Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
yanvarın 23-də
…Rusiya Federasiyasının Soçi şəhərinə işgüzar səfərə gəlmişdir. …və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə görüşmüş və qarşılıqlı fikir mübadiləsi aparmışlar. …və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Rusiyanın "Qazprom-eksport" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında təbii qazın alqı-satqısına dair müqaviləyə 5 nömrəli əlavə sazişin imzalanması mərasimində iştirak etmişlər. …, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə birgə görüşmüş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələləri müzakirə etmişlər. …, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair danışıqların yekunlarına əsasən Birgə Bəyanat qəbul etmişlər. …Rusiya Federasiyasına işgüzar səfərini başa vuraraq həmin gün axşam Bakıya qayıtmışdır.
yanvarın 24-də
…Kür çayının suyunun daşması nəticəsində baş vermiş hadisələrin təkrar olunmaması üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakıya gətirilmiş Niderland Krallığının "Damin" şirkətinin istehsal etdiyi "CSD-500" torpaqsoran qurğulara, Türkiyənin Tuzla şəhərində istehsal olunmuş yedək və təchizat gəmilərinə və tədqiqat katerinə baxış keçirmişdir.
yanvarın 25-də
…Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrəyə işgüzar səfərə gəlmişdir. …Davosda İsveçrə Konfederasiyasının Prezidenti xanım Eveline Vidner Şlümlə, İsrail Dövlətinin Prezidenti Şimon Pereslə, Avstriyanın "OMV AGE" şirkətinin baş icraçı direktoru Gerhard Roisslə və Amerika Birləşmiş Ştatlarının dövlət katibinin iqtisadiyyat, energetika və kənd təsərrüfatı məsələləri üzrə müavini Robert Hormatsla görüşmüşdür.
yanvarın 26-da
…Davosda "UBS Global" şirkətinin direktorlar şurasının sədri Kaspar Villigerlə, Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottingerlə, Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Klaus Şvabla, Gürcüstanın Baş naziri Nika Gilaurilə, Almaniyanın "Deutıche Bank"ının Mərkəzi və Şərqi Avropa ölkələri üzrə icraçı direktoru Peter Tilslə və idarə heyətinin üzvü Yürgen Figenlə, Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti Yakob Kellenbergerlə, Ukrayna Prezidenti Viktor Yanukoviçlə, RWE şirkətinin baş icraçı direktoru Yurgen Qrossmanla, Pakistan İslam Respublikasının Baş naziri Sayid Yusuf Raza Gilanilə, "Holcim Group" şirkətinin idarə heyətinin sədri Markus Akermanla, "Microsoft International" şirkətinin prezidenti, "Microsoft" Korporasiyasının vitse-prezidenti Jan Kurtua ilə və "Edisson" şirkətinin baş icraçı direktoru Bruno Leskörlə görüşmüşdür.
yanvarın 27-də
…Davosda Böyük Britaniyanın York Hersoqu, şahzadə Endryu ilə görüşmüşdür.
Vahid Əhmədov: "Daxili bazarın saxta məhsullardan müdafiəsi beynəlxalq təcrübədə sınanmış çeşidli səmərəli mexanizmlərə əsaslanmaqla həyata keçirilməlidir"
Zahid İsayev: "Əvvəlki illərlə müqayisədə ticarət obyektlərində saxta məhsulun miqdarı xeyli dərəcədə azalıb"
Sevgim Rəhmanov: "Saxta malın mağazalardan tam yığışdırılmasının yollarından biri malın hesab fakturasının tələb olunmasıdır"
İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti mütəmadi olaraq ticarət obyektlərində monitorinqlər aparır. Hər dəfə də külli miqdarda saxta mal aşkarlanır. Amma yoxlamaların miqyası, sahibkarlara qarşı tətbiq olunan inzibati cərimələrin məbləği artdıqca aşkar olunan saxta məhsulların həcmi də çoxalır. Ötən il İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən keçirilən monitorinqlər zamanı ümumi çəkisi 137 ton olan saxlama müddəti ötən və mənşəyi məlum olmayan ərzaq məhsulları aşkar olunaraq satışdan çıxarılıb.
Yararsız malların 7,8 tonunu ət və ət məhsulları, 15,1 tonunu süd və süd məhsulları, 34,8 tonunu mineral sular və sərinləşdirici içkilər, 18 tonunu şəkər və qənnadı məhsulları təşkil edib. Dövlət Xidməti tərəfindən ötən il həmçinin 3,3 ton taxıl məhsulları, 7,1 ton yağ, 2,3 ton konservləşdirilmiş məhsullar, 5,7 ton tamlı məhsullar (tomat pastası, ketçup və s.), 36,6 ton spirtli içki, 1,1 ton yarımfabrikatlar, 0,4 ton balıq və digər dəniz məhsulları satışdan çıxarılaraq məhv edilib. Bununla yanaşı, istifadə müddəti ötən 1,7 ton uşaq yeməkləri satışdan çıxarılıb. Xarici ölkələrdə belə bir təcrübə var ki, istehsal və ya idxal olunan məhsul yerində aidiyyəti qurumlar tərəfindən ciddi yoxlanılaraq satışa buraxılır. Maraqlıdır, bu təcrübənin Azərbaycanda tətbiqi mümkün deyilmi? Aidiyyəti dövlət qurumları tərəfindən aparılan yoxlamaların saxta məhsulların bazardan tam yığışdırılması üçün yetərli olmadığını bildirən Tacirlər İctimai Birliyinin sədri Sevgim Rəhmanovun sözlərinə görə, ilk öncə saxta malların nədən ibarət olduğunu müəyyənləşdirmək vacibdir: "Əvvəlcə aydınlıq gətirmək lazımdır ki, həmin dövlət qurumlarının aşkarladığı saxta mal nədən ibarətdir. Onların yaydığı məlumatdan da göründüyü kimi, əksəriyyəti vaxtı ötmüş, sənədləri olmayan məhsullardır. Gizli sexdə istehsal olunan, mənşəyi bəlli olmayan və xaricdən qanunsuz yolla gətirilən məhsullar çox vaxt monitorinqlərin hədəfinə heç rast gəlmir. Amma satışda bu malların miqdarı daha çoxdur. Əgər ciddi tədbirlər görülməsə, o yoxlamaların nəticəsi olmayacaq. Hesab edirəm ki, ilk növbədə qanunvericilikdə olan boşluqlar doldurulmalıdır. Hələ də Azərbaycanda "Ticarət haqqında" qanun yoxdur. Nazirlər Kabinetinin ölkə daxilində mövcud ticarətin təşkili barədə 1998-ci il 80 saylı qərarı isə işləmir. İqtisadi İnkişaf Nazirliyi Ticarət Nazirliyinin bazasında yaradılıb. Bu gün ancaq o nazirliyin nəzdində nə ticarət departamenti, nə də ticarət məsələlərini tənzimləyən başqa qurum yoxdur. Monitorinq aparan İstehlak Bazarına Nəzarət üzrə Dövlət Xidməti isə istehlakçıların hüquqlarını qoruyur. Bəs ticarətçilərin hüquqlarını kim qoruyacaq?".
"Ticarətdə çalışanların 70 faizinin ticarət savadı yoxdur, ticarət nədir bilmirlər"
S.Rəhmanovun qənaətinə görə, ticarət fəaliyyəti ilə məşğul olanların maariflənməyə də böyük ehtiyacı var: "Bu fəaliyyətlə məşğul olanların çoxu elementar ticarət qaydalarından xəbərsizdir. Ticarətdə çalışanların 70 faizinin ticarət savadı yoxdur, ticarət nədir bilmirlər. Azərbaycandan başqa dünyanın heç bir yerində belə bir təcrübə yoxdur ki, yerindən duran küçənin yuxarısından malı alıb, aşağıda satsın. Yerindən duran ticarətlə məşğul olur. Buna görə də yoxlamalarla yanaşı, maarifləndirmə tədbirləri də həyata keçirilməlidir. Ticarətdə işləyənlərin savadı artırılmalıdır. Axı niyə, qanunvericiliyimizdə yalnız ticarət sahəsində işləyənlərdən heç bir sənəd tələb olunmur?". S.Rəhmanov yoxlamaların nəticəsi haqqında ictimayyəti məlumatlandırmağı da vacib sayır: "Bəzən 10 obyektdə yoxlama aparılır. Amma nəticələri mətbuat və televiziya vasitəsilə yayımlanan 1-2 faiz obyekt olur.
"Əvvəlki illərlə müqayisədə ticarət obyektlərində saxta məhsulun miqdarı xeyli dərəcədə azalıb"
İqtisadi İnkişaf Nazirliyi Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin rəisi vəzifəsini icra edən Zahid İsayevin sözlərinə görə, bu qurum əsasən istehlakçıların təmasda olduğu bazar və ticarət obyektlərində monitorinq keçirmək səlahiyyətinə malikdir: "Biz satışa buraxılan məhsulların istifadə müddətinə, keyfiyyətinə, sertifikatlaşma sənədlərinin olub-olmamasına nəzarət funksiyası həyata keçiririk. İstehsal müəssisələrində monitorinq keçirmək səlahiyəti başqa dövlət qurumlarının funksiyalarına daxildir. Keçirilən monitorinqlərin müəyyən nəticəsi də olur. Əvvəlki illərlə müqayisədə ticarət obyektlərində saxta məhsulun miqdarı xeyli dərəcədə azalıb". Z.İsayevin sözlərinə görə, bir dəfə monitorinq aparılmaqla işlər yekunlaşmır: "Əvvəl keyfiyyətsiz mal satılan obyektlərə təkrar nəzarət tədbiri həyata keçirilir. Əksər hallarda verilən tapşırıqların yerinə yetirildiyi məlum olur, həmin obyektlərdə çox vaxt saxta mal tapılmır". Xidmət rəis əvəzi Azərbaycanda yeyinti məhsullarının keyfiyyəti və təhlükəsizliyini öyrənmək üçün müasir laboratoriya yaradıldığını vurğuladı: "Həmin laboratoriyalarda quraşdırılan yüksək dəqiqliklə işləyən aparatlar vasitəsilə yeyinti məhsullarının bakteriyaların nəinki həcmini, hətta sayını da müəyyənləşdirmək mümkün olur. İqtisadi İnkişaf Nazirliyi həmin laboratoriyalarda Amerika, Almaniya və yapon firmalarının istehsalı olan ən müasir cihaz və avadanlıqlar quraşdırıb. Bu isə demək olar ki, bütün ərzaq məhsullarının keyfiyyətini və təhlükəsizliyini qiymətləndirməyə imkan verir. Bu nöqteyi-nəzərdən satışa çıxarılan saxta məhsulun həcmini minimuma endirmək mümkün olacaq". Mövcud qanunvericiliklə istehsal müəssisələrində monitorinq aparmaq səlahiyyəti Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinə verilib. Qurumun nəzarət tədbirləri haqda məlumat verən komitənin mətbuat xidmətinin rəhbəri Fazil Talıblı dedi ki, komitənin mütəxəssisləri ərzaq məhsullarının keyfiyyətinə nəzarət məqsədi ilə 22 müəssisədə monitorinq aparıblar: "Aparılmış monitorinq nəticəsində kolbasa və sosiska məmulatlarının, tort, şərq şirniyyatı, qablaşdırılmış yarımfabrikatlar istehsalı ilə məşğul olan, qızardılmış çörək tikələri (suxarı) istehsal edən bu müəssisələrdə normativ sənədlərin tələblərinə cavab vermədiyi, sertifikatsız məhsulların istehsal olunduğu, istehsalda istifadə olunan ölçmə vasitələrinin dövlət yoxlamasından keçirilmədiyi aşkarlanıb. Bəzi müəssisələrdə məhsulun markalanmasında istifadə müddəti 60 gün göstərilməli olduğu halda məhsulun üzərində 6 ay göstərilməsi yol verilən nöqsanlardır". İqtisadçı millət vəkili Vahid Əhmədov isə hesab edir ki, daxili bazarın saxta məhsullardan müdafiəsi beynəlxalq təcrübədə sınanmış çeşidli səmərəli mexanizmlərə əsaslanmaqla həyata keçirilməlidir: “Daxili bazarın müdafiəsi əsasən tarif və qeyri-tarif məhdudiyyətlərini əhatə edir. Bu normalar qanunvericilik qaydasında xarici ticarət fəaliyyətinin dövlət tənzimlənməsinin hüquqi əsasını formalaşdırmalıdır. Ayrı-ayrı məhsul növlərinə münasibətdə tənzimlənmə, müdafiə tədbirləri kimi nəzərdə tutulur: ixrac və idxalın kəmiyyət məhdudiyyətləri, ixrac və idxala dövlət inhisarı, idxalın məhdudlaşdırılması və ya qadağan edilməsi, idxala texniki, ekoloji, keyfiyyət və başqa tələblər, nəzarət və s. Nəzərdə tutulur ki, yerli istehsal və yerli istehlak həcmləri nəzərə alınmaqla, xarici mənşəli məhsulların daxili bazara daxilolma imkanları, həcmləri, çeşidləri, zəruri hallarda isə müddətləri tənzimlənməli, reqlamentləşdirilməlidir. Nəticə etibarı ilə yerli məhsulların üstün rəqabət imkanları, idxalı əvəzləyən sahələrin inkişafı təmin edilməlidir. Bu tədbirlər müddətli xarakter daşımalı, konkret sahə üçün digər stimullaşdırıcı amillər də kompleks təşkil etməklə, nəticədə real inkişaf impulsu rolunu oynamalıdır”.
1946-cı ildə anadan olmuşam. Hazırda yaşa görə təqaüd alıram. İşlədiyim illərdə (1969-1974) Naftalan Şəhər Sovetində İdman Komitəsinin sədri vəzifəsində çalışmışam. Həmin illər dövlət qulluqçusu statusu kimi mənə sayıla bilərmi, eləcə də qulluq stajıma əsasən mənə pensiya təyin olunması mümkündürmü?
İbrahimxəlil QURBANOV, Naftalan şəhəri.
- Sualınıza cavab olaraq bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 01.09.2005-ci il tarixli, 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" qanuna əsasən, pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə dövlət qulluqçularının vəzifələrinin "İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı"nda şəhər sovetinin nəzdində idman komitələri nəzərdə tutulmadığından dövlət qulluğuna edilən güzəştlər sizə şamil edilə bilməz.