Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
yanvarın 23-də
…Rusiya Federasiyasının Soçi şəhərinə işgüzar səfərə gəlmişdir. …və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə görüşmüş və qarşılıqlı fikir mübadiləsi aparmışlar. …və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Rusiyanın "Qazprom-eksport" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında təbii qazın alqı-satqısına dair müqaviləyə 5 nömrəli əlavə sazişin imzalanması mərasimində iştirak etmişlər. …, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə birgə görüşmüş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələləri müzakirə etmişlər. …, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair danışıqların yekunlarına əsasən Birgə Bəyanat qəbul etmişlər. …Rusiya Federasiyasına işgüzar səfərini başa vuraraq həmin gün axşam Bakıya qayıtmışdır.
yanvarın 24-də
…Kür çayının suyunun daşması nəticəsində baş vermiş hadisələrin təkrar olunmaması üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakıya gətirilmiş Niderland Krallığının "Damin" şirkətinin istehsal etdiyi "CSD-500" torpaqsoran qurğulara, Türkiyənin Tuzla şəhərində istehsal olunmuş yedək və təchizat gəmilərinə və tədqiqat katerinə baxış keçirmişdir.
yanvarın 25-də
…Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrəyə işgüzar səfərə gəlmişdir. …Davosda İsveçrə Konfederasiyasının Prezidenti xanım Eveline Vidner Şlümlə, İsrail Dövlətinin Prezidenti Şimon Pereslə, Avstriyanın "OMV AGE" şirkətinin baş icraçı direktoru Gerhard Roisslə və Amerika Birləşmiş Ştatlarının dövlət katibinin iqtisadiyyat, energetika və kənd təsərrüfatı məsələləri üzrə müavini Robert Hormatsla görüşmüşdür.
yanvarın 26-da
…Davosda "UBS Global" şirkətinin direktorlar şurasının sədri Kaspar Villigerlə, Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottingerlə, Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Klaus Şvabla, Gürcüstanın Baş naziri Nika Gilaurilə, Almaniyanın "Deutıche Bank"ının Mərkəzi və Şərqi Avropa ölkələri üzrə icraçı direktoru Peter Tilslə və idarə heyətinin üzvü Yürgen Figenlə, Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti Yakob Kellenbergerlə, Ukrayna Prezidenti Viktor Yanukoviçlə, RWE şirkətinin baş icraçı direktoru Yurgen Qrossmanla, Pakistan İslam Respublikasının Baş naziri Sayid Yusuf Raza Gilanilə, "Holcim Group" şirkətinin idarə heyətinin sədri Markus Akermanla, "Microsoft International" şirkətinin prezidenti, "Microsoft" Korporasiyasının vitse-prezidenti Jan Kurtua ilə və "Edisson" şirkətinin baş icraçı direktoru Bruno Leskörlə görüşmüşdür.
yanvarın 27-də
…Davosda Böyük Britaniyanın York Hersoqu, şahzadə Endryu ilə görüşmüşdür.
Bayram günləri ilə bağlı bir çox malların qiymətləri artmağa başlayıb
Yanvar ayından başlayaraq ərzaq məhsullarının qiymətlərində artım davam etməkdədir. Son iki ayda ən çox bahalaşan ərzaq məhsulları kərə yağı, şəkər tozu, süd, qənnadı məmulatları, düyü olub. Zellandiya istehsalı olan kərə yağı fevral ayında yanvarla müqayisədə 40 qəpik bahalaşaraq 5 manat 50 qəpiyə çatıb. Qeyd edək ki, dekabrda həmin məhsulun 1 kq-ı 4 manat 70 qəpik təşkil edirdi. Almaniya və Fransa istehsalı olan kərə yağları daha çox bahalaşıb. Həmin malların qiyməti son 2 ayda 1 manatdan çox artıb və hazırda 1 kq-ı 7 manata satılır. Ötən dövrdə qarğıdalı yağı da 10 qəpik bahalaşıb. 1 litrlik qarğıdalı yağı 2 manat 10 qəpiyə satılır.
Bahalaşan malların bir çoxu yerli şirkətlərin istehsal məhsullarından ibarətdir. Qarğıdalı və günəbaxan yağları, qənd, şəkər tozu, qənnadı məmulatları, süd və süd məmulatları və sair mallar yerli şirkətlərə məxsusdur və onlar ötən dövrdə heç bir iqisadi səbəb olmadan süni qiymət artımına yol veriblər. Məsələn, şəkər tozu üçün istifadə olunan çuğundur yerli fermerlərdən oktyabr-noyabr aylarında 25-30 qəpikdən alınıb və bu qiymət 2008-ci ildəki alış qiymətləri ilə eynidir. Həmin dövrdə enerji daşıyıcıları, vergi dərəcələri (hətta mənfəət vergisi 25 faizdən 20 faizə endirilib), işçilərin əməkhaqları sabit qalsa da, yerli istehsalçı olan "Azərsun Holdinq" şirkəti şəkər tozunun və qəndin topdansatış qiymətlərini 5 qəpik artırıb. Mağazalar isə qiymətləri 10 qəpik artırıb və beləliklə, şəkər tozunun qiyməti 80 qəpikdən 95 qəpiyə, qəndin isə qiyməti 1 manat 10 qəpikdən 1 manat 20 qəpiyə qalxıb. Kənd təsərrüfatı məhsullarından isə soğan, kartof, kələm, yerkökü, sarımsaq, bibər, pomidor, üzüm, mandarin və sair mallar olub. Bahalaşmaya ən çox məruz qalan məhsul soğan olub. Soğan sanki qızıla dönüb. 1 kq soğan 1 manat, 1 manat 10 qəpiyə satılır. Hətta "Təzə Bazar" ASC-də bu məhsul 1 manat 40 qəpiyə satılır. Fevralın ilk həftəsində soğan 60 qəpiyə satılıb. Yanvarda isə satış qiyməti 50 qəpik olub. Qeyd edək ki, oktyabrda soğanın 1 kq-ı 25 qəpiyə, noyabrda 35 qəpiyə satılıb. Son 4 ayda bu məhsul 4 dəfə bahalaşıb. Kartofun qiyməti isə həmin dövrdə 2,5 dəfə artıb. Noyabrın ilk günlərində əla sort sayılan kartofun 1 kq-ı 40 qəpiyə, dekabrda 50 qəpiyə, yanvarda 60 qəpiyə, fevralın ilk həftəsində 70 qəpiyə, hazırda isə 80-90 qəpiyə satılır. Satıcıların sözlərinə görə, soğan və sarımsağın bahalaşmasına səbəb rayonlardan gətirilən məhsulun azalmasıdır. Belə ki, dekabrdan sonra rayonda bu məhsulu tapmaq müşkülə dönüb. Çünki soğan noyabr-dekabr aylarında Ukraynaya ixrac olunub. Bu ölkədə donuz qripi ilə bağlı həmin məhsula tələbat artıb və qiymətlərin sərfəli olmasını görən yerli işbazlar soğanı və sarımsağı Ukraynaya ixrac etməyə başlayıblar. Amma bahalaşma üçün əsas səbəblərdən biri yerli topdansatış məntəqələrində qiymətlərin süni şəkildə artırılması ilə bağlıdır. 8-ci km və 3-cü mikrorayondakı ticarət məntəqələrindəki satıcıların sözlərinə görə, yanvar ayından etibarən kənd təsərrüfatı məhsulların topdansatışının Lökbatan qəsəbəsində yerləşən "Meyvəli" ticarət mərkəzində cəmləşdirilməsi qiymətlərin bahalaşmasına ciddi şəkildə təsir göstərib. "Meyvəli" topdansatış ticarət mərkəzinə həm rayonlardan, həm də xaricdən gətirilən məhsullar qəbul olunur. Bu mərkəzdə isə qiymətlər əvvəlki illə müqayisədə ən azı 25 faiz bahadır. Meyvə-tərəvəz məhsullarını inhisara götürən şəxslər buranı açmaqla əslində qazanc məqsədi güdürlər. Lökbatandan bazarlara mal gətirməyin nəqliyyat xərcləri də yüksəkdir. Əvvəllər bazarların özündə yerləşən meyvə-tərəvəz məhsullarının topdansatış mərkəzlərindən mal alarkən nəqliyyat xərclərinə ehtiyac qalmırdı. "Meyvəli" isə çox uzaqdır və bazara mal gətirmək üçün gün ərzində əlavə olaraq 30 manat pul xərcləmək lazımdır. Qarşıdan yeni mövsüm gəlir, ona görə də qiymətlərdə artım qeydə alınacaq. Mart ayında insanların bayramlarla əlaqədar bəzi ərzaq məhsullarına, meyvə və tərəvəzə olan tələbatı artdığından süni qiymət artımlarının da müşahidə olunacağı şübhə doğurmur. Artıq satıcılar da etiraf edirlər ki, gələn həftədən başlayaraq şəkər tozu, kişmiş, qoz, fındıq, badam, yağ, banan, ananas, yumurta, düyü və sair mallar bahalaşacaq. ELTAC.
1946-cı ildə anadan olmuşam. Hazırda yaşa görə təqaüd alıram. İşlədiyim illərdə (1969-1974) Naftalan Şəhər Sovetində İdman Komitəsinin sədri vəzifəsində çalışmışam. Həmin illər dövlət qulluqçusu statusu kimi mənə sayıla bilərmi, eləcə də qulluq stajıma əsasən mənə pensiya təyin olunması mümkündürmü?
İbrahimxəlil QURBANOV, Naftalan şəhəri.
- Sualınıza cavab olaraq bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 01.09.2005-ci il tarixli, 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" qanuna əsasən, pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə dövlət qulluqçularının vəzifələrinin "İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı"nda şəhər sovetinin nəzdində idman komitələri nəzərdə tutulmadığından dövlət qulluğuna edilən güzəştlər sizə şamil edilə bilməz.