Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
yanvarın 23-də
…Rusiya Federasiyasının Soçi şəhərinə işgüzar səfərə gəlmişdir. …və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə görüşmüş və qarşılıqlı fikir mübadiləsi aparmışlar. …və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Rusiyanın "Qazprom-eksport" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında təbii qazın alqı-satqısına dair müqaviləyə 5 nömrəli əlavə sazişin imzalanması mərasimində iştirak etmişlər. …, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə birgə görüşmüş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələləri müzakirə etmişlər. …, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair danışıqların yekunlarına əsasən Birgə Bəyanat qəbul etmişlər. …Rusiya Federasiyasına işgüzar səfərini başa vuraraq həmin gün axşam Bakıya qayıtmışdır.
yanvarın 24-də
…Kür çayının suyunun daşması nəticəsində baş vermiş hadisələrin təkrar olunmaması üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakıya gətirilmiş Niderland Krallığının "Damin" şirkətinin istehsal etdiyi "CSD-500" torpaqsoran qurğulara, Türkiyənin Tuzla şəhərində istehsal olunmuş yedək və təchizat gəmilərinə və tədqiqat katerinə baxış keçirmişdir.
yanvarın 25-də
…Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrəyə işgüzar səfərə gəlmişdir. …Davosda İsveçrə Konfederasiyasının Prezidenti xanım Eveline Vidner Şlümlə, İsrail Dövlətinin Prezidenti Şimon Pereslə, Avstriyanın "OMV AGE" şirkətinin baş icraçı direktoru Gerhard Roisslə və Amerika Birləşmiş Ştatlarının dövlət katibinin iqtisadiyyat, energetika və kənd təsərrüfatı məsələləri üzrə müavini Robert Hormatsla görüşmüşdür.
yanvarın 26-da
…Davosda "UBS Global" şirkətinin direktorlar şurasının sədri Kaspar Villigerlə, Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottingerlə, Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Klaus Şvabla, Gürcüstanın Baş naziri Nika Gilaurilə, Almaniyanın "Deutıche Bank"ının Mərkəzi və Şərqi Avropa ölkələri üzrə icraçı direktoru Peter Tilslə və idarə heyətinin üzvü Yürgen Figenlə, Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti Yakob Kellenbergerlə, Ukrayna Prezidenti Viktor Yanukoviçlə, RWE şirkətinin baş icraçı direktoru Yurgen Qrossmanla, Pakistan İslam Respublikasının Baş naziri Sayid Yusuf Raza Gilanilə, "Holcim Group" şirkətinin idarə heyətinin sədri Markus Akermanla, "Microsoft International" şirkətinin prezidenti, "Microsoft" Korporasiyasının vitse-prezidenti Jan Kurtua ilə və "Edisson" şirkətinin baş icraçı direktoru Bruno Leskörlə görüşmüşdür.
yanvarın 27-də
…Davosda Böyük Britaniyanın York Hersoqu, şahzadə Endryu ilə görüşmüşdür.
Yanvarın birinci yarısınadək bütün yeni il hədiyyələri yoxlanılacaq
Rusiyada bayram endirimlərinə nəzarətin gücləndirilməsi məqsədiilə qanunvericiliyə dəyişiklik edilib
Yeni ilin gəlişi ilə paytaxtın mağazalarının qapı və pəncərələrində "endirim kampaniyası başladı" yazılarının sayı daha da artıb. Bu yazılar nə qədər reallığa yaxındır? Mütəxəssislərin bu suala münasibətini öyrənməmişdən əvvəl bir neçə mağazaya baş çəkdik. "Endirimlər" əsasən satılmayan, uzun müddət mağazalarda yatıb qalan mallara şamil edilir. Mövsümi, alıcılarda maraq doğuran mallar isə kampaniyaya daxil olunmayıb. Ən təəccüb doğuranı odur ki, endirimlə satılan malların üzərində əvvəlki qiymət yazılmayıb.
İqtisadi İnkişaf Nazirliyinin rəsmiləri hesab edirlər ki, mağazaların bu siyasəti alıcıları çaşdırmaq məqsədi daşıyır. Ona görə də alıcılara diqqətli olmaq tövsiyə edilir. Ölkəmizdə keçirilən endirim kampaniyalarının bir mənfi cəhəti də satışda saxta malların çəkisinin artmasıdır. Onsuz da paytaxtdakı mağazalarda tanınmış markaların məhsullarına az rast gəlinir. Endirim kampaniyalarında isə Bakıdakı sexlərdə tikilən paltarlar satışa çıxarılır. Endirim kampaniyalarında diqqətimizi çəkən məqamlardan biri də 150-200 manata satılan malların İtaliya, Fransa kimi ölkələrdə tanınmış markaların adını daşımasıdır. Amma məsələ ondadır ki, tanınmış markalar endirim kampaniyalarında belə 1000-2000 manatdan aşağı geyim satmırlar. Məşhur firmaların məhsullarının qiymətinin xarici ölkələrlə müqayisədə nisbətən ucuz olmasına gəlincə, satıcılar dedilər ki, yeni mövsümün gəlməsi ilə həm dükanı, həm də geyimləri reklam etməkdən ötrü belə endirimlərə start verilib. Əslində endirim kampaniyaları nə məqsədlə keçirilməlidir? sualına ekspert Rəhim Hüseynov aydınlıq gətirdi. Avropada keyfiyyət problemi olmadığından firmalar öz məhsullarını tanıtmaq, alıcı toplamaq üçün bu üsula əl atırlar. Digər məqsəd ötən mövsümlərdən qalan geyimləri sataraq nağd pula çevirməkdir. Məqsədlərdən biri də daimi alıcılarını qoruyub saxlamaq üçün onlara yeni il ərəfəsində güzəştə getməkdir. Azərbaycanda isə adətən endirim kampaniyaları mağaza sahiblərinin yaxşı pul qazanmaq mənbəyidir. Çünki əksər "endirim kompaniya"larının monitorinqi göstərir ki, bu heç də paytaxtın ticarət obyektlərində qiymətlərin kəskin azalmasına səbəb olmayıb. Bəzi ticarət obyektlərinin 50-60 faiz endirim elan edilməsinə baxmayaraq, "endirilmiş qiymətlər" yüsək olaraq qalmaqdadır. İqtisadi və Sosial İnkişaf Mərkəzinin mütəxəssislərinin qənaətinə görə, "saxta endirimlər" problemi son illərin ən çox diqqəti çəkən məsələlərindəndir. Belə ki, Bakının bir çox ticarət obyektlərində endirimlər saxta xarakter daşıyır və bu, sadəcə, alıcıları cəlb etmək məqsədi ilə həyata keçirilir. Ekspertlər hesab edirlər ki, süni qiymət artımları kimi saxta endirimlər də ölkə qanunvericiliyinə ziddir. Buna görə də, İqtisadi İnkişaf Nazirliyi saxta endirimlərə qarşı da mübarizəni gücləndirməlidir. Yeri gəlmişkən, Rusiyada bayram endirimlərinə nəzarətin gücləndirilməsi məqsədi ilə qanunvericiliyə dəyişiklik edilib. Artıq saxta endirimlərə yol verən ticarət obyektlərini ciddi maliyyə cərimələri gözləyir. Analoji qanunvericilik aktları bir sıra MDB ölkələrində, hətta bəzi Mərkəzi və Şərqi Avropa dövlətlərində də qəbul edilib. Bu baxımdan Azərbaycanda da uyğun addımın atılması olduqca vacibdir.
1946-cı ildə anadan olmuşam. Hazırda yaşa görə təqaüd alıram. İşlədiyim illərdə (1969-1974) Naftalan Şəhər Sovetində İdman Komitəsinin sədri vəzifəsində çalışmışam. Həmin illər dövlət qulluqçusu statusu kimi mənə sayıla bilərmi, eləcə də qulluq stajıma əsasən mənə pensiya təyin olunması mümkündürmü?
İbrahimxəlil QURBANOV, Naftalan şəhəri.
- Sualınıza cavab olaraq bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 01.09.2005-ci il tarixli, 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" qanuna əsasən, pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə dövlət qulluqçularının vəzifələrinin "İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı"nda şəhər sovetinin nəzdində idman komitələri nəzərdə tutulmadığından dövlət qulluğuna edilən güzəştlər sizə şamil edilə bilməz.