Rəsmi

Azərbaycan
Respublikasının
Prezidenti İlham Əliyev

yanvarın 23-də

…Rusiya Federasiyasının Soçi şəhərinə işgüzar səfərə gəlmişdir.
…və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə görüşmüş və qarşılıqlı fikir mübadiləsi aparmışlar.
…və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Rusiyanın "Qazprom-eksport" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında təbii qazın alqı-satqısına dair müqaviləyə 5 nömrəli əlavə sazişin imzalanması mərasimində iştirak etmişlər.
…, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə birgə görüşmüş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələləri müzakirə etmişlər.
…, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair danışıqların yekunlarına əsasən Birgə Bəyanat qəbul etmişlər.
…Rusiya Federasiyasına işgüzar səfərini başa vuraraq həmin gün axşam Bakıya qayıtmışdır.

yanvarın 24-də

…Kür çayının suyunun daşması nəticəsində baş vermiş hadisələrin təkrar olunmaması üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakıya gətirilmiş Niderland Krallığının "Damin" şirkətinin istehsal etdiyi "CSD-500" torpaqsoran qurğulara, Türkiyənin Tuzla şəhərində istehsal olunmuş yedək və təchizat gəmilərinə və tədqiqat katerinə baxış keçirmişdir.

yanvarın 25-də

…Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrəyə işgüzar səfərə gəlmişdir.
…Davosda İsveçrə Konfederasiyasının Prezidenti xanım Eveline Vidner Şlümlə, İsrail Dövlətinin Prezidenti Şimon Pereslə, Avstriyanın "OMV AGE" şirkətinin baş icraçı direktoru Gerhard Roisslə və Amerika Birləşmiş Ştatlarının dövlət katibinin iqtisadiyyat, energetika və kənd təsərrüfatı məsələləri üzrə müavini Robert Hormatsla görüşmüşdür.

yanvarın 26-da

…Davosda "UBS Global" şirkətinin direktorlar şurasının sədri Kaspar Villigerlə, Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottingerlə, Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Klaus Şvabla, Gürcüstanın Baş naziri Nika Gilaurilə, Almaniyanın "Deutıche Bank"ının Mərkəzi və Şərqi Avropa ölkələri üzrə icraçı direktoru Peter Tilslə və idarə heyətinin üzvü Yürgen Figenlə, Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti Yakob Kellenbergerlə, Ukrayna Prezidenti Viktor Yanukoviçlə, RWE şirkətinin baş icraçı direktoru Yurgen Qrossmanla, Pakistan İslam Respublikasının Baş naziri Sayid Yusuf Raza Gilanilə, "Holcim Group" şirkətinin idarə heyətinin sədri Markus Akermanla, "Microsoft International" şirkətinin prezidenti, "Microsoft" Korporasiyasının vitse-prezidenti Jan Kurtua ilə və "Edisson" şirkətinin baş icraçı direktoru Bruno Leskörlə görüşmüşdür.

yanvarın 27-də

…Davosda Böyük Britaniyanın York Hersoqu, şahzadə Endryu ilə görüşmüşdür.

Taxılın qiyməti ucuzlaşır

26.10.09 - 14:07235 baxılıb

Vahid Əhmədov: “Dünyada taxıl istehsalı azaldığı halda Azərbaycanda artım müşahidə olunur”.

Dünya bazarında taxılın qiyməti 10-12 faiz düşüb. İndi birjalarda kiloqramı 12 sentə satılır. Bu ucuzlaşma Azərbaycanda da müşahidə olunur. Qəribədir ki, bu şəraitdə çörəyin qiyməti heç də aşağı düşməyib. Çörəkbişirmə sexlərində bunu çörəyin maya dəyərinin artması ilə izah edirlər. Bildirirlər ki, unun topdansatış qiyməti xeyli bahalaşıb.

Bu il 2 milyon 960 min ton məhsul gözlənilir. Bunun 2 milyon 140 min tonu buğdadır. Bu isə kənd təsərrüfatı tarixində rekord göstəricidir.
Kənd Təsərrüfatı naziri İsmət Abasov kütləvi informasiya vasitələrinə açıqlamasında bildirib ki, hökumət məhsullara qiymət tətbiqinə qarışmır: "Amma həm idxal olunan, həm də yerli buğda xeyli aşağı qiymətə alınırsa, çörəyin qiyməti də müvafiq olaraq enməlidir. Çörəkbişirmə sənayesində çalışan insanlar düşünməlidir ki, buğdanı həm xaricdən, həm də ölkədə ucuz qiymətə alırsa, çörəyin qiymətini də endirməyin vaxtı gəlib çatıb".
Nazir ucuzlaşma barədə konkret rəqəm dilə gətirməsə də, qeyd edib ki, dəqiq hesablamalar aparılmalıdır. Alış qiymətləri, istehsal və digər xərclər hesablanmalıdır: "Araşdırmalar göstərir ki, buğda bu il ötənilkindən 50 faiz, bəzən də daha aşağı qiymətə alınır. Bu isə çörəyin qiymətinin salınmasının gündəlikdə durduğunu deməyə bir daha əsas verir".
Deyəsən, iradlar öz bəhrəsini verməkdədir. Belə ki, paytaxtın bəzi ticarət mərkəzlərində 30 qəpiyə təklif edilən 1 kiloqramlıq çörək 20 qəpiyə satılır. Artıq bir neçə gündür Bakıxanov və Suraxanı rayonunda mağazalarda çörək 20 qəpiyə təklif olunur.
Hələlik yalnız zavod çörəyinin qiyməti düşüb. Buna səbəb ölkədə taxıl ehtiyatının bol olması və sahibkarlar tərəfindən buğdanın ucuz qiymətə alınması göstərilir. Lakin digər hüquqi və fiziki şəxslər tərəfindən istehsal olunan çörəyin qiymətində enmə müşahidə olunmur.
Müvafiq strukturların və səlahiyyətli nümayəndələrin sözlərinə "əməl edən" işbazlar indi də çıxış yolunu çörəyin çəkisini azaltmaqda tapıblar.
İqtisadçı millət vəkili Vahid Əhmədov taxıl biçini dövründə unun və ya çörəyin bahalaşmasını sünilik sayır: "Görünür, bu bahalaşmada enerjidaşıyıcılarında qiymət artımı olacağı barədə şayiələr az rol oynamayıb".
Süni qiymət artımını şərtləndirən başqa amil taxılın yox, məhz çörəyin bahalaşmasıdır. V.Əhmədovun sözlərinə görə, yerlərdə fermerlər taxılın ucuz olmasından gileylənirlər: "Taxıla təklif olunan qiymət maya dəyərini ödəmir. Hesab edirəm ki, hökumət bu sahədə çox ciddi addımlar atmalıdır. Yəni Azərbaycanda yüksək həcmdə taxıl istehsalına nail olunması yaxşı haldır. Elə etmək lazımdır ki, fermerlər gələn il də taxıl əksinlər. Bunun üçün taxıl onlardan elə qiymətə alınmalıdır ki, çəkilən xərclər ödənilsin".
V.Əhmədov hesab edir ki, bu sahəyə büdcədən həmişə vəsait ayrılmalıdır: "Hansı dövlət özünü 80 faiz ərzaqla təmin etmirsə, o, təhlükəsiz dövlət sayıla bilməz. Ona görə taxıl bizim üçün əhəmiyyət kəsb edir. Başqa tərəfdən, dünyada taxıl istehsalı azalıb və ərzaq təminatı sahəsində ciddi problemlər yaranmaqdadır. Azərbaycan isə taxıl istehsalı resurslarına malikdir".
İqtisadçı - ekspert Rövşən Ağayev isə hesab edir ki, normal iqtisadi prosesdə taxıl bazarında qiymətlər ucuzlaşırsa, bu, çörək sənayesinə də təsir etməlidir: “Son dövrlər taxılın qiyməti iki dəfə aşağı düşüb. 2008-ci ilin birinci yarısının sonlarına yaxın dünya bazarında taxılın qiyməti maksimum həddə - 1 tonu 350-400 ABŞ dollarına çatdı. Son qiymətlər isə 160-190 dollar arasındadır. İki dəfə enmə baş verib və bu proses Azərbaycana da təsirsiz ötüşməyib”.
R.Ağayev deyir ki, bu il bölgələrdə taxılın 1 kiloqramı 10 qəpikdən alınanda fermerlər buna sevinirdi: “Taxılın kiloqramının 10-12 qəpiyə alınması tonunun 120 ABŞ dollara satılması deməkdir, bu isə dünya bazarındakı qiymətdən də 30-40 faiz aşağıdır. Bu cür ucuzlaşmaya baxmayaraq Azərbaycanda çörəyin qiyməti düşməyib”...
Ekspert çörəyin qiymətinin aşağı düşməsini təkcə taxıl sənayesində baş verənlərlə bağlamağı düzgün saymır. Onun fikrincə, bu, daha çox ölkədə elektrik enerjisinin qiymətinin digər ölkələrlə müqayisədə heç də aşağı olmaması, çörəkbişirmədə istifadə edilən bəzi qarışıqların gətirilməsi zamanı yol verilən qanunsuzluqlarla əlaqədardır.
R.Ağayev onu da bildirib ki, Azərbaycan hökuməti bu problemi çörəyin qiymətini tənzimlənən mallar siyahısına salmaqla həll edə bilər.

çap üçün verisya

Axtarish sistemi

  


« February 2012
Mo Tu We Th Fr Sa Su
 12345
6789101112
13141516171819
20212223242526
272829 
Advokat

1946-cı ildə anadan olmuşam. Hazırda yaşa görə təqaüd alıram. İşlədiyim illərdə (1969-1974) Naftalan Şəhər Sovetində İdman Komitəsinin sədri vəzifəsində çalışmışam. Həmin illər dövlət qulluqçusu statusu kimi mənə sayıla bilərmi, eləcə də qulluq stajıma əsasən mənə pensiya təyin olunması mümkündürmü?

İbrahimxəlil QURBANOV,
Naftalan şəhəri.


- Sualınıza cavab olaraq bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 01.09.2005-ci il tarixli, 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" qanuna əsasən, pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə dövlət qulluqçularının vəzifələrinin "İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı"nda şəhər sovetinin nəzdində idman komitələri nəzərdə tutulmadığından dövlət qulluğuna edilən güzəştlər sizə şamil edilə bilməz.


© 2006-2012
Müəllif hüquqları Ulfet Qazeti-nə məxsusdur.
Dizayn NUR D şirkəti tərəfindən hazırlanıb.