Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
yanvarın 23-də
…Rusiya Federasiyasının Soçi şəhərinə işgüzar səfərə gəlmişdir. …və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə görüşmüş və qarşılıqlı fikir mübadiləsi aparmışlar. …və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Rusiyanın "Qazprom-eksport" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında təbii qazın alqı-satqısına dair müqaviləyə 5 nömrəli əlavə sazişin imzalanması mərasimində iştirak etmişlər. …, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə birgə görüşmüş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələləri müzakirə etmişlər. …, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair danışıqların yekunlarına əsasən Birgə Bəyanat qəbul etmişlər. …Rusiya Federasiyasına işgüzar səfərini başa vuraraq həmin gün axşam Bakıya qayıtmışdır.
yanvarın 24-də
…Kür çayının suyunun daşması nəticəsində baş vermiş hadisələrin təkrar olunmaması üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakıya gətirilmiş Niderland Krallığının "Damin" şirkətinin istehsal etdiyi "CSD-500" torpaqsoran qurğulara, Türkiyənin Tuzla şəhərində istehsal olunmuş yedək və təchizat gəmilərinə və tədqiqat katerinə baxış keçirmişdir.
yanvarın 25-də
…Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrəyə işgüzar səfərə gəlmişdir. …Davosda İsveçrə Konfederasiyasının Prezidenti xanım Eveline Vidner Şlümlə, İsrail Dövlətinin Prezidenti Şimon Pereslə, Avstriyanın "OMV AGE" şirkətinin baş icraçı direktoru Gerhard Roisslə və Amerika Birləşmiş Ştatlarının dövlət katibinin iqtisadiyyat, energetika və kənd təsərrüfatı məsələləri üzrə müavini Robert Hormatsla görüşmüşdür.
yanvarın 26-da
…Davosda "UBS Global" şirkətinin direktorlar şurasının sədri Kaspar Villigerlə, Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottingerlə, Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Klaus Şvabla, Gürcüstanın Baş naziri Nika Gilaurilə, Almaniyanın "Deutıche Bank"ının Mərkəzi və Şərqi Avropa ölkələri üzrə icraçı direktoru Peter Tilslə və idarə heyətinin üzvü Yürgen Figenlə, Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti Yakob Kellenbergerlə, Ukrayna Prezidenti Viktor Yanukoviçlə, RWE şirkətinin baş icraçı direktoru Yurgen Qrossmanla, Pakistan İslam Respublikasının Baş naziri Sayid Yusuf Raza Gilanilə, "Holcim Group" şirkətinin idarə heyətinin sədri Markus Akermanla, "Microsoft International" şirkətinin prezidenti, "Microsoft" Korporasiyasının vitse-prezidenti Jan Kurtua ilə və "Edisson" şirkətinin baş icraçı direktoru Bruno Leskörlə görüşmüşdür.
yanvarın 27-də
…Davosda Böyük Britaniyanın York Hersoqu, şahzadə Endryu ilə görüşmüşdür.
Ümumiyyətlə, martın sonlarından etibarən "qara qızıl"ın qiymətində hər həftə artım meyli müşahidə olunmaqdadır. Mütəxəssislər hesab edirlər ki, neftin təhlükəli qiymət həddi kimi dəyərləndirilən 40 dollara enməsi ilə bağlı narahatlıqlar artıq aradan qalxıb. Xatırladaq ki, bu ilin əvvəllərində neftin bir barelinin qiyməti 40 dollara kimi ucuzlaşmışdı və birja analitikləri bundan aşağı qiymət əmsalını neft ixrac edən ölkələr üçün zərərli tendensiyalar yarada biləcək hal kimi səciyyələndirirdilər. Ümumiyyətlə, son üç ayda neftin qiymətində 35-37 faiz artım müşayiət olunmaqdadır. Məhz bunu nəzərə alan ekspertlər may ayını neft bazarı üçün canlanma dövrü kimi xarakterizə edirlər. Bu ayın ilk ongünlüyündə neftin qiyməti hətta 72 dollara kimi yüksəlib. "Azərilayt" markalı Azərbaycan nefti isə həmin günlərdə 72, 5 dollara satılıb. Neftin birja qiymətləri üzrə hərraclarda aktivliyinin müşahidə olunması öz növbəsində yanacağın bahalaşmağa doğru getdiyini söyləməyə əsas verir. Artıq dünyanın aparıcı birja mütəxəssisləri də neft bazarında canlanmanın yarandığını söyləyirlər. Yaponiyanın, Böyük Britaniyanın və Amerikanın fond bazarlarında aktivliyin yüksəlməsi neftin qiymət artımı ilə bağlı nikbin proqnozların irəli sürülməsinə səbəb olub. Dünyanın aparıcı iqtisadi tədqiqat və analitika mərkəzləri neftin bahalaşmasına impuls verən əsas amil kimi dünya iqtisadiyyatındakı cüzi də olsa artım meyillərini göstərirlər. Məsələn, birjadakı vəziyyəti şərh edən "Barclays Capital" investisiya şirkətinin analitikləri hesab edirlər ki, inkişaf etmiş dövlətlərin əksəriyyətində iqtisadi fəallıq qeydə alınmaqdadır. ABŞ-da bu ilin ilk 4 ayında 0,8 - 1,2 faizlik artım qeydə alınıb. Böyük Britaniya, Fransa, Almaniya, İtaliya, Polşa, Çin, Yaponiya, Hindistan və digər inkişaf etmiş dövlətlərin də iqtisadiyyatında dirçəlişin ilkin simptomları özünü göstərməyə başlayıb. Artıq bu ölkələrin bank, qiymətli kağızlar və maliyyə sferasında da bir qədər canlanma müşahidə olunur. "Barclays Capital"ın ekspertlərinin qənaətinə görə, Amerikanın və Avropanın qiymətli kağızlar bazarında canlanmanın müşahidə olunması bazarın digər bölmələrinə də təsir edib. Son bir ayda qiymətli kağızların və səhmlərin kotirovkalarının yüksəlmə tendensiyaları, ABŞ-da neft və neft məhsullarına tələbin artması ümumi iqtisadi artıma stimul verib. Avropa İttifaqının enerji məsələləri üzər komissarı Andreas Piebalqs deyib ki, son günlər dünya neft bazarlarında neftin qiymətinin artmasına ABŞ, Çin, Hindistan və Yaponiya kimi iqtisadi nəhənglərin hazırda daha çox yanacaq istifadə etməsi təsir göstərməkdədir. Onun fikrincə, neftin qiymətinin aşağı düşməsinə səbəb dünya iqtisadi böhranı nəticəsində yanacağa tələbin azalması olub. İndi tələb müəyyən dərəcə artmağa doğru gedir. Enerji bazarının qanunları hələ də dəyişməz olaraq qalır. Piebalqs onu da bildirib ki, yay aylarında Amerikada yanacağa olan tələbat 20-25 faiz artır. Ona görə də neftin yaxın vaxtlarda bir qədər də bahalaşmasını gözləmək olar. OPEK-in baş katibi Abdullah Salem Əl-Bədri isə deyib ki, neftin qiymətinin əvvəlki pik həddə, yəni 140 dollara çatmasını arzulamırlar. Onun sözlərinə görə, bu, yaxşı nəticə deyildi və bazardakı bu qeyri-normal tarif siyasəti sonda böhranla başa çatdı. Baş katib hesab edir ki, neftin 100 dollardan yüksək olması həm istehsalçılar, həm də istehlakçılar üçün yaxşı nəticələr vəd etmir. OPEK-in baş katibi bildirib ki, qiymətlərin indiki reallıqda ən yaxşı həddi 75-80 dollar olmasıdır. Bu, hamının mənafeyinə uyğundur. Bundan yuxarı qiymət, əksinə, mənfi tendensiyalara səbəb ola bilər.
1946-cı ildə anadan olmuşam. Hazırda yaşa görə təqaüd alıram. İşlədiyim illərdə (1969-1974) Naftalan Şəhər Sovetində İdman Komitəsinin sədri vəzifəsində çalışmışam. Həmin illər dövlət qulluqçusu statusu kimi mənə sayıla bilərmi, eləcə də qulluq stajıma əsasən mənə pensiya təyin olunması mümkündürmü?
İbrahimxəlil QURBANOV, Naftalan şəhəri.
- Sualınıza cavab olaraq bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 01.09.2005-ci il tarixli, 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" qanuna əsasən, pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə dövlət qulluqçularının vəzifələrinin "İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı"nda şəhər sovetinin nəzdində idman komitələri nəzərdə tutulmadığından dövlət qulluğuna edilən güzəştlər sizə şamil edilə bilməz.