Rəsmi

Azərbaycan
Respublikasının
Prezidenti İlham Əliyev

yanvarın 23-də

…Rusiya Federasiyasının Soçi şəhərinə işgüzar səfərə gəlmişdir.
…və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə görüşmüş və qarşılıqlı fikir mübadiləsi aparmışlar.
…və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Rusiyanın "Qazprom-eksport" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında təbii qazın alqı-satqısına dair müqaviləyə 5 nömrəli əlavə sazişin imzalanması mərasimində iştirak etmişlər.
…, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə birgə görüşmüş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələləri müzakirə etmişlər.
…, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair danışıqların yekunlarına əsasən Birgə Bəyanat qəbul etmişlər.
…Rusiya Federasiyasına işgüzar səfərini başa vuraraq həmin gün axşam Bakıya qayıtmışdır.

yanvarın 24-də

…Kür çayının suyunun daşması nəticəsində baş vermiş hadisələrin təkrar olunmaması üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakıya gətirilmiş Niderland Krallığının "Damin" şirkətinin istehsal etdiyi "CSD-500" torpaqsoran qurğulara, Türkiyənin Tuzla şəhərində istehsal olunmuş yedək və təchizat gəmilərinə və tədqiqat katerinə baxış keçirmişdir.

yanvarın 25-də

…Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrəyə işgüzar səfərə gəlmişdir.
…Davosda İsveçrə Konfederasiyasının Prezidenti xanım Eveline Vidner Şlümlə, İsrail Dövlətinin Prezidenti Şimon Pereslə, Avstriyanın "OMV AGE" şirkətinin baş icraçı direktoru Gerhard Roisslə və Amerika Birləşmiş Ştatlarının dövlət katibinin iqtisadiyyat, energetika və kənd təsərrüfatı məsələləri üzrə müavini Robert Hormatsla görüşmüşdür.

yanvarın 26-da

…Davosda "UBS Global" şirkətinin direktorlar şurasının sədri Kaspar Villigerlə, Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottingerlə, Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Klaus Şvabla, Gürcüstanın Baş naziri Nika Gilaurilə, Almaniyanın "Deutıche Bank"ının Mərkəzi və Şərqi Avropa ölkələri üzrə icraçı direktoru Peter Tilslə və idarə heyətinin üzvü Yürgen Figenlə, Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti Yakob Kellenbergerlə, Ukrayna Prezidenti Viktor Yanukoviçlə, RWE şirkətinin baş icraçı direktoru Yurgen Qrossmanla, Pakistan İslam Respublikasının Baş naziri Sayid Yusuf Raza Gilanilə, "Holcim Group" şirkətinin idarə heyətinin sədri Markus Akermanla, "Microsoft International" şirkətinin prezidenti, "Microsoft" Korporasiyasının vitse-prezidenti Jan Kurtua ilə və "Edisson" şirkətinin baş icraçı direktoru Bruno Leskörlə görüşmüşdür.

yanvarın 27-də

…Davosda Böyük Britaniyanın York Hersoqu, şahzadə Endryu ilə görüşmüşdür.

Qanun kənd təsərrüfatının istehsalçılarına dəstək olacaq

13.02.10 - 21:16380 baxılıb

Eldar İbrahimov kooperasiyaların yaradılmasını çox xeyirli hesab edir

Məlum olduğu kimi, artıq Milli Məclisin yaz sessiyası işə başlayıb. Parlamentin müxtəlif komitələri sessiya ərzində müzakirələrə hansı qanun layihələrini təqdim edəcəklərini açıqlayıblar. Aqrar Siyasət Komitəsi də 3 qanun layihəsinin müzakirəsini planlaşdırır. Onlardan biri də "Kənd təsərrüfatı kooperasiyası haqqında" qanun layihəsidir. Qanun layihəsi kənd təsərrüfatı kooperasiyalarının yaradılmasını nəzərdə tutur. Komitənin sədri Eldar İbrahimov bu qanunun qəbulunun kənd təsərrüfatı istehsalçılarına dəstək olacağını deyir.

- Eldar müəllim, bilmək istərdik ki, belə bir qanunun hazırlanması zərurəti nədən yarandı?
- Kənd təsərrüfatı kooperativləri dünyanın hər yerində, o cümlədən Avropanın ən inkişaf etmiş ölkələrində - Almaniyada, İngiltərədə, Fransada, Avstriyada mövcuddur. Ümumiyyətlə, kooperasiya nə deməkdir? Kooperasiya istehsaldan tutmuş satışa qədər bütün prosesləri özündə ehtiva edən bir sistemdir. Məsələn, məhsul istehsalında iştirak etsin, yoxsa onu emal müəssisəsinə gətirsin və ya bazara çıxarıb satışıyla məşğul olsun? Bu, bir adamın görəcəyi iş deyil. Tədarük, emal və istehsal - bunlar müxtəlif adamlar və ya qurumlar tərəfindən icra olunmalıdır. Bu sistem də, təbii ki, kooperasiyadır, kooperativlərdir. Bunlar bir sistem olaraq bu işi görürlər və bunun nəticəsində də hasil olan ümumi gəlir bir yerə toplanır. Ümumi gəlirdə emalçının da, tədarükçünün də, satışı təşkil edənində haqqı var. İstəyirik ki, gələcəkdə bizdə də belə bir sistem olsun. Bir atalar məsəlində də deyildiyi kimi, tək əldən səs çıxmaz. Fakt onu göstərir ki, fermerlər təklikdə heç nə edə bilmirlər. Bir vaxtlar deyirdilər ki, Bakının hər bir rayonu bölgələrlə müqavilə bağlamalı və onlara əhalisinin kənd təsərrüfatı məhsullarına ehtiyacı barədə məlumat verməlidir. Elə hesab edirəm ki, "Azərittifaq" yenidən bu işi öz üzərinə götürməlidir. Əgər belə olarsa, həm fermerlərin işi yüngülləşər, gəliri artar, həm də bazarlarda rəqabət əsasında ucuzlaşma baş verər. Bir sözlə, hesab edirəm ki, kooperasiya sistemi Azərbaycanda kənd təsərrüfatı məhsullarının, bu məhsulların rəqabət qabiliyyətliliyinin daha da artırılmasına və Avropa standartlarına daha uyğun gəlməsinə öz töhfəsini verə bilər.
- Necə hesab edirsiniz, kooperasiya sistemi sovetlər dönəmində mövcud olan kolxoz quruluşunun hansısa bir formada bərpası, təkrarı deyil ki?
- Qətiyyən. Kolxoz tamam başqa bir sistem idi, kollektiv təsərrüfatı idi. İnsanlar kənddə bir yerə yığışır, kolxoz yaradır və bunun nəticəsində ümumi bir işi icra edirdilər. Sonra isə ortadan kolxoz sədri, o birisi, bu birisi çıxırdı. Burada - kooperasiyada isə nə sədr, nə mühasib, nə də digəri var. Burada iş görən - istehsalçı, emalçı, tədarükçü var. Burada kolxoz quruluşunda olduğu kimi, necə deyərlər, müftə yeyənlər yoxdur. Odur ki, bu sistemə keçilməlidir.
- Yeri gəlmişkən, komitəniz tərəfindən "Kredit kooperativləri haqqında" qanun layihəsinin hazırlanması ilə bağlı da məlumatlar var...
- Bilirsiniz, əslində, bu yöndə qanun layihəsi komitəmizə kredit ittifaqları adlı ictimai təşkilat tərəfindən daxil olub. Bu qanun layihəsi də çox maraqlı və xeyirli bir qanunvericilik aktıdır. Amma inanıram ki, biz onu yaz sessiyasında çatdıra bilək. Çünki hazırda komitədə üç qanun layihəsi var, onları bu sessiyada müzakirəyə çıxarıb qəbul etdirə bilsək, böyük işdir. Bununla belə, hesab edirəm ki, kredit kooperativləri ilə də bağlı hüquqi bazanın yaradılması və bunun gələcəkdə həyata keçirilməsi xeyirli olar. Sizə də yaxşı məlumdur ki, ümumiyyətlə, hər bir məsələnin ucu gəlib maliyyəyə dirənir. Bu baxımdan, bu məsələnin reallaşdırılması ona gətirib çıxara bilər ki, kəndlərin özündə, belə demək mümkünsə, bank sistemi formalaşar və fermerlərin kredit, maliyyə məsələləri xeyli yüngülləşər. Hər halda bunlar gələcəyin işidir. Odur ki, sözügedən qanun layihəsinin üzərində işləyəcəyik. Çalışacağıq ki, mütəxəssislərin iştirakı ilə onu daha da təkmilləşdirək, qanun qəbul olunduqdan sonra gələcəkdə fermerlərə öz töhfəsini verə bilsin.
- Sizə də məlumdur ki, Azərbaycanda fermerlərə verilən kreditlərin faiz dərəcələri çox yüksəkdir. Sizcə, bu qanunun qəbulunun nəticəsi olaraq, gələcəkdə yerlərdə fermerlərin daha sərfəli şərtlərlə kreditlər əldə etməsi mümkün ola bilərmi?
- Kredit kooperativləri, təbii ki, kənd təsərrüfatı məhsulu istehsalı ilə məşğul olanlara daha yaxın olacaq. Eyni zamanda, elə bilirəm ki, kreditlər veriləndə də fermerlər incidilməyəcək. Mən demirəm bu gün kimsə fermerləri incidir, amma bu kredit təşkilatları gələcəkdə fermerlərə daha çox kömək ola bilərlər.
- Sözügedən qanun layihəsinin təkmilləşdirilərək başa çatdırılması ilə bağlı komitənizin nəzdində işçi qrupu yaradılıbmı?
- Yox, biz həmin sənədi yeni almışıq.
- Sizcə, bu sənəd payız sessiyasının müzakirəsinə çıxarıla bilərmi?
- Güman edirik ki, hə. Əgər mümkün olmasa, o, parlamentə növbəti çağırışa qalacaq. Hər halda bunları gələcək göstərəcək.

çap üçün verisya

Axtarish sistemi

  


« February 2012
Mo Tu We Th Fr Sa Su
 12345
6789101112
13141516171819
20212223242526
272829 
Advokat

1946-cı ildə anadan olmuşam. Hazırda yaşa görə təqaüd alıram. İşlədiyim illərdə (1969-1974) Naftalan Şəhər Sovetində İdman Komitəsinin sədri vəzifəsində çalışmışam. Həmin illər dövlət qulluqçusu statusu kimi mənə sayıla bilərmi, eləcə də qulluq stajıma əsasən mənə pensiya təyin olunması mümkündürmü?

İbrahimxəlil QURBANOV,
Naftalan şəhəri.


- Sualınıza cavab olaraq bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 01.09.2005-ci il tarixli, 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" qanuna əsasən, pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə dövlət qulluqçularının vəzifələrinin "İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı"nda şəhər sovetinin nəzdində idman komitələri nəzərdə tutulmadığından dövlət qulluğuna edilən güzəştlər sizə şamil edilə bilməz.


© 2006-2012
Müəllif hüquqları Ulfet Qazeti-nə məxsusdur.
Dizayn NUR D şirkəti tərəfindən hazırlanıb.