Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
yanvarın 23-də
…Rusiya Federasiyasının Soçi şəhərinə işgüzar səfərə gəlmişdir. …və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə görüşmüş və qarşılıqlı fikir mübadiləsi aparmışlar. …və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Rusiyanın "Qazprom-eksport" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında təbii qazın alqı-satqısına dair müqaviləyə 5 nömrəli əlavə sazişin imzalanması mərasimində iştirak etmişlər. …, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə birgə görüşmüş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələləri müzakirə etmişlər. …, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair danışıqların yekunlarına əsasən Birgə Bəyanat qəbul etmişlər. …Rusiya Federasiyasına işgüzar səfərini başa vuraraq həmin gün axşam Bakıya qayıtmışdır.
yanvarın 24-də
…Kür çayının suyunun daşması nəticəsində baş vermiş hadisələrin təkrar olunmaması üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakıya gətirilmiş Niderland Krallığının "Damin" şirkətinin istehsal etdiyi "CSD-500" torpaqsoran qurğulara, Türkiyənin Tuzla şəhərində istehsal olunmuş yedək və təchizat gəmilərinə və tədqiqat katerinə baxış keçirmişdir.
yanvarın 25-də
…Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrəyə işgüzar səfərə gəlmişdir. …Davosda İsveçrə Konfederasiyasının Prezidenti xanım Eveline Vidner Şlümlə, İsrail Dövlətinin Prezidenti Şimon Pereslə, Avstriyanın "OMV AGE" şirkətinin baş icraçı direktoru Gerhard Roisslə və Amerika Birləşmiş Ştatlarının dövlət katibinin iqtisadiyyat, energetika və kənd təsərrüfatı məsələləri üzrə müavini Robert Hormatsla görüşmüşdür.
yanvarın 26-da
…Davosda "UBS Global" şirkətinin direktorlar şurasının sədri Kaspar Villigerlə, Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottingerlə, Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Klaus Şvabla, Gürcüstanın Baş naziri Nika Gilaurilə, Almaniyanın "Deutıche Bank"ının Mərkəzi və Şərqi Avropa ölkələri üzrə icraçı direktoru Peter Tilslə və idarə heyətinin üzvü Yürgen Figenlə, Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti Yakob Kellenbergerlə, Ukrayna Prezidenti Viktor Yanukoviçlə, RWE şirkətinin baş icraçı direktoru Yurgen Qrossmanla, Pakistan İslam Respublikasının Baş naziri Sayid Yusuf Raza Gilanilə, "Holcim Group" şirkətinin idarə heyətinin sədri Markus Akermanla, "Microsoft International" şirkətinin prezidenti, "Microsoft" Korporasiyasının vitse-prezidenti Jan Kurtua ilə və "Edisson" şirkətinin baş icraçı direktoru Bruno Leskörlə görüşmüşdür.
yanvarın 27-də
…Davosda Böyük Britaniyanın York Hersoqu, şahzadə Endryu ilə görüşmüşdür.
Məlum olduğu kimi, son vaxtlar 5 min manatdan artıq kredit götürmək istəyənlərdən mütləq hər hansı bir əmlakını girov qoymaq tələb olunur. Bank Tədris Mərkəzindən verilən məlumata əsasən, kredit normal və nəzərdə tutulan vaxtda qaytarıldığı halda girov məsələsi gündəmdə olmur və həmin şəxsin əmlakı girovluqdan çıxır. Mərkəzdən o da bildirildi ki, iş adamlarının kredit qaytarmasında yaranan çətinliklər hələ ötən ilin əvvəllərindən etibarən müşahidə edilir.
Hazırda məhkəmələrdə girovun sahibindən alınması ilə bağlı minlərlə işə baxılır. Bank mütəxəssisləri girov qoyulan əmlakın satılmasını xoşagəlməz hal kimi qiymətləndirirlər. Onların təklifinə görə, girovu müştərinin özü də sata bilər. Müştəri üçün girovu özünün satması daha sərfəlidir. Əgər belə olarsa, banklar da heç nə itirmir. Çünki hərraca çıxan əmlak birinci dəfə satılmasa 15 faiz, 2-ci dəfə satılmadığı halda isə daha 25 faiz ucuzlaşır. Satılmadığı təqdirdə əmlak yeni sahibinə - yəni banka qaytarılır. Respublika Xammal-Əmtəə Birjasının məlumatına əsasən, girovlar adətən mənzillər, obyektlər, müəyyən istehsal sahələri, sexlər, bağ evləri, torpaqlar olur. Onların əksəriyyəti Bakıdadır. Amma bölgələrdə - Lənkəran, Mingəçevir, Şirvan, Gəncə, Yevlaxda da girov qoyulan əmlak az deyil. Kənd təsərrüfatı rayonlarında isə əsasən yararlı torpaqlar girov qoyulur. Girovların arasında məişət əşyaları və zinət əşyalarına da rast gəlinir. Qeyd edək ki, bankların bir çoxu girovu ələ keçirməyə tələsmir. Çünki mövcud durumda əmlakı pula çevirmək o qədər də asan deyil. Banka isə kredit yalnız pul şəklində qayıtmalıdır. Digər tərəfdən isə, bankirlər müştərilərini günahı yoxdursa, yəni, məsələn, o, məsuliyyətli oduğu halda böhrana görə krediti vaxtında qaytara bilməyibsə, bank belə müştərini itirmək istəmir. Onsuz da mövcud durumda onların şərtləri ilə razılaşan müştəri tapmaq elə də asan deyil. Ona görə də krediti qaytara bilməyənlərə güzəştlər edilir. Kreditin müddəti uzadılır, işlərini qaydaya salmaq üçün borcalanlara vaxt verilir. Bəzən hətta məhkəmədə barışıq sazişi imzalanır. Məsələn, banklardan biri girov kimi öz sərəncamına keçirdiyi evi il yarımdan sonra krediti tam bağlamaq şərtilə yenidən sahibinə qaytarıb. Amma tərəflər razılığa gəlmədiyi halda iş hərracadək uzanır. Bəziləri əmlakın doğrudan da əldən çıxacağını görüb həmin mərhələdə krediti qaytarmağa çalışır. Bununla yanaşı, evini təmir etdirmək üçün bankdan kredit götürənlərin sayı ötən illə müqayisədə 50 faiz çoxalıb. Kredit verən bankların əməkdaşlarının sözlərinə görə, artımın səbəbi təmir bazarında durğunluğun tədricən aradan qalxması ilə bağlıdır. Üstəlik, bir neçə il əvvəl alınan evlərin də tikintisi qurtarıb və təmir vaxtı artıq çatıb. Bundan istifadə edənlərin əksəriyyəti isə əlində nağd pulu olmayanlardır. Əslində təmir kreditlərinin şərtləri başqa yönümlü kreditlərdən çox da fərqlənmir: 22-24 faiz. Amma belə kreditləri uzun müddətə - 5 ilə götürmək olur. Təmir kreditləri həm köhnə, həm də yeni tikililərə verilir. Adi evlərin təmiri üçün verilən kreditlər 10-15 min manat arasında olduğu halda, yeni tikililərdə bu məbləğ 20-25 min manatdır. Fərdi yaşayış evlərində məbləğ daha yüksək olur. Bank həmin pulun necə xərcləndiyinə nəzarət edir. Bank pulun həqiqətən təmirə xərcləndiyinə əmin olmaq üçün məbləği müştəriyə hissə-hissə verir. İşin bir hissəsi görülübsə, növbəti iş üçün kreditin ikinci hissəsi ayrılır. İqtisadçıların bildirdiyinə görə, pullu müştəri tapmaq çətinləşdiyinə görə, bəzi təmir şirkətləri də evi kreditlə təmir edir. Təmirin pulu 1 ilə ödənilir. Təmir kreditləri üçün məbləğ 3 mindən başlayır. Məbləğ müştərinin gəlirindən asılı olaraq dəyişir. 4-5 min manat kredit üçün 300-400 manatlıq maaş kifayət edir. Aparılan araşdırmalar zamanı təmir krediti üçün ən çox müraciət edənlərin ticarətçilər və xarici şirkətlərdə işləyənlər olduğu bildirilir.
1946-cı ildə anadan olmuşam. Hazırda yaşa görə təqaüd alıram. İşlədiyim illərdə (1969-1974) Naftalan Şəhər Sovetində İdman Komitəsinin sədri vəzifəsində çalışmışam. Həmin illər dövlət qulluqçusu statusu kimi mənə sayıla bilərmi, eləcə də qulluq stajıma əsasən mənə pensiya təyin olunması mümkündürmü?
İbrahimxəlil QURBANOV, Naftalan şəhəri.
- Sualınıza cavab olaraq bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 01.09.2005-ci il tarixli, 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" qanuna əsasən, pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə dövlət qulluqçularının vəzifələrinin "İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı"nda şəhər sovetinin nəzdində idman komitələri nəzərdə tutulmadığından dövlət qulluğuna edilən güzəştlər sizə şamil edilə bilməz.