Rəsmi

Azərbaycan
Respublikasının
Prezidenti İlham Əliyev

yanvarın 23-də

…Rusiya Federasiyasının Soçi şəhərinə işgüzar səfərə gəlmişdir.
…və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə görüşmüş və qarşılıqlı fikir mübadiləsi aparmışlar.
…və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Rusiyanın "Qazprom-eksport" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında təbii qazın alqı-satqısına dair müqaviləyə 5 nömrəli əlavə sazişin imzalanması mərasimində iştirak etmişlər.
…, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə birgə görüşmüş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələləri müzakirə etmişlər.
…, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair danışıqların yekunlarına əsasən Birgə Bəyanat qəbul etmişlər.
…Rusiya Federasiyasına işgüzar səfərini başa vuraraq həmin gün axşam Bakıya qayıtmışdır.

yanvarın 24-də

…Kür çayının suyunun daşması nəticəsində baş vermiş hadisələrin təkrar olunmaması üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakıya gətirilmiş Niderland Krallığının "Damin" şirkətinin istehsal etdiyi "CSD-500" torpaqsoran qurğulara, Türkiyənin Tuzla şəhərində istehsal olunmuş yedək və təchizat gəmilərinə və tədqiqat katerinə baxış keçirmişdir.

yanvarın 25-də

…Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrəyə işgüzar səfərə gəlmişdir.
…Davosda İsveçrə Konfederasiyasının Prezidenti xanım Eveline Vidner Şlümlə, İsrail Dövlətinin Prezidenti Şimon Pereslə, Avstriyanın "OMV AGE" şirkətinin baş icraçı direktoru Gerhard Roisslə və Amerika Birləşmiş Ştatlarının dövlət katibinin iqtisadiyyat, energetika və kənd təsərrüfatı məsələləri üzrə müavini Robert Hormatsla görüşmüşdür.

yanvarın 26-da

…Davosda "UBS Global" şirkətinin direktorlar şurasının sədri Kaspar Villigerlə, Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottingerlə, Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Klaus Şvabla, Gürcüstanın Baş naziri Nika Gilaurilə, Almaniyanın "Deutıche Bank"ının Mərkəzi və Şərqi Avropa ölkələri üzrə icraçı direktoru Peter Tilslə və idarə heyətinin üzvü Yürgen Figenlə, Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti Yakob Kellenbergerlə, Ukrayna Prezidenti Viktor Yanukoviçlə, RWE şirkətinin baş icraçı direktoru Yurgen Qrossmanla, Pakistan İslam Respublikasının Baş naziri Sayid Yusuf Raza Gilanilə, "Holcim Group" şirkətinin idarə heyətinin sədri Markus Akermanla, "Microsoft International" şirkətinin prezidenti, "Microsoft" Korporasiyasının vitse-prezidenti Jan Kurtua ilə və "Edisson" şirkətinin baş icraçı direktoru Bruno Leskörlə görüşmüşdür.

yanvarın 27-də

…Davosda Böyük Britaniyanın York Hersoqu, şahzadə Endryu ilə görüşmüşdür.

Azərbaycan gələn il İrana qaz ixrac edəcək

16.11.09 - 12:25400 baxılıb

Qazıməmməd-Astara-Bind-Biand kəməri vasitəsilə 500 milyon kubmetr qaz nəql olunacaq

Azərbaycan gələn ildən etibarən Rusiya ilə yanaşı, İrana da qaz ixrac edəcək. Artıq hər iki ölkə arasında qaz ticarəti ilə bağlı anlaşma əldə olunub. Dövlət Neft və İranMilli Qaz İxrac şirkətlərinin dünən imzaladıqları anlaşma memorandumuna əsasən, Azərbaycan qazı 2010-cu ildən etibarən İrana ixrac ediləcək. Sazişin bəndlərinə uyğun olaraq tərəflər noyabr-dekabr aylarında qaz nəqli üçün infrastrukturu tam hazır vəziyyətə gətirməlidirlər.
Qazın nəql olunması ilə əlaqədar ötürmə sistemi və nəql marşrutu hazır vəziyyətdə olduqdan sonra DNŞ və İran Milli Qaz İxrac Şirkəti qazın alqı-satqısına dair sazişi imzalayacaq.
İrana gələn ilin əvvəllərindən başlanacaq qaz nəqli Azərbaycanın bu ölkə vasitəsilə Asiya dövlətlərinə və Fars körfəzi regionuna çıxışını təmin edəcək. İrana nəql olunacaq qazın həcminə gəlincə, DNŞ bu barədə konkret rəqəm söyləməyə tələsmir. Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev bildirib ki, İrana qaz tədarükü ildə 500 milyon kubmetrdən az olmayacaq. İlkin mərhələdə tədarük edilən qazın həcmi ölkələri birləşdirən qaz infrastrukturunun vəziyyəti daha da genişləndikdən sonra yanacağın həcmi də artırılacaq. R.Abdullayev onu da deyib ki, qaz uzunluğu 1474 kilometr olan Qazıməmməd-Astara-Bind-Biand qaz kəməri vasitəsilə nəql olunacaq. 1971-ci ildə istismara verilən Qazax-Astara-İran boru kəmərinin qolu olan həmin kəmər bölgədə ən mühüm nəql marşrutlarından sayılır. 3 kompressor stansiyaya malik kəmərin gücü 55 atmosfer təzyiqə bərabərdir. Boru kəmərinin diametri 1200 millimetrdir. Tam gücü ilə işlədikdə qaz kəməri ilə ildə 10 milyard kubmetr qaz ixrac etmək mümkün olacaq.
DNŞ-nin prezidenti İrana satılacaq qazın qiymətinin məbləği barədə açıqlama verməsə də, yanacağın dünya bazar qiymətlərinə uyğun olacağını xatırladıb. Onun fikrincə, qaz Rusiya ilə imzalanmış tarifə uyğun olacaq. DNŞ prezidenti Azərbaycanın 2010-cu ildə digər ölkələrə də yanacaq ixrac edəcəyini söyləyib. Belə ki, gələn il Yunanıstan, Bolqarıstan, İtaliya, Rumıniya, Macarıstan, Avstriya, Almaniya, İsveçrə kimi ölkələrə də qaz ixrac oluna bilər. Həmin ölkələrdən artıq Yunanıstan, Bolqarıstan və İtaliya ilə anlaşılıb, qazın ixracı ilə bağı elementlər üzərində iş gedir. Ümumiyyətlə, qaz almaq istəyən ölkələr üçün qiymətlərin dünya səviyyəsinə uyğun olması və ixracla bağlı digər şərtlər, xüsusilə də tranzit tarifləri beynəlxalq təcrübəyə uyğun olduğu təqdirdə yanacağın nəqli üçün heç bir problem olmayacaq.
DNŞ rəhbəri Azərbaycanın 4 kəmər vasitəsilə qaz ixrac edəcəyini diqqətə çatdırıb. Bundan başqa, Azərbaycan limanlar vasitəsilə də Avropaya çıxış imkanlarını nəzərdən keçirir. Gürcüstandan Qara dəniz vasitəsilə Ukrayna, Baltik regionu və Mərkəzi Avropaya Azərbaycan qazının ixracı mümkün sayılır.

çap üçün verisya

Axtarish sistemi

  


« February 2012
Mo Tu We Th Fr Sa Su
 12345
6789101112
13141516171819
20212223242526
272829 
Advokat

1946-cı ildə anadan olmuşam. Hazırda yaşa görə təqaüd alıram. İşlədiyim illərdə (1969-1974) Naftalan Şəhər Sovetində İdman Komitəsinin sədri vəzifəsində çalışmışam. Həmin illər dövlət qulluqçusu statusu kimi mənə sayıla bilərmi, eləcə də qulluq stajıma əsasən mənə pensiya təyin olunması mümkündürmü?

İbrahimxəlil QURBANOV,
Naftalan şəhəri.


- Sualınıza cavab olaraq bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 01.09.2005-ci il tarixli, 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" qanuna əsasən, pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə dövlət qulluqçularının vəzifələrinin "İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı"nda şəhər sovetinin nəzdində idman komitələri nəzərdə tutulmadığından dövlət qulluğuna edilən güzəştlər sizə şamil edilə bilməz.


© 2006-2012
Müəllif hüquqları Ulfet Qazeti-nə məxsusdur.
Dizayn NUR D şirkəti tərəfindən hazırlanıb.