Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
yanvarın 23-də
…Rusiya Federasiyasının Soçi şəhərinə işgüzar səfərə gəlmişdir. …və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə görüşmüş və qarşılıqlı fikir mübadiləsi aparmışlar. …və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Rusiyanın "Qazprom-eksport" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında təbii qazın alqı-satqısına dair müqaviləyə 5 nömrəli əlavə sazişin imzalanması mərasimində iştirak etmişlər. …, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə birgə görüşmüş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələləri müzakirə etmişlər. …, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair danışıqların yekunlarına əsasən Birgə Bəyanat qəbul etmişlər. …Rusiya Federasiyasına işgüzar səfərini başa vuraraq həmin gün axşam Bakıya qayıtmışdır.
yanvarın 24-də
…Kür çayının suyunun daşması nəticəsində baş vermiş hadisələrin təkrar olunmaması üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakıya gətirilmiş Niderland Krallığının "Damin" şirkətinin istehsal etdiyi "CSD-500" torpaqsoran qurğulara, Türkiyənin Tuzla şəhərində istehsal olunmuş yedək və təchizat gəmilərinə və tədqiqat katerinə baxış keçirmişdir.
yanvarın 25-də
…Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrəyə işgüzar səfərə gəlmişdir. …Davosda İsveçrə Konfederasiyasının Prezidenti xanım Eveline Vidner Şlümlə, İsrail Dövlətinin Prezidenti Şimon Pereslə, Avstriyanın "OMV AGE" şirkətinin baş icraçı direktoru Gerhard Roisslə və Amerika Birləşmiş Ştatlarının dövlət katibinin iqtisadiyyat, energetika və kənd təsərrüfatı məsələləri üzrə müavini Robert Hormatsla görüşmüşdür.
yanvarın 26-da
…Davosda "UBS Global" şirkətinin direktorlar şurasının sədri Kaspar Villigerlə, Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottingerlə, Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Klaus Şvabla, Gürcüstanın Baş naziri Nika Gilaurilə, Almaniyanın "Deutıche Bank"ının Mərkəzi və Şərqi Avropa ölkələri üzrə icraçı direktoru Peter Tilslə və idarə heyətinin üzvü Yürgen Figenlə, Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti Yakob Kellenbergerlə, Ukrayna Prezidenti Viktor Yanukoviçlə, RWE şirkətinin baş icraçı direktoru Yurgen Qrossmanla, Pakistan İslam Respublikasının Baş naziri Sayid Yusuf Raza Gilanilə, "Holcim Group" şirkətinin idarə heyətinin sədri Markus Akermanla, "Microsoft International" şirkətinin prezidenti, "Microsoft" Korporasiyasının vitse-prezidenti Jan Kurtua ilə və "Edisson" şirkətinin baş icraçı direktoru Bruno Leskörlə görüşmüşdür.
yanvarın 27-də
…Davosda Böyük Britaniyanın York Hersoqu, şahzadə Endryu ilə görüşmüşdür.
Hökumət büdcənin formalaşmasında dünya maliyyə bazarlarında baş verə biləcək gözləntiləri nəzərə alıb
Məlum olduğu kimi, 2010-cu ilin dövlət büdcəsinin layihəsi və qarşıdakı 3 ilin sosial-iqtisadi inkişaf göstəricilərinə dair proqnozlar Milli Məclisə təqdim olunub. Ölkənin ali maliyyə sənədi gələn ay parlamentdə müzakirəyə çıxarılacaq. 2010-cu ilin dövlət büdcəsi əvvəlki ilin büdcə zərfi ilə müqayisədə 2 milyard manata yaxın az olsa da, sosial və investisiyayönümlü layihələrin icrası üçün maliyyə tutumuna görə fərqlənir. 2010-cu ilin dövlət büdcəsinin gəlirlərini 10 milyard 015 milyon manat (ÜDM-in 31,5 faizi), xərclərini isə 11 milyard 264 milyon manat proqnozlaşdırır (ÜDM-in 35,4 faizi). Milli Məclisin İqtisadi Siyasət Komitəsinin üzvü Nazim Məmmədovun fikrincə, gələn ilin büdcə zərfi 2009-cu ilin büdcə vəsaitləri ilə müqayisədə müəyyən miqdarda azalsa da, ümumilikdə nəzərdə tutulan bütün layihələrin əvvəlki illərdə olduğu kimi davam etdirilməsinə təminat verir. Yeni ilin büdcə layihəsi ölkə iqtisadiyyatının inkişaf tempinin qorunub saxlanması, sosial-iqtisadi islahatların əvvəlki illərdə olduğu kimi davam etdirilməsi, əhalinin maddi rifahının təmin olunması və sosial şəraitinin yaxşılaşması, investisiya qoyuluşlarının həyata keçirilməsi, iqtisadiyyatın diversifikasiyası ilə bağlı tədbirləri nəzərdə tutur. Dünya maliyyə böhranı şəraitində inkişaf etmiş dövlətlərin iqtisadiyyatında inkişaf tempinin zəifləməsinə baxmayaraq, Azərbaycanda artım meyillərinin nəzərə çarpması büdcə gəlirlərinin tam formalaşmasına imkan yaradır. İqtisadçı yeni büdcə layihəsində həm də dünya iqtisadiyyatında növbəti illərdə gözlənilən meyillərin də nəzərə alındığını bildirib. Belə ki, 2010-cu ilin dövlət büdcəsi layihəsi qloballaşan dünyada və maliyyə bazarlarında baş verən böhran səviyyəli sarsıntılar dövründə, neftin qiymətinin və aparıcı valyutaların məzənnələrinin gözlənilmədən və sürətlə dəyişdiyi bir vaxtda tərtib edildiyindən hökumət büdcənin formalaşması ilə bağlı mövcud reallığı və gələcəkdə dünya maliyyə bazarlarında baş verə biləcək gözləntiləri nəzərə alıb. Buna görə də yeni ilin büdcə layihəsi təmkinli və mühafizəkar büdcə kimi də dəyərləndirilir. Azərbaycan İqtisadçılar İttifaqının vitse-prezidenti Elşad Səmədzadə ilə bildirib ki, 2010-cu ilin büdcə layihəsində sosial məsələlərə xüsusi yer verilib. Hökumət əhalinin sosial təminatı ilə bağlı müddəaları büdcə zərfində prioritet kimi nəzərə alıb. Məsələn, 2010-cu ilin büdcə layihəsində sosialyönümlü xərclərin çəkisi 34,4 faiz (3 milyard 878 milyon manat) proqnozlaşdırılır ki, bu, 2009-cu ilin büdcəsindəki göstəricidən təxminən 1,8 faiz çoxdur. Digər tərəfdən, büdcədə bütün sosial layihələrə və elm, təhsil, səhiyyə və digər tədbirlərə daha çox diqqət yetirilib. Belə ki, 2009-cu ilə nisbətən 2010-cu ildə dövlət büdcəsi xərclərinin tərkibində sosial müdafiə və sosial təminat xərclərinin xüsusi çəkisi 1,4 faiz artaraq 10,6 faiz, təhsil xərclərinin xüsusi çəkisi 0,3 faiz artaraq 11,3 faiz, səhiyyə xərclərinin xüsusi çəkisi 0,2 faiz artaraq 4,3 faiz, mədəniyyət, incəsənət və kütləvi informasiya vasitələri xərclərinin xüsusi çəkisi 0,1 faiz artaraq 1,5 faiz, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq xərclərinin xüsusi çəkisi 0,1 faiz artaraq 3,4 faiz, mənzil-kommunal təsərrüfatı xərclərinin xüsusi çəkisi 0,1 faiz artaraq 1,8 faiz təşkil edəcək. E.Səmədzadə qeyd edib ki, gələn ilin dövlət büdcəsində cari xərclər 6792,2 milyon manat təşkil edir ki, bu da ümumi xərclərin 60,3 faizi deməkdir. Büdcədə infrastruktur və investisiya layihələrinin məbləği çox cüzi məbləğdə azaldılsa da, xərclər bölməsində xüsusi paya malikdir. Belə ki, büdcənin əsaslı xərcləri isə 4386,3 milyon manat nəzərdə tutulur ki, bu da məqsədli dövlət proqramlarının və tədbirlərinin maliyyələşdirilməsinə imkan verir. Həmin vəsaitlər hesabına dövlət investisiya qoyuluşları, əsaslı tikinti, təmir-bərpa, quruculuq işləri və digər layihələri həyata keçirmək mümkün olacaq. Gələn il inflyasiya 3 faiz səviyyəsində proqnozlaşdırılır ki, bu da əhalinin pul gəlirlərinin 15 faizlik artımı nisbətində mühüm sosial irəliləyişə səbəb olacaq.
1946-cı ildə anadan olmuşam. Hazırda yaşa görə təqaüd alıram. İşlədiyim illərdə (1969-1974) Naftalan Şəhər Sovetində İdman Komitəsinin sədri vəzifəsində çalışmışam. Həmin illər dövlət qulluqçusu statusu kimi mənə sayıla bilərmi, eləcə də qulluq stajıma əsasən mənə pensiya təyin olunması mümkündürmü?
İbrahimxəlil QURBANOV, Naftalan şəhəri.
- Sualınıza cavab olaraq bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 01.09.2005-ci il tarixli, 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" qanuna əsasən, pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə dövlət qulluqçularının vəzifələrinin "İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı"nda şəhər sovetinin nəzdində idman komitələri nəzərdə tutulmadığından dövlət qulluğuna edilən güzəştlər sizə şamil edilə bilməz.