Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
yanvarın 23-də
…Rusiya Federasiyasının Soçi şəhərinə işgüzar səfərə gəlmişdir. …və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə görüşmüş və qarşılıqlı fikir mübadiləsi aparmışlar. …və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Rusiyanın "Qazprom-eksport" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında təbii qazın alqı-satqısına dair müqaviləyə 5 nömrəli əlavə sazişin imzalanması mərasimində iştirak etmişlər. …, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə birgə görüşmüş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələləri müzakirə etmişlər. …, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair danışıqların yekunlarına əsasən Birgə Bəyanat qəbul etmişlər. …Rusiya Federasiyasına işgüzar səfərini başa vuraraq həmin gün axşam Bakıya qayıtmışdır.
yanvarın 24-də
…Kür çayının suyunun daşması nəticəsində baş vermiş hadisələrin təkrar olunmaması üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakıya gətirilmiş Niderland Krallığının "Damin" şirkətinin istehsal etdiyi "CSD-500" torpaqsoran qurğulara, Türkiyənin Tuzla şəhərində istehsal olunmuş yedək və təchizat gəmilərinə və tədqiqat katerinə baxış keçirmişdir.
yanvarın 25-də
…Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrəyə işgüzar səfərə gəlmişdir. …Davosda İsveçrə Konfederasiyasının Prezidenti xanım Eveline Vidner Şlümlə, İsrail Dövlətinin Prezidenti Şimon Pereslə, Avstriyanın "OMV AGE" şirkətinin baş icraçı direktoru Gerhard Roisslə və Amerika Birləşmiş Ştatlarının dövlət katibinin iqtisadiyyat, energetika və kənd təsərrüfatı məsələləri üzrə müavini Robert Hormatsla görüşmüşdür.
yanvarın 26-da
…Davosda "UBS Global" şirkətinin direktorlar şurasının sədri Kaspar Villigerlə, Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottingerlə, Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Klaus Şvabla, Gürcüstanın Baş naziri Nika Gilaurilə, Almaniyanın "Deutıche Bank"ının Mərkəzi və Şərqi Avropa ölkələri üzrə icraçı direktoru Peter Tilslə və idarə heyətinin üzvü Yürgen Figenlə, Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti Yakob Kellenbergerlə, Ukrayna Prezidenti Viktor Yanukoviçlə, RWE şirkətinin baş icraçı direktoru Yurgen Qrossmanla, Pakistan İslam Respublikasının Baş naziri Sayid Yusuf Raza Gilanilə, "Holcim Group" şirkətinin idarə heyətinin sədri Markus Akermanla, "Microsoft International" şirkətinin prezidenti, "Microsoft" Korporasiyasının vitse-prezidenti Jan Kurtua ilə və "Edisson" şirkətinin baş icraçı direktoru Bruno Leskörlə görüşmüşdür.
yanvarın 27-də
…Davosda Böyük Britaniyanın York Hersoqu, şahzadə Endryu ilə görüşmüşdür.
Hökumət Şimal və Cənub dəhlizlərindən istifadə etməklə ildə 15 milyard kubmetr qaz nəqlini mümkün sayır
Azərbaycan bölgədə yeni neft və qaz kəmərlərinin çəkilişi ilə bağlı region dövlətləri ilə müzakirələri davam etdirir. Artıq neftlə yanaşı, böyük həcmdə qaz hasilatına malik olan respublikamız yaxın perspektivdə qaz ixracatçısı kimi nüfuzunu artıracaq. Buna görə də qaz marşrutlarının çəkilişi üçün diversifikasiya siyasəti həyata keçiriləcək. Hazırda 4 qaz kəmərinə malik olan Azərbaycan bu marşrutların Avropa və Asiya bazarlarına doğru genişləndirilməsi üçün bir sıra ölkələrdən daxil olan təklifləri nəzərdən keçirir. İran, Rusiya, Ukrayna, Belarus, İsrail, Finlandiya, Macarıstan, Rumıniya, Bolqarıstan və digər ölkələr Azərbaycandan qaz almaq üçün müraciət edib. Həmin ölkələrə qazın nəqli ilə bağlı marşrutların mövcud vəziyyəti müzakirə olunur. Prezident İlham Əliyevin İsveçrəyə səfəri zamanı bu ölkənin respublikamızdan qaz almaq təklifindən sonra Azərbaycan bölgə üçün yeni olan bir marşrutun- "Cənub dəhlizi" adlanan nəql kəmərinin yaradılmasını nəzərdən keçirməyə başlayıb. İqtisadçı İlham Şabanın fikrincə, zəngin qaz ehtiyatlarına malik olan Azərbaycan öz enerji daşıyıcılarını Avropadakı tərəfdaşlarına tez bir zamanda çatdırmaq üçün müxtəlif variantları nəzərdən keçirir. Regionda baş verən proseslərə uyğun olaraq indiyədək yaradılmış marşrutlarla bərabər, yenilərinin formalaşdırılması zərurəti meydana çıxıb ki, onların sırasına şimal və cənub marşrutları da daxildir. "Cənub dəhlizi" adlanan kəmərlə Fars körfəzinə və oradan bir sıra Avropa dövlətlərinə çıxış mümkündür. Eyni zamanda qazın birbaşa İrana nəqli üçün də kəmər mövcuddur və rentabellilik baxımdan mühüm əhəmiyyət daşıyır. Artıq Dövlət Neft Şirkəti İrana qaz ixracına başlamaq üçün rəsmi Tehranla danışıqlar aparır. Hazırda hər iki tərəf Qazıməhəmməd-Astara-Bənd-Biand qaz kəmərində təmir işləri aparır, cənub marşrutu ilə 10 milyard kubmetrə yaxın qaz ixrac etmək mümkündür. Ekspert Azərbaycanın Gürcüstan istiqamətlərində qaz ixrac kəməri olduğunu və Qara dənizlə Avropanı birləşdirən bu marşrutla böyük həcmdə yanacaq nəql etməyin sərfəli olduğunu xatırladıb. Bu kəmər Baltikyanı dövlətlərə çıxış üçün mühüm əhəmiyyət kəsb edir. Ukrayna və Şərqi Avropa dövlətləri ilə yanaşı, Finlandiya, İsveçrə, Almaniya bu tranzit sistemlərinin birləşdirilməsi nəticəsində Azərbaycan qazını ala bilər. Artıq İsveçrə hökuməti yanacağın əldə olunması ilə bağlı öz rəsmi mövqeyini bəyan edib. Politoloq-ekspert Elman Nəsirli isə hesab edir ki, Azərbaycan tranzit və ixracatçı ölkə kimi dünya bazarlarında başlıca etibarlı strateji tərəfdaşlardan biri olduğunu təsdiq edib. Azərbaycan diversifikasiya siyasətinə üstünlük verərək iqtisadi cəhətdən səmərəli olan bütün marşrutlarla neft və qaz nəql etmək niyyətini açıqlayıb. Bu gün respublikamızın yerləşdiyi bölgədə siyasi-iqtisadi proseslər vaxtaşırı olaraq dəyişir. Azərbaycan buna görə də dünya bazarlarına çıxış üçün mümkün olan bütün nəqliyyat-tranzit infrastrukturlarından istifadə etməlidir. Məsələn, respublikamız hazırda işlək vəziyyətdə olan şimal və cənub qaz kəmərləri ilə ildə 15 milyard yanacaq ixrac edə bilər. Artıq 2010-cu ildə Rusiyaya qaz nəqli ilə bağlı sazişin imzalanması şimal xəttinin istifadəyə veriləcəyini göstərir. Eyni zamanda, İrana da qaz nəqli planlaşdırılır ki, bu da cənub marşrutunun işləməsinə imkan verəcək. Mütəxəssisin fikrincə, Şərq-Qərb marşrutu tranzit haqlarının bahalığı, texniki məsələlər və digər amillərlə bağlı sərfəli olmadığı halda ölkəmiz öz qazını Avropaya Gürcüstanın Kulevi, Supsa və digər limanlarında qaz emalı zavodları tikərək yanacağı maye halında tankerlər vasitəsilə ixrac edə bilər. Artıq iri qaz ixracatçıları olan Rusiya, Norveç, Liviya, Qətər, Qazaxıstan və digər dövlətlər qazı emal edərək maye halında nəql etməyə başlayıb. Bu, yanacağın tranzit haqlarının ucuz meydana gəlməsinə səbəb olur. Buna görə də Azərbaycanın ixrac siyasətində bu variant da əsas amillərdən biri ola bilər.
1946-cı ildə anadan olmuşam. Hazırda yaşa görə təqaüd alıram. İşlədiyim illərdə (1969-1974) Naftalan Şəhər Sovetində İdman Komitəsinin sədri vəzifəsində çalışmışam. Həmin illər dövlət qulluqçusu statusu kimi mənə sayıla bilərmi, eləcə də qulluq stajıma əsasən mənə pensiya təyin olunması mümkündürmü?
İbrahimxəlil QURBANOV, Naftalan şəhəri.
- Sualınıza cavab olaraq bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 01.09.2005-ci il tarixli, 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" qanuna əsasən, pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə dövlət qulluqçularının vəzifələrinin "İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı"nda şəhər sovetinin nəzdində idman komitələri nəzərdə tutulmadığından dövlət qulluğuna edilən güzəştlər sizə şamil edilə bilməz.