Rəsmi

Azərbaycan
Respublikasının
Prezidenti İlham Əliyev

yanvarın 23-də

…Rusiya Federasiyasının Soçi şəhərinə işgüzar səfərə gəlmişdir.
…və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə görüşmüş və qarşılıqlı fikir mübadiləsi aparmışlar.
…və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Rusiyanın "Qazprom-eksport" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında təbii qazın alqı-satqısına dair müqaviləyə 5 nömrəli əlavə sazişin imzalanması mərasimində iştirak etmişlər.
…, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə birgə görüşmüş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələləri müzakirə etmişlər.
…, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair danışıqların yekunlarına əsasən Birgə Bəyanat qəbul etmişlər.
…Rusiya Federasiyasına işgüzar səfərini başa vuraraq həmin gün axşam Bakıya qayıtmışdır.

yanvarın 24-də

…Kür çayının suyunun daşması nəticəsində baş vermiş hadisələrin təkrar olunmaması üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakıya gətirilmiş Niderland Krallığının "Damin" şirkətinin istehsal etdiyi "CSD-500" torpaqsoran qurğulara, Türkiyənin Tuzla şəhərində istehsal olunmuş yedək və təchizat gəmilərinə və tədqiqat katerinə baxış keçirmişdir.

yanvarın 25-də

…Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrəyə işgüzar səfərə gəlmişdir.
…Davosda İsveçrə Konfederasiyasının Prezidenti xanım Eveline Vidner Şlümlə, İsrail Dövlətinin Prezidenti Şimon Pereslə, Avstriyanın "OMV AGE" şirkətinin baş icraçı direktoru Gerhard Roisslə və Amerika Birləşmiş Ştatlarının dövlət katibinin iqtisadiyyat, energetika və kənd təsərrüfatı məsələləri üzrə müavini Robert Hormatsla görüşmüşdür.

yanvarın 26-da

…Davosda "UBS Global" şirkətinin direktorlar şurasının sədri Kaspar Villigerlə, Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottingerlə, Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Klaus Şvabla, Gürcüstanın Baş naziri Nika Gilaurilə, Almaniyanın "Deutıche Bank"ının Mərkəzi və Şərqi Avropa ölkələri üzrə icraçı direktoru Peter Tilslə və idarə heyətinin üzvü Yürgen Figenlə, Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti Yakob Kellenbergerlə, Ukrayna Prezidenti Viktor Yanukoviçlə, RWE şirkətinin baş icraçı direktoru Yurgen Qrossmanla, Pakistan İslam Respublikasının Baş naziri Sayid Yusuf Raza Gilanilə, "Holcim Group" şirkətinin idarə heyətinin sədri Markus Akermanla, "Microsoft International" şirkətinin prezidenti, "Microsoft" Korporasiyasının vitse-prezidenti Jan Kurtua ilə və "Edisson" şirkətinin baş icraçı direktoru Bruno Leskörlə görüşmüşdür.

yanvarın 27-də

…Davosda Böyük Britaniyanın York Hersoqu, şahzadə Endryu ilə görüşmüşdür.

Yeni iş yerləri yaradılacaq

13.02.10 - 21:18233 baxılıb

Güzəştli kreditlərlə maliyyələşdirilən investisiya layihələri hesabına

İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) sahibkarlıq subyektlərinin investisiya təkliflərinin qəbuluna başlayıb. Fevralın 1-dən etibarən start verilən bu proses "2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı"na uyğun olaraq aparılır. Güzəştli qaydada maliyyələşdiriləcək layihələrdə südlük cins iribuynuzlu heyvandarlıq komplekslərinin (ailə fermer təsərrüfatlarının), kiçik və ya orta həcmli üzüm emalı müəssisələrinin yaradılması, uşaq qidası istehsalının təşkil olunması yer almalıdır.
Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, SKMF yeni investisiya layihələrinin təqdimatını keçirib. Tədbirdə qeyd edilib ki, ötən il fondun vəsaitləri hesabına müvəkkil kredit təşkilatları vasitəsilə 130 milyon manat məbləğində güzəştli kreditlər verilib. Bu vəsaitlə respublikanın 55 şəhər və rayonu üzrə 2101 sahibkarlıq subyektinin investisiya layihəsi maliyyələşdirilib. Həmin məbləğin 74 milyon manatını büdcə vəsaiti, 56 milyon manatını isə fondun xəzinə hesabına qaytarılmış kredit məbləğləri və kredit faizləri təşkil edib. Güzəştli kreditlər əsasən sənaye məhsulları istehsalı, kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, aqrar sektorun inkişafına təkan verəcək infrastruktur layihələrinə (soyuducu və taxıl anbarları komplekslərinə), kəndli fermer təsərrüfatlarının inkişafı və s. üzrə layihələrin maliyyələşdirilməsinə yönəldilib. Güzəştli kreditlər hesabına maliyyələşdirilmiş investisiya layihələrinin həyata keçirilməsi nəticəsində 8500-ə yaxın yeni iş yerinin yaradılması nəzərdə tutulur. İnvestisiya layihələrinin 99,2 faizi (2085 layihə), yeni yaradılacaq iş yerlərinin isə 94,7 faizi (8047 yeni iş yeri) regionların payına düşür. Ötən il fond tərəfindən güzəştli kreditlərin verilməsində yeni yanaşmalar tətbiq edilib və iri infrastruktur layihələrinin güzəştli qaydada maliyyələşdirilməsi həyata keçirilib. 2009-cu ildə SKMF tərəfindən infrastruktur layihəsinin maliyyələşdirilməsinə isə 47,8 milyon manat güzəştli kredit ayrılıb. Bu vəsaitin 31,9 milyon manatı ümumi tutumu 48 min ton olan müasir soyuducu anbar komplekslərinin yaradılmasına ayrılıb. 15,9 milyon manat isə ümumi tutumu 199 min ton olan, müasir standartlara cavab verən taxıl anbarı komplekslərinin yaradılması üzrə investisiya layihələrinin maliyyələşdirilməsinə yönəldilib. Bu layihələrin həyata keçirilməsi nəticəsində 1183 yeni iş yerinin yaradılması nəzərdə tutulur.
Fondun qəbuluna başladığı yeni investisiya layihələrinə gəlincə, yaradılacaq kompleks və müəssisələr üçün seçiləcək ərazi əlverişli infrastruktura malik olmalı, müasir standartlara cavab verən avadanlıqlar quraşdırılmalı, laboratoriya yaradılmalıdır. Uşaq qidası istehsalında qatışıqlar (ana südünün əvəzedicisi), sıyıqlar, südlər, pürelər (ət, tərəvəz), ət yeməkləri, balıq yeməkləri, şorbalar, meyvə püreləri, desertlər (pudinq, yoqurt və s.), peçenyelər, kefir, kəsmiklər, çaylar və s. yüksək keyfiyyət göstəriciləri (sanitar-texniki, ekoloji və s.) ilə təmin edilməlidir. Bu sahədə həyata keçiriləcək fəaliyyət, o cümlədən aparılacaq tikinti-quraşdırma işləri, kommunikasiya xətlərinə qoşulma və s. müvafiq dövlət qurumları ilə razılaşdırılmalıdır. Qəbulu elan edilən digər investisiya təklifinə əsasən, minimum 100 başlıq südlük istiqamətli cins iri-buynuzlu heyvandarlıq kompleksi yaradılmalıdır. Bu kompleks yem tələbatının ödənilməsi üçün müvafiq əkin sahəsinə malik olmalı və ya sahibkarın yem istehsalçıları ilə sövdələşmələri olmalıdır.
Kiçik və ya ortahəcmli üzüm emalı müəssisələrinin yaradılması üzrə investisiya təklifi ilə çıxış edən sahibkarlar xammal tələbatının ödənilməsi üçün üzüm sahələrinə malik olmalı və ya üzüm istehsalçıları ilə razılaşmalar əldə olunmalıdır. Optimal müddətdə həyata keçirilməli olan investisiya layihələrinin ümumi dəyərinin ən azı 30 faizi sahibkarlıq subyektinin şəxsi vəsaiti hesabına maliyyələşdirilir. Maliyyənin qalan hissəsini isə Sahibkarlığa Kömək Milli Fondunun güzəştli kreditləri təşkil edəcək. Layihələrin maliyyələşdirilməsində "Azərbaycan İnvestisiya Şirkəti" ASC və onun törəmə şirkətləri də tərəflərin razılığı əsasında payçı qismində iştirak edə bilər. Sahibkarlıq subyektləri ilkin olaraq müvəkkil kredit təşkilatlarına müraciət etməlidir. Müvəkkil kredit təşkilatları maliyyələşdirilməsi barədə müsbət qərar qəbul etdiyi investisiya layihələrinə dair məlumatları iki nüsxədə, hər biri ayrı-ayrılıqda möhürlənmiş zərflərdə olmaqla 1 aprel saat 18.00-dək fonda təqdim etməlidir. Sahibkarlıq subyektlərinin investisiya təklifi zərfləri aprelin 2-də saat 12.00-da İqtisadi İnkişaf Nazirliyinin İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunun akt zalında (Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi 88a, 9-cu mərtəbə) açılacaq. Təqdim edilmiş investisiya təkliflərinin ekspertizası və bilavasitə yerində ilkin monitorinqi fond tərəfindən həyata keçiriləcək. Qəbul olunmuş qərarlar isə aprelin 15-də saat 12.00-da nazirliyin İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunun akt zalında elan olunacaq.

çap üçün verisya

Axtarish sistemi

  


« February 2012
Mo Tu We Th Fr Sa Su
 12345
6789101112
13141516171819
20212223242526
272829 
Advokat

1946-cı ildə anadan olmuşam. Hazırda yaşa görə təqaüd alıram. İşlədiyim illərdə (1969-1974) Naftalan Şəhər Sovetində İdman Komitəsinin sədri vəzifəsində çalışmışam. Həmin illər dövlət qulluqçusu statusu kimi mənə sayıla bilərmi, eləcə də qulluq stajıma əsasən mənə pensiya təyin olunması mümkündürmü?

İbrahimxəlil QURBANOV,
Naftalan şəhəri.


- Sualınıza cavab olaraq bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 01.09.2005-ci il tarixli, 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" qanuna əsasən, pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə dövlət qulluqçularının vəzifələrinin "İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı"nda şəhər sovetinin nəzdində idman komitələri nəzərdə tutulmadığından dövlət qulluğuna edilən güzəştlər sizə şamil edilə bilməz.


© 2006-2012
Müəllif hüquqları Ulfet Qazeti-nə məxsusdur.
Dizayn NUR D şirkəti tərəfindən hazırlanıb.