Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
yanvarın 23-də
…Rusiya Federasiyasının Soçi şəhərinə işgüzar səfərə gəlmişdir. …və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə görüşmüş və qarşılıqlı fikir mübadiləsi aparmışlar. …və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Rusiyanın "Qazprom-eksport" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında təbii qazın alqı-satqısına dair müqaviləyə 5 nömrəli əlavə sazişin imzalanması mərasimində iştirak etmişlər. …, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə birgə görüşmüş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələləri müzakirə etmişlər. …, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair danışıqların yekunlarına əsasən Birgə Bəyanat qəbul etmişlər. …Rusiya Federasiyasına işgüzar səfərini başa vuraraq həmin gün axşam Bakıya qayıtmışdır.
yanvarın 24-də
…Kür çayının suyunun daşması nəticəsində baş vermiş hadisələrin təkrar olunmaması üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakıya gətirilmiş Niderland Krallığının "Damin" şirkətinin istehsal etdiyi "CSD-500" torpaqsoran qurğulara, Türkiyənin Tuzla şəhərində istehsal olunmuş yedək və təchizat gəmilərinə və tədqiqat katerinə baxış keçirmişdir.
yanvarın 25-də
…Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrəyə işgüzar səfərə gəlmişdir. …Davosda İsveçrə Konfederasiyasının Prezidenti xanım Eveline Vidner Şlümlə, İsrail Dövlətinin Prezidenti Şimon Pereslə, Avstriyanın "OMV AGE" şirkətinin baş icraçı direktoru Gerhard Roisslə və Amerika Birləşmiş Ştatlarının dövlət katibinin iqtisadiyyat, energetika və kənd təsərrüfatı məsələləri üzrə müavini Robert Hormatsla görüşmüşdür.
yanvarın 26-da
…Davosda "UBS Global" şirkətinin direktorlar şurasının sədri Kaspar Villigerlə, Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottingerlə, Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Klaus Şvabla, Gürcüstanın Baş naziri Nika Gilaurilə, Almaniyanın "Deutıche Bank"ının Mərkəzi və Şərqi Avropa ölkələri üzrə icraçı direktoru Peter Tilslə və idarə heyətinin üzvü Yürgen Figenlə, Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti Yakob Kellenbergerlə, Ukrayna Prezidenti Viktor Yanukoviçlə, RWE şirkətinin baş icraçı direktoru Yurgen Qrossmanla, Pakistan İslam Respublikasının Baş naziri Sayid Yusuf Raza Gilanilə, "Holcim Group" şirkətinin idarə heyətinin sədri Markus Akermanla, "Microsoft International" şirkətinin prezidenti, "Microsoft" Korporasiyasının vitse-prezidenti Jan Kurtua ilə və "Edisson" şirkətinin baş icraçı direktoru Bruno Leskörlə görüşmüşdür.
yanvarın 27-də
…Davosda Böyük Britaniyanın York Hersoqu, şahzadə Endryu ilə görüşmüşdür.
Xatırladaq ki, Respublika Quşçular Cəmiyyəti hökumətə broylerlərə müəyyən dövr ərzində bəzi güzəştlərin edilməsi ilə bağlı təkliflər verib. Təkliflərdə quşçuluğun vəziyyətinin yaxşılaşdırılması istiqamətində bir sıra məsələlər önə çəkilib. Onlardan biri də xaricdən gətirilən quş əti və yumurtanın həcminin məhdudlaşdırılması barədədir. Hazırda xaricdən gətirilən məhsullar ölkənin quş ətinə olan tələbatının 40 faizini ödəyir.Tələbatın 60 faizi isə yerli müəssisələrin hesabına təmin olunur. Təkliflərdə həmçinin quş yeminin, preparatların ƏDV-dən azad olunması da göstərilib. Çünki əsas problemi yemin baha olması yaradır ki, nəticədə istehsalın azalması baş verir. Bir kiloqram toyuq ətində yemin payı 70 faiz təşkil edir. Deməli, yem ƏDV-dən azad olunsa, qiymətlər ən azı 30 faizə qədər aşağı düşəcək. Qurum səlahiyyətlisi hazırda yerli müəssisələrin maddi-texniki potensialının onlara ildə 70 min ton quş əti istehsal etməyə imkan verdiyini dedi: "Amma bazardakı vəziyyət, quş yeminin və dərmanların bahalığı yerli şirkətlərə cəmi 40 min ton məhsul istehsal etməyə imkan verir. Problemlər aradan qaldırılsa quşçuluq müəssisələri 2015-ci ilədək ölkənin bütün tələbatını yerli məhsullar hesabına ödəyə bilər". Məlumat üçün bildirək ki, "2008-2015-ci illərdə əhalinin ərzaq təminatının yaxşılaşdırılması ilə bağlı Dövlət Proqramı"nda 2015-ci ildə Azərbaycanda quş əti və yumurta istehsalının 2 dəfə artırılaraq müvafiq olaraq 80 min tona və 2,3 milyard ədədə çatdırılması göstərilib. Cəmiyyət sədri həmçinin bildirdi ki, əgər verilən təkliflər qəbul olunmasa, Dövlət Proqramının icrasında çətinliklər yaranacaq: "Çünki hazırda quşçuluq təsərrüfatlarının vəziyyəti ürəkaçan deyil. Onların arasında fəaliyyətini dayandıranlar var. 30-a qədər quşçuluq təsərrüfatı işini yarıbayarı azaldıb. Fəaliyyətdə olan müəssisələr isə öz gücünə işləyir. Vəziyyətin belə davam etməsi ilə quşçuluğun tənəzzül dövrü başlaya bilər. Toyuq bazarında qiymətlərin uzun müddət stabil qalması real görünmür. Kəskin bahalaşma müşahidə edilərsə, bu amil quşçuluq təsərrüfatlarının tamam çökməsinə səbəb olacaq. Bir tərəfdən də xaricdən gətirilən quş əti bazarda yerini möhkəmləndirir. Bütün bu problemlər müəssisələrin sıradan çıxması ilə nəticələnir. Onu da deyim ki, mövcud problemlər quşçuluq və broyler təsərrüfatlarında çalışanların sayına da təsirsiz ötüşməyib. Belə ki, son vaxtlar işçilərin sayında kəskin azalma müşahidə edilməkdədir". Öyrəndik ki, Kənd Təsərrüfatı Nazirliyinin Kənd Təsərrüfatının Təşkili və İqtisadiyyatı İnstitutu quşçuluğu xilas etmək üçün minimum zəruri tədbirlər paketi üzərində çalışır. Həmin tədbirlər paketində avadanlığın, broyler cücəsinin, damazlıq yumurtanın, soyanın əlavə dəyər vergisindən azad olunması təklifi əksini tapıb. Broyler fabriklərində quşlara verilən yemin tərkibində genetik modifikasiya edilmiş orqanizmlərin olduğu deyilir. Bu cür ittihamların quşçuluğun imicinə zərər vurmaması üçün məhsullara necə zəmanət vermək olar? sualını cavablandıran A.Vəliyev qeyd etdi ki, istehsal olunan məhsullarda insan orqanizmi üçün zərərli qatışıqların olmamasından ötrü bütün tədbirlər görülür: "Yəni insanın səhhətinə mənfi təsir göstərə biləcək nə varsa, hamısı istehsal prosesində nəzarətə götürülür və mənfi hallar aradan qaldırılır. Bu, xammalın alınmasından, istifadə olunan inqridientlərin və yemlərin keyfiyyətindən, müəssisədəki iş şəraitindən tutmuş məhsulun alıcıya çatdırılmasına qədər bütün prosesi əhatə edir. Burada söhbət həm kimyəvi, həm bioloji, həm də fiziki təsirlərdən gedir. Onu da deyim ki, müəssisələrdə bu standartların tətbiq olunma prosesi mütəmadi olaraq əlaqəli orqanlar tərəfindən yoxlanılır, audit aparılır. Sonra sertifikat verilir. Sertifikat verildikdən sonra da müvafiq nümayəndələr istehsal prosesini nəzarətdə saxlayır". Gülər KƏRİMLİ.
1946-cı ildə anadan olmuşam. Hazırda yaşa görə təqaüd alıram. İşlədiyim illərdə (1969-1974) Naftalan Şəhər Sovetində İdman Komitəsinin sədri vəzifəsində çalışmışam. Həmin illər dövlət qulluqçusu statusu kimi mənə sayıla bilərmi, eləcə də qulluq stajıma əsasən mənə pensiya təyin olunması mümkündürmü?
İbrahimxəlil QURBANOV, Naftalan şəhəri.
- Sualınıza cavab olaraq bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 01.09.2005-ci il tarixli, 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" qanuna əsasən, pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə dövlət qulluqçularının vəzifələrinin "İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı"nda şəhər sovetinin nəzdində idman komitələri nəzərdə tutulmadığından dövlət qulluğuna edilən güzəştlər sizə şamil edilə bilməz.