Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
yanvarın 23-də
…Rusiya Federasiyasının Soçi şəhərinə işgüzar səfərə gəlmişdir. …və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə görüşmüş və qarşılıqlı fikir mübadiləsi aparmışlar. …və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Rusiyanın "Qazprom-eksport" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında təbii qazın alqı-satqısına dair müqaviləyə 5 nömrəli əlavə sazişin imzalanması mərasimində iştirak etmişlər. …, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə birgə görüşmüş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələləri müzakirə etmişlər. …, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair danışıqların yekunlarına əsasən Birgə Bəyanat qəbul etmişlər. …Rusiya Federasiyasına işgüzar səfərini başa vuraraq həmin gün axşam Bakıya qayıtmışdır.
yanvarın 24-də
…Kür çayının suyunun daşması nəticəsində baş vermiş hadisələrin təkrar olunmaması üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakıya gətirilmiş Niderland Krallığının "Damin" şirkətinin istehsal etdiyi "CSD-500" torpaqsoran qurğulara, Türkiyənin Tuzla şəhərində istehsal olunmuş yedək və təchizat gəmilərinə və tədqiqat katerinə baxış keçirmişdir.
yanvarın 25-də
…Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrəyə işgüzar səfərə gəlmişdir. …Davosda İsveçrə Konfederasiyasının Prezidenti xanım Eveline Vidner Şlümlə, İsrail Dövlətinin Prezidenti Şimon Pereslə, Avstriyanın "OMV AGE" şirkətinin baş icraçı direktoru Gerhard Roisslə və Amerika Birləşmiş Ştatlarının dövlət katibinin iqtisadiyyat, energetika və kənd təsərrüfatı məsələləri üzrə müavini Robert Hormatsla görüşmüşdür.
yanvarın 26-da
…Davosda "UBS Global" şirkətinin direktorlar şurasının sədri Kaspar Villigerlə, Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottingerlə, Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Klaus Şvabla, Gürcüstanın Baş naziri Nika Gilaurilə, Almaniyanın "Deutıche Bank"ının Mərkəzi və Şərqi Avropa ölkələri üzrə icraçı direktoru Peter Tilslə və idarə heyətinin üzvü Yürgen Figenlə, Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti Yakob Kellenbergerlə, Ukrayna Prezidenti Viktor Yanukoviçlə, RWE şirkətinin baş icraçı direktoru Yurgen Qrossmanla, Pakistan İslam Respublikasının Baş naziri Sayid Yusuf Raza Gilanilə, "Holcim Group" şirkətinin idarə heyətinin sədri Markus Akermanla, "Microsoft International" şirkətinin prezidenti, "Microsoft" Korporasiyasının vitse-prezidenti Jan Kurtua ilə və "Edisson" şirkətinin baş icraçı direktoru Bruno Leskörlə görüşmüşdür.
yanvarın 27-də
…Davosda Böyük Britaniyanın York Hersoqu, şahzadə Endryu ilə görüşmüşdür.
Ümumdünya Ərzaq Təşkilatı taxılın və digər ərzaq məhsullarının qiymətlərində kəskin bahalaşmanın olacağını bəyan edir
Dünyada kəskin iqlim dəyişikliklərinin baş verməsi və qlobal soyuqlaşmanın ağır fəsadlarının artması bir çox dövlətlərin yol-nəqliyyat, infrastruktur, turizm, sosial infrastruktur və digər sahələrinə ciddi ziyan vurmaqla yanaşı, onların kənd təsərrüfatı və yeyinti sənayesini də böyük itkilərlə üz-üzə qoyub. Sel və daşqınlar, aramsız yağıntılar, əkin mövsümündə şaxtalı havalar bütün ölkələrin aqrar sahəsinə ciddi zərər vurub. Kənd təsərrüfatı bitkilərinin böyük bir hissəsi vegetasiya dövründə sıradan çıxıb, sel və daşqınlar təsərrüfatları məhv edib, mal-qara və quşçuluq müəssisələri ağır vəziyyətlə üzləşiblər. Qeyd olunan problemlər ölkəmizdən də yan keçməyib və kənd təsərrüfatına yararlı əkin sahələrinə ciddi ziyan dəyib. Kür və Araz çaylarının daşması 15-dən çox rayonun kənd təsərrüfatını sıradan çıxarıb. Xüsusilə də Mərkəzi Aran və Şirvan iqtisadi rayonlarında həm şəxsi, həm də fermer təsərrüfatlarına dəyən ziyanın məbləği 10 milyon manatlarla ölçülür. Kənd Təsərrüfatı Nazirliyinin (KTN) şöbə müdiri Sabir Vəliyevin qeyd etdiyinə görə, təbii fəlakətlərin baş verməsi və eyni zamanda aprel ayında yağıntının normadan çox olması bəzi meyvə-tərəvəz məhsullarının yetişməsinə mane olub. Bəzi bitkiçilik məhsullarının, ümumiyyətlə, istehsalında ciddi itkilər gözlənilir. 2010-cu ildə kənd təsərrüfatı məhsullarının artım tempi 6 faiz proqnozlaşdırılsa da, artıq bu rəqəmin xeyli aşağı düşəcəyi birmənalıdır. Tərəvəz və bostan məhsullarının istehsalında böyük paya malik olan Mərkəzi Aran rayonlarında bitkiçilik əkini sahələrinin sıradan çıxması bu mövsüm həmin məhsulların qıtlığına səbəb olacaq. S.Vəliyevin sözlərinə görə, bu il bostan məhsullarının istehsal həcmi ötən illə nisbətdə aşağı düşə bilər. Qeyd edək ki, 2009-cu ildə ölkəmizdə 2 milyon 988 min ton taxıl, 1 milyon 180 min ton tərəvəz, 983 min ton kartof, 721 min ton meyvə, 411 min ton tarla bitkiləri istehsal edilib. Ümumilikdə, 2009-cu ildə kənd təsərrüfatı məhsullarının dəyəri 2 milyard 320 milyon manat təşkil edib ki, bu da 2008-ci ilə nisbətdə 3,5 faiz çoxdur. Bu il əsas ərzaq məhsulu olan taxılın təxminən 500-600 min ton azalacağı ehtimal olunur. Əvvəlki mövsümlə müqayisədə taxıl əkini sahələrinin həcmi 150 min hektardan çox azalıb. Bunun səbəbi isə fermerlərin əkdikləri məhsulu ucuz qiymətə satmaları və təsərrüfatdan xeyir götürə bilməmələridir. Nazir İsmət Abasov da vəziyyəti dəyərləndirərkən mövcud faktları etiraf etməli olub. Hazırda isə fəlakətlərin baş verməsi digər taxılçılıq təsərrüfatlarına ziyan vurduğundan məhsulun həcmi bir qədər də azalacaq. Taxılla yanaşı, bu il tərəvəzin də azalması gözlənilir. Tərəvəzin 200 min ton azalaraq 1 milyon tondan da aşağı düşəcəyi ehtimal olunur. Eləcə də meyvənin istehsalında azalma baş verəcək. Mövcud vəziyyət isə ümumilikdə kənd təsərrüfatında çalışan insanların sosial şəraitinə öz mənfi təsirini göstərmiş olacaq. Onu da qeyd edək ki, qlobal iqlim dəyişiklikləri bir sıra dövlətlərin kənd təsərrüfatı və yeyinti sənayesinə zərər vurduğundan ərzaq probleminin yaşanacağını beynəlxalq təşkilatların nümayəndələri də bəyan edirlər. Ümumdünya Ərzaq Təşkilatının mütəxəssislərinin qənaətinə görə, 2010-cu ildə qlobal iqlim dəyişiklikləri daha böyük fəsadlara səbəb olacaq, pis hava şəraiti bir çox kənd təsərrüfatı məhsullarının istehsalına, eyni zamanda məhsuldarlığa ciddi təsir göstərəcək. Amerika, Avropa və Asiyanın bəzi ölkələrində kənd təsərrüfatı məhsullarının istehsalı kəskin şəkildə azalacaq. Bir nömrəli ərzaq məhsulu olan taxılın və düyünün istehsalı ən azı 30 faiz aşağı düşəcək. Digər məhsulların da istehsalında azalmanın baş verməsi tədarükçü ölkələrin digər dövlətlərə məhsul satmasında xəsislik etməsinə səbəb olacaq. Eyni zamanda məhsul satan ölkələr qiymətləri bahalaşdırmalı olacaqlar.
1946-cı ildə anadan olmuşam. Hazırda yaşa görə təqaüd alıram. İşlədiyim illərdə (1969-1974) Naftalan Şəhər Sovetində İdman Komitəsinin sədri vəzifəsində çalışmışam. Həmin illər dövlət qulluqçusu statusu kimi mənə sayıla bilərmi, eləcə də qulluq stajıma əsasən mənə pensiya təyin olunması mümkündürmü?
İbrahimxəlil QURBANOV, Naftalan şəhəri.
- Sualınıza cavab olaraq bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 01.09.2005-ci il tarixli, 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" qanuna əsasən, pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə dövlət qulluqçularının vəzifələrinin "İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı"nda şəhər sovetinin nəzdində idman komitələri nəzərdə tutulmadığından dövlət qulluğuna edilən güzəştlər sizə şamil edilə bilməz.