişət məhsullarının qiymətlərində artım baş verməyib. Əksinə, bir sıra ölkələrdə hər ay qiymətlərin aşağı düşməsi tendensiyası müşahidə olunmaqdadır və bu dövlətlərdə ucuzlaşma baş verməkdədir. Respublikamızda isə süni inflyasiya amili yaradılmaqdadır. Bunun nəticəsidir ki, Azərbaycanda dörd aydan artıq davam edən devalvasiya may ayında inflyasiya üzrə əvəz olunub. Məsələn, 2009-cu ilin may ayı ərzində qiymətlərin statistik müşahidəsinin nəticələri göstərir ki, istehlak qiymətləri indeksi 0,22 faiz artıb. Bakıda inflyasiya 0,20 faiz, regionlarda isə 0,24 faiz təşkil edib. Mal qrupları üzrə ən yüksək inflyasiya aprel ayı ilə müqayisədə xidmət sektorunda müşahidə olunub. Bu sahədə qiymətlər 0,37 faiz artıb. Ərzaq məhsullarında isə inflyasiya 0,19 faiz, qeyri-ərzaq məhsullarında isə 0,16 faiz qeydə alınıb. Ərzaq məhsullarından daha çox yumurta (12,06 faiz)), vermişel (3,50 faiz) , buğda unu (1,41 faiz) bahalaşıb.
Qiyməti artımına məruz qalan məhsulların böyük əksəriyyətini xaricdən idxal olunan məhsullar təşkil etdiyindən bu prosesi birbaşa idxalla məşğul olan inhisarçıların "əməyinin məhsulu" kimi dəyərləndirmək olar. Çünki tikinti materialları bazarının demək olar ki, bütün bölmələri birbaşa idxalçıların nəzarəti altındadır və bu sahə bahalaşmada əsas rol oynamaqdadır.
ELTAC.

çap üçün verisya

Axtarish sistemi

  


« February 2012
Mo Tu We Th Fr Sa Su
 12345
6789101112
13141516171819
20212223242526
272829 
Advokat

1946-cı ildə anadan olmuşam. Hazırda yaşa görə təqaüd alıram. İşlədiyim illərdə (1969-1974) Naftalan Şəhər Sovetində İdman Komitəsinin sədri vəzifəsində çalışmışam. Həmin illər dövlət qulluqçusu statusu kimi mənə sayıla bilərmi, eləcə də qulluq stajıma əsasən mənə pensiya təyin olunması mümkündürmü?

İbrahimxəlil QURBANOV,
Naftalan şəhəri.


- Sualınıza cavab olaraq bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 01.09.2005-ci il tarixli, 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" qanuna əsasən, pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə dövlət qulluqçularının vəzifələrinin "İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı"nda şəhər sovetinin nəzdində idman komitələri nəzərdə tutulmadığından dövlət qulluğuna edilən güzəştlər sizə şamil edilə bilməz.


© 2006-2012
Müəllif hüquqları Ulfet Qazeti-nə məxsusdur.
Dizayn NUR D şirkəti tərəfindən hazırlanıb.