Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
yanvarın 23-də
…Rusiya Federasiyasının Soçi şəhərinə işgüzar səfərə gəlmişdir. …və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə görüşmüş və qarşılıqlı fikir mübadiləsi aparmışlar. …və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Rusiyanın "Qazprom-eksport" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında təbii qazın alqı-satqısına dair müqaviləyə 5 nömrəli əlavə sazişin imzalanması mərasimində iştirak etmişlər. …, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə birgə görüşmüş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələləri müzakirə etmişlər. …, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair danışıqların yekunlarına əsasən Birgə Bəyanat qəbul etmişlər. …Rusiya Federasiyasına işgüzar səfərini başa vuraraq həmin gün axşam Bakıya qayıtmışdır.
yanvarın 24-də
…Kür çayının suyunun daşması nəticəsində baş vermiş hadisələrin təkrar olunmaması üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakıya gətirilmiş Niderland Krallığının "Damin" şirkətinin istehsal etdiyi "CSD-500" torpaqsoran qurğulara, Türkiyənin Tuzla şəhərində istehsal olunmuş yedək və təchizat gəmilərinə və tədqiqat katerinə baxış keçirmişdir.
yanvarın 25-də
…Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrəyə işgüzar səfərə gəlmişdir. …Davosda İsveçrə Konfederasiyasının Prezidenti xanım Eveline Vidner Şlümlə, İsrail Dövlətinin Prezidenti Şimon Pereslə, Avstriyanın "OMV AGE" şirkətinin baş icraçı direktoru Gerhard Roisslə və Amerika Birləşmiş Ştatlarının dövlət katibinin iqtisadiyyat, energetika və kənd təsərrüfatı məsələləri üzrə müavini Robert Hormatsla görüşmüşdür.
yanvarın 26-da
…Davosda "UBS Global" şirkətinin direktorlar şurasının sədri Kaspar Villigerlə, Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottingerlə, Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Klaus Şvabla, Gürcüstanın Baş naziri Nika Gilaurilə, Almaniyanın "Deutıche Bank"ının Mərkəzi və Şərqi Avropa ölkələri üzrə icraçı direktoru Peter Tilslə və idarə heyətinin üzvü Yürgen Figenlə, Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti Yakob Kellenbergerlə, Ukrayna Prezidenti Viktor Yanukoviçlə, RWE şirkətinin baş icraçı direktoru Yurgen Qrossmanla, Pakistan İslam Respublikasının Baş naziri Sayid Yusuf Raza Gilanilə, "Holcim Group" şirkətinin idarə heyətinin sədri Markus Akermanla, "Microsoft International" şirkətinin prezidenti, "Microsoft" Korporasiyasının vitse-prezidenti Jan Kurtua ilə və "Edisson" şirkətinin baş icraçı direktoru Bruno Leskörlə görüşmüşdür.
yanvarın 27-də
…Davosda Böyük Britaniyanın York Hersoqu, şahzadə Endryu ilə görüşmüşdür.
Yunanıstan, Portuqaliya, İspaniya kimi ölkələrdə büdcə kəsirinin və xarici borcların artması investorlarda avroya olan etibarı azaldıb
Avro çətin günlərini yaşamaqda davam edir. Son məlumatlara görə, avro 1 dollar 33 sentə bərabərdir. Bu da son 10 ayda avronun Amerika valyutasına nisbətdə ən aşağı göstəricisidir. Avronun dollara nəzərən qiymətdən düşməsi manat-avro məzənnəsinə də təsir edib. Ötən ilin dekabrından etibarən manatın məzənnəsi Avropanın vahid valyutası ilə müqayisədə 7 faiz möhkəmlənib. Azərbaycanın valyuta ehtiyatlarının bir hissəsinin avroda saxlandığını əsas gətirən mütəxəssislər avronun kursunun kəskin azalmasının ölkəmizə də mənfi təsir göstərəcəyini istisna etmirlər. Qeyd edək ki, Azərbaycanda avronun məzənnəsi son 3 ayda ən aşağı həddə düşüb. Valyutadəyişmə məntəqələrində çalışanların sözlərinə görə, son bir həftədə avronun məzənnəsinin kəskin düşməsi müşahidə olunur. Bu da avroya tələbatı azaldıb. Bir qrup ekspert isə hesab edir ki, yaxın müddətdə avronun manata nisbətdə ucuzlaşması yerli iqtisadiyyata elə də ciddi təsir etməyəcək. Amma ucuzlaşma uzunmuddətli olarsa, Azərbaycan da bunun təsirlərinə məruz qala bilər. Mərkəzi Bankda da avronun manata nəzərən ucuzlaşmasını, avronun məzənnəsinin dollarla müqayisədə aşağı düşməsi ilə izah edirlər. İsveçrə İqtisadi Məsələlər üzrə Dövlət Agentliyinin nümayəndəsi Nailə Səfərova isə ölkədə manatın məzənnəsinin sabit saxlanılması siyasətinin nə dərəcədə özünü doğrultduğuna diqqət çəkdi: "Məlumatlara görə, Mərkəzi Bank manatın məzənnəsini saxlamaq üçün 1,8 milyard manata yaxın pul xərcləyib. Biz görürük ki, qonşu ölkələr öz valyutalarının dəyərini aşağı salmaqda maraqlı idilər. Bizdə isə bu proses baş vermədi". Ekspert Qubad İbadoğlu Mərkəzi Bankın manatın sabitliyini qorumaq taktikasının başadüşülən olduğunu vurğuladı: "Ümumilikdə götürəndə Mərkəzi Bank düzgün yol tutdu. Uçot dərəcəsinin aşağı salınması və s. kimi tədbirlər düzgün addımlar idi. Əslində manatın alıcılıq qabiliyyətini saxlamaqla, ölkədə makroiqtisadi sabitliyi də qoruyub saxlamaq mümkün oldu". Belə görünür ki, Avrozonada baş verənlər avronun dəyərdən düşməsini sürətləndirəcək. Beləliklə də, Avropanın vahid valyutası ilin sonuna kimi ABŞ dollarına nisbətdə ucuzlaşmaqda davam edəcək. Sərmayədarlar bununla da dünya iqtisadiyyatının bərpasının səngiyəcəyindən narahatdır. Bəzi proqnozlar isə Avropada maliyyə böhranının baş verəcəyini istisna etmir. Avronun ucuzlaşmasına gəlincə, ekspertlər bunu dünya iqtisadiyyatında baş verən proseslərlə əlaqələndirirlər. Bəzi Avrozona ölkələrində vəziyyətin pisləşməsi vahid valyutanın məzənnəsinə təsir edir. Belə ki, Yunanıstan, Portuqaliya, İspaniya kimi ölkələrdə büdcə kəsirinin və xarici borcların artması investorlarda avroya olan etibarı azaldır.Belə vəziyyətdə investorların avroya qarşı marağının azalması və risklərin artması avronun kursunun düşməsinə səbəb olur. Avronun ucuzlaşması Avrozonada Yunanıstanın timsalında baş verən problemlərlə bağlıdır. Hökumətin büdcə xərclərinin ixtisarı ilə bağlı planları epizodik olaraq avronun bahalaşmasını təmin etsə də, ümumilikdə bu valyutanın məzənnəsində ucuzlaşma müşahidə edilir. Yunanıstanın dövlət büdcəsinin kəsiri Avrozona üçün təyin edilmiş səviyyədən 4 dəfə artıq hesab olunur. Ölkənin dövlət borcu qəbul olunmuş normativdən iki dəfə çoxdur və bu, təxminən 300 milyard avro və ya ÜDM -in 125 faizi deməkdir. Yunanıstanın maliyyə naziri Georgies Papakonstantina ilkin açıqlamasında ölkəsinin yardıma ehtiyac duymadığını, ölkənin vergi idarələrinin əməkdaşlarının iş yerlərinin ixtisarı və büdcə sferasında əmək haqlarının artımının dayandırılması ilə bağlı tətilin təxirə salındığını bildirmişdi. Son baş verən olaylar isə hadisələrin hələ yenicə aktivləşməsindən xəbər verir. Artıq bir sıra analitiklər, maliyyə institutları avronun ilin sonuna kimi daha da ucuzlaşacağını proqnozlaşdırırlar. Avronun perspektivindən narahatlıqlarını bildirən Morüan Stanley bankının valyuta analitikləri hesab edirlər ki, Yunanıstanda baş verənlərin digər ölkələrə yayılma təhlükəsi Avrozonada gərginlik yaratmaqda davam edir. Bankın proqnozlarına görə, İspaniya, İtaliya və Portuqaliya pis vəziyyətə düşə bilər. Çünki uzaq olmayan keçmişdə bu dövlətlərdə müəyyən geriləmə müşahidə edilib və onlar böyük çətinliklə iqtisadi artım tempinə görə Almaniya və Fransa ilə uyğunlaşa biliblər. Analitiklərin fikrincə, İtaliya və İspaniya məhsuldarlığı və rəqabət qabiliyyətini artırmazdan öncə çətin deflyasiya mərhələsini adlamalıdır. Çünki onların valyuta məzənnəsinə ümid etmək imkanları tükənib. Təbii ki, belə perspektivlər Avropa valyutasına təzyiqsiz ötüşmür. Almaniyanın maliyyə agentliyinin direktoru Karl Haynz Dauba isə bildirib ki, Avrozonanın üzv ölkələrindən biri müflis olarsa, avronun onillik təcrübəsi sona yetər, birlik isə dağılar. Daubanın fikri ilə həmrəy olduğunu bildirən Nyu-Yorkdakı Westpac Bank Corp-un nümayəndəsi Riçard Franuloviç bu hadisələrin ağır nəticələr verəcəyini deyib. Qeyd edib ki, avronun taleyinin ürəkaçan olmayacağı təqdirdə belə Yunanıstanın xilası vacibdir. Nyu-York Universitetinin iqtisadiyyat professoru Nuriel Rubini də maliyyə bazarlarında "hökmranlıq" edən valyuta-avro haqda proqnoz verib. Onun sözlərinə görə, İspaniya və Yunanıstanın iqtisadi problemləri Avrozonanın dağılmasına gətirib çıxaracaq və iki ildən sonra vahid Avropa valyutası öz mövcudluğunu itirəcək.
1946-cı ildə anadan olmuşam. Hazırda yaşa görə təqaüd alıram. İşlədiyim illərdə (1969-1974) Naftalan Şəhər Sovetində İdman Komitəsinin sədri vəzifəsində çalışmışam. Həmin illər dövlət qulluqçusu statusu kimi mənə sayıla bilərmi, eləcə də qulluq stajıma əsasən mənə pensiya təyin olunması mümkündürmü?
İbrahimxəlil QURBANOV, Naftalan şəhəri.
- Sualınıza cavab olaraq bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 01.09.2005-ci il tarixli, 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" qanuna əsasən, pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə dövlət qulluqçularının vəzifələrinin "İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı"nda şəhər sovetinin nəzdində idman komitələri nəzərdə tutulmadığından dövlət qulluğuna edilən güzəştlər sizə şamil edilə bilməz.