Rəsmi

Azərbaycan
Respublikasının
Prezidenti İlham Əliyev

yanvarın 23-də

…Rusiya Federasiyasının Soçi şəhərinə işgüzar səfərə gəlmişdir.
…və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə görüşmüş və qarşılıqlı fikir mübadiləsi aparmışlar.
…və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Rusiyanın "Qazprom-eksport" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında təbii qazın alqı-satqısına dair müqaviləyə 5 nömrəli əlavə sazişin imzalanması mərasimində iştirak etmişlər.
…, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə birgə görüşmüş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələləri müzakirə etmişlər.
…, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair danışıqların yekunlarına əsasən Birgə Bəyanat qəbul etmişlər.
…Rusiya Federasiyasına işgüzar səfərini başa vuraraq həmin gün axşam Bakıya qayıtmışdır.

yanvarın 24-də

…Kür çayının suyunun daşması nəticəsində baş vermiş hadisələrin təkrar olunmaması üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakıya gətirilmiş Niderland Krallığının "Damin" şirkətinin istehsal etdiyi "CSD-500" torpaqsoran qurğulara, Türkiyənin Tuzla şəhərində istehsal olunmuş yedək və təchizat gəmilərinə və tədqiqat katerinə baxış keçirmişdir.

yanvarın 25-də

…Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrəyə işgüzar səfərə gəlmişdir.
…Davosda İsveçrə Konfederasiyasının Prezidenti xanım Eveline Vidner Şlümlə, İsrail Dövlətinin Prezidenti Şimon Pereslə, Avstriyanın "OMV AGE" şirkətinin baş icraçı direktoru Gerhard Roisslə və Amerika Birləşmiş Ştatlarının dövlət katibinin iqtisadiyyat, energetika və kənd təsərrüfatı məsələləri üzrə müavini Robert Hormatsla görüşmüşdür.

yanvarın 26-da

…Davosda "UBS Global" şirkətinin direktorlar şurasının sədri Kaspar Villigerlə, Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottingerlə, Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Klaus Şvabla, Gürcüstanın Baş naziri Nika Gilaurilə, Almaniyanın "Deutıche Bank"ının Mərkəzi və Şərqi Avropa ölkələri üzrə icraçı direktoru Peter Tilslə və idarə heyətinin üzvü Yürgen Figenlə, Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti Yakob Kellenbergerlə, Ukrayna Prezidenti Viktor Yanukoviçlə, RWE şirkətinin baş icraçı direktoru Yurgen Qrossmanla, Pakistan İslam Respublikasının Baş naziri Sayid Yusuf Raza Gilanilə, "Holcim Group" şirkətinin idarə heyətinin sədri Markus Akermanla, "Microsoft International" şirkətinin prezidenti, "Microsoft" Korporasiyasının vitse-prezidenti Jan Kurtua ilə və "Edisson" şirkətinin baş icraçı direktoru Bruno Leskörlə görüşmüşdür.

yanvarın 27-də

…Davosda Böyük Britaniyanın York Hersoqu, şahzadə Endryu ilə görüşmüşdür.

Bank sistemindəki gərginlik artmaqda davam edir

06.07.09 - 10:05316 baxılıb

Buna səbəb isə ölkənin gənc bank sisteminin üzləşdiyi yüksək sənaye və iqtisadiyyat riskləridir. Şirkətin reytinq xidməti həmçinin əməliyyat mühiti riskinin banklar üçün getdikcə daha da artması barədə xəbərdarlıq edib. Beləliklə, Azərbaycanın bank sistemini yaxşı perspektiv gözləmir. Neft satışından gələn pulların azalması və qlobal maliyyə böhranın təsirlərinin artması bank sisteminə xeyli problem yaradır. Azərbaycanın Neft Sənayesində İnformasiya Resurs Mərkəzinin mütəxəssisləri də bildirirlər ki, birinci rübün yekunları da "Standard end Pur" şirkətinin gəldiyi nəticələri təsdiqləyir. İlk rübün yekunlarına görə, xarici banklardan borc almaq imkanının məhdudlaşması 2009-cu ilin birinci rübündə kommersiya banklarını müştəri krediti verməkdə daha da ehtiyatlı edib. Əvəzində bankların cari hesabında hüquqi şəxslərin vəsaitləri kəskin azalıb.
Bankların ümumi aktivləri yanvar-mart aylarında 1 milyard 460,35 milyon manat və ya 18,4 faiz azalaraq 6 milyard 495,99 milyon manat olub. İlk onluğa daxil olan banklar öz aktivlərini daha sürətlə itirib. Bu isə aparıcı bankların inkişafında ciddi risklər yaradıb.
Müştəri vəsaiti cəlb edən ilk onluğun depozit portfeli 2 milyard 883,74 milyon manat olub. Bu, əvvəlki ilin göstəricisindən 28 faiz azdır. Ölkənin ən böyük bankının - Azərbaycan Beynəlxalq Bankın balans göstəriciləri cari ilin birinci rübündə azalmağa başlayıb. Özü də bu, bir sıra hallarda bank sistemi üzrə orta göstəricidən artıq olub. Bank bazarda qeyd-şərtsiz lider mövqeyini qorusa da, yeri bir qədər laxlayıb.
Mütəxəssislər bildirirlər ki, rüb ərzində "Bank Standard"ın da artım tempi kəskin aşağı düşüb: "İlin əvvəlindən bankın aktivləri 13 faiz azalıb. "Texnikabank"ın aktivləri isə daha zəif templə azalıb. "UniBank"ın xarici öhdəliklərin yenidən maliyyələşməsindəki çətinlikləri banka gücünü bərpa etməyə imkan vermir. Bank öz mövqelərini itirməkdədir".
Beləliklə, Azərbaycanın bank sektorunda mənfi tendensiyalar güclənməkdədir. Azərbaycanın Neft Sənayesində İnformasiya Resurs Mərkəzinin mütəxəssisləri hesab edirlər ki, böhran ölkənin aparıcı banklarının mövqelərini xeyli zəiflədib. "Bu, bir tərəfdən qlobal maliyyə böhranının təsirləri və neftin dünya bazarında qiymətinin ucuzlaşması səbəbindən Azərbaycanın gəlirlərinin azalması ilə bağlıdırsa, o biri tərəfdən bank sisteminin yerli özəllikləri ilə izah edilməlidir. Bu özəllik onunla izah edilir ki, banklar müasir bank anlayışlarından xeyli fərqli müstəvidə fəaliyyət göstərir. Yerli banklar ölkənin biznes çevrələrinə zəif inteqrasiya edib və bank xidmətləri həm kəmiyyət, həm də keyfiyyət baxımından xeyli aşağıdır. Azərbaycan bankları çağdaş bankların göstərdiyi xidmətlərin heç 10 faizini də tətbiq edə bilmir və daha çox əmanət banklarını xatırladır. Əhalidən 10-12 faizlə cəlb etdiyi depozit hesabına 24-26 faizlə kredit transı açılır. Halbuki çağdaş bankların gəlirləri başqa xidmətlər hesabına formalaşır".
Mütəxəssislər bu qənaətdədirlər ki, kreditlər də əsasən biznesin maliyyələşdirilməsinə yox, istehlaka yönəldilir. Biznes çevrələri ilə bank çevrələri arasındakı əlaqələr zəif və məhduddur. Azərbaycan bankları yerli investisiya proqramlarında demək olar ki, iştirak etmir. Bu da ona gətirib çıxarıb ki, Azərbaycan bankları rəqabətə davamlı deyil, iqtisadiyyatdakı istənilən mənfi tendensiyadan əziyyət çəkir. Onu da qeyd edək ki, qlobal böhranın təsirlərindən əziyyət çəkən yerli banklar ümidini Dövlət Neft Fondundan və Mərkəzi Bankdan göstəriləcək yardımlara bağlayıb. Ekspertlər isə bu fikirlə razılaşmırlar. Onlar təklif edirlər ki, Azərbaycan bankları Dövlət Neft Fondundan və Mərkəzi Bankdan maliyyə yardımı gözləməkdənsə, xidmətlərini kəmiyyət və keyfiyyət baxımdan artırmaq, biznes çevrələrinə daha çox inteqrasiya olunmaq və yerli investisiya proqramlarında iştirak etmək barədə düşünsə, daha effektli nəticə əldə edə bilər.

çap üçün verisya

Axtarish sistemi

  


« February 2012
Mo Tu We Th Fr Sa Su
 12345
6789101112
13141516171819
20212223242526
272829 
Advokat

1946-cı ildə anadan olmuşam. Hazırda yaşa görə təqaüd alıram. İşlədiyim illərdə (1969-1974) Naftalan Şəhər Sovetində İdman Komitəsinin sədri vəzifəsində çalışmışam. Həmin illər dövlət qulluqçusu statusu kimi mənə sayıla bilərmi, eləcə də qulluq stajıma əsasən mənə pensiya təyin olunması mümkündürmü?

İbrahimxəlil QURBANOV,
Naftalan şəhəri.


- Sualınıza cavab olaraq bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 01.09.2005-ci il tarixli, 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" qanuna əsasən, pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə dövlət qulluqçularının vəzifələrinin "İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı"nda şəhər sovetinin nəzdində idman komitələri nəzərdə tutulmadığından dövlət qulluğuna edilən güzəştlər sizə şamil edilə bilməz.


© 2006-2012
Müəllif hüquqları Ulfet Qazeti-nə məxsusdur.
Dizayn NUR D şirkəti tərəfindən hazırlanıb.