Rəsmi

Azərbaycan
Respublikasının
Prezidenti İlham Əliyev

yanvarın 23-də

…Rusiya Federasiyasının Soçi şəhərinə işgüzar səfərə gəlmişdir.
…və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə görüşmüş və qarşılıqlı fikir mübadiləsi aparmışlar.
…və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Rusiyanın "Qazprom-eksport" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında təbii qazın alqı-satqısına dair müqaviləyə 5 nömrəli əlavə sazişin imzalanması mərasimində iştirak etmişlər.
…, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə birgə görüşmüş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələləri müzakirə etmişlər.
…, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair danışıqların yekunlarına əsasən Birgə Bəyanat qəbul etmişlər.
…Rusiya Federasiyasına işgüzar səfərini başa vuraraq həmin gün axşam Bakıya qayıtmışdır.

yanvarın 24-də

…Kür çayının suyunun daşması nəticəsində baş vermiş hadisələrin təkrar olunmaması üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakıya gətirilmiş Niderland Krallığının "Damin" şirkətinin istehsal etdiyi "CSD-500" torpaqsoran qurğulara, Türkiyənin Tuzla şəhərində istehsal olunmuş yedək və təchizat gəmilərinə və tədqiqat katerinə baxış keçirmişdir.

yanvarın 25-də

…Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrəyə işgüzar səfərə gəlmişdir.
…Davosda İsveçrə Konfederasiyasının Prezidenti xanım Eveline Vidner Şlümlə, İsrail Dövlətinin Prezidenti Şimon Pereslə, Avstriyanın "OMV AGE" şirkətinin baş icraçı direktoru Gerhard Roisslə və Amerika Birləşmiş Ştatlarının dövlət katibinin iqtisadiyyat, energetika və kənd təsərrüfatı məsələləri üzrə müavini Robert Hormatsla görüşmüşdür.

yanvarın 26-da

…Davosda "UBS Global" şirkətinin direktorlar şurasının sədri Kaspar Villigerlə, Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottingerlə, Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Klaus Şvabla, Gürcüstanın Baş naziri Nika Gilaurilə, Almaniyanın "Deutıche Bank"ının Mərkəzi və Şərqi Avropa ölkələri üzrə icraçı direktoru Peter Tilslə və idarə heyətinin üzvü Yürgen Figenlə, Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti Yakob Kellenbergerlə, Ukrayna Prezidenti Viktor Yanukoviçlə, RWE şirkətinin baş icraçı direktoru Yurgen Qrossmanla, Pakistan İslam Respublikasının Baş naziri Sayid Yusuf Raza Gilanilə, "Holcim Group" şirkətinin idarə heyətinin sədri Markus Akermanla, "Microsoft International" şirkətinin prezidenti, "Microsoft" Korporasiyasının vitse-prezidenti Jan Kurtua ilə və "Edisson" şirkətinin baş icraçı direktoru Bruno Leskörlə görüşmüşdür.

yanvarın 27-də

…Davosda Böyük Britaniyanın York Hersoqu, şahzadə Endryu ilə görüşmüşdür.

Azərbaycan qazının gəlirləri neft gəlirlərini üstələyəcək

19.10.09 - 12:23227 baxılıb

“Mavi yanacağın hesabına Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində aparıcı dövlətə çevrilə bilərik”

Bu gün Avropa üçün təhlükəsizlik anlamına, sadəcə, enerji təhlükəsizliyi gəlir. Avropa Birliyinin mavi yanacağa olan tələbatının 46 faizini, Mərkəzi və Şərqi Avropanın qaz istehlakının 90 faizini ödəyən Rusiyanın "Qazprom" şirkəti sözügedən qitədə inhisarçı mövqeyə malikdir. Hətta bəzi Avropa ölkələri, o cümlədən Polşa və Çexiya respublikaları tamamilə Rusiya qazından asılıdırlar. Bu ilin yanvarında Rusiya ilə Ukrayna arasında baş verən mavi yanacaq münaqişəsi Avropanı yenidən enerji təhlükəsizliyi haqqında düşünməyə vadar edib. Məsələyə münasibət bildirən iqtisadçı Vüqar Bayramov dedi ki, Avropanın enerji təhlükəsizliyinin izahatı kifayət qədər sadədir: digər ölkələrdə möv -cud olan qazın Rusiya sərhədlərindən kənar ərazilərdən Avropaya çatdırılması. Təbii ki, bu aspektdə avropalıların güvəndiyi əsas alternativ mənbə məhz Xəzər dənizində yerləşən yataqlardır.
V.Bayramov hesab edir ki, Rusiyanın təzyiqlərinə baxmayaraq, "Nabukko" layihəsinin tikintisi indi daha real görünür. Avropa Birliyi "Nabukko" kəməri vasitəsilə ilkin olaraq ildə 31 milyard kubmetr mavi qaz nəql etmək niyyətindədir. Güman edilir ki, həmin qazın təxminən üçdə birini Azərbaycan təmin etmək qabiliyyətindədir. Azərbaycan "Nabukko" layihəsində həm təchizatçı, həm də tranzit ölkə kimi çıxış edərək bu layihədə daha çox təsir imkanları əldə etmək iqtidarındadır. Belə ki, “Şahdəniz-2” yatağından mavi qazın istismarına planlaşdırıldığı kimi 2012-ci ildə deyil, 2014-cü ildə başlanılacağının elan edilməsi məhz Azərbaycanın "Nabukko" layihəsində fəal iştirak etmək imkanlarından xəbər verir. Belə ki, layihənin məhz həmin vaxt istifadəyə verilməsi və "Şahdəniz" yatağından hasil ediləcək qazın da
"Nabukko" vasitəsilə nəql ediləcəyi gözlənilir. Bununla yanaşı, güman olunur ki, Azərbaycanın qaz ehtiyatları qiymətləndirildiyindən daha çoxdur: "Bu isə Azərbaycana həm Avropanın enerji təhlükəsizliyində daha üstün mövqeyə malik olmağa və qaz satışından əldə edəcəyi gəlirləri maksimumlaşdırmağa imkan verə bilər. Bu ilin iyununda İstanbulda 5 istehlakçı ölkənin "Nabukko" layihəsində iştirakı ilə bağlı anlaşma imzalaması da bu layihənin real olmasından xəbər verir. Sözügedən layihə Azərbaycan üçün eyni zamanda siyasi baxımdan əhəmiyyətlidir. "Nabukko" Azərbaycana həm mavi qazın nəqli ilə bağlı alternativ ixrac imkanları yaradır, həm də bir kəmərdən və ya hər hansı tranzit ölkəsindən asılılığı aradan qaldırır. Eyni zamanda layihə Azərbaycanın Avropaya inteqrasiyasının sürətlənməsinə geniş imkanlar açır".
Onu da qeyd edək ki, Rusiya ilə Azərbaycan arasında mavi qazın ixracı ilə bağlı imzalanan anlaşma birmənalı qiymətləndirilmir. Bu anlaşma Azərbaycanın "Nabukko" və ya Trans-Xəzər layihələrindən imtina etməsi deməkdirmi? sualını cavablandıran ekspert bunun heç də belə olmadığını qeyd etdi. Onun sözlərinə görə, Rusiya-Azərbaycan arasında əldə edilən anlaşma ölkəmizə bir sıra geopolitik və geoekonomik üstünlüklər verir. Əvvəla, Azərbaycan bununla Avropa Birliyinə Bakının alternativ mənbələrdən istifadə edə bilməsi ilə bağlı ismarıc göndərdi və avropalıların "ucuz Azərbaycan qazı" xülyasından əl çəkməsinin vacibliyinə işarə etdi. Belə ki, Rusiyanın Azərbaycan qazının hər min kubmetrə 340 dollar ödəməsi ilə bağlı əldə edilən anlaşma Avropanı məcbur etdi ki, Azərbaycan qazının bazar qiymətləri ilə alınacağı ilə bağlı rəsmi açıqlama versin. Praktiki olaraq, bununla rəsmi Bakının Azərbaycanın “Nabukko” və digər Trans-Xəzər layihələrinə yalnız Avropa qiymətləri və ya Azərbaycanın şərtləri ilə qoşula biləcəyini diqqətə çatdırdı.
Azərbaycanın mavi qazı ixrac imkanları kifayət qədər genişdir və Bakı iqtisadi baxımdan ən yaxşı şərtləri qiymətləndirəcək. Digər tərəfdən, Rusiyaya satılacaq mavi qaz rentabelli olmayan yataqlardan hasil edilir. Həmin yataqlarda xarici şirkətlər işləməkdə maraqlı deyil və Rusiyaya satılacaq qazı ARDNŞ hasil edir: "Bu baxımdan, Azərbaycanın Rusiyaya qaz ixracı heç də xarici neft şirkətlərinin hasilatla bağlı planlarına təsir göstərməyəcək. Nəhayət, Rusiyaya il ərzində cəmi yarım milyard kubmetr qazın ixrac edilməsi proqnozlaşdırılır. Bu isə Azərbaycanın nə daxili istehlakına, nə də ixracına təsir göstərə bilməz. Müqayisə üçün qeyd edim ki, Azərbaycan illik olaraq "Nabukko" layihəsi ilə Rusiyaya ixrac edəcəyi qazdan 20 dəfə artıq qaz nəql etmək niyyətindədir. Buna görə də "Qazprom"la anlaşma heç bir halda Azərbaycanın neft strategiyasında dəyişiklik kimi qiymətləndirilə bilməz".
Azərbaycan iqtisadiyyatında neft və qaz sektoru ən azı yaxın 10 ildə aparıcı sektor olaraq qalacaq. Güman edilir ki, 2014-cü ildən başlayaraq mavi qaz satışından əldə edilən gəlirlər kəskin artacaq. Bu. sonrakı illərdə neft gəlirləri azalsa da kəsirin yaranmasına imkan verməyəcək. Bu isə o deməkdir ki, yaxın gələcəkdə də Azərbaycanın daimi sığorta edilmiş dövlət gəlirləri olacaq. Eyni zamanda bu, qeyri-neft sektorunun inkişafı üçün də geniş imkanlar yaradır. Və yalnız iqtisadiyyatın strukturunu diversifikasiya edərək qeyri-neft sektorunu inkişaf etdirməklə "Əsrin müqaviləsi"nin müsbət nəticələrini daimi etmək olar.

çap üçün verisya

Axtarish sistemi

  


« February 2012
Mo Tu We Th Fr Sa Su
 12345
6789101112
13141516171819
20212223242526
272829 
Advokat

1946-cı ildə anadan olmuşam. Hazırda yaşa görə təqaüd alıram. İşlədiyim illərdə (1969-1974) Naftalan Şəhər Sovetində İdman Komitəsinin sədri vəzifəsində çalışmışam. Həmin illər dövlət qulluqçusu statusu kimi mənə sayıla bilərmi, eləcə də qulluq stajıma əsasən mənə pensiya təyin olunması mümkündürmü?

İbrahimxəlil QURBANOV,
Naftalan şəhəri.


- Sualınıza cavab olaraq bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 01.09.2005-ci il tarixli, 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" qanuna əsasən, pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə dövlət qulluqçularının vəzifələrinin "İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı"nda şəhər sovetinin nəzdində idman komitələri nəzərdə tutulmadığından dövlət qulluğuna edilən güzəştlər sizə şamil edilə bilməz.


© 2006-2012
Müəllif hüquqları Ulfet Qazeti-nə məxsusdur.
Dizayn NUR D şirkəti tərəfindən hazırlanıb.