Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
yanvarın 23-də
…Rusiya Federasiyasının Soçi şəhərinə işgüzar səfərə gəlmişdir. …və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə görüşmüş və qarşılıqlı fikir mübadiləsi aparmışlar. …və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Rusiyanın "Qazprom-eksport" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında təbii qazın alqı-satqısına dair müqaviləyə 5 nömrəli əlavə sazişin imzalanması mərasimində iştirak etmişlər. …, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə birgə görüşmüş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələləri müzakirə etmişlər. …, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair danışıqların yekunlarına əsasən Birgə Bəyanat qəbul etmişlər. …Rusiya Federasiyasına işgüzar səfərini başa vuraraq həmin gün axşam Bakıya qayıtmışdır.
yanvarın 24-də
…Kür çayının suyunun daşması nəticəsində baş vermiş hadisələrin təkrar olunmaması üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakıya gətirilmiş Niderland Krallığının "Damin" şirkətinin istehsal etdiyi "CSD-500" torpaqsoran qurğulara, Türkiyənin Tuzla şəhərində istehsal olunmuş yedək və təchizat gəmilərinə və tədqiqat katerinə baxış keçirmişdir.
yanvarın 25-də
…Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrəyə işgüzar səfərə gəlmişdir. …Davosda İsveçrə Konfederasiyasının Prezidenti xanım Eveline Vidner Şlümlə, İsrail Dövlətinin Prezidenti Şimon Pereslə, Avstriyanın "OMV AGE" şirkətinin baş icraçı direktoru Gerhard Roisslə və Amerika Birləşmiş Ştatlarının dövlət katibinin iqtisadiyyat, energetika və kənd təsərrüfatı məsələləri üzrə müavini Robert Hormatsla görüşmüşdür.
yanvarın 26-da
…Davosda "UBS Global" şirkətinin direktorlar şurasının sədri Kaspar Villigerlə, Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottingerlə, Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Klaus Şvabla, Gürcüstanın Baş naziri Nika Gilaurilə, Almaniyanın "Deutıche Bank"ının Mərkəzi və Şərqi Avropa ölkələri üzrə icraçı direktoru Peter Tilslə və idarə heyətinin üzvü Yürgen Figenlə, Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti Yakob Kellenbergerlə, Ukrayna Prezidenti Viktor Yanukoviçlə, RWE şirkətinin baş icraçı direktoru Yurgen Qrossmanla, Pakistan İslam Respublikasının Baş naziri Sayid Yusuf Raza Gilanilə, "Holcim Group" şirkətinin idarə heyətinin sədri Markus Akermanla, "Microsoft International" şirkətinin prezidenti, "Microsoft" Korporasiyasının vitse-prezidenti Jan Kurtua ilə və "Edisson" şirkətinin baş icraçı direktoru Bruno Leskörlə görüşmüşdür.
yanvarın 27-də
…Davosda Böyük Britaniyanın York Hersoqu, şahzadə Endryu ilə görüşmüşdür.
Pentaqon ekspertləri 2012-ci ildə dünyadakı neft ehtiyatlarının azalacağını, "qara qızıl"ın qiymətinin nəzarətdən çıxacağını deyir…
Dünya bazarında neftin qiymətinin fərqli istiqamətlərdə dəyişməsi prosesi davam etməkdədir. Nyu-Yorkda "qara qızıl"ın qiymətinin düşməsi müşahidə edildiyi halda, London birjasında artım davam edir. Nyu-Yorkun əmtəə birjasında keçirilən ticarət əməliyyatlarının gedişində neftin qiyməti 1 barelə görə 83,68 dollar təşkil edib. Brent markalı neftin 1 barelinin dəyəri 0,90 dollar artaraq 85,70 dollara çatıb. Neftin bahalaşmasına səbəb kimi ABŞ-ın əmək bazarındakı müsbət xəbərlər göstərilir. Qeyd edilir ki, mart-aprel aylarında ölkə iqtisadiyyatında (aqrar sahə istisna olmaqla) yeni açılan iş yerlərinin sayı 162 min artıb. Neft bazarının tanınmış analitiki Stefan Shork neftin barelinin qiymətinin iyulun əvvəlində 110 dollara qalxa biləcəyini və bu zaman "qara qızıl"a tələbatın azalacağını söyləyib. Analitikin proqnozları dünya ölkələrinin böhrandan sonra sarsılmış iqtisadiyyatını dirçəldəcəyindən xəbər versə də, Pentaqonunun son hesabatı onlarda yenidən bədbin əhvali-ruhiyyə yaradıb. Yeni hesabatda yaxın illərdə dünyada neft qıtlığının yaranacağı göstərilib. Pentaqon ekspertləri bildirir ki, 2012-ci ildə dünyadakı neft ehtiyatları azalacaq və bu, "qara qızıl"ın qiymətinin nəzarətdən çıxmasına səbəb olacaq. Bununla yanaşı, rəsmilərin fikrincə, 2015-ci ildə isə təkliflə tələb arasında gündəlik fərq 10 milyon barelə çata bilər. Sənəddə o da bildirilir ki, dünyanın real neft ehtiyatları əslində 3 dəfə şişirdilib. Neftin qiymətinin bahalaşmasına və tez-tez dəyişməsinə münasibət bildirən iqtisadçı-ekspert Vüqar Bayramov son zamanlar "qara qızıl"ın qiymətində müşahidə edilən bahalaşmanı Avropa Birliyinin bir sıra ölkələrində qeydə alınan iqtisadi artımla əlaqələndirdi: "Həmin ölkələrdə müşahidə edilən artım neftə tələbatın artmasına gətirib çıxarıb ki, bu da "qarı qızıl"ın qiymətinin 85 dolları keçməsinə səbəb olub. Ekspertin sözlərinə görə, neftin qiymətindəki artımlar hər hansı məzənnə dəyişməsi ilə əlaqələndirilə bilməz. Qiymət artımları real artımlar deyil: "Neftin qiymətindəki bu bahalaşma daha çox spekulyativ amillərlə bağlıdır. Çünki, Avropa Birliyi ölkələrində neftə tələbatın artması ilə yanaşı, Virciniya ştatında neft hasilatının həyata keçirilməsi ilə bağlı Amerika Birləşmiş Ştatlarının prezidenti Barak Obamanın verdiyi qərar, eləcə də digər ştatlarda da neft hasilatına başlanılması ilə əlaqədar konkret vaxtın göstərilməsi hasilatın da artmı ilə müşahidə edilir. Son vaxtlar Səudiyyə Ərəbistanı və Rusiyada da neft hasilatı artıb”. Neft birjalarında baş verən bahalaşmanın Azərbaycana təsirlərinə gəlincə, V.Bayramov artımların ölkə üçün uğurlu olduğunu deyir: "Dövlət büdcəsi gəlirlərinin 70 faizi neft pullarının payına düşür. Büdcədə neftin barelinin 45 dollardan götürülməsi, real qiymətinin isə bundan 2 dəfəyə yaxın artıq olması büdcəyə daha çox vəsaitlərin cəlb edilməsinə imkan verir. Yəni bu, 2010-cu il üçün planlaşdırılan həm investisiya, həm də digər layihələrin icrasında problemlər yaşanmamasına gətirib çıxaracaq. Eyni zamanda artımlar büdcəyə yenidən baxılması, gəlir və xərclər hissəsinin artırılmasına imkan verə bilər. Bununla yanaşı, neftin dünya bazar qiymətindəki artımlar Azərbaycana idxal edilən məhsulların qiymətini artıra da bilər". V.Bayramov bildirir, neftin qiymətindəki bahalaşma neft sektorundan büdcəyə ödənilən əlavə dəyər vergisinin həcmini atıracaq. Mütəxəssis hesab edir ki, hazırkı qiymət artımlarına müəyyən qədər ehtiyatla yanaşılmalıdır: "Neftin qiyməti 110 dollara qədər yüksələrsə, enerji sektorunda yeni böhranın yaranmasına səbəb olacaq. Bu isə dünya iqtisadiyyatına kifayət qədər neqativ təsirlərlə nəticələnəcək".
1946-cı ildə anadan olmuşam. Hazırda yaşa görə təqaüd alıram. İşlədiyim illərdə (1969-1974) Naftalan Şəhər Sovetində İdman Komitəsinin sədri vəzifəsində çalışmışam. Həmin illər dövlət qulluqçusu statusu kimi mənə sayıla bilərmi, eləcə də qulluq stajıma əsasən mənə pensiya təyin olunması mümkündürmü?
İbrahimxəlil QURBANOV, Naftalan şəhəri.
- Sualınıza cavab olaraq bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 01.09.2005-ci il tarixli, 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" qanuna əsasən, pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə dövlət qulluqçularının vəzifələrinin "İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı"nda şəhər sovetinin nəzdində idman komitələri nəzərdə tutulmadığından dövlət qulluğuna edilən güzəştlər sizə şamil edilə bilməz.