Rəsmi

Azərbaycan
Respublikasının
Prezidenti İlham Əliyev

yanvarın 23-də

…Rusiya Federasiyasının Soçi şəhərinə işgüzar səfərə gəlmişdir.
…və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə görüşmüş və qarşılıqlı fikir mübadiləsi aparmışlar.
…və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Rusiyanın "Qazprom-eksport" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında təbii qazın alqı-satqısına dair müqaviləyə 5 nömrəli əlavə sazişin imzalanması mərasimində iştirak etmişlər.
…, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə birgə görüşmüş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələləri müzakirə etmişlər.
…, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair danışıqların yekunlarına əsasən Birgə Bəyanat qəbul etmişlər.
…Rusiya Federasiyasına işgüzar səfərini başa vuraraq həmin gün axşam Bakıya qayıtmışdır.

yanvarın 24-də

…Kür çayının suyunun daşması nəticəsində baş vermiş hadisələrin təkrar olunmaması üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakıya gətirilmiş Niderland Krallığının "Damin" şirkətinin istehsal etdiyi "CSD-500" torpaqsoran qurğulara, Türkiyənin Tuzla şəhərində istehsal olunmuş yedək və təchizat gəmilərinə və tədqiqat katerinə baxış keçirmişdir.

yanvarın 25-də

…Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrəyə işgüzar səfərə gəlmişdir.
…Davosda İsveçrə Konfederasiyasının Prezidenti xanım Eveline Vidner Şlümlə, İsrail Dövlətinin Prezidenti Şimon Pereslə, Avstriyanın "OMV AGE" şirkətinin baş icraçı direktoru Gerhard Roisslə və Amerika Birləşmiş Ştatlarının dövlət katibinin iqtisadiyyat, energetika və kənd təsərrüfatı məsələləri üzrə müavini Robert Hormatsla görüşmüşdür.

yanvarın 26-da

…Davosda "UBS Global" şirkətinin direktorlar şurasının sədri Kaspar Villigerlə, Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottingerlə, Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Klaus Şvabla, Gürcüstanın Baş naziri Nika Gilaurilə, Almaniyanın "Deutıche Bank"ının Mərkəzi və Şərqi Avropa ölkələri üzrə icraçı direktoru Peter Tilslə və idarə heyətinin üzvü Yürgen Figenlə, Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti Yakob Kellenbergerlə, Ukrayna Prezidenti Viktor Yanukoviçlə, RWE şirkətinin baş icraçı direktoru Yurgen Qrossmanla, Pakistan İslam Respublikasının Baş naziri Sayid Yusuf Raza Gilanilə, "Holcim Group" şirkətinin idarə heyətinin sədri Markus Akermanla, "Microsoft International" şirkətinin prezidenti, "Microsoft" Korporasiyasının vitse-prezidenti Jan Kurtua ilə və "Edisson" şirkətinin baş icraçı direktoru Bruno Leskörlə görüşmüşdür.

yanvarın 27-də

…Davosda Böyük Britaniyanın York Hersoqu, şahzadə Endryu ilə görüşmüşdür.

Əcnəbilərin heç də hamısı milyonçu olmur...

28.09.09 - 11:29304 baxılıb

Yaşamaq hüququnu verən pulun məbləği dəqiqləşdi

Azərbaycanda son vaxtlar iqtisadi artım tempinin yüksəlməsi ölkə ərazisinə əcnəbi axınını xeyli sürətləndirib. Bu, ilk baxışda sevindirici hal olsa da, neqativ nəticələri də az olmur. Çünki ölkəyə axın edən xaricilərin heç də hamısı milyonçu olmur. Gələnlərin arasında macəra axtaranlar, adi işçilər, sadəcə, təsadüfi adamlar, hətta fırıldaqçılar da var. Onların isə xeyirdən çox ziyanı olur. Ona görə də hökumət bu axından səmərəli istifadə etmək, əhalisinin təhlükəsizliyini təmin etmək, sabitliyi qorumaq, ümumiyyətlə, qeyri-müəyyənliyin fəsadlarını aradan qaldırmaq məqsədi ilə əcnəbilərin Azərbaycanda yaşamaq hüququ alması üçün ölkəyə yatıracaqları pulun məbləğini dəqiqləşdirib.

Doğrudur, əvvəllər də vətənimizdə yaşamaq hüququ vəsait yatırmaqla qazanılırdı. Amma konkret məbləğ dəqiqləşmədiyindən bəzən söhbət 5-10 min dollarlıq investisiyalardan gedirdi. Amma artıq Nazirlər Kabineti bu qeyri-müəyyənliyə son qoyub. İnvestisiya qoyuluşu dəqiqləşdirilib: 300 min manat və ya 375 min dollar. Əlbəttə, 375 min dollarlıq investisiya tələbi ölkəyə nisbətən imkanlı və pul xərcləməyə hazır olan xarici vətəndaşların gəlməsinə kömək edəcək. Bu isə ölkəyə son illər gələn saysız-hesabsız əcnəbilərdən səmərəli yararlanmağa şərait yaradacaq.
Qeyd edək ki, bu təcrübədən yalnız Azərbaycanda deyil, dünyanın bir sıra inkişaf etmiş ölkələrində də istifadə edilir. Əcnəbi ekspertlər də apardıqları araşdırmalar zamanı belə qənaətə gəliblər ki, hər bir ölkənin bu sahədəki qaydalarını təkmilləşdirilməsi çox vacibdir. Çünki bu qaydalar ölkəyə gələn xaricilər üçün bir növ filtr rolunu oynayacaq. Məsələn, Misirdə xaricilərə yaşayış hüququnun verilməsi üçün onun 50 min dollarlıq obyekt alması kifayətdir. Sonradan belələri ölkədə hətta daimi yaşaya bilirlər. Birləşmiş Ərəb Əmirliklərində - Dubayda yaşamaq üçün daha çox pul qoymaq lazımdır - 1 milyon dirhəm və ya 274 min dollarlıq obyekt alana rezident vizası verilir.
Avropa Birliyində bu məbləğ 250 min avrodur. Amma ölkələr arasında müəyyən fərqlər var. Məsələn, Fransada yaşayış hüququ almaq üçün bura ən azı 150 min avro pul qoymaq lazımdır. Xarici hüquq məsələləri üzrə ekspertlərin sözlərinə görə, investisiyanın artması rəsmiləşdirmə proseduruna da təsir edir. Məsələn, 1 milyon pul qoyanların məsələsi avtomatik həll olunur.
Bolqarıstanda yaşamaq üçün bura 500 min dollar qoymaq lazımdır. Məbləğ 1 milyon olsa, həmin şəxsə Bolqarıstan prezidentinin fərmanı ilə vətəndaşlıq da verilir. 350 min dollar xərclədiyiniz halda isə hətta Karib ölkələrində, məsələn, Dominikanda da vətəndaşlıq almaq olar. Bunun üstünlüyü odur ki, Dominikan pasportu ilə dünyanın əksər ölkələrinə vizasız getmək olur.
Ümumiyyətlə, daşınmaz əmlak almaq dünyanın hər yerində sərfəlidir. Amerika hökuməti ölkənin daşınmaz əmlak bazarını, ümumiyyətlə, iqtisadiyyatını canlandırmaq üçün çoxdan sınanmış üsula əl atıb.
Amerika Birləşmiş Ştatlarında ölkəyə 500 min dollardan artıq sərmayə yatıranlara yaşamaq hüququ, yəni "Qrin kart" verməyə hazırdır. Birləşmiş Ştatlarda tətbiq olunan yeni proqrama əsasən, ölkədə kommersiya əmlakına, yəni kommersiya obyektlərinə 500 min dollar yatıran xaricilərə 6 ay müddətinə "Qrin kart", yəni bu ölkədə yaşamaq hüququ veriləcək. Bu hüquq həmin şəxslərin özləri ilə yanaşı 10 nəfər ailə üzvünə də aiddir. Bu barədə "Paramount kapital" və "Paramount emihration servis" şirkətinin birgə məlumatında bildirilir. Başqa sözlə, lazımi qədər pulun olsa Amerikada da yaşamaq mümkündür.
Əslində ABŞ-da biznes miqrasiyası elə indiyə qədər mövcud idi. Amma indi bu proses daha da sadələşib. Məsələn, əvvəlki qaydalara görə, Amerikada yaşamaq hüququ almaq istəyənlər bu ölkədə biznes qurmalı, iş yerləri açmalı və şirkəti idarə etməliydilər. İndi isə, sadəcə, kommersiya obyekti almaq kifayət edir. Məlumatda bildirilir ki, Amerikada daşınmaz əmlak alanlar əvvəlcə ölkədə məhdudiyyət qoyulmadan yaşamaq və işləmək hüququ verən immiqrant investor vizası alırlar. İki ildən sonra onlara daimi yaşayış hüququ, daha sonra isə vətəndaşlıq verilir.
Bundan başqa, əvvəllər Amerikada yaşamaq üçün burada azı 1 milyon dollarlıq əmlak almaq lazım gəlirdi. Üstəlik, bu əmlak o qədər də inkişaf etməmiş və gəliri aşağı olan ərazilərdə olmalıydı. Yeni proqramda isə xarici investorlar üçün yeni imkanlar açılıb. Onlar ölkənin istənilən, yəni ən prestijli ərazilərində də daşınmaz əmlak ala bilərlər. Üstəlik, qaydalara görə belə əmlakın sahibləri onu iki ildən sonra sata da bilərlər. Beləliklə, Birləşmiş Ştatlar ölkə iqtisadiyyatına investisiyalar cəlb etmək üçün xaricilərə əlavə üstünlüklər verməyə başlayıb. Əslində bu variant hər iki tərəfə sərf edir. Amerikada yaşamaq istəyənlərin sayı həmişə çox olduğundan bunun üçün pul xərcləyən də tapılacaq. Amerikanın özü isə bu üsulla ölkə iqtisadiyyatına lazım olan investisiyanı cəlb edə bilir. Görünür elə bunun nəticəsidir ki, birinci yarım ildə ölkənin ən populyar ştatlarına - Florida, Nyu-York və Kaliforniyaya investisiya qoyuluşları ayda 2 faiz artıb.

çap üçün verisya

Axtarish sistemi

  


« February 2012
Mo Tu We Th Fr Sa Su
 12345
6789101112
13141516171819
20212223242526
272829 
Advokat

1946-cı ildə anadan olmuşam. Hazırda yaşa görə təqaüd alıram. İşlədiyim illərdə (1969-1974) Naftalan Şəhər Sovetində İdman Komitəsinin sədri vəzifəsində çalışmışam. Həmin illər dövlət qulluqçusu statusu kimi mənə sayıla bilərmi, eləcə də qulluq stajıma əsasən mənə pensiya təyin olunması mümkündürmü?

İbrahimxəlil QURBANOV,
Naftalan şəhəri.


- Sualınıza cavab olaraq bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 01.09.2005-ci il tarixli, 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" qanuna əsasən, pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə dövlət qulluqçularının vəzifələrinin "İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı"nda şəhər sovetinin nəzdində idman komitələri nəzərdə tutulmadığından dövlət qulluğuna edilən güzəştlər sizə şamil edilə bilməz.


© 2006-2012
Müəllif hüquqları Ulfet Qazeti-nə məxsusdur.
Dizayn NUR D şirkəti tərəfindən hazırlanıb.