Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
yanvarın 23-də
…Rusiya Federasiyasının Soçi şəhərinə işgüzar səfərə gəlmişdir. …və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə görüşmüş və qarşılıqlı fikir mübadiləsi aparmışlar. …və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Rusiyanın "Qazprom-eksport" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında təbii qazın alqı-satqısına dair müqaviləyə 5 nömrəli əlavə sazişin imzalanması mərasimində iştirak etmişlər. …, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə birgə görüşmüş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələləri müzakirə etmişlər. …, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair danışıqların yekunlarına əsasən Birgə Bəyanat qəbul etmişlər. …Rusiya Federasiyasına işgüzar səfərini başa vuraraq həmin gün axşam Bakıya qayıtmışdır.
yanvarın 24-də
…Kür çayının suyunun daşması nəticəsində baş vermiş hadisələrin təkrar olunmaması üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakıya gətirilmiş Niderland Krallığının "Damin" şirkətinin istehsal etdiyi "CSD-500" torpaqsoran qurğulara, Türkiyənin Tuzla şəhərində istehsal olunmuş yedək və təchizat gəmilərinə və tədqiqat katerinə baxış keçirmişdir.
yanvarın 25-də
…Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrəyə işgüzar səfərə gəlmişdir. …Davosda İsveçrə Konfederasiyasının Prezidenti xanım Eveline Vidner Şlümlə, İsrail Dövlətinin Prezidenti Şimon Pereslə, Avstriyanın "OMV AGE" şirkətinin baş icraçı direktoru Gerhard Roisslə və Amerika Birləşmiş Ştatlarının dövlət katibinin iqtisadiyyat, energetika və kənd təsərrüfatı məsələləri üzrə müavini Robert Hormatsla görüşmüşdür.
yanvarın 26-da
…Davosda "UBS Global" şirkətinin direktorlar şurasının sədri Kaspar Villigerlə, Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottingerlə, Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Klaus Şvabla, Gürcüstanın Baş naziri Nika Gilaurilə, Almaniyanın "Deutıche Bank"ının Mərkəzi və Şərqi Avropa ölkələri üzrə icraçı direktoru Peter Tilslə və idarə heyətinin üzvü Yürgen Figenlə, Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti Yakob Kellenbergerlə, Ukrayna Prezidenti Viktor Yanukoviçlə, RWE şirkətinin baş icraçı direktoru Yurgen Qrossmanla, Pakistan İslam Respublikasının Baş naziri Sayid Yusuf Raza Gilanilə, "Holcim Group" şirkətinin idarə heyətinin sədri Markus Akermanla, "Microsoft International" şirkətinin prezidenti, "Microsoft" Korporasiyasının vitse-prezidenti Jan Kurtua ilə və "Edisson" şirkətinin baş icraçı direktoru Bruno Leskörlə görüşmüşdür.
yanvarın 27-də
…Davosda Böyük Britaniyanın York Hersoqu, şahzadə Endryu ilə görüşmüşdür.
“Gələn il ölkənin hərbi potensialının gücləndirilməsi prioritet istiqamətlərdən olacaq”
Milli Məclisin 5 komitəsinin (iqtisadi siyasət, aqrar siyasət, təhlükəsizlik və müdafiə məsələləri, təbii ehtiyatlar, energetika və ekologiya, sosial siyasət) birgə iclasında 2010-cu ilin dövlət büdcəsi layihəsi müzakirə olundu. Deputatlar qarşısında çıxış edən maliyyə naziri Samir Şərifov bildirdi ki, büdcə layihəsi qlobal maliyyə böhranının yaratdığı iqtisadi durum və bunun gələcək illərə təsiri nəzərə alınaraq hazırlanıb. Layihə tərtib olunarkən ölkənin əsas makroiqtisadi göstəriciləri, mövcud sosial-iqtisadi vəziyyəti, daxili və xarici amillər, o cümlədən böhranın 2009-cu ildə Azərbaycan iqtisadiyyatına təsiri qiymətləndirilib. S.Şərifov dedi ki, 2009-cu ilin ötən 9 ayı ərzində ümumi daxili məhsulun (ÜDM) həcmi keçən illə müqayisədə 6,1 faiz, onun adambaşına düşən məbləği 4,7 faiz, orta aylıq əməkhaqqı 15,5 faiz, əhaliyə göstərilən pullu xidmətlərin həcmi 12,5 faiz artıb. Bu müddət ərzində əhalinin gəlirlərində 9,8 faiz artım qeydə alınıb, inflyasiya isə 2,1 faiz olub. İlin 9 ayı ərzində Azərbaycanın valyuta ehtiyatları ilin əvvəlinə nisbətən təxminən 1 milyard ABŞ dolları və ya 5,5 faiz artaraq 19 milyard ABŞ dollarını ötüb. Manatın sabitliyinin qorunması əhalinin banklara olan inamını daha da artırıb. Bunun nəticəsində əhalinin banklardakı əmanətlərinin həcmi keçən ilin müvafiq dövrü ilə müqayisədə 11 faiz artaraq 2 milyard manata çatıb. Cari ilin 9 ayında ölkə iqtisadiyyatına bütün maliyyə mənbələri hesabına 5,2 milyard manat investisiya qoyulub. İnvestisiyaların 4,3 milyard manatı daxili mənbələr hesabına olub. Bunun da 2,3 milyard manatı dövlət büdcəsinin vəsaitlərinin payına düşüb. Nazir qeyd etdi ki, cari ilin 9 ayında dövlət büdcəsinin gəlirləri 91,9 faiz və yaxud 7 milyard 235 milyon manat, xərcləri isə 81,8 faiz və yaxud 6 milyard 457 milyon manat icra olunub. İlin sonuna dövlət büdcəsinin gəlirlərinin 81 faiz, xərclərinin isə 81,5 faiz həcmində icra olunacağı gözlənilir. 2010-cu il dövlət büdcəsi haqqında məlumat verən nazir dedi ki, layihə büdcənin sosial və investisiyayönümlü olduğunu göstərir. Büdcənin gəlirləri 2008 və 2009-cu illərin büdcələri ilə müqayisədə bir qədər az nəzərdə tutulur. S.Şərifov dedi ki, buna səbəb dünya iqtisadiyyatının böhrandan çıxmasını nəzərə alaraq büdcə xərclərinin formalaşmasına mühafizəkar yanaşılması, neftin 1 barelinin qiymətinin 45 dollardan götürülməsi, bəzi vergi dərəcələrinin aşağı salınması, inflyasiyanın 2008-ci illə müqayisədə kəskin azalmasıdır. S.Şərifov bildirdi ki, 2010-cu ildə dövlət büdcəsinin gəlirləri mütləq ifadədə 10 milyard 15 milyon manat və yaxud 2009-cu ilin proqnozuna nisbətən 16,8 faiz az, gözlənilən icraya nisbətən isə 3,2 faiz çox olacaq. Gələn il neft sektoru üzrə vergi yığımlarının məbləği 1 milyard 530 milyon manat və ya 2009-cu ilə nisbətən 42,9 faiz az, gözlənilən icraya nisbətən isə 16,8 faiz çox proqnozlaşdırılır. Qeyri-neft sektoru üzrə vergi yığımlarının isə 2 milyard 450 milyon manat və ya 2009-cu ilin proqnozlarına nisbətən 20,2 faiz az, gözlənilən icraya nisbətdə isə 5,8 faiz çox olacağı proqnozlaşdırılır. Gələn il rayon və şəhərlərin yerli gəlirləri üzrə vergi daxilolmaları 347 milyon manat nəzərdə tutulur. Bu da dövlət büdcəsinə Vergilər Nazirliyinin xətti ilə büdcəyə daxilolmaların 8,7 faizini təşkil edəcək. Gələn il Dövlət Gömrük Komitəsi üzrə 1 milyard 100 milyon gəlir proqnozu nəzərdə tutulur. Bu da cari illə müqayisədə 15,4 faiz, yaxud 200 milyon azdır. Dövlət büdcəsinə Dövlət Neft Fondundan 4 milyard 915 milyon manat transfert və digər mənbələr hesabına 20 milyon manat daxilolma nəzərdə tutulur. Qanun layihəsində qarşıdakı il üçün icmal büdcənin gəlirləri 11 milyard 885 milyon manat, xərcləri isə 12 milyard 616 milyon manat qeyd olunub. 2010-cu ilin dövlət büdcəsindən məqsədli dövlət proqramlarının və tədbirlərinin maliyyə təminatı üçün büdcənin 39,4 faizi həcmində - 4 milyard 436 milyon manat vəsait ayrılacaq. Funksional istiqamətlər üzrə isə 2009-cu ilə nisbətən sosial müdafiə xərclərinin xüsusi çəkisi 1,4 faiz artaraq 10,6 faiz, təhsil xərcləri 0,3 faiz artaraq 11,3 faiz, səhiyyə xərcləri 0,2 faiz artaraq 4,3 faiz, mədəniyyət, incəsənət və KİV xərcləri 0,1 faiz artaraq 1,5 faiz, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq xərcləri 0,1 faiz artaraq 2,4 faiz, mənzil-kommunal təsərrüfatı xərclərinin xüsusi çəkisi 0,1 faiz artaraq 1,8 faiz təşkil edəcək. Dövlət əsaslı vəsait qoyuluşu xərclərinin xüsusi çəkisi isə 6,8 faiz azalaraq 31,5 faiz olacaq. Gələn il yeni yaradılan Prezident yanında Elmin İnkişafı Fonduna 7 milyon manat, məktəblərin İKT məhsulları ilə təminatı üçün 16,4 milyon manat, ümumtəhsil məktəblərində oxuyan şagirdlərin pulsuz dərsliklərlə təmin olunması üçün 8 milyon manat vəsait nəzərdə tutulur. S.Şərifov qeyd etdi ki, gələn il ünvanlı sosial yardımların və digər sosial xarakterli addımların maliyyələşdirilməsi üçün 364 milyon manat vəsait nəzərdə tutulur. Qaçqınların və məcburi köçkünlərin sosial-müdafiə xərclərinə isə 182,3 milyon manat vəsait xərclənməsi planlaşdırılır. Nazir qeyd etdi ki, gələn il ölkənin hərbi potensialının gücləndirilməsi prioritet istiqamətlərdən olacaq. Ordunun maddi-texniki bazasının yaxşılaşdırılması siyasətinin davamı olaraq 2010-cu ildə müdafiə xərcləri bu ilə nisbətən 0,7 faiz artırılaraq dövlət büdcəsi xərclərinin 10,7 faizi həcmində olacaq. Gələn il yolların yenidən qurulması və təmiri məqsədi ilə büdcədən 352 milyon manat vəsait ayrılması nəzərdə tutulub. Bu vəsaitin 148 milyon manatı rayon və şəhərlərdəki yolların təmiri və tikintisinə yönəldiləcək. Dövlət əsaslı maliyyə xərcləri ilk növbədə 2010-cu ildə tamamlanması nəzərdə tutulan layihələrə yönəldiləcək. Gələn il sahibkarlara güzəştli kreditlərin verilməsi məqsədi ilə 44 milyon manat vəsait ayrılması nəzərdə tutulur. Naxçıvan Muxtar Respublikasında sahibkarlığın inkişafına büdcədən dotasiya hesabına 6 milyon manat ayrılacaq. Gələn il sosial ipoteka kreditlərinin verilməsi üçün 14 milyon manat, bələdiyyələrə dövlət dəstəyi olaraq isə 3,5 milyon manat vəsait nəzərdə tutulub. S.Şərifov onu da bildirdi ki, gələn il dövlətin daxili və xarici borclarına xidmətlə bağlı xərclərə 287 milyon manat, beynəlxalq fəaliyyət və beynəlxalq təşkilatlara üzvlük haqqı, beynəlxalq proqramların həyata keçirilməsində Azərbaycan tərəfinin payının maliyyələşdirilməsi üçün 35,3 milyon manat vəsait proqnozlaşdırılıb. Dövlət təminatı ilə alınan borcların qaytarılması üçün yaradılan dövlət təminatı fonduna 100 milyon manat ayrılacaq. Ümumilikdə gələn il büdcədən ayrılan dotasiyaların miqdarı 0,9 faiz azalacaq. Nazir dedi ki, 2010-cu il dövlət büdcəsinin kəsiri 1 milyard 249 milyon manat nəzərdə tutulur. Bu, ümumi daxili məhsulun 3,9 faizi həcmindədir. Kəsirin maliyyələşdirilməsi xarici və daxili borclanmadan, özəlləşdirmədən gələn gəlirlərdən, büdcə təşkilatlarının ödənişli xidmətlərindən daxilolmalar hesabına həyata keçiriləcək. İcmal büdcənin tərkib hissəsi olan Dövlət Sosial Müdafiə Fondunun xərcləri 1 milyard 756 milyon manat olacaq. Bunun 534 milyon manatı dövlət büdcəsindən ayrılan transfert hesabına maliyyələşdiriləcək. Bu da 2009-cu ilə nisbətən 39 milyon manat çox olacaq. Gələn il Dövlət Neft Fondunun büdcəsinin xərcləri 5 milyard 445 milyon manat nəzərdə tutulur. Bu da 2009-cu ilə nisbətən 150 milyon manat və ya 2,8 faiz çox olacaq. Fonddan dövlət büdcəsinə 4,9 milyard manat transfert ayrılacaq. Bundan əlavə, gələn il fondun vəsaitləri hesabına digər dövlət əhəmiyyətli tədbirlər də maliyyələşdiriləcək. Bu məqsədlə 530 milyon manat vəsait xərclənəcək. Bu vəsait Oğuz-Qəbələ zonasından su kəmərinin çəkilişi, Samur-Abşeron suvarma sisteminin yenidən qurulması, qaçqın və məcburi köçkünlərin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına dair tədbirlərin, Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi layihəsinin maliyyələşdirilməsinin davam etdirilməsinə yönəldiləcək. Bundan əlavə, Dövlət Neft Fondunun vəsaitləri hesabına alternativ enerji mənbələrinin yaradılması və ekoloji tədbirlərin həyata keçirilməsi məqsədi ilə də istifadə olunacaq. Fondun vəsaitləri hesabına azərbaycanlı tələbələrin dünyanın tanınmış universitetlərində təhsil alması da maliyyələşdiriləcək. Müzakirələrdə çıxış edən millət vəkili Vahid Əhmədov 1,2 milyardlıq büdcə kəsirinin hansı mənbələr hesabına örtüləcəyinin konkretləşdirilməsini istədi. Onun sözlərinə görə, indiki şəraitdə büdcənin xərclənməsinə nəzarət də artırılmalıdır. Bu məqsədlə xüsusi qanun qəbul olunmalıdır. Millət vəkili dedi ki, gələn il sosial məqsədlərlə ayrılan vəsaitlərin xərclənməsinə nəzarət artırılmalıdır. Onun sözlərinə görə, bu il ünvanlı sosial yardımların verilməsi üçün nəzərdə tutulmuş 200 milyon manatın hamısı ünvanına çatmayıb. Yardımları təyin edənlər 3 və ya 6 ayın pulunu özlərinə götürüblər: "Bununla bağlı bizə yüzlərlə məktub gəlib. Bu məsələlər ciddi yoxlanılmalıdır". Millət vəkili əhalinin banklarda batan əmanətləri ilə bağlı da məsələ qaldırdı. Onun sözlərinə görə, əmanətlərin qaytarılması ilə bağlı Prezident sərəncamı var və bu məqsədlə dövlət komissiyası yaradılıb. Amma hələ də konkret addım atılmayıb: "Samir müəllim, Azərbaycan xalqına açıq demək lazımdır ki, bu əmanətlər qaytarılacaq, yoxsa yox. Bununla bağlı bizə çoxsaylı müraciət daxil olur. Camaata cavab verə bilmirik”. Kənd təsərrüfatı naziri İsmət Abasov rəhbərlik etdiyi nazirliyə büdcədən ayırmaların artdığını bildirdi. Onun sözlərinə görə, hökumət ərzaq təhlükəsizliyinin təmin olunması məsələlərini diqqətdə saxlayır. İldən-ilə ölkədə kənd təsərrüfatı məhsullarının istehsalı artır. İndi əsas problem məhsul satışı ilə bağlıdır. Bu il bəzi fermerlər istehsal etdikləri taxılı və meyvəni sata bilmirlər. Bunu nəzərə alan hökumət rayonlarda soyuducu anbarlar tikir. Millət vəkili Nazim Məmmədov neftin qiyməti ilə bağlı çox ehtiyatlı rəqəmin götürüldüyünü bildirdi. Onun fikrincə, gələn il proqnozlaşdırılan 3 faizlik inflyasiya da real deyil. O dedi ki, "Azəriqaz"ın ARDNŞ-in tərkibinə verilməsindən sonra rayonların qazlaşdırılması dayandırılıb. Onun sözlərinə görə, deputat seçildiyi Gədəbəy rayonundakı kəndlərin qazlaşdırılması işi də yarımçıq qalıb. Millət vəkilinin fərdi cəhdləri də işin bərpa olunması ilə nəticələnməyib. Müzakirələrdən sonra büdcə layihəsi Milli Məclisə tövsiyə edildi.
1946-cı ildə anadan olmuşam. Hazırda yaşa görə təqaüd alıram. İşlədiyim illərdə (1969-1974) Naftalan Şəhər Sovetində İdman Komitəsinin sədri vəzifəsində çalışmışam. Həmin illər dövlət qulluqçusu statusu kimi mənə sayıla bilərmi, eləcə də qulluq stajıma əsasən mənə pensiya təyin olunması mümkündürmü?
İbrahimxəlil QURBANOV, Naftalan şəhəri.
- Sualınıza cavab olaraq bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 01.09.2005-ci il tarixli, 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" qanuna əsasən, pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə dövlət qulluqçularının vəzifələrinin "İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı"nda şəhər sovetinin nəzdində idman komitələri nəzərdə tutulmadığından dövlət qulluğuna edilən güzəştlər sizə şamil edilə bilməz.