Rəsmi

Azərbaycan
Respublikasının
Prezidenti İlham Əliyev

yanvarın 23-də

…Rusiya Federasiyasının Soçi şəhərinə işgüzar səfərə gəlmişdir.
…və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə görüşmüş və qarşılıqlı fikir mübadiləsi aparmışlar.
…və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Rusiyanın "Qazprom-eksport" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında təbii qazın alqı-satqısına dair müqaviləyə 5 nömrəli əlavə sazişin imzalanması mərasimində iştirak etmişlər.
…, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə birgə görüşmüş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələləri müzakirə etmişlər.
…, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair danışıqların yekunlarına əsasən Birgə Bəyanat qəbul etmişlər.
…Rusiya Federasiyasına işgüzar səfərini başa vuraraq həmin gün axşam Bakıya qayıtmışdır.

yanvarın 24-də

…Kür çayının suyunun daşması nəticəsində baş vermiş hadisələrin təkrar olunmaması üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakıya gətirilmiş Niderland Krallığının "Damin" şirkətinin istehsal etdiyi "CSD-500" torpaqsoran qurğulara, Türkiyənin Tuzla şəhərində istehsal olunmuş yedək və təchizat gəmilərinə və tədqiqat katerinə baxış keçirmişdir.

yanvarın 25-də

…Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrəyə işgüzar səfərə gəlmişdir.
…Davosda İsveçrə Konfederasiyasının Prezidenti xanım Eveline Vidner Şlümlə, İsrail Dövlətinin Prezidenti Şimon Pereslə, Avstriyanın "OMV AGE" şirkətinin baş icraçı direktoru Gerhard Roisslə və Amerika Birləşmiş Ştatlarının dövlət katibinin iqtisadiyyat, energetika və kənd təsərrüfatı məsələləri üzrə müavini Robert Hormatsla görüşmüşdür.

yanvarın 26-da

…Davosda "UBS Global" şirkətinin direktorlar şurasının sədri Kaspar Villigerlə, Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottingerlə, Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Klaus Şvabla, Gürcüstanın Baş naziri Nika Gilaurilə, Almaniyanın "Deutıche Bank"ının Mərkəzi və Şərqi Avropa ölkələri üzrə icraçı direktoru Peter Tilslə və idarə heyətinin üzvü Yürgen Figenlə, Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti Yakob Kellenbergerlə, Ukrayna Prezidenti Viktor Yanukoviçlə, RWE şirkətinin baş icraçı direktoru Yurgen Qrossmanla, Pakistan İslam Respublikasının Baş naziri Sayid Yusuf Raza Gilanilə, "Holcim Group" şirkətinin idarə heyətinin sədri Markus Akermanla, "Microsoft International" şirkətinin prezidenti, "Microsoft" Korporasiyasının vitse-prezidenti Jan Kurtua ilə və "Edisson" şirkətinin baş icraçı direktoru Bruno Leskörlə görüşmüşdür.

yanvarın 27-də

…Davosda Böyük Britaniyanın York Hersoqu, şahzadə Endryu ilə görüşmüşdür.

Davosdan xoş xəbərlər gəlmədi

01.02.10 - 12:12242 baxılıb

Valyuta Fondu 2010-cu ildə qlobal böhranın davam edəcəyini və neftin qiymətinin 40 dollara düşəcəyini bəyan etdi

İsveçrənin qış kurort şəhəri olan Davosda öz işinə başlayan Ümumdünya İqtisadi Forumunun ilk günləri sakit axarda keçməyib. Sayca 40-cı forum olan bu tədbirdə iştirak edən dünyanın 90-dan çox ölkəsinin dövlət və hökumət başçısının, 2500-dək iş adamının, siyasətçilərin müzakirələri göstərir ki, Davosda əsas məsələ olan qlobal böhranla mübarizədə yekdillik yoxdur. Dünya dövlətlərinin liderləri bu məsələdə bir araya gələ bilmirlər.
Qlobal maliyyə böhranı ilə mübarizə və dünya iqtisadiyyatının dirçəlməsinə dair təkliflər zamanı dünyanın nüfuzlu siyasətçiləri və iqtisadçıları, eləcə də biznes dairələri arasında gərginliklər də yaşanıb. İqtisadiyyat üzrə professor Nutiel Rubinin fikirləri isə tədbir iştirakçılarına sarsıdıcı zərbə təsiri bağışlayıb. Cənab Rubin deyib ki, 2010-cu ildə yeni qlobal maliyyə böhranı başlayacaq və Avropa ölkələrinin əksəriyyəti müflis olacaq. Böhranın üçüncü sarsıdıcı zərbəsi yeni fəsadları ilə dünya iqtisadiyyatını cənginə alacaq.
ABŞ-ın maliyyə naziri Timoti Qeytner də bəyan edib ki, dünya maliyyə böhranı ən azı 3 il davam edəcək. Valyuta Fondunun direktorunun birinci müavini Con Lipskinin fikirləri isə neft ölkələrində şok yaradıb. C.Lipski bəyan edib ki, böhran mal və xidmətlərin istehsal bölmələrinə keçib və bu sahələrdə fəallığın azalması yanacağa olan tələbatın da aşağı düşməsinə səbəb olacaq. İlk növbədə neftə tələbat azalacaq. Dünya iqtisadiyyatında əsas yanacaq istehlakçıları olan Çin və ABŞ böhran nəticəsində neftin tədarükünü azaltmağa qərar verəcək. Bu isə neftin qiymətinin yenidən ucuzlaşması ilə nəticələnə bilər. İlin ortalarına doğru neftin qiyməti 50-40 dollara düşə bilər. Beynəlxalq Valyuta Fondunun direktorunun birinci müavini onu da vurğulayıb ki, qlobal iqtisadi böhran Azərbaycana da təsirsiz ötüşməyəcək. Azərbaycan hökuməti çalışmalıdır ki, böhran vətəndaşlara az təsir etsin.
Böyük Britaniyanın HSBC bankının direktoru Con Kreysbern fikrincə, hazırda dünya maliyyə sistemində likvidlik problemi davam edir, bankların pul qıtlığı ilə üzləşməsi onların müflis olmasına gətirib çıxaracaq. Bir sıra dövlətlər ilin ortalarına kimi bankların faiz dərəcələrini sıfıra endirməyə məcbur olacaq ki, bu da maliyyə bazarlarını sarsıdacaq. Bankların borc yükü, likvidlik çatışmazlığı bütün ölkələrdə real sektora mənfi təsir edəcək və nəticədə əmək bazarlarında ciddi problemlər müşahidə olunacaq.

çap üçün verisya

Axtarish sistemi

  


« February 2012
Mo Tu We Th Fr Sa Su
 12345
6789101112
13141516171819
20212223242526
272829 
Advokat

1946-cı ildə anadan olmuşam. Hazırda yaşa görə təqaüd alıram. İşlədiyim illərdə (1969-1974) Naftalan Şəhər Sovetində İdman Komitəsinin sədri vəzifəsində çalışmışam. Həmin illər dövlət qulluqçusu statusu kimi mənə sayıla bilərmi, eləcə də qulluq stajıma əsasən mənə pensiya təyin olunması mümkündürmü?

İbrahimxəlil QURBANOV,
Naftalan şəhəri.


- Sualınıza cavab olaraq bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 01.09.2005-ci il tarixli, 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" qanuna əsasən, pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə dövlət qulluqçularının vəzifələrinin "İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı"nda şəhər sovetinin nəzdində idman komitələri nəzərdə tutulmadığından dövlət qulluğuna edilən güzəştlər sizə şamil edilə bilməz.


© 2006-2012
Müəllif hüquqları Ulfet Qazeti-nə məxsusdur.
Dizayn NUR D şirkəti tərəfindən hazırlanıb.