Rəsmi

Azərbaycan
Respublikasının
Prezidenti İlham Əliyev

yanvarın 23-də

…Rusiya Federasiyasının Soçi şəhərinə işgüzar səfərə gəlmişdir.
…və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə görüşmüş və qarşılıqlı fikir mübadiləsi aparmışlar.
…və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Rusiyanın "Qazprom-eksport" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında təbii qazın alqı-satqısına dair müqaviləyə 5 nömrəli əlavə sazişin imzalanması mərasimində iştirak etmişlər.
…, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə birgə görüşmüş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələləri müzakirə etmişlər.
…, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair danışıqların yekunlarına əsasən Birgə Bəyanat qəbul etmişlər.
…Rusiya Federasiyasına işgüzar səfərini başa vuraraq həmin gün axşam Bakıya qayıtmışdır.

yanvarın 24-də

…Kür çayının suyunun daşması nəticəsində baş vermiş hadisələrin təkrar olunmaması üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakıya gətirilmiş Niderland Krallığının "Damin" şirkətinin istehsal etdiyi "CSD-500" torpaqsoran qurğulara, Türkiyənin Tuzla şəhərində istehsal olunmuş yedək və təchizat gəmilərinə və tədqiqat katerinə baxış keçirmişdir.

yanvarın 25-də

…Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrəyə işgüzar səfərə gəlmişdir.
…Davosda İsveçrə Konfederasiyasının Prezidenti xanım Eveline Vidner Şlümlə, İsrail Dövlətinin Prezidenti Şimon Pereslə, Avstriyanın "OMV AGE" şirkətinin baş icraçı direktoru Gerhard Roisslə və Amerika Birləşmiş Ştatlarının dövlət katibinin iqtisadiyyat, energetika və kənd təsərrüfatı məsələləri üzrə müavini Robert Hormatsla görüşmüşdür.

yanvarın 26-da

…Davosda "UBS Global" şirkətinin direktorlar şurasının sədri Kaspar Villigerlə, Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottingerlə, Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Klaus Şvabla, Gürcüstanın Baş naziri Nika Gilaurilə, Almaniyanın "Deutıche Bank"ının Mərkəzi və Şərqi Avropa ölkələri üzrə icraçı direktoru Peter Tilslə və idarə heyətinin üzvü Yürgen Figenlə, Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti Yakob Kellenbergerlə, Ukrayna Prezidenti Viktor Yanukoviçlə, RWE şirkətinin baş icraçı direktoru Yurgen Qrossmanla, Pakistan İslam Respublikasının Baş naziri Sayid Yusuf Raza Gilanilə, "Holcim Group" şirkətinin idarə heyətinin sədri Markus Akermanla, "Microsoft International" şirkətinin prezidenti, "Microsoft" Korporasiyasının vitse-prezidenti Jan Kurtua ilə və "Edisson" şirkətinin baş icraçı direktoru Bruno Leskörlə görüşmüşdür.

yanvarın 27-də

…Davosda Böyük Britaniyanın York Hersoqu, şahzadə Endryu ilə görüşmüşdür.

İqtisadiyyatımızı böhran da ləngidə bilmir

26.11.09 - 11:57319 baxılıb

"Maliyyə böhranı ilin ikinci yarısından səngiməyə başlayıb". Bunu Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin (QKDK) sədri Rüfət Aslanlı bildirib. Dünyada və Azərbaycanda baş verən qlobal iqtisadi proseslərə toxunan qurum səlahiyyətlisi bildirib ki, ABŞ iqtisadiyyatı üçüncü rübdən 3,5 faizlik artım nümayiş etdirib. Avropa iqtisadiyyatında isə dirçəlmə ilin ortalarından özünü göstərməyə başlayıb. Göstərilən dövr ərzində Asiyada müşahidə edilən iqtisadi canlanma ilin ikinci rübündən bir qədər də artıb. Lakin bütün bunlara baxmayaraq, cari il dünya iqtisadiyyatı üçün heç də tam yüksəliş ili kimi yadda qalmayacaq. R.Aslanlının sözlərinə görə, Beynəlxalq Valyuta Fondunun (BVF) hesablamaları bu daralmanın 1,1 faiz təşkil edəcəyini göstərir.

2010-cu ildə isə BVF qlobal iqtisadiyyatın 3,1 faiz artımını proqnozlaşdırır. Amma 2010-cu ildə gözlənilən iqtisadi artım da böhranın tamamlanmasını deməyə əsas vermir. Çünki qlobal iqtisadi artımın davamlı xarakter alması üçün bir sıra mühüm təhdid və risklər var. Belə ki, artımın müşahidə olunmasına baxmayaraq, qlobal səviyyədə işsizlik artmaqda davam edir: "İşsizliyin artması dünya səviyyəsində istehlak tələbinin bərpasını ləngidəcək".
Digər təhdidə görə isə böhranın başlanmasının episentri olan maliyyə sisteminin itkiləri tam bərpa olunmayıb və bu itkilər müəyyən mənbələr hesabına ödənilməlidir. Bu da maliyyə sektorunun həm istehlakçılara, həm də biznesə kredit və sərmayələr ayırmasında çox ehtiyatlı olması ilə nəticələnir: "Maliyyələşmə, maliyyə resurslarına sərbəst çıxış isə dayanıqlı iqtisadi artımın ən mühüm elementlərindəndir".
Digər risk isə maliyyə sisteminin tənzimlənməsinə dair tənzimləyicilərin qlobal səviyyədə konsensusa gəlməmələri ilə bağlıdır. Maliyyə bazarlarının gələcəkdə hansı formada idarə olunacağı və ona nəzarət ediləcəyi barədə vahid mövqeyə gəlməmələri bu gün həm investorlarda, həm də bazara çıxacaq potensial iştirakçılarda qeyri-müəyyənlik yaradır. Bu da maliyyə bazarlarının cari rejimdə fəaliyyəti üçün əngəllər törədir.
R.Aslanlı bildirib ki, iqtisadi böhranın eksbansiya etdiyi ilk 7-8 ay ərzində əsas fond biryaları öz kapitallarının 2/3-ni itirib: "Bu, həddindən artıq böyük bir rəqəmdir. Böhranlar tarixində bazarların belə dərin itkiyə məruz qalması heç vaxt müşahidə olunmayıb. Qlobal maliyyə bazarlarında vəziyyət birmənalı deyil. İqtisadi böhran Azərbaycanın da maliyyə sektoruna müəyyən qədər də olsa təsir edib. Bu böhran ölkə iqtisadiyyatına, maliyyə sektoruna ən azından üç kanal vasitəsilə təsirini göstərir. Belə ki, təsir qlobal səviyyədə istehlak tələbatının enməsi fonunda Azərbaycanın ixrac məhsullarının qiymətinin azalması ilə özünü büruzə verir. Digər tərəfdən, qlobal likvidlik çatışmazlığı şəraitində maliyyə sektoru, ölkə iqtisadiyyatının xarici borclanma imkanlarının azalması, mövcud olan borcların qaytarılması zərurəti vasitəsilə təsir edir. Üçüncü kanal isə əhəmiyyətinə görə heç də az olmayan psixoloji təsir vasitəsidir. Bu üç kanal bütövlükdə Azərbaycan iqtisadiyyatının qlobal maliyyə və iqtisadi böhrana dayanıqlığını sınayan vasitələrdir. Bununla belə, qabaqlayıcı və cəsarətli tədbirlər nəticəsində ölkə iqtisadiyyatı, maliyyə sektoru bu təsir kanallarına qarşı dayanıqlıq göstərib və bu, davam edir. BVF-nin proqnozlarına görə, Azərbaycan 2009-cu ili iqtisadi artımla başa vuran çox az ölkələrdən biri olacaq.
İnvestisiya qoyuluşları dayanıqlığın və iqtisadi artımın əsas şərtidir. Sevindirici haldır ki, qoyulan investisiyaların 3/4-ü qeyri-neft sektorunun payına düşür. Bu isə ölkə iqtisadiyyatının şaxələnməsinə və iqtisadi dinamikanın qeyri-neft sektoru hesabına təmin olunmasına imkan verəcək".
Qurum sədri ölkədə makroiqtisadi vəziyyətin sabit olduğunu da vurğulayıb: "İnflyasiyanın səviyyəsi aşağıdır. Manatın məzənnəsi sabitdir. Böhran nəticəsində bank sektoru, qiymətli kağızlar, sığorta bazarlarında heç bir problem olmayıb. Kredit qoyuluşları davam etməkdədir. Tədiyyə balansı müsbət saldoya malikdir.
Bu müddət ərzində əmanətlərin səviyyəsi də 12,2 faiz artıb. BVF-nin proqnozlarına görə, ixrac qiymətlərinin aşağı düşməsi, bütövlükdə qlobal tələbatın azalması nəticəsində 2009-cu ildə ümumdünya ticarətinin 12 faizdən artıq azalması proqnozlaşdırılır. Belə bir şəraitdə Azərbaycanda cari hesabın profisiti bu il ərzində 8,3 milyard ABŞ dolları səviyyəsində gözlənilir. Gələn il üçün isə BVF bu profisiti 12 milyard dollar səviyyəsində proqnozlaşdırır. Cari hesabın profisiti 2009-cu ildə ÜDM-in 19,6 faizini, 2010-cu ildə 23,1 faizini təşkil edəcək. Bu da region ölkələri arasında ən yüksək səviyyədir".
Rəsmi valyuta ehtiyatlarına gəlincə, bu göstərici ilin əvvəlindən 7,4 faiz artıb və 19 milyard ABŞ dollarına çatıb. Büdcənin bütün əsas istiqamətləri üzrə fiskal vəziyyət də normaldır.
Maliyyə sarsıntılarının qiymətli kağızlar bazarına təsirinə gəlincə, bu amil mənfi təsiri ilə yanaşı, adıçəkilən bazarın inkişafı üçün də müəyyən imkanlar açıb. R.Aslanlının sözlərinə görə, onların minimallaşdırılması üçün əvvəlcədən müəyyən hazırlıq işləri aparılıb: "Birincisi, Azərbaycanın maliyyə sistemi qlobal maliyyə sisteminə inteqrasiya olunsa da, bütün dövrlərdə balanslaşdırılmış xarici borclanma siyasəti həyata keçirib. Belə ki, ölkə iqtisadiyyatı 2005-ci ildən başlayaraq çox yüksək artım nümayiş etdirirdi. Belə bir şəraitdə xarici investorların Azərbaycan bazarına, iqtisadiyyatına, eləcə də ölkə bazarında həm dövlət, həm də korporativ, özəl sektorun qiymətli kağızlarına marağı yüksəlirdi".
Bu marağın artmasına baxmayaraq, qiymətli kağızlar bazarında daim balanslaşdırılmış xarici borclanma siyasəti həyata keçirilib. Belə ki, dövlət qiymətli kağızları vasitəsilə borclanmada xarici investorların payı hətta ən pik səviyyəsində 35 faizə çatmayıb. Bu da çoxbalanslı və mühafizəkar yanaşmadır: "Nəticəsi odur ki, artıq 2008-ci ilin sonlarında dünya maliyyə bazarlarında kəskin likvidlik qıtlığı olarkən, həmin investorlar vəsaitlərini geri istəyəndə Azərbaycanda bu öhdəliyin icrası üçün heç bir problem olmadı. Bu proses də mərhələlərlə həyata keçirilib. Belə ki, 3 ay ərzində təxminən 100 milyon dollara yaxın xarici sərmayə ölkənin qiymətli kağızlar bazarından çıxarılıb. Özəl sektorun borclanmasına gəlincə, burada borclanmalar əsasən bank, maliyyə sektoru vasitəsilə həyata keçirilib. Burada da pay ən pik borclanma səviyyəsində cəmi öhdəliklərin 25 faizinə çatmayıb".
Qiymətli kağızlar bazarının dayanıqlığını təmin edən ikinci məsələ isə Azərbaycan bazarında mürəkkəb, riskləri çətin anlaşılan maliyyə alətlərinin tətbiq olunmamasıdır. Nəticədə bu amillər bazarın inkişafını təmin edib: "9 ayda ölkə bazarında korporativ qiymətli kağızlar 11,2 faiz artaraq 345 milyon manata çatıb. Səhmlərin ilkin yerləşdirilməsi 3,1 faiz, təkrar bazarda əməliyyatlar 54 dəfə artıb. Dövr ərzində Maliyyə Nazirliyinin buraxdığı dövlət istiqrazlarının həcmi 61 faiz artaraq 520 milyon manata çatıb. Bu da fiskal sabitlik baxımından təhlükəli hədd deyil".
9 ay ərzində qeyri-investisiya qiymətli kağızlarla - mənzil sertifikatları, veksel, ipoteka kağızları ilə ticarətin səviyyəsi də artıb: "İpoteka kağızlarının dinamikası 17 faiz təşkil edib. Bunun da əsas səbəbi Azərbaycan İpoteka Fondu tərəfindən yenidən maliyyələşdirilən kreditlərin ilin ikinci yarısından bərpa olunmasıdır. Gözləyirik ki, gələn il bu dinamika daha da yüksək olacaq".
Növbəti il üçün komitənin hədəflərindən də söz açan R.Aslanlı bildirib ki, ticarət infrastrukturunun təkmilləşdirilməsi ilə bağlı işlər aparılır. Hazırda qurum qiymətli kağızlar ticarət sisteminin milli ödəniş sistemi ilə inteqrasiyası proqramı üzərində çalışır: "Gələn ilin ortalarına qədər qiymətli kağızlarla ticarətin avtomatlaşdırılmasını yekunlaşdırmağa çalışırıq. Növbəti ildə bazarın peşəkar iştirakçılarının peşə səviyyəsini və onların tənzimlənməsi çərçivəsini bazarın tələbləri səviyyəsinə çatdıracağıq".

Gülər KƏrimli.

çap üçün verisya

Axtarish sistemi

  


« February 2012
Mo Tu We Th Fr Sa Su
 12345
6789101112
13141516171819
20212223242526
272829 
Advokat

1946-cı ildə anadan olmuşam. Hazırda yaşa görə təqaüd alıram. İşlədiyim illərdə (1969-1974) Naftalan Şəhər Sovetində İdman Komitəsinin sədri vəzifəsində çalışmışam. Həmin illər dövlət qulluqçusu statusu kimi mənə sayıla bilərmi, eləcə də qulluq stajıma əsasən mənə pensiya təyin olunması mümkündürmü?

İbrahimxəlil QURBANOV,
Naftalan şəhəri.


- Sualınıza cavab olaraq bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 01.09.2005-ci il tarixli, 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" qanuna əsasən, pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə dövlət qulluqçularının vəzifələrinin "İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı"nda şəhər sovetinin nəzdində idman komitələri nəzərdə tutulmadığından dövlət qulluğuna edilən güzəştlər sizə şamil edilə bilməz.


© 2006-2012
Müəllif hüquqları Ulfet Qazeti-nə məxsusdur.
Dizayn NUR D şirkəti tərəfindən hazırlanıb.