Rəsmi

Azərbaycan
Respublikasının
Prezidenti İlham Əliyev

yanvarın 23-də

…Rusiya Federasiyasının Soçi şəhərinə işgüzar səfərə gəlmişdir.
…və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə görüşmüş və qarşılıqlı fikir mübadiləsi aparmışlar.
…və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Rusiyanın "Qazprom-eksport" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında təbii qazın alqı-satqısına dair müqaviləyə 5 nömrəli əlavə sazişin imzalanması mərasimində iştirak etmişlər.
…, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə birgə görüşmüş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələləri müzakirə etmişlər.
…, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair danışıqların yekunlarına əsasən Birgə Bəyanat qəbul etmişlər.
…Rusiya Federasiyasına işgüzar səfərini başa vuraraq həmin gün axşam Bakıya qayıtmışdır.

yanvarın 24-də

…Kür çayının suyunun daşması nəticəsində baş vermiş hadisələrin təkrar olunmaması üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakıya gətirilmiş Niderland Krallığının "Damin" şirkətinin istehsal etdiyi "CSD-500" torpaqsoran qurğulara, Türkiyənin Tuzla şəhərində istehsal olunmuş yedək və təchizat gəmilərinə və tədqiqat katerinə baxış keçirmişdir.

yanvarın 25-də

…Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrəyə işgüzar səfərə gəlmişdir.
…Davosda İsveçrə Konfederasiyasının Prezidenti xanım Eveline Vidner Şlümlə, İsrail Dövlətinin Prezidenti Şimon Pereslə, Avstriyanın "OMV AGE" şirkətinin baş icraçı direktoru Gerhard Roisslə və Amerika Birləşmiş Ştatlarının dövlət katibinin iqtisadiyyat, energetika və kənd təsərrüfatı məsələləri üzrə müavini Robert Hormatsla görüşmüşdür.

yanvarın 26-da

…Davosda "UBS Global" şirkətinin direktorlar şurasının sədri Kaspar Villigerlə, Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottingerlə, Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Klaus Şvabla, Gürcüstanın Baş naziri Nika Gilaurilə, Almaniyanın "Deutıche Bank"ının Mərkəzi və Şərqi Avropa ölkələri üzrə icraçı direktoru Peter Tilslə və idarə heyətinin üzvü Yürgen Figenlə, Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti Yakob Kellenbergerlə, Ukrayna Prezidenti Viktor Yanukoviçlə, RWE şirkətinin baş icraçı direktoru Yurgen Qrossmanla, Pakistan İslam Respublikasının Baş naziri Sayid Yusuf Raza Gilanilə, "Holcim Group" şirkətinin idarə heyətinin sədri Markus Akermanla, "Microsoft International" şirkətinin prezidenti, "Microsoft" Korporasiyasının vitse-prezidenti Jan Kurtua ilə və "Edisson" şirkətinin baş icraçı direktoru Bruno Leskörlə görüşmüşdür.

yanvarın 27-də

…Davosda Böyük Britaniyanın York Hersoqu, şahzadə Endryu ilə görüşmüşdür.

“Vergi dərəcələri tədricən aşağı salınmalıdır"

19.02.10 - 15:38260 baxılıb

Əli Məsimli: "Bu yolla iqtisadi fəallığı artırmaq mümkündür"

"Vergi dərəcələri tədricən aşağı salınmalıdır", - Milli Məclisin İqtisadiyyat Komitəsinin üzvü Əli Məsimli bu fikirdədir. Millət vəkilinin sözlərinə görə, Azərbaycan dünyada tüğyan edən qlobal iqtisadi böhrandan ən az itki ilə çıxan ölkələr sırasındadır. Amma hələ də iqtisadi böhran başa çatmayıb. Bəzi iqtisadçıların fikrincə, onun yeni dalğası gözlənilir.
Ekspertlərin hesablamalarına görə, 2010-cu ildə dünya ölkələrinin qeyri-neft sektorunun ixracat imkanları geniş olmayacaq. Bu xəbərdarlıq Azərbaycana da aiddir. Belə bir şəraitdə hökumət qeyri-neft sektorunun inkişafı üçün əlavə addımlar atmalıdır. İlk növbədə ölkədə iqtisadi fəallığın artırılması gündəmə gətirilməlidir. Millət vəkilinin fikrincə, hökumət daxili bazarın qorunması və iqtisadi fəallığın artırılması istiqamətində müvafiq addımlar atsa, bu, böhranın təsirlərini bir qədər də azaldacaq. Bundan əlavə, hökumət ölkədə sahibkarlıq mühitinin daha da yaxşılaşdırılması üçün vergi islahatlarını davam etdirməlidir:
"İndiki halda mən Azərbaycanda mənfəət vergisinin 22 faizdən 20 faizə endirilməsini təklif edirəm. Amma bu da son hədd olmamalıdır. Növbəti ildən mənfəət vergisi 20 faizdən 18 faizə endirilməlidir. Gəlirləri 2000 manatdan artıq olan fiziki şəxslərin ödədikləri gəlir vergisi bir qədər də aşağı salınmalıdır. Düzdür, bu göstərici 35 faizdən 30 faizə endirilib, amma bunun daha 5 faiz endirilməsinə ehtiyac var. Eyni zamanda daha yüksək vergiyə cəlb olunan məbləğ də 2000 manatdan 3000 manata qədər artırılmalıdır. Bu, ölkədə orta təbəqənin güclənməsinə dəstək olardı. Orta təbəqənin əlində əlavə vəsaitlərin olması isə bütövlükdə ölkə iqtisadiyyatı üçün çox vacibdir".
Ə.Məsimlinin fikrincə, hökumət əhalinin aşağı təbəqələrinin maraqlarını da nəzərə almalıdır. Çünki ölkədə minimum əməkhaqqı hələ də yaşayış minimumuna çatmayıb. Üstəlik son iki ildə minimum əməkhaqqının artımı baş vermir. Belə olan halda hökumət gəlirləri yaşayış minimumu səviyyəsində olan fiziki şəxslərdən vergi tutmamalıdır: "Bu təklifin nəzərə alınması əhalinin aztəminatlı təbəqələrinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində mühüm addım olardı".
İqtisadçı millət vəkili həmçinin əlavə dəyər vergisinin (ƏDV) aşağı salınmasının da hökumətin gündəmində olmasını vacib hesab edir. Onun sözlərinə görə, dünya praktikasına görə, ƏDV aşağısı 4, yuxarısı 14 faiz olduqda effekt verir. Azərbaycanda isə bu vergi dərəcəsi 18 faizdir. Buna görə də hökumət 2011-2014-cü illərdə ƏDV-ni ildə 1 faiz aşağı salmaqla 14 faizə endirməlidir.

Gülər KƏRİMLİ.

çap üçün verisya

Axtarish sistemi

  


« February 2012
Mo Tu We Th Fr Sa Su
 12345
6789101112
13141516171819
20212223242526
272829 
Advokat

1946-cı ildə anadan olmuşam. Hazırda yaşa görə təqaüd alıram. İşlədiyim illərdə (1969-1974) Naftalan Şəhər Sovetində İdman Komitəsinin sədri vəzifəsində çalışmışam. Həmin illər dövlət qulluqçusu statusu kimi mənə sayıla bilərmi, eləcə də qulluq stajıma əsasən mənə pensiya təyin olunması mümkündürmü?

İbrahimxəlil QURBANOV,
Naftalan şəhəri.


- Sualınıza cavab olaraq bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 01.09.2005-ci il tarixli, 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" qanuna əsasən, pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə dövlət qulluqçularının vəzifələrinin "İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı"nda şəhər sovetinin nəzdində idman komitələri nəzərdə tutulmadığından dövlət qulluğuna edilən güzəştlər sizə şamil edilə bilməz.


© 2006-2012
Müəllif hüquqları Ulfet Qazeti-nə məxsusdur.
Dizayn NUR D şirkəti tərəfindən hazırlanıb.