Rəsmi

Azərbaycan
Respublikasının
Prezidenti İlham Əliyev

yanvarın 23-də

…Rusiya Federasiyasının Soçi şəhərinə işgüzar səfərə gəlmişdir.
…və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə görüşmüş və qarşılıqlı fikir mübadiləsi aparmışlar.
…və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Rusiyanın "Qazprom-eksport" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında təbii qazın alqı-satqısına dair müqaviləyə 5 nömrəli əlavə sazişin imzalanması mərasimində iştirak etmişlər.
…, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə birgə görüşmüş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələləri müzakirə etmişlər.
…, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair danışıqların yekunlarına əsasən Birgə Bəyanat qəbul etmişlər.
…Rusiya Federasiyasına işgüzar səfərini başa vuraraq həmin gün axşam Bakıya qayıtmışdır.

yanvarın 24-də

…Kür çayının suyunun daşması nəticəsində baş vermiş hadisələrin təkrar olunmaması üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakıya gətirilmiş Niderland Krallığının "Damin" şirkətinin istehsal etdiyi "CSD-500" torpaqsoran qurğulara, Türkiyənin Tuzla şəhərində istehsal olunmuş yedək və təchizat gəmilərinə və tədqiqat katerinə baxış keçirmişdir.

yanvarın 25-də

…Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrəyə işgüzar səfərə gəlmişdir.
…Davosda İsveçrə Konfederasiyasının Prezidenti xanım Eveline Vidner Şlümlə, İsrail Dövlətinin Prezidenti Şimon Pereslə, Avstriyanın "OMV AGE" şirkətinin baş icraçı direktoru Gerhard Roisslə və Amerika Birləşmiş Ştatlarının dövlət katibinin iqtisadiyyat, energetika və kənd təsərrüfatı məsələləri üzrə müavini Robert Hormatsla görüşmüşdür.

yanvarın 26-da

…Davosda "UBS Global" şirkətinin direktorlar şurasının sədri Kaspar Villigerlə, Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottingerlə, Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Klaus Şvabla, Gürcüstanın Baş naziri Nika Gilaurilə, Almaniyanın "Deutıche Bank"ının Mərkəzi və Şərqi Avropa ölkələri üzrə icraçı direktoru Peter Tilslə və idarə heyətinin üzvü Yürgen Figenlə, Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti Yakob Kellenbergerlə, Ukrayna Prezidenti Viktor Yanukoviçlə, RWE şirkətinin baş icraçı direktoru Yurgen Qrossmanla, Pakistan İslam Respublikasının Baş naziri Sayid Yusuf Raza Gilanilə, "Holcim Group" şirkətinin idarə heyətinin sədri Markus Akermanla, "Microsoft International" şirkətinin prezidenti, "Microsoft" Korporasiyasının vitse-prezidenti Jan Kurtua ilə və "Edisson" şirkətinin baş icraçı direktoru Bruno Leskörlə görüşmüşdür.

yanvarın 27-də

…Davosda Böyük Britaniyanın York Hersoqu, şahzadə Endryu ilə görüşmüşdür.

Avro ilə pul saxlayanlar, tələsin!

09.03.10 - 11:57245 baxılıb

Avro "ölür", dollar zəifləyir, manat isə möhkəmlənir

Dünya iqtisadi böhranı Avropa valyuta bazarını silkələməyə başlayıb. Artıq dünyanın ən dəyərli valyutalarının məzənnəsi ucuzlaşmaqda davam edir. Dolların ardınca avronun da kəskin şəkildə ucuzlaşması müşayiət olunmaqdadır. Məsələ ondadır ki, indi dollar bahalaşmağa, avro isə dəyərdən düşməyə başlayıb. 2009-cu ilin noyabr-dekabr aylarında avro etibarlı valyuta kimi mövqeyini qismən itirsə də, 2010-cu ilin əvvəllərindən avronun məzənnəsi yenidən aşağı düşüb. Avropa İttifaqı dövlətlərinin əksəriyyətində müşahidə olunan böhran meyilləri isə avronun etibarının aşağı düşməsini daha da sürətləndirib.
Yunanıstanda iqtisadi vəziyyətin gərginləşməsi isə avrozonanın perspektivlərini sual altına alıb. Qeyd edək ki, Yunanıstan iqtisadiyyatı son 2 ildə geriləməyə doğru davam edir və artıq bu ölkədə büdcə vəsaitlərinin 40 faizindən çoxu xarici borc hesabına formalaşmaqdadır. Xarici borcların həcmi 300 milyard dollara çatıb. Bu təhlükəli tendensiya xarici investorları və Avropa İttifaqının maliyyə institutlarını ciddi şəkildə narahat etməyə başlayıb.
Təbii ki, Aİ Yunanıstandakı defoltun avrozonaya yayılmasının geniş xarakter almasından narahatdır. Ekspertlər böhranın İspaniya və Portuqaliyaya keçməsi riskinin çox böyük olduğunu bildirirlər. Artıq həmin ölkələrin də büdcə kəsiri ilə bağlı eyni problemlər müşahidə olunur və bu, daxili bazarlara təsir etməyə başlayıb. Proseslərin mənfi məcrada inkişaf etməsi vahid maliyyə sisteminin dağılmasını sürətləndirə bilər. Nəticədə Avropanın 16 ölkəsinin ortaq valyutası olan avronun tədavül aləti kimi sıradan çıxması da qaçılmaz olar.
Avronun taleyi ilə bağlı dünyanın tanınmış maliyyə institutları müxtəlif proqnozlar verirlər. Ekspertlər avronun növbəti aylarda daha 6 faiz aşağı düşəcəyini proqnozlaşdırırlar.
Avronun dəyərini itirməsi manat-avro münasibətlərinə də təsirsiz ötüşməyib. Ötən ilin noyabr ayında Azərbaycanın milli valyutası olan manat bir sıra dünya valyutalarına, o cümlədən dollar və avroya nisbətdə 4 faiz bahalaşıb. Dekabrda isə manatın məzənnəsi Avropanın vahid valyutası ilə müqayisədə 7 faiz möhkəmlənib. Manat Böyük Britaniya funt-sterlinqi ilə nisbətdə də bahalaşıb. Son 3 ayda milli valyutamız bu pula nisbətdə 0,8 faiz artıb.
Mərkəzi Bankdan verilən məlumata görə, 2010-cu ildə həyata keçiriləcək monetar siyasətin başlıca istiqamətlərindən biri milli valyutanın məzənnəsini sabit qorumaqdan ibarət olacaq. Bu il manatın dollar və avro ilə nisbətdə məzənnəsi təxminən 2009-cu ildəki səviyyədə saxlanılacaq. Hətta MB dolların və avronun kəskin şəkildə ucuzlaşmasına da imkan verməyəcəyini bildirir.
ELTAC.

çap üçün verisya

Axtarish sistemi

  


« February 2012
Mo Tu We Th Fr Sa Su
 12345
6789101112
13141516171819
20212223242526
272829 
Advokat

1946-cı ildə anadan olmuşam. Hazırda yaşa görə təqaüd alıram. İşlədiyim illərdə (1969-1974) Naftalan Şəhər Sovetində İdman Komitəsinin sədri vəzifəsində çalışmışam. Həmin illər dövlət qulluqçusu statusu kimi mənə sayıla bilərmi, eləcə də qulluq stajıma əsasən mənə pensiya təyin olunması mümkündürmü?

İbrahimxəlil QURBANOV,
Naftalan şəhəri.


- Sualınıza cavab olaraq bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 01.09.2005-ci il tarixli, 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" qanuna əsasən, pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə dövlət qulluqçularının vəzifələrinin "İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı"nda şəhər sovetinin nəzdində idman komitələri nəzərdə tutulmadığından dövlət qulluğuna edilən güzəştlər sizə şamil edilə bilməz.


© 2006-2012
Müəllif hüquqları Ulfet Qazeti-nə məxsusdur.
Dizayn NUR D şirkəti tərəfindən hazırlanıb.